Neftçilər şərəfli vəzifələrinin

öhdəsindən layiqincə gəlir

 

Ölkə iqtisadiyyatında aparıcı neft-hasilatçısı kimi müstəsna rolu və önəmli yeri olan ARDNŞ-i, “Azneft” İB-i “28 May” NQÇİ-nin fədakar əmək kollektivi 2014-cü ilin ilk günlərindən sabit ritmdə işləyərək həmişə olduğu kimi neft və qaz hasilatının stabil saxlanması üçün səyini əsigəməmiş, işgüzarlıqla çalışmışdır.

 

Aylar və rüblər üzrə nəzərdə tutulmuş texnoloji, geoloji-texniki tədbirlər tamamilə yerinə yetirildiyi üçün altı ay ərzində də yüksək texniki-iqtisadi göstəricilərə ümumən nail olunmuşdur. Dəniz neftçiləri ilin əvvəlindən 2 415 600 ton plana qarşı 2 415 684 ton neft çıxararaq dövlət planını yüz faiz yerinə yetirmişlər. Orta gündəlik neft hasilatı 13 346 ton olmuşdur. Qazlift üsulu üzrə neft hasilatı planına 101 faiz əməl edilmişdir. Neftin nəqlə təhvili və əmtəəlik neft planı üzrə nəzərdə tutulmuş vəzifələr də bütünlüklə icra olunmuşdur. Neft satışına dair dövlət tapşırığına 100 faiz əməl edilmişdir. İstismar fondundakı 289 neft-qaz quyusundan 272-si fəaliyyətdə olmuşdur ki, bu da kifayət qədər yüksək göstəricidir. Fəaliyyətsiz fonddan istimara beş quyu daxil edilmişdir ki, bu da nəzərdə tutulduğundan bir neçə dəfə çoxdur. Fəaliyyətsiz fonddan alınmış quyular hesabına ilin əvvəlindən 1420 ton neft alınmışdır ki, bu nəticə də nəzərdə tutulduğundan qat-qat çoxdur. Altı ay müddətində NQÇİ-i əməkçiləri dörd quyu almışlar ki, bunun da üçü neft, biri qaz quyusudur. Həmin quyulardan üçü qazmadan qəbul edilmişdir. Təzə alınmış quyuların ümumi neft hasilatı 18 803 ton olmuşdur ki bu da nəzərdə tutulduğundan 1 763 ton artıqdır. Qaz hasilatı üzrə də texniki-iqtisadi göstəricilər dəniz neftçilərinin gərgin işindən soraq verir. Belə ki, onlar ilin altı ayı ərzində 2 711620 min kubmetr qaz çıxararaq dövlət planına əsasən əməl etmişlər Qaz satışı üzrə altı aylıq tapşırıq 114 faiz, əmtəəlik qaz üzrə tapşırıq cüzi kəsirlə yerinə yetirilmişdir. Geoloji xidmətin də işləri və məhsuldar fəaliyyəti təqdirə layiqdir. Geoloqlar cari ilin altı ayı ərzində quyu fondunda on doqquz geoloji tədbir həyata keçirmişlər ki, bunun nəticəsində 55 568 ton səmərə almışlar. Yəni nəzərdə tutulandan 27 456 ton atrıq neft hasil olunmuşdur. NQÇİ-i üzrə 200 texniki tədbir əvəzinə 208 texniki tədbir həyata keçirilmişdir ki, bu tədbirlər nəticəsində 10 320 ton neft çıxarılmışdır. Bu isə altı aylıq planın 104 faiz yerinə yetirilməsi deməkdir. Quyuların əsaslı təmiri üzrə plana 100, yeraltı təmiri üzrə plana isə 108 faiz əməl olunması da QƏYTS-in əmək kollektivinin səmərəli fəaliyyətinin faktiki nəticəsidir. Altı ay ərzində NQÇİ-i üzrə istismar əmsalı vahidə yaxın olmuşdur

Həmişə olduğu kimi Azneft İB-i “28 MayNQÇİ-i üzrə neft-qaz hasilatının əksər hissəsi Günəşli yatağının payına düşmüşdür.

Qazanılan yüksək texniki-iqtisadi nailiyyətlərin təməlində “28 MayNQÇİ-i rəhbərliyinin idarə olunmada müasir metodüsullara geniş yer verməsi, perspektivli gənc kadrları istehsalatın məsul sahələrində düzgün yerrləşdirməsi, onların itellektual potensialından səmərəli istifadə etməsi, istehsalat proseslərində məqsədyönlü və. sistemli surətdə həyata keçirdiyi tədbirlər, bütün kollektivlərdə əmək və. texnoloji intizamın möhkəmləndirilməsi, əməkçilərin sosial-məişət , şəraritinin yaxşılaşdırılması istiqamətində gördüyü davamlı işlər, insan amilinin önə çəkilməsi durur. Belə ki, NQÇİ-i rəhbərliyi və idarə həmkarlar İttifaqı komitəsinin nəzdində fəaliyyət göstərən daimi fəaliyyət komissiyasının üzvləri tez-tez əmək kollektivlərində olur, dəniz neftçilərinin və sosial-məişət problemləini diqqətlə öyrənir, həmin problemlərin operativ həlli yönündə təsirli tədbirlər həyata keçirir.

Azneft İB-nin Baş direktoru Daşqın İskəndərov və İB-i Baş direktorunun müavinlərinin mütəmadi olaraq unikal “Günəşli “yatağındakı DDÖ-lərdə, habelə Çilov adasındakı istehsalat sahələrində olmaları, neftçilərlə daimi işgüzar görüşləri də uğurların əsasını təşkil edən həlledici amillərdəndir. Neftçilər gündəlik işlərində və məişətlərində ARDNŞ-i rəhbərliyinin də diqqət və qayğısını müntəzəm hiss edirlər. Yeri gəlmişkən qeyd edək ki, ARDNŞ-iNQÇİ-i rəhbərliklərinin diqqət və qayğısını gələcəyin neft-qaz mühəndisləri-Bakı Ali Neft Məktəbinin tələbələri də idarədə iki həftəlik istehsalat təcrübəsi zamanı yaxından hiss etmişlər. Belə ki, istehsalat təcrübəsinin səmərəli keçməsi üçün tələbələrə hər bir və sosial-məişət şəraiti yaradılmışdı.

Sevindirici haldır ki, Azneft İB-i “28 MayNQÇİ-nin rəhbərliyi və əmək kollektivləri texniki -iqtisadi nailiyyətlərlə yanaşı istehsalat mədəniyyəti, əməyin mühafizəsi, təhlükəsizlık texnikası, ekologiya və ətraf mühitin qorunması, abadlıq və quruculuq məsələlərinə də böyük diqqət verir, bu mühüm məsələlərdə ciddi prinsipiallıq göstərərək həmin sahələrdə də istehsalatla bərabər diqqətəlayiq uğurlar qazanırlar.

Növbəti rübün ilk ayının ilk ongünlüyüsona vurulmuşdur. Dəniz neftçiləri yenə də böyük ruh yüksəkliyi və əzmkarlıqla işləyirlər. Onlar iyul ayınıı da uğurla başa vurmaq üçün səylərini əsirgəmirlər. Çox çətin və mürəkkəb iqlim şəraitində şərəfli vəzifələrinin öhdəsindən layiqincə gələn bu fədakar insanlara yeni-yeni əmək nailiyyətləri arzulayırıq.

 

Vahid Hacıyev

 

İki sahil.- 2014.- 15 iyul.- S.21.