Mətbuata qayğı
davamlı və sistemlidir
Yeni
Azərbaycan Partiyasının mərkəzi qərargahında
bir qrup jurnalisti Milli Mətbuat Günü münasibətilə
təbrik edən partiyanın icra katibinin müavini, Milli Məclisin
deputatı Siyavuş Novruzov bildirdi ki, qarşıdakı illər
üçün müəyyənləşdirilən hədəflər
azad, müstəqil mətbuatın inkişafına da stimuldur
İyulun 21-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşdü. Öncə jurnalistləri bayram münasibətilə təbrik edən S.Novruzov bildirdi ki, hər il olduğu kimi bu il də Yeni Azərbaycan Partiyası Azərbaycan mətbuatının aparıcı nümayəndələri ilə görüş keçirir, onlara xoş arzularını çatdırır.
“Azərbaycan
mətbuatı çox şərəfli
və tarixi bir yol keçib. 1875-ci ildən
başlayaraq bu günə
qədər mətbuatımızın hər bir
dövrünə nəzər salsaq
görərik ki, müxtəlif dövrlərdən,
zamandan, sistemdən, quruluşdan
asılı olmayaraq Azərbaycan mətbuatının
xalqımızın inkişafı, onun informasiya tələbatının ödənilməsi,
cəmiyyətdə olan problemlərin
qabardılıb üzə çıxarılması,
ümumiyyətlə bir sıra məsələlərin
həllində rolu böyükdür.
Xüsusilə müstəqillik dövrünə diqqət
yetirmək istərdim. Müstəqillik dövründə mətbuatın
rolu həddən artıq böyük
oub. Xüsusilə mətbuat Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin, problemin
əsil mahiyyətinin ictimaiyyətə açıqlanmasında
əhəmiyyətli rola malikdir.
Bir əsas
məqamı qeyd etmək istərdim ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra mətbuat-dövlət
əlaqələri çox sıx olub, əlaqələrin inkişafı üçün möhkəm əsaslar
yaradılıb. 1998-ci ildə ulu öndər
Heydər Əliyev tərəfindən
senzuranın aradan qaldırılması, mətbuata
xüsusi diqqətin göstərilməsi,
mətbuatın nəşriyyata olan
borclarının dondurulması və ödənilməsi kimi hallar Azərbaycan mətbuatının
inkişafına böyük təkan verdi. Mətbuat nümayəndələrinin
daim dövlətin diqqətində
olmasının, xüsusilə 4-cü hakimiyyət rolunu tamamilə həyata keçirməsinin hər
gün şahidiyik. Mətbuatımız
gündən-günə inkişaf edir. Bu gün
Azərbaycanda 240-dan çox mətbuat nəşr
olunur. Bunun 40-ı
gündəlik, 200-ü isə həftəlik və aylıq nəşr
olunur. Azərbaycanda bu
gün internet
azaddır. Bildiyiniz kimi,
bir çox ölkələrdə
vəziyyətdən asılı olaraq internet üzərinə nəzarət qoyulur. Azərbaycanda isə qeyd
etdiyim kimi internet azaddır. Çoxlu
sayda internet portalları
fəaliyyət göstərir. Bu da insanları həm dünyada,
həm regionda, həm də ölkə
daxilində baş verən hadisələrlə
bağlı mütəmadi olaraq məlumatlandırır.
Mətbuat-dövlət əlaqələrinin
inkişafının göstəricisi olaraq
onu deyə bilərəm ki,
ümummilli lider Heydər
Əliyev “Mətbuatın dostu”
mükafatına layiq görülmüşdür.
Bunun da arxasında iş, əməl,
diqqət dayanırdı. Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv
olunduqdan sonra mətbu
orqanların nümayəndələrinin iştirakı ilə
Mətbuat Şurası yaradıldı. Bu
gün Mətbuat Şurası doğrudan da çox geniş şəkildə
fəaliyyət göstərir. İstər regionlarımızda,
istərsə də paytaxtda müxtəlif
görüşlər keçirilir, azad, müstəqil mətbuatın
inkişafına xidmət edən müzakirələr
aparılır, tövsiyələr verilir.
KİV-lərin İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılmasını xüsusi vurğulamaq istərdim.
Mətbuata diqqət və qayğının bir
nümunəsidir ki, mütəmadi
müsabiqələr keçirilir,
jurnalistlər mükafatlandırılır, ayrı-ayrı qəzetlərə
layihələrlə bağlı yardımlar edilir.”
S.Novruzov bildirdi ki, jurnalistlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması ilə
bağlı atılan addımlar böyük
rəğbət hissi yaradır: “Məlum
olduğu kimi ötən
il milli mətbuatımızın
138 illiyində jurnalistlər üçün
tikilmiş bina istifadəyə
verildi, dövlət
başçısı İlham Əliyev bu işlərin davamlılığını
təmin etmək üçün növbəti
sərəncamı imzaladı. Gələn il növbəti binanın istifadəyə
verilməsi nəzərdə tutulur. Bu da media
nümayəndələrinin mənzil şəraitinin
yaxşılaşdırılmasına xidmət edəcək.”
“Partiya
olaraq mətbuatla sıx əlaqədəyik”
söyləyən S.Novruzov bildirdi ki, çünki
siyasi partiyaların fəaliyyəti,
onların atdığı addımlar mətbuat vasitəsilə
ictimaiyyətə çatdırılır: “ Milli
Məclis də mətbuata diqqət və qayğını daim öndə saxlayır. Parlamentdə mətbuat
qrupu fəaliyyət göstərir. Onlar da ilin
sonunda millət vəkillərinin fəaliyyəti
ilə bağlı hesabatlarını dərc edirlər. İlin fəal, qeyri-fəal, seçiciləri
ilə daha yaxın olan
millət vəkillərinin adları açıqlanır. Sösüz ki, bu kimi araşdırmalar, təhlillər
işin keyfiyyətinə, fəaliyyətə
öz müsbət təsirini göstərir.”
S.Novruzov qeyd etdi
ki, dinamik inkişaf yolunda olan Azərbaycanın bütün
sahələrdə əldə etdiyi uğurlar mətbuatda geniş
şəkildə işıqlandırılır. Bunun nəticəsidir ki,
Azərbaycan dünyanın diqqətindədir. “Beynəlxalq əhəmiyyətli
tədbirlərin ölkəmizdə keçirilməsi, Azərbaycanın
iqtisadi inkişaf modelinin digər ölkələrə
nümunə göstərilməsi də deyilənlərin təsdiqidir.
Son iki ayda
ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli
tədbirlərə diqqət yetirmək kifayətdir. Bu tədbirlərin əhəmiyyətinin
ictimaiyyətə çatdırılmasında mətbuatın
rolu böyükdür.
Bakıda ATƏT Parlament
Assambleyasının toplantısı, NATO PA-nın
seminarının keçirilməsi, bundan
əlavə ayrı-ayrı beynəlxalq təşkilatların
iştirakı ilə müxtəlif sahələri əhatə
edən tədbirlərin təşkili və s.
kimi addımlar Azərbaycanda iqtisadi inkişafın, sabitliyin,
təşkilatçılığın yüksək səviyyədə
olmasının göstəricisidir. Azərbaycan növbəti
bir tədbirə də ev
sahibliyi edəcək. 2015-ci ildə Birinci Avropa Oyunları
ölkəmizdə keçiriləcək. Dövlət
başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, Azərbaycanın mövcud
potensialını, mövcud idman infrastrukturu və beynəlxalq
tədbirlərin keçirilməsi sahəsində təcrübəsini
nəzərə alsaq, Birinci
Avropa Oyunlarını gözləniləndən
də yüksək səviyyədə təşkil edəcəyik.
Birinci Avropa Oyunları
ilə bağlı Azərbaycanda yaradılmış standartlar gələcək Avropa
Oyunları üçün əsas təşkil
edəcəkdir. Düşünürəm ki,
Azərbaycan mətbuatı bu tədbirə
də ciddi hazırlaşmalıdır. Burada söhbət
tək idman yarışlarının deyil, eyni zamanda
reallıqlarımızın iştirakçı ölkələrin
təmsilçilərinə, həmçinin beynəlxalq aləmə
çatdırılmasından gedir. İslam həmrəyliyi oyunlarının Azərbaycanda
keçirilməsi də ölkəmizin artan
nüfuzunun, çəkisinin təsdiqidir.
Azərbaycan nəinki regionda, dünyada aparıcı rola
malik olan ölkədir.
Qarşıdakı illər üçün
əsas hədəf Azərbaycanı yüksək gəlirli
ölkəyə çevirmək, inkişaf
etmiş ölkələr sırasında
görməkdir.”
S.Novruzov bildirdi ki, bu gün
doğrudan da dünyada ziddiyyətli hadisələr çoxdur. “Nəzər salsaq,
görərik ki, istər Avropada,
istər Yaxın Şərqdə, istər regionun
ayrı-ayrı dövlətlərində ciddi
münaqişələr baş verir. Bundan əziyyət
çəkən həmin ölkələrin
xalqlarıdır. Təbii ki, bu kimi olaylar
dünyanı narahat etməlidir. Azərbaycanın başına gətirilən faciələr
hər kəsə məlumdur. İstər Xocalı faciəsi,
istər Dağlıq Qarabağ və ona bitişik olan rayonların işğalı nəticəsində
dinc insanların başına gətirilən
faciələrin şahidiyik. Ona görə də biz dünyada baş verən
münaqişələr zamanı insanların
yaşadıqlarını daha
yaxşı başa düşürük.
Həmin münaqişələrdə çoxlu
sayda mətbuat nümayəndəsi həyatını
itirib, yaxud bu və ya digər formada xəsarət alıb, əsir düşüb, girov götürülüb. Bunlar
da dünya ictimaiyyətini
maraqlandırmalıdır. Bu insanlar öz peşə fəaliyyətlərini
həyata keçirirlər, insanların informasiya
tələbatını ödəməyə
çalışırlar. Hətta I, II dünya
müharibəsində belə mətbuat nümayəndələrinə
qarşı heç bir
təzyiq göstərilmir, təxribatlar törədilmirdi. Amma bu gün
Avropa, eyni zamanda digər ölkələrdə baş verən münaqişələr
zamanı jurnalistlərə qarşı təzyiqlərin və
təxribatların şahidi oluruq.”
Bu gün Azərbaycanda
hansı sahəyə diqqət yetirsək inkişafın, tərəqqinin
şahidi olarıq. İqtisadi
imkanların artması fonunda azad, müstəqil mətbuatın
inkişafı istiqamətində də atılan addımlar
davamlı xarakter alıb. Bu
gün böyük inam hissi ilə qeyd edirik ki,
ölkəmizdə azad mətbuat mövcuddur və yüksək səviyyədə
qorunur. Məhz bu diqqət
və qayğının nəticəsidir ki,
dövlət başçısı İlham
Əliyev iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq
görülüb. Azərbaycan mətbuatı
inkişaf yolunda inamla irəliləyir.
“Bu gün bayram
ərəfəsindəyik” söyləyən S.Novruzov
bildirdi ki, keçilən
yola qısa baxış bir
daha bu
reallığı ortaya qoyur
ki, mətbuat hər dövrün
çağırışlarına yüksək səviyyədə
əməl etməklə bugünkü inkişaf səviyyəsinə çatıb. Yeni-yeni hədəflər uğurların
davamlılığı üçün
əsasdır. İstərdik ki, hər zaman xoş ovqat, əhval-ruhiyyə ilə Azərbaycan
reallıqlarını ölkə və dünya
ictimaiyyətinə çatdırasınız. 139 illik bir yol
keçən Azərbaycan mətbuatının
qarşısında daim yeni-yeni
vəzifələr dayanır. Əsas missiya
obyektivlik, rərəzsizlik, vətənpərvərlik
prinsiplərinin vəhdətliyi fonunda cəmiyyətin
informasiya tələbatını yüksək
səviyyədə ödəməkdir. “Gələn
il milli mətbuatımızın
140 illik yubileyidir.
Əminəm ki, növbəti ildönümünüzü də
uğurlarımız əsasında xoş
əhval-ruhiyyə ilə keçirəcəksiniz və
tezliklə belə toplantımızı işğaldan
azad olunacaq ərazilərimizdə,
Şuşada, Xankəndidə qeyd edəcəyik.”
Mətbuat nümayəndələrini
bir daha bayram münasibətilə təbrik edən S.Novruzov onlara geniş oxucu kütləsi,
yeni-yeni yaradıcılıq
uğurları arzuladı.
Sonda YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bir qrup jurnalistə hədiyyələr
təqdim etdi.
Yeganə
Əliyeva,
Vüsal
Cahanov (foto),
İki sahil.- 2014.- 22 iyul.- S.7.