Azərbaycan Ordusunun döyüş
hazırlığı
yüksək səviyyədədir
YAP
İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik
və müdafiə komitəsinin üzvü Siyavuş
Novruzovun www.yap.org.az saytına müsahibəsi
- Siyavuş müəllim, Azərbaycanda qyed olunan dövlət bayramlarının hər biri əhəmiyyətlidir. Amma müharibə şəraitində olan ölkəmizdə 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü xüsusi əhəmiyyət kəsb edir. Bu haqda fikirlərinizi bilmək istərdik...
- 26 iyun
tarixi ölkəmiz üçün
çox əlamətdar bir
gündür. Bu tarix ölkəmizin və xalqımızın
ən əhəmiyyətli bayramlarından biridir.
Torpaqlarının 20 faizi işğal
altında olan Azərbaycan üçün
ordu quruculuğu çox mühüm əhəmiyyət
kəsb edir. Ermənistan tərəfindən
işğal edilmiş
torpaqlarımızın geri
qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun
olması əsas şərtdir. Digər tərəfdən, güclü ordu elə güclü dövlət deməkdir. Bu gün iqtisadi
inkişafa görə dünyada
öncül yerdə olan
ölkəmizin ordusu da
bu inkişafa uyğun şəkildə inkişaf
edir.
Azərbaycanın güclü ordu ənənələri
olsa da, müstəqillik
qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Müstəqilliyin
ilk illərində silahlı birləşmələr
yaradılmışdı. Amma onlar ayrı-ayrı şəxslərə, siyasi partiyalara və s. tabe idi.
Torpaqlarımızın işğalına bir
səbəb də ordunun belə vəziyyətdə
olması idi. Çünki
bir batalyon hücuma keçəndə o
biri geri çəkilirdi.
Bütün bunlara
görə isə faciələrlə rastlaşırdıq. Vahid komandanlığın olmaması ordunu çətin duruma
salmışdı. Həmin illərdə silahlı qüvvələrimizə
rəhbərlik edənlərin əksəriyyəti
Rusiyanın əks-kəşfiyyatı ilə bağlı idi. Müdafiə naziri və
onun bəzi müavinləri üçün xaricdən verilən göstərişlər
onlar üçün
əhəmiyyətli idi. Yəni onlar respublika rəhbərliyinin
mövqeyinə əhəmiyyət vermirdilər, bu da ordu
ilə siyasi hakimiyyət arasında ciddi qarşıdurmalara səbəb olmuşdu. Bütün bunlar isə nəticə etibarilə ölkəmizə
ciddi problemlər yaradırdı.
Amma 1993-cü ildə Ulu öndər
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu
sahəsinə də böyük diqqət
ayırdı. Ordu vahid
komandanlıq ətrafında birləşdirildi və
nizamı ordu yaradıldı. Bunun nəticəsində də qısa
müddətdə Ermənistanın işğalı
dayandırıldı, hərbi
birləşmələrimiz Beyləqan istiqamətində
düşmənə ağır zərbələr vurdular. Daha sonra isə həmin istiqamətdə müəyyən
qədər ərazimiz işğaldan azad olundu.
Ümumiyyətlə,
müstəqil ölkəmizin güclü
və qüdrətli ordusunun memarı olan Heydər Əliyev hələ Sovet dönəmində ordu
quruculuğu istiqamətində bir sıra mühüm
addımlar atmışdı. Cəmşid Naxçıvanski
adına hərbi məktəbin Sovet illərində
Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Hansı ki, həmin məktəb
bu gün də
müstəqil Azərbaycanın ordusu üçün zabitlər hazırlayır. Bunlar isə onu deməyə əsas verir
ki, ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə
cavab verə biləcək Silahlı
Qüvvələrin formalaşmasının bünövrəsi
məhz Ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulub
və ildən-ilə möhkəmlənib. Bu kurs Ali
Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
ardıcıllıqla həyata keçirilməkdədir.
Bilirsiniz ki, hazırda regionda böyük gərginlik
var, hər gün atəşkəs
pozulur. Nəinki təmas xəttində,
ümumilikdə Ermənistan-Azərbaycan sərhədlərində
atəşkəs pozulur. Onu
da deyim ki, atəşkəs haqqında saziş imzalanandan sonra bu günə qədər
Naxçıvan Muxtar Respublikasında heç vaxt
atışmalar olmurdu. Amma
bu yaxınlarda orada da atəşkəs pozuldu.
Bu da ordumuzun
əhəmiyyətini, onun daha
da güclənməsinin
aktuallığını bir daha təsdiqləyir.
- Azərbaycan Ordusunun döyüş hazırlığını necə qiymətləndirirsiniz?
- Azərbaycan
Silahlı Qüvvələrinin döyüş
hazırlığı çox yüksəkdir.
Bu gün Azərbaycan
Ordusu Cənubi Qafqazda
ən güclü ordudur.
Təkcə kəmiyyət etibarı ilə deyil,
peşəkarlıq və təminat-təhcizat
baxımından da ordumuz
öndədir. Enyi zamanda, ötən il keçirilmiş prezident seçkilərindən sonra silahlı qüvvələrimizdə həyata
keçirilən islahatlar, yeni
müdafiə nazirinin təyin olunması,
Naxçıvan Muxtar Respublikasında əlahiddə
ordunun yaradılması və digər məsələlər
bunun bariz nümunəsidir.
Həmçinin, onu deyim ki,
ordu üçün əsas
məsələ hərbi təhsil, nizam-intizam
və təhcizatdır. Azərbaycan Ordusu
bu gün həm
nizam-intizamına, həm təhsilinə, həm də təchizatına
görə öndədir. İqtisadiyyatı güclü
olan ölkə üçün
silahlı qüvvələrin təhcizatı məsələsi
problem olmamalıdır. Bu
mənada Azərbaycanda iqtisadi inkişaf özünün
yüksək mərhələsindədir. Təbii ki, belə olan şəraitdə
ordumuzun təminatına da
xüsusi diqqət yetirilir.
Son 10 ildə dövlət büdcəsinin
gəlirləri 20 dəfədən çox
artıb. Büdcə artdıqca hər sahə üçün ayrılan vəsaitlərin həcmi
də artır. Bu baxımdan, orduya da ayrılan vəsait
xeyli dərəcədə yüksəlib.
Bu gün Azərbaycanın
hərbi-müdafiə sahəsinə ayrılan vəsait
işğalçı Ermənistanın dövlət büdcəsindən
çoxdur. Bu gün bizim ordumuz maliyyələşməsinə görə
dünyada birinci
iyirmiliyə daxildir.
Onu da xüsusi
vurğulamaq istəyirəm ki, Azərbaycan ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Belə
ki, öz ordusunu müasirləşdirən dövlətimiz
bunun üçün
dünyanın inkişaf etmiş
ölkələri ilə əməkdaşlıq edir. Eyni zamanda,
ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi
xeyli adda hərbi məhsullar
istehsal edir ki, bu da
beynəlxalq müstəvidə bizim hərbi
sənaye kompleksinə, istehsal olunan silahlara və digər
məhsullara marağı xeyli
artırır. Beynəlxalq sərgilərdə ölkəmizin
bu yöndəki məhsullarına güclü marağın olması bunu deməyə əsas verir.
Mən xeyli hərbi hissələrdə olmuşam, onların şəraiti ilə
maraqlanmışam. Bütün hərbi
hissələr yüksək stanartlara cavab verir. Hərbçilərin
ərzaq, qida, geyim təminatı
da lazımi səviyyədədir. Hətta
Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, ən ucqar
nöqtədəki hərbi hissə ilə mərkəzdə
yerləşən hərbi hissələrin şəraitində
heç bir fərq hiss etmək mümkün deyil. Hamısı ən yüksək səviyyədə
təmin olunublar. Bu cür şərait heç
sovet ordusunda da olmayıb.
Tədris məsələsinə
gəlincə, Azərbaycanda bir sıra hərbi
məktəblər var. Bunların
sırasında C.Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi,
Hərbi Akademiyanı və digərlərini göstərmək
olar. Bu məktəblər
yüksək hərbçi kadrlar
hazırlayır. Bundan başqa,
Azərbaycan zabitləri NATO standartlarına uyğun
olaraq hərbi təlimlərdə iştirak edirlər, kurslar
keçirlər. Hərbçilərimiz, istər ABŞ-da, istər Türkiyədə, istərsə
də, Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini
artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə
hərbi təhsil almağa göndərilirlər.
Tədris baxımından, Azərbaycan 2007-ci ildən NATO
standartlarına keçib. Ona
görə də, bu istiqamətdə sistemli iş
aparılır və hərbi sahədə tədris bu təşkilatın standartlarına uyğundur.
- Ordu bütövlükdə
NATO standartlarına cavab
verirmi?
- Qeyd etdiyim kimi hərbi sistemdə 2007-ci ildən etibarən NATO standartlarına
keçid başlayıb.
Qarşıya məqsəd qoyulub
ki, ordumuz tamamilə bu standartlara uyğunlaşdırılsın.
Dediyim kimi bu sistemə
tfm keçid üçün ilk növbədə
ordunun budcəsi, təhcizatı və təhsili NATO standartlarına
uyğun olmalıdır.
Azərbaycan ordusunun hərbi-texniki
təhcizatında NATO ölkələrinin
məhsullarından istifadə
olunur. Nisbətən köhnə texnikalar
isə modernizə olunaraq həmin standartlara uyğunlaşdırılır.
Eyni zamanda, orduda müqavilə əsasında
çalışanların da sayı artmaqdadır.
Bu amil peşəkarlıq
baxımından çox
vacibdir. Bir sözlə,
bu gün Silahlı Qüvvələrimiz
işğal olunmuş
torpaqlarımızı azad
etməyə tam hazırlıqlı
vəziyyətdədir.
- Bu yaxınlarda NATO PA-nın tədbirində erməni deputatlar da iştirak
etdi və ölkəmiz haqqında əsassız fikirlər səsləndirdilər. Ümumilikdə, Azərbaycan və Ermənistan ordusunu necə müqayisə edərdiniz?
- Əslində, biz Ermənistanla danışıqlar aparmamalıyıq. Çünki ermənilər heç
bir məsələni
həll etmir. Danışıqları Ermənistanı himayə edən dövlətlərlə aparmalıyıq.
Ermənistan müstəqil dövlət
deyil və Rusiyanın sözündən
kənara çıxa
bilməz. Ermənistan istənilən
qərar qəbul etsə də belə, Rusiya razılıq verməsə
bu qərarın heç bir əhəmiyyəti yoxdur.
NATO PA-nın Bakıda keçirilən
tədbirində erməni
deputatların səsləndirdikləri
fikirlərin hamısı
əsassızdır. Bütün dünya Ermənistanda nə qədər acınacaqlı vəziyyətin
olduğunu bilir.
Dərin sosial-iqtisadi böhran nəticəsində
hər il
təxminən 70 min insan
işğalçı ölkəni
tərk edir. Eyni zamanda, Qarabağ erməniləri ilə Ermənistan vətəndaşları
arasında ciddi qarşıdurmalar var. Bu amil
onların ordusunda da özünü göstərir. Ermənistandan
heç kim
Dağlıq Qarabağa
hərbi xidmətə
gəlmək istəmir.
Hətta
onların arasında insitdentlər də baş verir. Bu yaxınlarda Qarabağdan
olan əsgər Ermənistandan gələn
əsgəri vurub öldürmüşdü. Bunu erməni mətbuatı da yazdı. Ermənistanda əhalinin sayı
o qədər azdır
ki, sərhədlərin
mühafizəsində mülki,
yerli əhalidən istifadə olunur. Ermənistan ordusunun büdcəsi cəmi 250 milyon dollardı. Bu da bizim ordunun
büdcəsindən 15 dəfə aşağıdır. Başqa dövlət qarışmasa, Azərbaycan
ordusu 3 gün müddətinə
Yerevana qədər gedib
çıxa bilər. Ermənistanın bizim
ordunun qarşısında dura
biləcək heç bir
potensialı yoxdur.
- Siyavuş müəllim, Milli Məclis tərəfindən yaxın zamanlarda hərbi qanunvericiliyin təkmilləşdirilməsi gözlənilirmi?
- Təbii ki, vəziyyətlə əlaqədar bu addımlar atılır. Hərbi çağırış, sosial təminat və s ilə bağlı qanunlar mütəmadi olaraq təkmilləşdirilir. Yəni zərurət ortaya çıxdıqca, hərbi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq.
İki
sahil.- 2014.- 25 iyun.- S.7.