Etimad böyük məsuliyyət
deməkdir
Müsahibimiz
“Həmrəy” Gənclərin Maarifləndirilməsinə
Dəstək
İctimai Birliyinin sədri Yəhya Babanlıdır
Azərbaycan
gənclər ölkəsidir. Modernləşmə, yeniləşmə
dövlət siyasətinin ana xəttini təşkil edir. Bu
reallıq inkaredilməzdir ki, müasirlik, yüksək keyfiyyətli
təhsil və işgüzarlıq olan yerdə gəncliyə
xas yenilikçi düşüncə sivilizasiyanın
bütövlükdə simasını dəyişə bilər.
Bu inam da ifadə olunur ki, hazırda müasir dünyada
qarşılaşdığımız bir çox problemlərin
həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti
sayəsində həllini tapacaq.
Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissələrindəndir. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının, etimadın nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəallığı ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri, Odlar Yurdu Universitetinin müəllimi, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan diasporu” şöbəsinin dissertantı Yəhya Babanlı ilə həmsöhbət olub, dövlətin gənclər siyasətinə bir baxış keçirdik
- Yəhya müəllim, ulu öndər Heydər Əliyevin “Gənclər Azərbaycanın gələcəyidir” tezisi özündə böyük etimadla yanaşı, məsuliyyəti də əks etdirir. Azərbaycan gəncliyi fəaliyyətində bu iki amilin vəhdətliyini necə qoruyur?
- Azərbaycanda
uğurlu gənclər siyasətinin təməli
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. 1993-cü ildə dahi
şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı digər sahələrdə
olduğu kimi, gənclərə
diqqət və qayğı istiqamətində də yeni mərhələnin
təməlini qoydu. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan
dövlətinin gənclər siyasətinin
formalaşmasında və gənc nəslin geniş
fəaliyyət meydanına çıxarılmasında ümummilli liderin təşəbbüsü
və iştirakı ilə keçirilən ölkə gənclərinin
I Forumu xüsusi rol oynadı. 1996-cı il
fevralın 2-də keçirilən bu forum ulu
öndər Heydər Əliyevin gəncliklə bağlı
strategiyasının ilk təntənəsi
kimi dəyərləndirildi. 1997-ci ildə
ümummilli lider Heydər
Əliyevin sərəncamı əsasında I Forumun
keçirildiyi tarix- 2
fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər
siyasəti dövlətin siyasətində əsas yer tutur. Bunun ardınca 1999, 2003,
2005, 2008, 2011 və 2014-cü illərdə Azərbaycan gənclərinin
forumlarının keçirilməsi gənclərimizin fəaliyyətində
mühüm dönüş
yaratmaqla, onların fəaliyyət istiqamətlərini
genişləndirmələrində əhəmiyyətli rol oynadı. Onu da qeyd edək ki, gənclərə diqqət
və qayğı ulu öndər Heydər
Əliyevin hakimiyyətinin hər iki
dövründə əsas yer tutub. Əgər ümummilli
lider hakimiyyətinin birinci
dövründə daha çox
gənclərin bir kadr
kimi yetişməsinə
çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi
dövründə artıq onları dövlətin idarə
edilməsində aparıcı qüvvə kimi
görürdü.
2003-cü ildən
sonrakı dövr dövlət gənclər
siyasətində yeni bir
mərhələnin əsası kimi dəyərləndirildi.
Ulu
öndər Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi
biri-birindən əhəmiyyətli tədbirlər,
imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi
Dövlət Proqramları gənclərin fəallığının
daha da
artırılmasına, öz
potensiallarını ortaya qoymalarına geniş imkanlar açır. Prezident İlham
Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”,
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında
Gənclər Fondunun yaradılması, “Gənclər
üçün Prezident
Mükafatı”nın təsis edilməsi və s kimi mühüm
addımlar bir daha bu sahəyə diqqətin
davamlı olduğunu göstərir. 23 ilə
yaxın müstəqillik tarixinə malik olan ölkəmizdə ictimai
fəal gənclərin 200-dən çox
QHT-də birləşməsi də onlara
göstərilən diqqət və qayğıdan irəli gəlir.
Gənclərimiz onlara göstərilən
etimadı əməli fəaliyyətləri ilə doğrultmağa çalışırlar. Təbii
ki, etimad böyük məsuliyyət deməkdir. Bu gün hər bir Azərbaycan
vətəndaşının, o cümlədən
gənclərimizin əsas vəzifəsi günbəgün
qüdrətlənən, möhkəmlənən, müasirləşən
Azərbaycanın inkişafına dəstək olmaq, dövlətçiliyimizi qorumaq, ölkə reallıqlarının
təbliğinə öz töhfəsini
verməkdir. Etimad-məsuliyyət vəhdətliyi fonunda qarşıya qoyulan
məqsədlərə yüksək səviyyədə nail olmağa
çalışırıq.
- Hər bir ölkənin inkişafında elmin, təhsilin, yeni texnologiyaların rolu böyükdür. Elmin inkişafı, gənc alimlər nəslinin yetişdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir...
- Dövlət
başçısı İlham
Əliyevin sərəncamı ilə təsdiqlənən
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı” Azərbaycan gənclərinin intellektual səviyyəsinin
artırılmasına, elmi biliklərə
dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini
öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda yeni
texnologiyaların mənimsənilməsinə xidmət edir. Möhtərəm Prezidentimiz
bildirir ki, neft-qaz Tanrıdan verilən böyük
nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii
sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin
dayanıqlı inkişafını uzun
illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik
ki, o ölkənin inkişafında
ən aparıcı rol oynayan
neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir,
yeni texnologiyalardır.
Dövlət
başçısı İlham
Əliyevin “neft kapitalını insan kapitalına çevirək” tezisi də bugünümüzün
reallığıdır. Bu gün dünyanın elə nüfuzlu
ali məktəbi yoxdur
ki, oradan Azərbaycan
gəncinin səsi gəlməsin. Bu
günlərdə Bakıda gənc alimlərin Ümumdünya Forumu keçirildi. Dünyanın
müxtəlif ölkələrindən ümumilikdə 400-dək
gənc alimin iştirak
etdiyi “Dünya elmində
yeni çağırışlar: gənc
alimlərin birgə yanaşmaları” mövzusunda
Beynəlxalq Bakı Forumu gənc alimlərimizin
potensial imkanlarına işıq saldı,
bu əminlik ifadə edildi
ki, Forum Azərbaycan tədqiqatçıları
və alimlərinin dünya elminə
inteqrasiyasını sürətləndirəcək və alim şəbəkələrinin işinə
öz töhfəsini verəcək.
Həmçinin Elmin İnkişafı Fondunun,
Bilik Fondunun
yaradılması da bu
sahənin inkişafına yönələn
addımlardandır.
- Yəhya müəllim, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi hansı zərurətdən yaradıldı?
- Təbii ki, ən mühüm məqsədimiz
gənclərin birliyinə, həmrəyliyinə nail olmaqdır. Biz gənclərin savadlı, dünyagörüşlü,
müasir düşüncəli və
yüksək intellektli aparıcı
qüvvəyə çevrilməsinə, onların vətənpərvərlik
ruhunda inkişafına, onlarda
humanizm və tolerantlıq, ləyaqətlilik
və mübarizlik kimi
vicdani və əxlaqi keyfiyyətlərin
formalaşmasına töhfə verməyi
qarşımıza vəzifə qoymuşuq.
Biz bu məqsədimizə çatmaq
üçün gənclərin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə
dəstək verir, gənclərin bilik və bacarıqlarının
artırılmasına yardım edir, onlara milli mənəvi dəyərləri
aşılayır, sağlam həyat tərzini
təbliğ edirik. Təbii ki, bu vəzifələrin
yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri addımların
atılması mütləqdir. Əsas devizimiz
budur- “Həmrəy olaq
ki, gələcək nəslə örnək
olaq!, “Həmrəyliyimiz gələcəyimizin
uğurudur!”
Birliyi yaratmaqda digər məqsədimiz
gəncləri maarifləndirmə işinə öz
töhfəmizi verməkdir. Qarşıdakı ildə ölkəmizi
çox mühüm
hadisə gözləyir. Bu, Avropa Olimpiya
Oyunlarının Bakıda keçirilməsidir. Hər bir tədbirin ölkəmiz
haqqında dolğun məlumatların əldə
olunmasında mühüm amil
olduğunu nəzərə alsaq, gənclərimizin bu
istiqamətdə səylərini daha da artırmaları üçün
maarifləndirmə işini daha da gücləndirməliyik.
Ölkəmizin idman yarışlarında
qələbəsi üçrəngli
bayrağımızın yüksəklərdə
dalğalanmasına, Azərbaycanın nüfuzunun
daha da artmasına stimul verir. Biz
Azərbaycan gəncləri qüdrətli Azərbaycanımızla
qürur duyur, üzərimizə
düşən vəzifələri lazımi səviyyədə
yerinə yetirməyə çalışırıq. Ulu öndər
Heydər Əliyevin “Gənclər Azərbaycanın gələcəyidir”
tezisinin davamı olaraq
Prezident İlham
Əliyevin söylədiyi “Gənclərimizin əksəriyyəti
böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik
illərində formalaşmış nəslə mənsubdurlar.
“Həmrəy”
yarandığı gündən qarşıya qoyduğu
məqsədin gerçəkləşdirilməsi istiqamətində
ciddi səylər göstərir, fəaliyyətini
genişləndirir. Keçirdiyimiz tədbirlərin
də sayı az deyil.
Ölkəmiz üçün əlamətdar
bayram günlərini yüksək səviyyədə
qeyd edirik. Gənclər Fondunun elan etdiyi üçüncü
qrant müsabiqəsinin qaliblərindən
biri olmuşuq. Üç regionda- Qəbələ,
Oğuz və Şəkidə təxminən
500-dən artıq gəncin iştirakı ilə “Region gənclərinin ictimai-siyasi
fəallığının artırılması” adlı tədbir
keçirmişik. Bu
tədbirlər də maarifləndirici xarakter
daşıyır. Xəzər Universiteti
ilə xüsusi layihələr həyata keçirilib. Bakı Ali Neft Məktəbi ilə birgə təşkilatçılıq
əsasında abuturiyentlərin psixoloji
hazırlığına dair tədbir keçirilib. Naxçıvan Muxtar
Respublikasının 90 illiyi ilə əlaqədar
“Naxçıvan: Tarix, müasirlik
və gənclik” mövzusunda geniş tədbir keçirilib.
Təbii ki, hər bir
tədbir öz mahiyyəti
baxımından xüsusi əhəmiyyət
kəsb edir. Müasir
dövr informasiya-kommunikasiya
texnologiyaları əsridir. Keçirilən tədbirlərin sosial şəbəkələrdə
yayılmasına və fikir mübadiləsi
aparılmasına səy göstəririk. Tədbirlərimiz
davamlıdır. Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz
rayonlarında 1000-dən artıq gənci əhatə edən
tədbirin keçirilməsi nəzərdə tutulub. Tədbirlər gənclərin malik olduqları potensialın ortaya
qoylumasına öz müsbət təsirini
göstərir.
-Siz eyni zamanda A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan diasporu” şöbəsinin dissertantısınız. Azərbaycan gənci olaraq bu gün ölkə həqiqətlərinin təbliğində gənclərin rolunu necə görürsünüz?
-
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal, ideya-azərbaycançılıq
məfkurəsi ətrafında sıx birləşməsini
qarşıya ən ümdə məqsəd kimi
qoyan ulu öndər
Heydər Əliyev dünya azərbaycanlılarına
müraciətində bildirmişdir: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin
vətəndaşları kimi
yaşasınlar. Ancaq heç
vaxt öz milli köklərini, milli
mənsubiyyətlərini itirməsinlər. Çünki
bizi birləşdirən milli
mənsubiyyətimizdir, tarixi köklərimizdir,
milli-mənəvi dəyərlərimizdir. Vətənini, millətini
sevən hər bir azərbaycanlı
müstəqilliyimizin dönməzliyi üçün
ciddi səy göstərməli, vətənimizin,
respublikamızın taleyi hər bir soydaşımızın taleyi
olmalıdır.”
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra xaricdə yaşayan azərbaycanlıların birliyi və təşklatlanması məsələsi
dövlət siyasətinin əsas istiqamətlərindən
birinə çevrilmiş və bu istiqamətdə mühüm
addımlar atılmışdır.
Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın və
həmvətənlərimizin müstəqil Azəbaycanla əlaqələrinin
daha da möhkəmləndirilməsi,
dünya azərbaycanlıları
arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin
olunması, Azərbaycan icmaları, cəmiyyət
və birliklərinin fəaliyyətinin gücləndirilməsi
və əlaqələndirilməsi ilə bağlı məsələlərin
ətraflı müzakirə edilməsini nəzərə alaraq, 2001-ci ilin mayın
23-də imzalanan sərəncama əsasən
həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I
qurultayının keçirilməsi diaspor
hərəkatının inkişafında yeni
mərhələnin başlanğıcını qoydu. Ulu öndər Heydər
Əliyevin siyasi kursunu
uğurla davam etdirən
cənab İlham Əliyevin təşəbbüsü
ilə 2006-cı ilin martında Dünya azərbaycanlılarının II
qurultayı, 2011-ci ilin iyulunda
Dünya azərbaycanlılarının
III qurultayı keçirildi. Azərbaycan
reallıqlarının, həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında diaspor təşkilatlarının
üzərinə böyük məsuliyyət
düşür. Bunun
üçün onların birliyi vacib amil
kimi önə çəkilir. Nəzərə
alsaq ki, diaspor bir ölkənin
xaricdə varlığı deməkdir, bu
halda birliyi zərurətə
çevirən səbəblər özünü
daha qabarıq şəkildə büruzə
verər. Müharibə şəraitində yaşayan
ölkə olaraq həqiqətlərimizin
təbliği, erməni yalanlarının ifşası istiqamətində
daha səylə
çalışmalıyıq. Dünyada
Azərbaycana qarşı əks təbliğat kampaniyası aparan erməni diasporunun olduğunu unutmamalıyıq. Möhtərəm
Prezidentimiz İlham
Əliyev bildirir: “Birlik
olmasa, biz güclü ola bilmərik.
Bu aksiomadır. Ona
görə hesab edirəm ki,
diaspor təşkilatlarının fəaliyyətinin
inkişafı üçün biz birliyi tam
şəkildə təmin etməliyik.”
- Təsis etdiyiniz İctimai Birlik gənclərin həmrəyliyinə çağırış olmaqla yanaşı, eyni zamanda ölkədə QHT sektorunun inkişafına yaradılan şəraitin də göstəricilərindəndir. Bu gün ölkəmizdə üçüncü sektorun inkişafına göstərilən diqqəti necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə,
demək istərdim ki, Azərbaycan QHT sektorunun inkişaf səviyyəsinə
görə dünyaya örnəkdir. Prezident İlham Əliyevin müvafiq
sərəncamı ilə “Azərbaycan Respublikasının
qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi
Konsepsiya”sının təsdiqlənməsi, bu
sənədə uyğun olaraq
QHT-lərə Dövlət Dəstəyi Şurasının
yaradılması da buna
bariz nümunədir. Ölkəmizdə
4 mindən artıq QHT fəaliyyət göstərir. Bu, demokratik şəraitin
lazımi səviyyədə mövcudluğundan
irəli gəlir. Bu fakt
eyni zamanda onu göstərir ki, vətəndaş
cəmiyyətinin inkişafı prioritet məsələdir.
Gənclər təşkilatı olduğu üçün
daha çox Gənclər
Fondu ilə işləməyə üstünlük veririk.
İnanıram ki, yaxın gələcəkdə
QHT-lərə Dəstək Şurasına müraciət edəcək
və çox uğurlu
əməkdaşlığımız yaranacaq.
- Təbii ki, uğurlu başlanğıc növbəti uğurlar üçün açar rolunu oynayır. İctimai Birliyin yaradılmasından ötən qısa müddət-bir il sizdə gələcək fəaliyyətinizlə bağlı hansı təəssüratı yaradır?
-Birliyimizin məqsədi, məramı var, bu məqsədə doğru
daim irəliləyəcəyik. Əminəm
ki, ölkədə gənclərə
göstərilən diqqət və qayğı fonunda biz də üzərimizə
düşən vəzifəni layiqincə yerinə yetirəcəyik.
Çalışacağıq ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sadiq olaq. Bu
yol Azərbaycanı, Azərbaycanımızın
gələcəyi olan gənclərimizi
işıqlı, parlaq gələcəyə
aparır. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu
öndər Heydər Əliyevin siyasi xəttini
uğurla davam etdirir. Gənclərimizin qarşısında böyük vəzifələr qoyulub. Biz
çalışacağıq ki, o vəzifələrin yerinə yetirilməsində
ön sıralarda gedək, gənclərimizin
həmrəy olmasına nail olaq. Azərbaycan deyəndə hər bir gənc iftixar hissi keçirməli, azərbaycanlı
olması ilə qürur duymalıdır.
Dövlətçiliyimizin, milli dəyərlərimizin,
mədəniyyətimizin, tariximizin
qorunmasına və inkişafına səy göstərməliyik.
Bu gün ölkəmizin
yeganə problemi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir.
Problemin mahiyyəti, erməni yalanları sosial şəbəkələrdə öz əksini tapmalıdır. Ərazilərimizin
işğal tarixləri var.
Bu tarixlər hər gün
yad olunmalıdır. Dövlət
başçısı İlham
Əliyevin qeyd etidyi kimi, təbliğat gündəlik işimiz olmalıdır. Gənclərimiz
göstərilən etimada sədaqətlə
xidmət etməlidirlər.
Yeganə Əliyeva
İki sahil.- 2014.- 21 iyun.- S.15.