Azərbaycanın seçdiyi yol dövlətçilik
maraqlarına və xalqın iradəsinə əsaslanır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın www.yap.org.az saytına müsahibəsi
- Sevinc xanım, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Məhz bu reallıqlar və perspektivlə bağlı nə deyə bilərsiniz?
- Müstəqil
Azərbaycan dövləti hazırki inkişaf
mərhələsinə asan şəkildə
gəlib çatmayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu
dövlətə çevirib, ölkəmiz
iqtisadi
inkişaf modelinin əsasını
qoyub. Bu gün Azərbaycan demokratik
dəyərlərə sadiq, müstəqil
inkişaf yoluna malik olan sosial
dövlət kimi tanınır və
ölkəmizin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən
təqdir olunur. Bütövlükdə, bu gün müstəqil Azərbaycan
inkişaf yolunda inamla irəliləyir. Prezident İlham
Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər
Əliyev ideyalarına söykənir. Əldə olunmuş inkişaf
göstərir ki, müstəqil Azərbaycanın
seçdiyi yol
dövlətçilik maraqlarına və xalqın iradəsinə
əsaslanır. Azərbaycan Prezidenti
İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində
ölkəmizin sürətlə inkişaf
etməsi, eləcə də beynəlxalq müstəvidə nüfuzunun artması inkarolunmaz
reallıqdır. Beynəlxalq müstəvidə nüfuzumuzu təsdiq edən başlıca məqamlardan
biri odur ki, bölgəmizdə Azərbaycanın
iştirakı və razılığı olmadan
hər hansı layihə həyata keçirilə bilməz. Yəni
bu baxımdan, Azərbaycan bölgədə
söz sahibidir.
- Azərbaycanın həyata keçirdiyi xarici siyasət hansı uğurlarla müşayiət olunur?
- Təbii ki, xarici siyasətdə
qazanılan uğurlar da
vətəndaşların Prezident İlham Əliyevə yüksək etimad göstərməsini şərtləndirir.
Faktdır ki, Azərbaycanın
inkişafı onu siyasi,
iqtisadi və mədəni cəhətdən
nəinki regional, hətta qlobal
mərkəzə çevirməkdədir. İlk
növbədə siyasi sahədə
qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq
ictimaiyyətə daha yaxşı
tanıtdırmaqla bərabər, dünyanın diqqətini
respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi
2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi
ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi olub. Bu, onun
göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük
hörmətə malik olan
bir dövlətdir. Ölkəmiz beynəlxalq
birliyin müstəqil üzvü
kimi öz mənafelərini
qarşılıqlı hörmət prinsipi
çərçivəsində həyata keçirir.
Bu isə Azərbaycanın müstəqil
inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə
də ölkəmizə olan etimadı
artırır. Onu da əlavə
edim ki, Azərbaycan təkcə
siyasi, iqtisadi məsələlərdə
deyil, humanitar, mədəni
sahələrdə də yeni qlobal mərkəz rolunu
oynayır.
Qeyd etmək lazımdır ki,
Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu
və etibarlı dövlətə çevrilməsinin səbəblərindən
biri də ölkəmizin qlobal
təhlükəsizliyə əhəmiyyətli töhfələr
verməsidir. Qlobal təhlükəsizlikdən
bəhs edərkən əvvəla onu
bildirmək lazımdır ki, yerləşdiyi
regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
Son olaraq Şahdəniz-2”
üzrə yekun investisiya
qərarının imzalanması Azərbaycanla əməkdaşlığın
Avropa üçün
nə qədər böyük əhəmiyyət
kəsb etdiyini göstərdi. Bu layihənin əhəmiyyəti
bütövlükdə Avropanın enerji
təhlükəsizliyində yeni era açacaq. Bildiyimiz kimi, “Şahdəniz-2” layihəsi Azərbaycan
və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə
xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi
ilə bağlı planların reallaşmasına təkan verəcək,
Avropaya yeni qaz dəhlizi açacaq.
Beləliklə, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü
xarici siyasət ölkəmizi regionda lider dövlətə,
qlobal miqyasda isə
etibarlı tərəfdaşa çevirib.
- Ölkəmizin inkişaf modeli dünyada qəbul olunur. Bu mənada Azərbaycanda
sosial dövlət quruculuğu prosesinin əhəmiyyəti nədən
ibarətdir?
- Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün
sahələrinə, o cümlədən
sosial sferaya ciddi sirayət edib və bir
çox sosial proqram və layihələrdə real əksini
tapıb. Əlbəttə, ölkəmizin iqtisadi
qüdrətinin artması
vətəndaşların sosial
rifahının yüksəldilməsinə
yönəlmiş layihələrin
həyata keçirilməsinə
zəmin yaradıb.
Azərbaycanda sosial siyasət
elə şəkildə
həyata keçirilir
ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin
bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı
şəkildə ödənilməsi
və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi
həyata keçirilir.
Ölkəmizin dövlət büdcəsi
də yuxarıda göstərilən prinsiplərə
uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə
yönəldilir ki, bu da ölkəmiz
üçün tamamilə
məqbuldur.
Bir
sözlə, sosial sahədə ardıcıl
şəkildə həyata
keçirilən layihələr
onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının
yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə
olunmaları üçün
güclü maliyyə
imkanlarına və islahatları dərinləşdirmək
iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham
Əliyev dəfələrlə
bəyan edib ki, sosial siyasət
Azərbaycanın dövlət
siyasətinin ayrılmaz
hissəsidir: “Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı
dayanır”. Regionların sosial-iqtisadi inkişafının
da xüsusi diqqət mərkəzində
saxlanılması Azərbaycanın
tərəqqisinə təkan
verir. Heç kimə sirr deyil ki, regionlarda
mövcud olan iqtisadi potensialdan səmərəli istifadə
olunması, sosial-iqtisadi
vəziyyətin yaxşılaşdırılması
və iqtisadiyyatın
tarazlı inkişafının
təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası
və genişləndirilməsinə,
yeni istehsal və emal müəssisələrinin,
təhsil, səhiyyə,
idman-sağlamlıq, mədəniyyət
obyektlərinin istifadəyə
verilməsinə səbəb
olub. Yerli istehsalın genişlənməsi
nəticəsində Azərbaycanda
qeyri-neft sektoru daha da sürətlə
inkişaf edib, özəl sektorun inkişafına təkan verib.
- Sevinc xanım, beynəlxalq müstəvidə
Azərbaycanın qazandığı
nailiyyətlərin təqdir
olunması ilə yanaşı, bəzən
əsassız tənqidlər
də eşidirik. Bu baxımdan, “Freedom House” təşkilatının son hesabatına
münasibətiniz necədir?
- Əlbəttə ki, belə
hesabatlar ilk dəfə
deyil. Bu hesabatların arxasında Azərbaycanın inkişafını
istəməyən, ermənipərəst
qüvvələr dayanır.
Bu gün hər
kəs görür ki, ikiüzlü dünya var. Ona görə də, müstəqil siyasət həyata keçirən dövlətlərə təzyiqlər
olur. “Freedom House” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət
təşkilatıdır. Bu təşkilat Azərbaycanda
gedən proseslərə
obyektiv münasibət
bildirmir. “Freedom House” ölkəmiz haqqında məlumatları ayrı-ayrı
“hüquq müdafiəçilərindən”
və müxalifət
partiyalarından alır.
Digər
tərəfdən, təşkilat
ölkəmizin inkişafını,
müstəqil siyasət
yürütməsini istəməyən
qüvvələrin tribunasına
çevrilib. Bu mənada “Freedom House” təşkilatının
son hesabatı da məhz bu amillərlə
bağlıdır. Həqiqət və ədalət prinsiplərinin beynəlxalq
təşkilatlar səviyyəsində
pozulması bu bəşəri dəyərləri
aşınmaya məruz
qoyur. Çünki müəyyən xarici dairələrin korporativ maraqlar naminə məsələlərə
ədalətli arxa plana keçiməsi çox zərərləri
tendensiyadır.
Azərbaycan
iqtisadiyyatının sürətli
inkişafı ilə
yanaşı, ölkəmizdə
demokratiya sahəsində
də ciddi irəliləyişlər əldə
edilib. Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının
qorunması sahəsində
qazandığı nailiyyətlər
beynəlxalq təşkilatlar
tərəfindən də
qiymətləndirilir. Belə olan halda, “Freedom House” təşkilatının ölkəmizə
qarşı tənqidlərinin
heç bir əsası yoxdur. Biz öz müstəqil
siyasətimizlə hər
hansı təzyiq cəhdlərinə tutarlı
cavab veririk.
İki sahil.- 2014.- 21 iyun.- S.8.