Azərbaycan ulu
öndər Heydər
Əliyevin görmək
istədiyi kimi inkişaf edir, güclənir, möhkəmlənir
Milli
Məclisin deputatı Malik Həsənovun www.yap.org.az
saytına müsahibəsi
- Malik müəllim, hər bir bayram öz əhəmiyyəti ilə xarakterizə olunmaqla yanaşı, əldə olunan uğurlara bir baxış, hesab kimi də dəyərləndirilir. Milli Qurtuluş bayramı hansı təhlili aparmağı zərurətə çevirir?
- Azadlıq, müstəqillik
hər bir xalq,
dövlət üçün ən
müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda
minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin «Müstəqiliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi,
əbədi olması bundan da çətindir» tezisi hər
bir dövr üçün öz
aktuallığını qoruyur, birliyə,
həmrəyliyə bir
çağırış kimi önə
çəkilir.
Bu baxımdan Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin
yenidən bərpa edilməsi və ulu
öndər Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışıdır. Bu iki
hadisə bir-biri ilə sıx
bağlıdır. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı o
zaman yenicə bərpa edilmiş
dövlət müstəqilliyimizin başı üzərini
almış çox ciddi
təhlükələrin aradan
qaldırılması ilə əlaqədar idi.
Bu təhlükələri
yaşayan Azərbaycan xalqı ölkəni
düçar olduğu
vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət
Heydər Əliyevi hakimiyyətə dəvət etməklə
Azərbaycanın qarşısında bugünkü
uğurlarımız üçün imkanlar yaratdı.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun önəmi, əhəmiyyəti
hər birimizə aydındır. Daxili çəkişmələr,
Ermənistanın təcavüzü, ölkəyə rəhbərlik
edənlərin şəxsi ambisiyalarını dövlət
maraqlarından üstün
tutmalarının yaratdığı problemlər, faciələr,
anarxiya, özbaşınalıq, dövlət
müstəqilliyini itirmək təhlükəsi məhz müstəqilliyimizin
ilk illərinin səciyyəvi
xüsusiyyətləri idi. Belə çətin
məqamda Azərbaycan xalqı ulu öndər
Heydər Əliyevi siyasi hakimiyyətə
dəvət etdi. Xalqı ilə
birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının
qarşısını almaq istiqamətində
göstərdiyi səylər o dövrün hadisələrinin şahidi olanların yaddaşlarındadır.
Ümummilli lider iyunun
15-də Azərbaycan Ali Sovetinin
sədri seçildi, iyulun
24-də isə Milli Məclisin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətələrini həyata keçirməyə
başladı. 1993-cü il oktyabrın 3-də
ümumxalq səsverməsi nəticəsində
ulu öndər Azərbaycanın Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan
xalqının ulu öndər Heydər Əliyevə,
dahi şəxsiyyətin isə xalqına
bağlı olmasının təsdiqidir.
«Azərbaycan xalqı
öz tarixinin ən
mürəkkəb, faciəli dövrünü
yaşayır. Məhz bu
dövrdə mənim üzərimə qoyulan
bu vəzifənin məsuliyyətini dərindən
dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi,
bütün həyatımı bu etibarı doğrultmaq,
xalqın ümidlərini doğrultmaq
işinə həsr edəcəyəm» tezisini önə çəkərək, bunu atdığı hər addımında sübut edən ümummilli
lider Heydər Əliyev Azərbaycanı çox qısa zamanda böyük inkişaf, tərəqqi
yoluna çıxardı. Verilən hər
bir vədin konkret əməli
işdə təsdiqinin nəticəsi idi
ki, xalqın gələcəyə
ümidləri daha da
artdı. İstər Azərbaycan tarixində, istərsə də
xalqımızın yaddaşında ümummilli
lider Heydər Əliyev müstəqil, müasir dövlətimizin simvolu
kimi qalmış və qalacaq.
Azərbaycanın hər bir uğuru ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır.
- Bu reallıq ölkəmizin hüdudlarından kənarda da qeyd olunur ki, dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin hər bir sahəsi tədqiqat obyektidir...
- Təbii ki. Məhz buna
görə də dahi şəxsiyyət
Heydər Əliyevin ideal lider
obrazını, dövləti, xalqı
qarşısındakı xidmətlərini bir
yazı ilə əhatə etmək qeyri-mümkündür.
İllər bir-birini əvəzlədikcə
bu xidmətlərin miqyasının genişliyi daha aydın görünür, işıq üzü görən tədqiqat əsərləri
göstərilən səylərin böyüklyünə, vətən,
xalq anlayışlarının dahi şəxsiyyətin həyatının mənasını
təşkil etməsinə işıq salır. Onun ən yüksək tribunalardan
Azərbaycanlı olması ilə fəxr etdiyini
bəyan etməsi harda yaşamasından
asılı olmayaraq bütün
soydaşlarımızı bu amal ətrafında birliyə
çağırırdı: «Bizim
hamımızın bir vətəni var-bu, Azərbaycandır. Hamımız bu torpaqda
yaşayırıq- bu, Azərbaycan
torpağıdır. Azərbaycan torpağının hər
guşəsi hər birimiz üçün
müqəddəs yerdir!»
Ümummillli lider Heydər Əliyevin
müasir Azərbaycanın memarı, qurucucu kimi təqdim
olunması həmin dövrün,
1993-cü ilin iyun
hadisələrinin bir cümlə ilə
təhlilidir. Dahi şəxsiyyət Azərbaycanın
düşdüyü ağır durumdan xilas
olacağına böyük inamla yanaşdı: «Biz bu çətin
günləri keçib gedəcəyik,
müstəqil Azərbaycan Respublikası dünya
birliyində öz layiqli
yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu
müstəqil dövlətə mənsub olduğunu
böyük qürur hissi ilə bəyan edəcəkdir.» Mövcud problemlərin
çözüləcəyinə xalqda böyük inam hissi yaradan ulu
öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikir bu
günun gerçəklikləri fonunda özünü təsdiqləməklə
yanaşı onun xalqımız, dövlətimiz
qarşısındakı xidmətlərinə də
aydınlıq gətirir. Düzgün
müəyyənləşdirilən daxili
və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə
sabitilk diyarı, qüdrətli, zəngin,
demokratik ölkə kimi
mövqeyini günbəgün möhkəmləndirir.
«Müstəqil Azərbaycan Respublikasının
qarşısında duran əsas vəzifələrdən
biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır,
bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil
Azərbaycanda demokratik, hüquqi
dövlət qurulmalıdır. Azərbaycan
dövləti demokratik prinsiplər əsasında
fəaliyyət göstərməlidir, öz
tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək,
dünya demokratiyasından, ümumbəşəri
dəyərlərdən səmərəli istifadə edərək
demokratik dövlət quruculuğu yolu ilə getməlidir.
Bizim yolumuz bu yoldur
və mən sizə bir daha
söz verirəm ki, biz məhz bu yolla gedəcəyik.» 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız insan
hüquqlarının, fikir plüralizminin, söz və
məlumat azadlığının, vətəndaş cəmiyyəti
institutlarının formalaşdırılması və
inkişafına etibarlı zəmin yaratdı.
- 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, yüksəliş illəri kimi yazıldı...
- 28
May-Respublika Günü münasibətilə keçirilən
rəsmi qəbulda möhtərəm Prezidentimiz
İlham Əliyevin 1993-2003-cü illərin
Azərbaycanın müstəqil ölkə kimi
yaşamasını təmin edən bir dövr kimi tarixdə
qalacağını böyük inam və qətiyyətlə ifadə etməsi
təbii ki, həmin dövrdə Azərbaycanın keçdiyi yola
baxış, bir hesab idi. Bir daha
qeyd olundu ki, bu illər tarixdə sabitlik, inkişaf illəri
kimi qalacaq.
1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin
imzalanması Azərbaycanın iqtisadi
inkişafının əsasını qoydu.
Ölkəmizə inamın artması imzalanan
sazişlərin sayında da özünü göstərdi. Bu gün ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmində
artımı xüsusi qeyd
ediriksə, bu, məhz həmin dövrdə
Azərbaycana qarşı yaradılan inamın nəticəsidir.
Baxmayaraq
ki, ölkəmiz hər zaman
yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində
olub, müstəqilliyimizin ilk
ilərində ölkədə mövcud olan ictimai-siyasi gərginlik
bu diqqətə öz
mənfi təsirini göstərmişdir. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında
maraqlı olan dövlətlər tərəddüdlərini
gizlətməkdə çətinlik çəkirdilər. Ulu öndər
Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə
yaradılan sabitlik, «Əsrin müqaviləsi»nin
imzalanması Azərbaycana inamı artırdı, çox qısa zamanda böyük investisiyalar məkanına
çevrildi. «İqtisadiyyatı güclü olan dövlət
hər şeyə qadirdir» bildirən ulu öndər Heydər Əliyevin 20 il əvvəl əsasını qoyduğu yeni neft strategiyası, bu
strategiyanın təməlində dayanan «Əsrin
müqaviləsi» Azərbaycanın bugünkü
və gələcək yoluna işıq
saçır. Azərbaycanın zəngin təbii
resurslarının dünya bazarlarına
çıxarılması, neft gəlirlərini
ölkəmizin hərtərəfli inkişafına,
xalqımızın rifahının yüksəlməsinə
sərf edilməsi dahi şəxsiyyətin
uzağa hesablanmış siyasətində
əsas yer tuturdu.
Neft gəlirlərinin idarə
olunmasında şəffaflıq prinsipinin
yüksək səviyyədə qorunması məqsədilə
1999-cu ildə yaradılan Dövlət Neft
Fondu dövlət siyasətinin əsas
prioritetlərini müəyyənləşdirir. Hazırda
aktivlərinin həmi 35 milyard dollardan artıq olan
Dövlət Neft Fondu
müxtəlif sosial-iqtisadi layihələrin
həyata keçirilməsini maliyyələşdirməklə
ölkənin hərtərəfli inkişafını sürətləndirir.
Bir əsas
məqamı da qeyd
etmək istərdim ki, 1994-cü ildə «Əsrin
müqaviləsi»nin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Bakıda Beynəlxalq neft, qaz sərgi və konfransının
keçirilməsi Azərbaycanın enerji
potensialının dünyaya təqdimatında
mühüm rol oynadı. Ənənəvi keçirilən
bu sərgi-konfranslar Azərbaycanın hər
il enerji sektorunda qazandığı uğurlara
bir baxış olmaqla,
yeni-yeni əməkdaşlıq əlaqələrinin
yaranmasına stimul olur.
Artıq XXI Beynəlxalq neft, qaz sərgi-konfrası keçirildi.
Konfrans iştirakçılarının
sayında ilbəli nəzərə çarpan
artım bir daha
ölkəmizin gələcəyinə böyük
inamın olduğunu, Azərbaycanın
etibarlı tərəfdaş kimi qəbul
edildiyini təsdiqləyir.
Azərbaycan xalqı dahi
şəxsiyyət Heydər Əliyevi
hakimiyyətə
dəvət etməklə Azərbaycanın
bugünkü
uğurlarının bünövrəsini yaratdı
İqtisadi tərəqqi digər sahələrin
də inkişafını təmin etdi. Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində
atılan biri-birindən əhəmiyyətli addımlar bir
daha bu reallığı ortaya qoydu ki, daim xalqına güvənən,
xalqına arxalanan ulu öndər Heydər Əliyev onların
yaxşı yaşayışı üçün
çalışır. Heydər Əliyev-xalq birliyi hər
sahədə öz təsdiqini tapmışdır. Bu birlik, həmrəylik
uğurların davamlı olması üçün açar
rolunu oynayır. Dahi şəxsiyyət Heydər Əliyevin bu
tezisi dünənimizin, bu günümüzün və gələcəyimizin,
eyni zamanda Heydər Əliyev siyasətinə inamın
aydın təsəvvürünü yaradır: «Nə qədər
Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda
əbədi olacağam!»
- Son
20 ilin uğurlarına əsaslanan «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyası gələcəyimizə
hansı baxışı formalaşdırır?
- Sözsüz
ki, prioritetlər müəyyənləşdirilərkən
ötən ildə əldə olunan
uğurların təhlilinə ehtiyac
yaranır. Bu reallıq inkaredilməzdir ki,
dövlətimizin düzgün təmələ
əsaslanan siyasəti nəticəsində arxada
qalan il əvvəlki
ildən daha böyük
uğurlarla zəngin olur.
Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın
iqtisadi inkişaf
srategiyasının bu gün digər ölkərə nümunə
göstərilməsi uğurlarımızın təsdiqidir.
2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, beynəlxalq
münasibətlər sisteminin fəal
üzvünə çevirmişdir. Bu gün Azərbaycanın
təşəbbüsləri gerçəkliyə çevirən
ölkə kimi tanınması və nüfuz qazanması da
deyilənlərin təsdiqidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev
ilk gündən bəyan etdi
ki, Azərbaycanın daha
qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti
davam etdirilməlidir. Son
on ilin statistikasına
diqqət yetirsək bu vədin konkret əməli işdə öz
təsdiqini tapdığını görərik. Dövlət başçısı İlham
Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına
olmasını qarşıya mühüm
vəzifə kimi qoydu,
regional inkişaf
proqramlarını təsdiqləyib, uğurlu
icrasını təmin etməklə bu məqsədə
nail olmağa səy
göstərdi. Artıq iki
proqramın icrası başa
çatıb. Cari ildən üçüncü
proqramın həyata keçirilməsinə başlanılıb.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində
atılan addımların nəticəsi olaraq,
paytaxt və bölgələrdə
quruculuq-abadlıq işləri geniş
vüsət almış, regionlarımız sosial-iqtisadi
inkişafı ilə dünyanın diqqətində olmuşdur. Ölkənin hərtərəfli
tərəqqisində regionların inkişafını vacib amil kimi
önə çəkən dövlət
başçısı İlham Əliyev bildirirdi ki, inkişaf etmiş ölkələrdə
də paytaxtla bölgələr
arasında fərq olmur. Biz
də buna çalışırıq. Bu gün Azərbaycanın iqtisadi
inkişaf modelinin geniş təhlil olunması, ölkəmizin təcrübəsinin
öyrənilməsinə dünya
dövlətlərinin xüsusi maraq göstərməsi bir
daha bu gerçəkliyi
təsdiqləyir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə
nail olunub. Bir faktı da qeyd edək ki, Azərbaycan
bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının
85 faizinə sahibdir. İşsizlik,
yoxsulluq problemlərinin həlli dövlətin
siyasətində prioritet məsələdir.
Son
on ildə açılan
yeni iş yerlərinin sayı bir milyondan artıqdır.
İşsizliyin səviyyəsi 5 faizdir. Yoxsuluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının
uğurlu icrası əldə olunan nəticədən də aydın görünür.
Yoxsulluğun səviyyəsi
5,3 faizdən aşağıdır. İqtisadi tərəqqi
güclü sosial siyasətin həyata keçirilməsinə stimul
verir. Əmək haqqları, pensiyalar
artırılır, aztəminatlı
ailələr Ünvanlı
Sosial Yardım Proqramından bəhrələnirlər.
Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib,
istifadəyə verilib. Bütün
bunlar Azərbaycanın hərtərəfli
inkişafını təsdiqləyir. Ölkəmizin valyuta ehtiyatları 53 milyard
dollardan artıqdır. Son
10 ildə ölkə iqtisadiyyatına 160 milyard
dollardan artıq vəsait qoyulub.
Bu, sözsüz ki, Azərbaycanın bu
gününə və gələcəyinə olan inamdan irəli gəlir.
Ölkəmizlə iqtisadi əməkdaşlıqda
maraqlı olan dövlətlərin
sayı günbəgün artır. Dövlət
başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, ölkəmiz qarşıdakı illərdə
regionun və Avropa
ölkələrinin enerji təhlükəsizliyinin
təminatında rolunu daha
da artıracaq. «Azərbaycanda
aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun
illər, ən azı, 100 il ölkəmizi
təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək,
etibarlı tərəfdaş kimi Azərbaycan
gələcəkdə də öz
müsbət rolunu oynayacaqdır.»
İqtisadi tərəqqi yeni-yeni
hədəflərə yol açır. Hər
ilin konkret sahənin
adı ilə bağlı olması hədəflərə
yüksək səviyyədə çatmağa
əsas yaradır. Möhtərəm Prezidentimiz İlham Əliyevin
sərəncamı ilə cari il «Sənaye ili» elan olunub. İl
çərçivəsində görüləcək
işlər, həyata keçiriləcək tədbirlər sənayenin
innovasiyalar əsasında
inkişafını təmin edəcək.
- Malik müəllim, ölkəmizə beynəlxalq baxışı necə şərh edərdiniz? Azərbaycanı istər daxili, istərsə də xarici baxışların ümumiləşdirilməsi fonunda inkişafın hansı səviyyəsində görürsünüz?
- Qeyd etdiyimiz kimi, bu gün inkişafın
Azərbaycan modelinin mövcudluğu
və təqdir olunması, ölkəmizin beynəlxalq əhəmiyyətli
tədbirlər üçün əsas məkan
seçilməsi, regional inkişaf
proqramlarının uğurlu
icrasının hərtərəfli inkişafının daha da sürətləndirilməsi, «neft kapitalını insan
kapitalına çevirək» tezisinin bugünümüzün reallıqları fonunda öz təsdiqini
tapması və s. kimi
amillər bir gerçəkliyi ortaya qoyur ki,
daim yeniləşməyə, modernləşməyə
önəm verən respublikamız inkişafın ən
yüksək səviyyəsindədir. Azərbaycanın
adı bu gün
dünyanın 10 xoşbəxt ölkəsinin
sırasındadır.
28 May-Respublika Günü
münasibətilə rəsmi qəbulda möhtərəm Prezidentimiz İlham Əliyev
bir daha bildirdi ki, istər daxili, istərsə də xarici
siyasətlə bağlı konkret mövqeyimiz vardır: «Öz
niyyətimizi, siyasətimizi açıq şəkildə bəyan
edirik və bizim
addımlarımız da siyasətimizin
davamıdır. Sözümüzlə
əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir
və əhəmiyyətlidir. Əgər söz
veririksə, onu yerinə yetiririk.
Əlbəttə ki, qarşı tərəflərdən
də eyni yanaşmanı gözləyirik.»
Azərbaycanın
artan iqtisadi
imkanları siyasi mövqeyinin
də möhkəmlənməsinə öz
müsbət təsirini göstərir. Ölkəmizin 2011-ci
ildə 155 ölkənin dəstəyini qazanaraq
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi beynəlxalq dəstəyə
işıq saldı. Bu gün
yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövlətinin uğurlu
siyasəti nəticəsində erməni yalanları ifşa olunur,
dünyanın nüfuzlu təşkilatları
qəbul etdikləri qərar və qətnamələrdə
Ermənistanın işğalçılıq siyasətini
pisləyir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunmasının vacibliyini bildirirlər.
Azərbaycanın dəyişməz mövqeyini
bir daha bəyan edən
dövlət başçısı İlham
Əliyev bildirir ki, biz bu mövqedən bir addım geri çəkilməyəcəyik.
Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Xalqımız tam əmindir ki, dövlətimizin
uğurlu siyasəti, qətiyyəti sayəsində
münaqişə öz ədalətli həllini
tapacaq, Azərbaycan daha
möhtəşəm uğurları ilə dünyanın
diqqətində olacaq. Heydər
Əliyev yolu ilə irəliləyən
Azərbaycanın uğurları fonunda
dövlət başçısı İlham
Əliyevin fərmanı ilə işlənib hazırlanan və
təsdiqlənən «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyası
gələcəyə daha böyük
inamla irəliləməyə stimul verir. Bu günümüzün
reallıqları bir daha
bu gerçəkliyi təsdiqləyir ki, Azərbaycan ulu öndər
Heydər Əliyevin görmək istədiyi kimi
inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir,
möhkəmlənir.
İki
sahil.- 2014.- 12 iyun.- S.5.