Sumqayıt hadisələri
Erməni təxribatının
qara oyunları
Tarixin saxtalaşdırılması, uydurmalar, riyakarlıq, ərazi iddiaları və hiyləgər məzlumluq - erməni xislətinin əsas prinsipləridir. Qonşularına qarşı torpaq iddiaları, “dənizdən-dənizə böyük Ermənistan” utopik ideyası bədnam erməninin dövlət səviyyəli siyasətidir. Türk xalqlarını özlərinə əbədi düşmən hesab edən ermənilər daim regionda sabitlik və əmin-amanlığı pozmağı, yaranmış şəraitdən öz məqsədləri üçün istifadə etməyi əsas şüar seçiblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin bu yolda həyata keçirdikləri vəhşilikləri, törətdiyi fəlakətləri saymaqla bitəsi deyil. 1988-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və erməni havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi.
Sumqayıt hadisələrindən
26 il keçir. Doğrudur, hadisələrin mahiyyətini açmaq, baş verənlərə
hüquqi qiymət vermək üçün SSRİ Baş
Prokurorluğu istintaq qrupu yaratdı. İlk
baxışda gözləmək olardı ki,
əsl həqiqət üzə çıxacaq. Amma belə olmadı, şəhərdə
kütləvi həbslər başladı. Günahsız adamlar istintaqa cəlb olundu. Əsl cinayətkarlar isə hələ
də məsuliyyətə cəlb olunmayıblar...
Təsdiqini
tapmış istintaq materiallarından da aydın olur ki, erməni lobbisi tərəfindən
təlimatlandırılan Eduard Qriqoryan aranı qızışdırmaq üçün hər vasitəyə əl
atıb. Hadisə şahidlərinin verdikləri ifadələrdən
belə məlum olur ki,
o, ehtiyac içərisində
olan qaçqın gənclərə özünü Paşa kimi təqdim edib və onlardan “səxavətini” əsirgəməyərək”
hər birinə 50 sovet rublu
verib. Bu yolla gənclərin etimadını qazanan E. Qriqoryan onlara narkotik-psixotrop həblər
də paylayıb. İğtişaşlarda
iştirakına görə təqsirləndirilən Ə. İsayev ifadəsində deyir:
“Edik hamıya həb paylayırdı,
hansı ki, qəbul etdikdən sonra çox gücləndiyimi
hiss etdim”.” Buradan da belə görünür ki, Qriqoryan müxtəlif narkotik
həblər verdiyi gəncləri istiqamətləndirmək
imkanı qazandığını anlayan kimi dərhal “vəzifəsini”” yerinə yetirməyə
başlayıb. “Qarabağ bizimdir!
Ermənilərə ölüm!” - deyərək
onları qızışdırıb və əvvəldən
müəyyənləşdirilmiş ünvanlarda
yaşayan ermənilərə divan tutmağa aparıb. Bu, həmin
ermənilər idi ki,
terrorçu təşkilatlara maliyyə
yardımı göstərməkdən imtina
edir, Azərbaycana qarşı təxribatlar
törətmək barədə Moskvanın, İrəvanın
və xaricdəki erməni lobbisinin
çağırışlarına məhəl qoymurdular. Daşnaklar Sumqayıt hadisələrini törətməklə
həm “itaətsizlik”” göstərən erməniləri cəzalandıracaq,
həm də azərbaycanlıları vəhşi millət kimi dünya ictimaiyyətinə
təqdim etmək fürsəti əldə edəcəkdilər.
Hadisələrdə təqsirləndirilən Q. Məmmədov
1989-cu il fevralın 22-də verdiyi ifadədə təsdiq edir
ki, Eduard Qriqoryanın
aldatdığı gənclərə Sumqayıtda məhz
daşnakların hədəfində olan
ermənilərin ünvanlarını göstərmişdi. Bu barədə danışan Q. Məmmədov
deyib: “...Edik dedi ki, həmin mikrorayonda yaşayır və ermənilərin
harada yaşadıqlarını dəqiq bilir”. Təqsirləndirilən İsayevlə Hüseynovun üzləşmə protokolunda da bu məsələ öz əksini
tapıb. İsayev ifadəsində deyib: “Qriqoryan Edik cibindən siyahı çıxartdı, ona baxdı və mənim
yaxınlığımda olan bir qrupu binaya
tərəf apardı”.” Necə deyərlər, hər şey gün kimi aydındır...
Maraqlı
olan digər bir fakt da ondan ibarətdir ki, İttifaq dönəmində
SSRİ-də akkreditə olunmuş əcnəbi
xarici jurnalistlərin hamısı hadisələr
baş verməzdən əvvəl Moskvadan Sumqayıta gəlib. İğtişaşlar
başlayanda həmin jurnalistlər Artaşes Qabrielyan adlı
erməni ilə birlikdə Sumqayıtda sərbəst gəzişir, şəhərdə
baş verənləri sakitcə kameraya çəkirdilər. Daha
sonralar Qabrielyan
çəkdiyi görüntülər əsasında “Bizi xilas edin”
adlı” sənədli” film
hazırlayır və erməni lobbisi bunu bütün dünyaya yayır. Təşkilatçıların
əvvəlcədən videokameraları hazırlamaları, gizli çəkilişlər aparmaları və
montaj edərək lentləri müxtəlif
ölkələrə yaymaları iğtişaşı Ermənistan
xüsusi xidmət orqanlarının və
SSRİ DTK-nın hazırladığı qənaətinə
gətirir.
Şəhərin erməni
əhalisinin iğtişaşa qədər
əmanət banklarından pullarını
çıxarması da hadisənin qabaqcadan planlaşdırıldığı və
onların bundan xəbəri olduğunu söyləməyə imkan verir.
Sumqayıtda hadisələrin
başladığı gündən dərhal antiazərbaycan informasiya şəbəkəsi işə düşdü. Müxtəlif ölkələrdə
videolentlər nümayiş etdirildi, mətbuatda şər və böhtan dolu yazılar dərc
olundu. Qəribədir ki, cəmi 3-4 gün sonra Xankəndidə əvvəlcədən
hazırlanmış “Sumqayıt hadisələri” zamanı həlak
olmuş ermənilərə xatirə abidəsi
ucaldıldı, “Sumqayıt... soyqırımı...
aşkarlıq” adlanan kitabça
50 min tirajla Yerevanda rus dilində çap olunub dünya ictimaiyyətinə çatdırıldı.
Əlbəttə, belə silsilə tədbirlər bir daha sübut
etdi ki, ermənilər
bu qanlı aksiyanın törədilməsini
və geniş yayılmasını
planlı şəkildə təşkil etmişlər. “Böyük Ermənistan” xülyasına xidmət
edən antitürk, antiazərbaycan təbliğat
separatçıların başlıca məqsədinə, məramına
çevrilmişdi. Bütün
bunlar Sumqayıt hadisələrinin ittifaq mərkəzində müəyyən
qüvvələr tərəfindən düşünülmüş
şəkildə planlaşdırıldığını və
həyata keçirildiyini deməyə əsas
yaradır. O dövrdə sovet rəhbərliyində
təmsil olunan şəxslərin və
ermənilərin məqsədi də bu idi. Sovet rəhbərliyi ona görə bunu istəyirdi ki, gələcəkdə
Azərbaycan onun nəzarətindən
çıxmaq istəsə, buraya növbəti
dəfə qoşun yeritməyinə haqq qazandıra bilsin.
Əgər belə olmasaydı, o vaxtlar sayı 12 minə çatan
rus əsgərləri Sumqayıtdakı iğtişaşlara müdaxilə edərdi.
SSRİ Ali Sovetinin deputatı, xalq yazıçısı Anar
Rzayev Moskvada
müşavirədə bu sualı M.S.Qorbaçova verəndə sovet
rəhbəri özünü itirərək,
suala-sualla cavab verdi və dedi: “Doğrudan da Sumqayıtda
11 min 600 əsgər var
idi, onlar niyə
iğtişaşın qarşısını almadılar?”” Həmin
günlərdə hadisələrin ermənilər tərəfindən
törədilməsinin M. Qorbaçov tərəfindən
ört-basdır edilməyə çalışılması da diqqətlərdən yayınmadı. Qorbaçov açıqlamalarının birində
dedi ki, Sumqayıt
hadisələrini bir qrup
xuliqan şəxs törədib. Con Hopkins Universitetinin
Mərkəzi Asiya və Qafqaz
Tədqiqatları İnstitutunun baş direktoru Svante Korellinin
yazdıqları isə başqa məqamlardan
xəbər verir. O yazırdı:
“Sumqayıtda sovet ordu
hissələrinin və daxili
qoşunların olması heç nəyi
dəyişmirdi. Adama elə gəlirdi ki, ordu kənarda
dayanıb talanları sakitcə müşahidə edir və sovet hakim dairələri nəinki qan
tökülməsinin qarşısını almaq
niyyətində deyildi, hətta, iki etnik icma
arasında münaqişə yaratmağa
çalışırdılar”.”
İstintaq nəticəsində Eduard
Qriqoryanın mütəşəkkil dəstənin
başçısı olması sübuta
yetirilsə də, ona 12 il
azadlıqdan məhrumetmə cəzası, hadisələrin
iştirakçısı Əhməd Əhmədova isə ölüm hökmü
çıxarıldı. Məhkəmədən qısa
müddət sonra Ə. Əhmədov Moskvada
güllələndi. Qriqoryan isə hələ
fevralın 29-da saat 13.00-da müəyyən
olunmuş yerdən İrəvana
aparılmalı idi. Lakin məlum səbəblərdən
bu vaxt uzandı və
o, məhkəmə yekunlaşandan
sonra İrəvana aparıldı. Orada isə məhkum kimi deyil, qəhrəman kimi
qarşılandı. Çünki öz ermənilərinin nümayəndələrinin
qanını tökərək, azərbaycanlıları vəhşi
bir millət kimi
təqdim etmək məsələsində “qəhrəmanlıq””
göstərmişdi.
Beləliklə
də, iğtişaş Ermənistan rəhbərliyinə
daha geniş antiazərbaycan
kampaniyasına başlamaq, təcavüz
siyasətinə bəraət qazandırmaq və
saxtakarlıqla azərbaycanlıların “vəhşi”
obrazını yaratmaq, azərbaycanlılarla
ermənilərin guya bir
yerdə yaşaya bilmədiklərini
göstərmək, nəticədə Dağlıq Qarabağ
Muxtar Vilayətini Azərbaycandan qoparmaq üçün bir təbliğat vasitəsi kimi
lazım idi. 1988-ci ilin
fevralında ermənilər Azərbaycanın ayrılmaz hissəsi
olan Qarabağın dağlıq hissəsini
Ermənistana birləşdirmək üçün
açıq fəaliyyətə başladılar. Həmin
ayın 25-də Ermənistan milli
televiziyası ilə çıxış edən katolikos Vazgen Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini bildirdi. O
dövrdə ideoloji cəhətdən tərksilah
edilmiş Azərbaycan faktiki
olaraq siyasi-psixoloji böhran keçirir, vəziyyətdən
çıxış yolu tapa
bilmirdi. Bu amil də fevralın 27-29-da daşnakların
Sumqayıtda özlərinin məkrli niyyətlərini həyata
keçirmələrinə şərait yaratmışdı.
Sumqayıt hadisələrinin
ermənilərin maraqlarına xidmət edən təxribat olduğu faktlarla sübut edilib. Bu, əvvəlcədən düşünülmüş
və həyata keçirilmiş bir aksiya idi.
Ermənilər bu qanlı əməllərindən
öz mənafeləri üçün
istifadə etməyə, beynəlxalq miqyasda
xalqımız haqqında mənfi rəy
formalaşdırmağa cəhd göstərsələr də,
zaman hər şeyi
yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2014.- 4 mart.- S.21.