İlham Əliyev: Azərbaycanın xarici siyasəti
prinsipiallığı və müstəqilliyi ilə
seçilir
Dövlətimizin
başçısının vurğuladığı kimi,
xarici siyasətimizlə
bağlı
əsas istiqamətlər müəyyən edilib, strateji xətt
seçilib və davam edir
Sovetlər
birliyinin süquta
uğradığı illərdə keçmiş
“qardaşlar ölkəsində” gedən siyasi proseslər nəticəsində müstəqillik
qazanan respublikalar kimi Azərbaycan da öz daxili və xarici siyasətini sərbəst müəyyənləşdirmək
hüququ qazandı. Müstəqillik əldə
etdiyi zamanlarda xarici havadarlarının dəstəyi ilə Ermənistan
tərəfindən elan olunmamış
müharibəyə cəlb edilən, torpaqlarının 20 faizi işğal olunan Azərbaycan ciddi
çətinliklərlə üzləşsə də bütün məhrumiyyətlər xalqın birliyi və həmrəyliyi ilə aradan qaldırıldı.
Respublikada siyasi sabitliyi pozmağa
çalışan, suverenliyimizi istəməyən
qüvvələr olsa da
ən çətin məqamlarda vəziyyətdən
çıxış yolları tapan Heydər
Əliyev kimi ümummilli
lider xalqa arxalanaraq, milyonlara güvənərək
öz qətiyyəti ilə bütün təsir və təzyiqlərin
qarşısını
aldı. Tarixi hadisə olan
müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən çətin olduğunu misilsiz xidmətləri
ilə təsdiqləyən ümummilli lider Heydər Əliyev güclü,
qüdrətli Azərbaycanın gələcəyinə inanaraq bildirirdi: “Azərbaycan
heç bir ölkənin
təsiri altına düşməyəcəkdir. Azərbaycan
öz müstəqilliyini qoruyacaqdır. Bu da bir prezident
kimi mənim siyasətimin ana
xəttidir.” Ən çətin məqamlarda belə daxili siyasəti ilə xarici
siyasətini tamamlayan, tarazlı şəkildə
formalaşdıran Azərbaycan dünya
birliyinə inteqrasiya yolu
ilə inkişaf etmiş,
tanınmış, böyük nüfuz qazanmışdır.
Şərq
və Qərb dəyərlərini özündə birləşdirməklə
dünya birliyi üçün əhəmiyyətini
balanslaşdırılmış siyasəti ilə təsdiqləyən,
dəyişən beynəlxalq münasibətlərə, yeni çağırışlara daim hazır olan Azərbaycanın
ədalətli, cəsarətli mövqeyi
dəyişməzdir.
Sivilizasiyalararası dialoq məkanı kimi tanınan Bakıda möhtəşəm
forumların, simpoziumların, konfransların keçirilməsi
ənənə halını alıb.
Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun, Bakı
Beynəlxalq Humanitar Forumunun
keçirilməsi tarixi hadisədir. Azərbaycanın müəllifi olduğu
belə təşəbbüslərin reallaşması o deməkdir ki, bütün xalqların, bütün
dinlərin bərabərliyi naminə daim yeritdiyi sülhsevər siyasətə sadiqliyini bildirən respublikamız doğrudan da milli və dini dözümlülüyün,
tolerantlığın müdafiəsi siyasətinə sadiqdir.
“Düşünürəm
ki, müasir
dünyanın çağırışları olan sülh, sabitlik ideyaları, millətlərin
qarşılıqlı anlaşmasına həsr olunan belə Forumların təşkili
qarşılaşdığımız qlobal
problemlərin səbəblərini araşdırmaq, sağlam düşüncə ilə təhlil
aparmaq dünyanın elmi,
siyasi və ictimai gücünü həmin problemlərin həllinə
yönəltmək baxımından əhəmiyyətlidir”
söyləyən Prezident İlham
Əliyev vurğulayır ki, bütün dünyada tolerant ölkə kimi
tanınan Azərbaycanın təcrübəsi həqiqətən
öyrənilməyə layiqdir.
Azərbaycanın siyasi, iqtisadi, diplomatik uğurları artdıqca müstəqil,
müasir, dünyəvi, dinamik
inkişaf edən respublika
olduğunu təsdiqləyən
reallıqlar daha cəlbedici görünür. Hazırda Azərbaycanın
xarici ölkələrdə 57 səfirliyi,
5 beynəlxalq təşkilat yanında daimi
nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu
fəaliyyət göstərir. Müstəqilliyimizin
20 illiyini qeyd etdiyimiz dövrdə BMT-nin
Təhlükəsizlik Şurası üzvlüyünə qəbulumuz
və bütün dünya
ictimaiyyətinin maraqla izlədiyi, mədəniyyətlərin
bayramı adlandırılan, siyasi əhəmiyyəti
ilə də diqqət çəkən “Eurovision-2011”, XXX London Yay Olimpiya
Oyunlarında qazandığımız qələbə
Azərbaycanın liderliyini bir daha təsdiqlədi. Avropa Olimpiya Komitəsinin Baş
Assambleyasında 2015 -ci ildə ilk Avropa Olimpiya
Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarın qəbulu da xarici siyasəti, iqtisadi
inkişafı baxımından seçilən Azərbaycana inam və etimadın təzahürüdür.
Bu
bir həqiqətdir ki,
sivilizasiyalararası dialoq məkanı kimi tanınan ölkəmizin dünya
birliyində sözünü demək, özünü təsdiqləmək
potensialı istənilən səviyyədədir. İqtisadi nailiyyətləri ilə dünya birliyini heyrətləndirən
Azərbaycan Cənubi Qafqaz
iqtisadiyyatının 85 faizinə sahiblik etməklə bölgədə, MDB-də
və Şərqi Avropada yeganə
dövlətdir ki, iqtisadi
böhran illərində iqtisadiyyatı
davamlı inkişaf yolu
ilə irəliləyir, potensialı artır, müasirləşir,
mövqeləri möhkəmlənir. Artıq Azərbaycan özünü tam təmin
edən ölkə kimi başqalarına nümunə
göstərilir. Davos İqtisadi
Forumunun hesablamalarında ölkələrin
rəqabət qabiliyyətliliyinə görə Azərbaycan
39 yerdə, MDB məkanı üzrə isə liderdir.
Prezident İlham Əliyevin “Böhran
zamanı bütün Avropa
ölkələrinin iqtisadiyyatlarının kredit
reytinqləri aşağı salınır, bizim
kredit reytinqimiz isə
artır” sözlərini ən yuxarı reytinq
agetlikləri olan “Standart&Poor’s”,
“Fitch”, “Mood’s” kimi nüfuzlu qurumların
hesabatları da təsdiqləyir.
Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzvlüyünü
tarixi, diplomatik, siyasi qələbə kimi
dəyərləndirən Prezident İlham Əliyevin bildirdiyi
kimi ölkəmiz artıq dünya
birliyinin etimadını, etibarlı tərəfdaş
kimi inamını qazanan
ölkəmiz dünya şöhrətli bir dövlətdir və beynəlxalq aləmdə dostlarımız artır. Dünya siyasətinə təsir
imkanlarımız genişlənir.
2012-2013-cü illərdə
Şərqi Avropa bölgəsini BMT-də
təmsil edən Azərbaycanın qazandığı uğur eyni zamanda ölkəmizin beynəlxalq münasibətlər
sistemində rolunu artırır, mövqeyini gücləndirir.
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı 4 qətnamə qəbul edən BMT-də “Azərbaycanın
işğal edilmiş
ərazilərində vəziyyət barədə “(2004, 2008-ci
illərdə) qətnamələrin qəbulu
diplomatiyamızın uğurudur. Bütün
səviyyələrdə aparılan müzakirələrdə
Dağlıq Qarabağ münaqişəsinin
həllində Azərbaycanın ərazi bütövlüyünün
qorunmasını başlıca amil kimi diqqətə çatdıran, həmsədr
ölkə başçılarının status-kvonun
dəyişdirilməsini əks etdirən bəyanatlarını
təqdir edən Prezident İlham
Əliyevin bildirdiyi kimi
Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur və olmayacaq da. BMT
və AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
məsələlərin müzakirəsi zamanı Ermənistanın
təcavüzkarlıq siyasətini pisləyən qətnamələrdə
birmənalı olaraq Azərbaycanın ərazi
bütövlüyünün dəstəklənməsi
ölkəmizlə əməkdaşlığa maraqdan irəli gəlir. Prezident
İlham Əliyevin diplomatik
xidmət orqanları rəhbərlərinin beşinci
müşavirəsində bildirdiyi kimi xarici siyasətlə
bağlı ölkə qarşısında duran
əsas məsələ təbii ki,
Dağlıq Qarabağ münaqişəsinin
həllidir. Bu istiqamətdə diplomatik səylər davam
etdirilir. “Dağlıq Qarabağ
əzəli Azərbaycan torpağıdır. Tarixi
və hüquqi nöqteyi-nəzərdən
Qarabağ həmişə Azərbaycan
torpağı olmuşdur. Azərbaycan
xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər
torpaqlarda əsrlər boyu
yaşamış, yaratmışdır. Bütün
tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin,
şəhərlərin adları Azərbaycan mənşəlidir.
Bu, həqiqətdir.
Əlbəttə ki, biz
bunu bilirik, dünya da bunu
bilir və bilməlidir” söyləyən
Prezident İlham
Əliyev Ermənistanın torpaqlarımızın
işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında ölkəmizi xarici
dövlətlərdə təmsil edən diplomatik korpus nümayəndələrinin
üzərinə düşən vəzifələri , xarici siyasətimizin parametr
və istiqamətlərini bir daha müəyyənləşdirdi. Daha çox demokratiya, insan hüquq və
azadlıqlarının müdafiəsi ilə məşğul
olan AŞPA-da ən böyük problemimiz olan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı müzakirələrdə
ölkəmizin ədalətli mövqeyini
müdafiə edən avropalı parlamentarilər etiraf etdilər ki, daim sülhsevər siyasəti ilə diqqəti
çəkən Azərbaycan demokrtik inkişaf yolu ilə irəliləyir,
mövqeyinə sadiqdir, müasirləşir.
Avropanın inkişaf etmiş
ölkələrinin meyarlarına yaxınlaşır, bazar iqtisadiyyatının ən müasir tələblərinə əməl olunur. Qoşulmama Hərəkatında Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı mövqeyimizin
120 ölkə tərəfindən dəstəklənməsi,
etimad qazanması o deməkdir
ki, dünya dövlətlərinin
dörddə üç hissəsi Azərbaycanla
əməkdaşlığa böyük
önəm verir. Ölkəmizin Dağlıq Qarabağ münaqişəsi
ilə əlaqədar əsas və ədalətli tələbini-
ərazi bütövlüyünün beynəlxalq
hüquq normaları çərçivəsində
həllini əks etdirən mövqeyini
müdafiə edir. Ərazi bütövlüyü çərçivəsində
insanların müqəddəratının təyinetmə prinsipinin Helsinki Yekun Aktına istinad
olunmaqla həllinə sadiq
qalan Azərbaycan haqlı olaraq
status-kvonu saxlamaq istəyən
Ermənistanın qeyri-konstruktiv mövqeyini yolverməz hesab
edərək Dağlıq Qarabağa heç bir zaman müstəqillik verilməyəcəyini
bəyan edir və mövqeyinin
dəyişməyəcəyini bütün səviyyələrdə bildirir. Dünya dövlətlərinin
Azərbaycanın bu mövqeyini
dəstəkləyərək münaqişənin sülh yolu ilə həllinə
tərəfdar olan ölkəmizlə həmrəyliyini
bildirməsi xarici siyasətimizin
uğurlarındandır.
Xarici siyasətimizin prioritetlərini təşkil
edən Azərbaycan diplomatiyası müxtəlif istiqamətlər
üzrə inkişafdadır. “Biz enerji diplomatiyamızı aparırıq. Biz mədəniyyət
diplomatiyamızı aparırıq” söyləyən Prezident İlham Əliyev eyni zamanda vurğulayır
ki, coğrafi vəziyyətimiz
elədir ki, bizim
razılığımız olmadan bu bölgədə heç
bir qlobal layihənin reallaşması
mümkün deyil.
Son illərdə
Avropa İttifaqı dövlətlərinin
enerji təminatı üçün
nəzərdə tutulan “Cənub qaz dəhlizi” bəyannaməsinin
imzalanması, Azərbaycan qazının Yunanstan
sərhədlərindən kənara da
çıxarılmasını təmin edəcək TANAP, TAP
kimi layihələr xarici
siyasətimizə əlavə uğurlar
qazandırır. “Enerji təhlükəsizliyi
ölkələrin əslində milli təhlükəsizliyi
deməkdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın enerji
təhlükəsizliyinin təminatında tutduğu
mövqe neft
strategiyasının zəfəri, qələbəsidir. Avropa
İttifaqına üzv ölkələrin
enerji balansında Azərbaycan neftinin payı 35-40 faizdir.
İllərlə müzakirə olunan enerji layihələrinin şaxələndirilməsini
Transanadolu boru kəmərinin
çəkilişi ilə bağlı müqavilə imzalamaqla reallaşdıran Azərbaycan və
Türkiyə bir daha sübut etdilər ki, bu layihə dünya siyasətinə təsir imkanları artan həmrəyliyin ifadəsidir.
Azərbaycan
diplomatiyasının, düşünülmüş
siyasətinin uğuru BTC, BTƏ neft -qaz kəmərlərində
olduğu kimi bu il istifadəyə veriləcək
Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişində də
hiss olunur.
“Biz istəyirik ki, Azərbaycan
müasir dövlətə çevrilsin, bütün
lazımi təsisatlar yaransın və insanlar
daha da yaxşı
yaşasınlar” söyləyən Prezident
İlham Əliyevin xarici
ölkələrdə maraq və hörmətlə
qarşılanmasının başlıca səbəbi Azərbaycanın
müstəqil daxili və xarici
siyasətinə sadiqliyi, Avropa
İttifaqının “Yaxın qonşuluq
siyasəti” proqramından irəli gələn vəzifələrin
daim diqqətdə saxlanılması, qitə
dövlətlərinin enerji təhlükəsizliyinin
təminatındakı əvəzsiz xidmətləri , ən
başlıcası isə dünyada əmin-amanlığın,
sabitliyin yaranması üçün
beynəlxalq siyasətin prinsiplərinin öz
diplomatiyasında əksini tapmasıdır. “Biz
Avropa İttifaqı ilə indi həm qonşuluq siyasətindəyik,
qonşuluq proqramındayıq, həm də
enerji dialoqundayıq” söyləyən Prezident İlham Əliyev
qarşılıqlı əməkdaşlığın dünya birliyi üçün vacib amil olduğunu
vurğulayır. İƏT, MDB, GUAM, NATO, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı kimi
nüfuzlu qurumlarla səmimi
münasiblər yaradan, Qoşulmama
Hərəkatının üzvü olan, NATO kimi hərbi alyansla əməkdaşlığı
genişləndirən Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında təməli
ümummilli lider
Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş,
düşünülmüş siyasətin
Prezident İlham
Əliyevin ləyaqətlə, yeni keyfiyyət
və mərhələ üzrə davam
etdirməsi amili dayanır, maliyyə, siyasi gücümüz
artdıqca hadisələrə təsir etmə
imkanlarımız genişlənir və bizimlə daha çox
hesablaşırlar.
Regionda baş verən hadisələrdən
də aydın olur ki,
Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs
reallaşa bilməz. Azərbaycanın
MDB-yə daxil olan respublikalar arasında yeganə dövlət kimi Meksikada keçirilən
“Böyük-20”-lərin sammitinə dəvət olunması, Seulda təşkil olunan
nüvə təhlükəsizliyinə qarşı
mübarizəyə həsr olunmuş zirvə
görüşündə Prezident İlham Əliyevin məntiqli
çıxışı, Ermənistandakı atom
elektrik stansiyasını
bölgə üçün təhlükə
mənbəyi adlandırması və bu arqumentin sammit
iştirakçıları tərəfindən dəstəklənməsi,
BMT-də , AŞPA-da, İslam
Əməkdaşlıq Təşkilatında, ATƏT-də,
Dovildə qəbul olunmuş qətnamə
və bəyanatların davamı kimi NATO-nun Çikaqo sammitində
Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı rəsmi sənədin
qəbulu Azərbaycanın xarici siyasətinin
uğuru, dövlət
başçısının siyasi iradə
və qətiyyətinin nəticəsidir. Azərbaycanın ədalətli
mövqeyinin dəstəklənməsi üçün hüquqi
baza olan hər bir sənəd isə ölkəmizə maraq və ehtiramın ifadəsidir. Bu yaxınlarda Bakıda keçirilən NATO
PA-nın, ATƏT PA-nın sessiyalarında da
Azərbaycanla həmrəylik bütün
çıxışlarda aydın hiss olundu.
Azərbaycanın
Latın Amerikası kimi ölkələrlə
əməkdaşlığı da xarici siyasətdə qazanılan
uğurların coğrafiyasını genişləndirir. Prezident İlham
Əliyevin çoxsaylı xarici səfərləri
bu bazanı daha da möhkəmləndirir.
Bu
gün Azərbaycan Prezidenti
İlham Əliyevin söylədiyi kimi beynəlxalq ictimaiyyət məhfumunu ifadə
edən tək BMT-nin deyil,
İslam Əməkdaşlıq Təşkilatının
fəal üzvü olmaqla
ATƏT, Avropa Birliyi kimi nüfuzlu təşkilatlarda
da ləyaqətlə təmsil olunur. “Şərq tərəfdaşlığı”,
“Yaxın qonşuluq
siyasəti” proqramlarına uyğun regionda siyasi sabitliyin, əmin-amanlığın təmin
edilməsi üçün sülhsevər
siyasəti ilə fərqlənir.
Erməni vəhşiliklərinin
nümunəsi olan Xocalı
soyqırımının dünyada
tanınması istiqamətində aparılan işlər davam etdirilir. Belə ki, bu
günə qədər ABŞ-ın 15 ştatında, Kolumbiya, Çexiya,
Rumıniya, Serbiya, Honduras,
Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində Xocalı
soyqırımı rəsmən tanınmış, Azərbaycanın
ərazi bütövlüyü və
suverenliyinə dəstək ifadə edilmiş,
o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən
etibarlı strateji tərəfdaş kimi qiymətləndirilmişdir. Reallıq budur ki,
qarşılıqlı hörmət, bərabərhüquqlu
münasibətlərə, xoş niyyətlərə
əsaslanan Azərbaycanın xarici siyasəti
açıq, balanslaşdırılmış və ədalətlidir
.
Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə xoşməramlı səfiri olduğu
YUNİSEF, YUNESKO kimi humanist
təşkilatlarla birgə həyata keçirilən layihələr,
Avropa ölkələrində
reallaşdırılan xeyirxah, humanist aksiyalar da xarici siyasətimizin bir istiqamətidir. Azərbaycanın min
illərə söykənən tarixini, mədəni
irsini Fransa, Böyük Britaniya, İtaliya kimi ölkələrdə
təbliğ edən Fondun layihələri
müxtəlif xalqlar tərəfindən
rəğbətlə qarşılanır. Prezident
İlham Əliyevin
vurğuladığı kimi dünya birliyində nüfuzu
artan Azərbaycanın xarici
siyasəti çox çevik,
dinamik olmaqla ölkəmizə
böyük uğur
qazandırır.
Xuraman İsmayılqızı
İki sahil.- 2014.- 16 iyul.- S.5.