Nurlana Əliyeva: Ulu öndər bütün
dövrlərdə
xalqımızın xilaskarı olmuşdur
Çağdaş
tariximizin çox mühüm hissəsi ümummilli liderin
adı ilə bağlıdır və xalqın taleyində
şanlı səhifəyə çevrilmişdir
14 iyul 1969-cu il tarixi
Azərbaycan xalqının həyatında dönüş və
inkişaf tarixi kimi qalmaqdadır. Ona görə ki, məhz bu
tarixdə xalqımızın lideri, daim inkişaflar yaradan
şəxsiyyəti Heydər Əliyev sovet Azərbaycanının
rəhbəri seçilmişdi. Müsahibim YAP İdarə
heyətinin üzvü, partiyanın Qadınlar
Şurasının sədri Nurlana xanım Əliyeva ilə bu
mövzuda söhbət etdik. Nurlana xanım dedi-
Hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb
siyasi şəraitdə məsuliyyəti üzərinə
götürərək onun taleyində misilsiz rol
oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik
keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri
formalaşdırmış dahi şəxsiyyətlərin
fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə
seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər
boyu cilalanmış dövlətçilik təfəkkürü,
siyasi dünyagörüşü, milli dəyərləri əsasında
optimal dövlət modeli və siyasi varislik ənənələri
yaradırlar.Bu günün özündə də dünyanın
bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin
müəyyənləşdirdiyi yolla irəliləyir,
davamlı və sabit inkişafı bu uğur magistralından
kənarda təsəvvür etmirlər. Dünya
miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər
Əliyev də belə liderlərdən biri olaraq müstəqil
Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını
yaratmış, xalqın müstəqil və güclü
dövlətə sahib olmaq arzusunu praktik şəkildə
gerçəkləşdirmiş strateq kimi çağdaş
tariximizdə əbədiyaşarlığını təmin
etmiş, hələ sağlığında canlı əfsanəyə
çevrilmişdir. Xalqımız tarix boyu
qazandığı dövlətçilik ənənələrini,
milli dəyərləri, nailiyyətləri, ali mənəvi
keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək
dayanıqlı müstəqil dövlətini qurmuş, millət
kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə
nümayiş etdirmişdir. 1969-cu il iyulun 14-də-keçmiş
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
plenumunun iclasında ümummilli liderin Azərbaycana rəhbərliyə
seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin
başlanğıcı olmuşdur. Dahi
öndər ali kürsüyə yüksəldiyi ilk gündən
bütün varlığı ilə sevdiyi xalqının
intibahı və xoşbəxt gələcəyi naminə
böyük fədakarlıqlar göstərmişdir.
Çağdaş tariximizin çox mühüm hissəsi
ümummilli liderin adı ilə bağlı olmaqla, xalqın
taleyində şanlı və parlaq səhifəyə
çevrilmişdir.
-Nurlana xanım, ümummilli liderin 1969-cu ildə respublikamıza rəhbərliyə gəlməsindən sonra ilk ciddi irəliləyişlər hansı sahələrdə baş verdi?
-1969-cu
il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən
Heydər Əliyev elə ilk plenumda ana dilində nitq söyləməklə
köhnə stereotipləri alt-üst etmiş, milli ideallara
bağlı lider olduğunu yüksək kürsüdən
nümayiş etdirmişdir.
Zəngin təbii sərvətlərinə,
istehsal potensialına baxmayaraq, Azərbaycanın
keçmiş SSRİ-nin geridə qalmış respublikalar
sırasına düşməsinin səbəblərini
araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət
edən kompleks tədbirlərin həyata keçirilməsini
təmin etməklə peşəkar strateq
və müdrik dövlət xadimi olduğunu sübuta yetirdi.
Ümummilli lider respublikada, ilk növbədə, milli-mənəvi
ruhu yüksəltməklə azərbaycanlıların öz
tarixi ənənələrinə, köklərinə
bağlılığı sürətləndirməyə
çalışmış, xalqın müstəqil yaşaya
bilməsi üçün lazım olan iqtisadi və
maddi-texniki bazanın formalaşdırılmasına xüsusi
diqqət yetirmişdir.
XX əsrin 70-80-ci illəri
Sovetlər İttifaqında aftoritar rejimin güclü
olduğu dövr xarakterizə edilsə də, Azərbaycanda
iqtisadi yüksəliş, sosial tərəqqi, milli
oyanış prosesi baş vermişdir. Buna Heydər
Əliyevin gərgin əməyi sayəsində nail
olunmuşdur. Belə ki, sənaye istehsalı 2 dəfə
artmış, 250-dən çox sənaye obyekti - Bakı məişət
kondinsioneri zavodu, Dərin özüllər zavodu, Azon, Ulduz elm
istehsalat birliyi, Xırdalan ət emalı kombinatı, Bakı
şampan şərabı zavodu və digər müəssisələr
tikilib istifadəyə verilmişdir. O dövrün
statistikasına istinad etsək görərik ki, tikintiyə sərmayə
qoyuluşu 32 milyard rubl təşkil etmişdir ki, bu da sovet
dövrünün əvvəlki 50 ilində sərf olunan vəsaitdən
2,1 dəfə çox idi. Hər il orta hesabla
2800 kilometr elektrik xətti çəkilmiş, enerji
hasilatı 2 dəfə artaraq 23 milyard kvadratsaata
çatmışdı. Araz, Tərtər, Şəmkir su
elektrik stansiyaları istifadəyə verilmiş, sənayedə
yeni texnologiyaların tətbiqi sahəsində mühüm
nailiyyətlər əldə edilmişdir. Həmin
dövrdə neft sənayesində uzun illərdən bəri
yığılıb qalmış problemlər həll edilməklə
Azərbaycan neft sənayesinin inkişafı yeni mərhələyə
daxil olmuşdu. Respublikada son 100 ildə 1 milyard ton neft
çıxarılmışdı. Təkcə
1971-ci ildə 18 milyon tondan çox neft hasil olunmuşdu.
XX əsrin 70-80-ci illərində aqrar sahədə də
böyük uğurlar qazanılmışdır Yenədə
o dövrün statistikasını nəzər salanda görmək
olur ki, ulu öndər Heydər Əliyevin nüfuzu sayəsində
Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycan
SSR-də kənd təsərrüfatının inkişaf
etdirilməsinə dair bir neçə mühüm qərar qəbul
etmişdir. Nəticədə respublika iqtisadiyyatında
kənd təsərrüfatının xüsusi çəkisi
artmış, kənd təsərrüfatında, o cümlədən
bitkiçilikdə, tərəvəzçilikdə,
bostançılıqda, əkinçilikdə,
heyvandarlıqda uzun sürən geriliyə son qoyularaq dinamik
inkişafa nail olunmuş, kənd təsərrüfatı
istehsalı 2,7 dəfə
artmışdı. Ümummilli liderin qətiyyəti,
iradəsi və təşəbbüskarlığı ilə
keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli
müəssisələri məhz Azərbaycanda inşa
olunmuş, bununla da respublikamızın gələcək
müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır.
Heydər Əliyev bu məsələdə daim
qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın
rəhbərliyi qarşısında israrlı tələblərlə
çıxış etmiş, prinsipiallıq göstərmişdir.
Bu nöqteyi-nəzərdən dahi öndərimizin
Bakı Məişət Kondisionerləri Zavodunun inşası
ilə bağlı göstərdiyi əzmkarlığı
xüsusi qeyd etmək lazımdır. 70-ci
illərin əvvəllərində ittifaq rəhbərliyi bu
zavodun Zaporojye şəhərində inşa olunmasına qərar
versə də, şəxsi nüfuzundan istifadə edən
Heydər Əliyev Brejnevlə görüşərək həmin
müəssisənin məhz Bakıda tikilməsi vacibliyini
konkret dəlillərlə əsaslandıraraq son nəticədə
istəyinə nail oldu. 1975-ci ilin
dekabrında Bakı Məişət Kondisionerləri Zavodunun
işə düşməsi məhz dahi öndərin
böyük vətənpərvərliklə həyata
keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi
idi.
Müdrik liderin təkidi
qarşısında keçmiş ittifaq rəhbərliyi
respublikamızda bir sıra iri müasir maşınqayırma,
kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara
metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin
tikintisinə razılıq vermiş, paralel olaraq energetika və
nəqliyyat kompleksi sürətlə inkişaf etmişdir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi
birinci dövr sosial həyat sahəsində də böyük
nailiyyətlərlə əlamətdar olmuşdur. Belə
ki, 630 min iş yeri açılmış, 20 min kvadratmetr ərazidə
Əhmədli, Yeni Əhmədli, Günəşli, Batamdar,
Hövsan yaşayış massivləri salınmış,
yüzlərlə məktəbəqədər, ümümtəhsil
ocağı tikilib istifadəyə verilmişdir.
-Ulu
öndərin respublikaya birinci rəhbərliyi dövründə
təhsilin inkişafı sahəsində nə kimi yeniliklər
edilmişdi?
-Məhz həmin dövrdə respublikada məktəb
tikintisi sürətləndi, onların maddi-texniki bazası,
labarotoriyaları zənginləşdi, dərslik
çatızmazlığı aradan qaldırıldı, Azərbaycan
tarixi bir xüsusi fənn kimi tədris edilməyə
başlandı. Müəllimin hörməti və
nüfuzu xeyli yüksəldi. Elm
adamlarının sosial- məişət problemləri həllini
tapdı. Respublikada bir neçə elmi tədqiqat
intitutları yaradıldı. Ən
başlıcası isə 15 mindən çox gənc Moskva,
Leninqrad, Kiyev və digər şəhərlərə təhsil
almağa göndərilmişdir. Azərbaycandan kənarda
200-dən çox zabit kadrı hazılanmış, Bakıda
Naxçıvanski adına hərbi təmayüllü
məktəbin əsası qoyulmuşdur. Heydər Əliyevin
qətiyyəti sayəsində 1978-ci il Konstitusiyamıza Azərbaycan
dilinin dövlət dili olması müddəası
salınmış, ali məktəblərdə vətən
tarixinin tədrisinə ayrılan saatların miqdarı 40
saatdan 60 saata çatdırılmış, elm, ədəbiyyat
və incəsənət xadimlərinə qayğı
artırılmış, onların yubileyləri
keçirilmiş, ev-muzeyləri açılmış, abidələri
qoyulmuş, müharibə və əmək veteranlarına mənzillər
verilmişdir. Çox mühüm fakt isə odur ki, ali məktəb müəssisələrinə
qəbuldakı rüşvətxorluq halları qətiyyətlə
aradan qaldırıldı və ən perspektivli fakültələrə
savadlı, o cümlədən fəhlə- kəndli
balaları qəbul edildi. Bir sözlə, həmin
dövrdə millətin gələcəyi hesab edilən təhsil
sahəsi tam olaraq inkişaf prioritetləri qazanmış oldu.
-Ulu
öndərin SSRİ kimi böyuk bir dövlətin ali rəhbərliyində təmsil olunması
Azərbaycana daha hansı siyasi və iqtisadi dividentlər gətirdi?
-Ümummilli liderin fəaliyyətinin sonrakı mərhələsini
1982-ci il noyabrın 24-dən 1987-ci il
oktyabr ayının 23-dək olan Moskva dövrü təşkil
edir. 1982-ci ildə Heydər Əliyev Sov.İKP MK Siyasi
Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər
Sovetinin sədrinin birinci müavini təyin olunmuş, Sovetlər
İttifaqı kimi nəhəng bir dövlətin rəhbərlərindən
biri olmuşdur. Heydər Əliyevin rəhbərliyi
altında sovet nümayəndə heyətinin Vyetnama, Laosa,
Anqolaya, Suriyaya, Misirə, Livana, İordaniyaya uğurlu
diplomatik səfərləri tarixə yazılmışdır.
Məhz onun SSRİ rəhbərliyinə
yüksəlməsi ermənilərin ölkəmizə
qarşı riyakar siyasətinin qarşısını bir
müddət ala bildi. Nə qədər
ki, Heydər Əliyev kimi böyük lider SSRİ rəhbərliyində
idi, ermənilər onun nüfuzundan qorxub tam olaraq
susmuşdular. Ermənilərin Azərbaycana
qarşı ərazi iddiaları da məhz xəyanətkar
Qorbaçovun hakimiyyətə gəlişindən və onun
Heydər Əliyevə qarşı qərəzli münasibətindən
sonra başladı. Əslində, Heydər
Əliyev kimi qüdrətli bir şəxsiyyəti SSRİ rəhbərliyindən
uzaqlaşdırmaq erməni siyasətinin tərkib hissəsi və
Dağlıq Qarabağa iddasının nəticəsi idi.
Lakin Heydər Əliyev Qorbaçova və erməni
siyasətinə əyilmədi və onları həm vəzifədə
olanda, həm də vəzifəsindən istefa verəndən
sonra ifşa etməyə nail oldu. Xüsusən,
1990-cı il 20 Yanvar qırğını zamanı ulu öndər
cəsarətlə respublikamızın Moskvadakı nümayəndəliyinə
gedərək Qorbaçovun və SSRİ rəhbərliyindəki
digər antiazərbaycançı qüvvələrin
xalqımıza qarşı yürütdüyü çirkin
siyasəti ifşa etdi, ermənilərin Qarabağa olan
haqsız iddialarını kəskin şəkildə pislədi.
Məhz onun bu addımı böyük imperiya və
erimənilərlə mübarizədə təklənmiş
Azərbaycan xalqına mənəvi və fiziki dəstək
oldu.
-Nurlana
xanım, Ulu Öndərin Azərbaycan qadınlarının
ictimai-siyasi həyatda fəal iştirakını təmin etməsi
barədə nə deyə biləsininz?
-Azərbaycanda qadınların ictimai-siyasi fəallığının
artırılmasına, onların cəmiyyətin bütün
sahələrində uğurla təmsil olunmalarına və
digər məqsədlərə yönəlmiş qadınlar
siyasətinin əsası ümummilli liderin adı ilə
bağlıdır. Hələ sovet Azərbaycanına
rəhbərliyi dövründə qadınların ictimai fəallığının
artırılması, onların təhsili, məşğulluğu,
vəzifə pillələrində irəliləyişi
üçün mühüm addımlar atdı. O
dövrdə kloxoz və sovxoz rəhbərləri, Sosialist
Əməyi Qəhrəmanları, deputatların sayı məhz
qadınların hesabına daha da artırıldı. Ulu öndər 1993-cü ildə dövlət rəhbərliyinə
qayıdışından sonra bu xətti yeni məzmunda,
müstəqillik dövrünün mahiyyətinə uyğun
bir tərzdə davam etdirdi. Ulu öndərin
ideyaları əsasında 1992-ci ilin noyabrında Azərbaycanın
siyasi həyatında tarixi zərurət kimi meydana
çıxan YAP milli vəhdətə və bu prosesə
öz töhfəsini vermək istəyən Azərbaycan
qadınlarının birlik, bərabərlik ünvanı oldu.
Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə
qayıdışından sonra qadınlarımız Onun milli inkişaf
strategiyasının fəal dəstəkçiləri oldular.
1995-ci ildə Ulu öndərin tövsiyəsi
ilə YAP-ın mərkəzi və yerli təşkilatlarının
tərkibində qadınlar şuralarının
yaradılması böyük ictimai dəstəklə
müşayiət olunurdu. Heydər
Əliyevin siyasi ideyalarının arxasınca gedən Azərbaycan
qadınlarının qabaqcıl üzvləri belə bir təşəbbüsü
yaxından dəstəkləyir, bu şuranın işində
fəal iştirak etmək üçün dəstə-dəstə
YAP-ın sıralarına gəlirdilər. Azərbaycan qadınlarının tarixdə ilk dəfə
bu qədər böyük mütəşəkkilliklə bu
prosesə qoşulmaları onların ulu öndərə
inamının ifadəsi idi. Məhz Azərbaycan
qadınının da Heydər Əliyev siyasətinə
verdiyi yüksək dəyər ölkədə qadın fəallığı
ənənələri tarixinə yeni salnamələr
yazdı. Cəmiyyətdə
qadınların mövqeyini möhkəmləndirmək
üçün Heydər Əliyevin 1998-ci ildə ilk dəfə
olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması barədə Sərəncamı bu istiqamətdə
atılan tarixi addımlardan biri oldu. Bir məqamı
xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan
qadını bu qiymətin və mənəvi məsuliyyətin
işığında yeni əsrdə üzərinə
düşən vəzifələri düzgün dəyərləndirərək
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasətin sayəsində əldə edilən
çoxşaxəli inkişaf proseslərinə öz
töhfələrini verməyə çalışır.
Bu gün Azərbaycan qadını Prezidentin həyata
keçirdiyi siyasətdə övladlarının parlaq gələcəyini,
özünün, doğmalarının stabil bir cəmiyyətdə
güvənli, təhlükəsiz həyatını, həmçinin
sosial rifah halının davamlı surətdə
yaxşılaşmasını görür. Cənab İlham Əliyevin Prezidentliyi dövründə
Azərbaycan qadını ilə bağlı olan problemlər
dövlətin prioritet məsələlərindən ən
ümdəsinə çevrildi, qadınların problemləri
dövlət rəhbərliyinin ən yüksək diqqət və
qayğısı ilə əhatə olundu.
Azərbaycan qadınının Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətə rəğbətini
şərtləndirən ən əsas amillərdən biri də
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın şəxsində
Azərbaycan qadınının layiq olduğu ən yüksək
ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir.
Ümumiyyətlə, dünyada ən
böyük məktəb hansısa dəyərli keyfiyyəti
əxz etmək üçün bir insanın öz həyat və
fəaliyyəti ilə nümayiş etdirdiyi şəxsi
nümunədir. Mehriban xanım Əliyeva
bu mənada Azərbaycan qadınları üçün
müasir dünyamızda bəşəriyyətə
faydalı olmağın yeni meyarlarını müəyyən
edən parlaq örnəkdir.
Elçin
Zaman
İki
sahil.- 2014.- 15 iyul.- S.10.