Xətai rayonunda inkişafın yeni
mənzərəsi
Bu gün respublikanın bütün bölgələrində aparılan yenidənqurma, abadlıq və tikinti quruculuq işləri paytaxt Bakıda və onun ətraf qəsəbələrində geniş vüsət almışdır. Ölkəmizdə iqtisadi və digər sahələrdə əldə olunmuş nailiyyətlərdə Bakı şəhərinin və onun rayonlarının müstəsna rolu var. Bu sırada Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonu xüsusi yer tutur. 2013-cü ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik inkişaf etmiş, 2012-ci illə müqayisədə 12,4 faiz çox məhsull istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu müddətdə parakəndə əmtəə dövriyyəsi 9,3 faiz, pullu xidmətlərin həcmi isə 6,3 faiz artmışdır.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi
və sosial sahələrin inkişafı
üçün bütün
mənbələr hesabına 327 milyon
470,2 min manat məbləğində
investisiyadan istifadə olunmuş,
əhaliyə, müəssisə və təşkilatlara 110 milyon 796,5 min manatlıq
rabitə xidməti göstərilmiş, nəqliyyat xidməti
13,8 faiz
artmışdır.
Rayonun iqtisadi və sosial sahələrində muzdla
işləyənlərin orta aylıq əmək
haqqı 2,6 faiz çoxalaraq
559,8 manata çatmış, bu göstərici sənayedə 8,3 faiz, tikinti kompleksində
3,9 faiz, nəqliyatda isə 4,3 faiz artmışdır. Sənaye məhsullarının
istehsalında qeyri dövlət sektorunun payı da əvvəlki
illə müqayisədə 0,6 faiz
artmış, istehlak bazarında da müsbət irəliləyişlər əldə
edilmişdir. Hesabat dövründə rayon əhalisinə 1milyard 265 milyon
777.2 min manatlıq və ya
əvvəlki ilin eyni
dövründəkindən 8.5 faiz çox geniş çeşidli istehlak
malları satılmış və pullu
xidmətlər göstərilmişdir. Əhaliyə göstərilən
iaşə xidməti 5,5 faiz, məişət
xidməti isə 7,0 faiz
artmışdır.
Ölkəmizdə
sahibkarlığın inkişaf etdirilməsi
üçün hüquqi
bazanın möhkəmləndirilməsi, dövlət tərəfindən
hərtərəfli dəstəyin verilməsi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas
istiqamətlərindəndir. Respublikamızın
hər yerində olduğu kimi
rayonumuzda da
sahibkarlığın dəstəklənməsi və
inkişafı başlıca məqsədlərimizdən biri olmuş, onlara yaradılmış şəraitin nəticəsində
keçən il hamısı daimi olmaqla rayonumuzda
4554 yeni iş yeri, 2003-cü ilin
oktyabrından indiyə kimi isə 33246 yeni iş
yeri yaradılmışdır ki, bunun da
33040-ı daimi iş
yerləridir.
Rayonda əmək ehtiyatlarından düzgün
və səmərəli istifadə olunması məqsədilə
işləməyən əhalinin uçotunun
aparılması, keçirilən əmək
yarmarkalarının səmərəliliyinin
artırılması məqsədilə müəyyən
işlər görülmüş, rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1185 nəfər vətəndaşlardan
1121 nəfəri qanunvericiliyə uyğun
olaraq işaxtaran vətəndaş
kimi qeydiyyatdan keçmiş və 537 nəfər daimi işlə təmin olunmuşdur.
Hesabat dövründə Ünvanlı Sosial Yardımla bağlı 3722 müraciət
daxil olmuş,
araşdırmalar nəticəsində 3426 ailəyə,yəni
14726 nəfərə bu yardım təyin
edilmişdir. Bir ailəyə düşən
orta aylıq yardım məbləği
137,56 manat təşkil etməklə ayda 471285 manat ödənilir.
2013-cü ildə əmək pensiyaçılarının ümumi sayı rayon
üzrə 36423 nəfər olmuş, 1512
nəfərə yeni pensiya
təyinatı aparılmışdır.
Cənab
Prezidentin həyata keçirdiyi
düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadsi
siyasət və uğurla icra
olunan layihələr nəticəsində
Bakı şəhərinin və eləcə də
respublikamızın regionlarının görkəminin tam dəyişməsi davam
etdirilir. Bu dəyişiklik bizim
rayonumuzdan da yan keçməmişdir.
Rayonumuzda Bakı Ağ şəhər
layihəsinin icrası hesabat
dövründə sürətlə aparılmış,
Xocalı prospektindəki İş Mərkəzində,
Nobel prospektindəki “Yeni
həyat” yaşayış kompleksində, Belarus
səfirliyinin binasının tikintisində işlər başa çatdırılmışdır. Boks Federasiyasının tikintisi
davam etdirilmiş, Neapol dairəsində şəhidlərin abidə
kompleksində yenidən qurma işləri
başa
çatdırılmışdır. Abadlaşdırma layihələri
çərçivəsində Nobel prospekti, Fəzail Bayramov və
A.Cəlilov küçələri boyunca
yaşayış binalarının fasadlarının üzlənməsi
davam etdirilmiş,
binaların işıqlandırma işləri başa
çatdırılmışdır. Bu
ünvanlardakı binalarının yararsız vəziyyətdə
olan dam örtüklərinin
yeni mansard tipli dam örtükləri
ilə əvəz olunması işləri
yekunlaşmışdır.
Rayonda ekoloji vəziyyətin
yaxşılaşdırılmasının əhəmiyyəti
nəzərə alınaraq yaşıllıq sahələrinin
genişləndirilməsi üçün
ayrıca proqram
hazırlanmışdır. Həmin proqramla
Zığ yolu-Nobel prospekti
boyunca relyefə uyğun
100 min kvm-dən çox
ərazidə yaşıllıq massivləri
salınmış, suvarma sistemləri
quraşdırılmış, artezian
quyuları istismara verilmişdir.
Səkilərə isə 12 min kvm-dən
artıq müasir döşəmə
plitələri döşənmişdir.
Hər il cənab Prezidentin
iştirakı ilə ümumrespublika tədbirinin
keçirildiyi Xocalı prospektində də
yüksək səviyyədə abadlaşdırma işləri
aparılmış, Türkiyə Respublikasından gətirilmiş
140 mindən çox gül
və ağacların bir qismi
buradakı park-xiyabana, digər hissəsi
isə Rahib Məmmədov küçəsində yeni
tikilmiş və cənab Prezident
İlham Əliyevin
açılşında iştirak etdiyi parkda və digər ərazilərdə
əkilmişdir. Yeni tikilən bu parkdakı fəvvarələr kompleksi, şəlalə, uşaq
əyləncə elementləri və qurğuları, digər
sosial obyektlər bu
parkı uşaqların ən sevimli yerinə
çevirmişdir.
Hesabat dövründə Xəzər Dəniz Gəmiçiliyinin
Gəmi Təmiri zavodunun və 1 saylı
Çörək zavodunun tikintisi
başa çatdırılmış, müasir üslubda tikilən
və ən son avadanlıqlarla təchiz olunan hər iki zavodun açılışında Möhtərəm
cənab Prezident iştirak
etmişdir. Keçən ilin may
ayında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzi
fəaliyyətə başlamış, xidmətin
açılış mərasimində ölkə rəhbəri
iştirak etmişdir.
Bu gün rayon sakinləri bu xidmətdən
asanlıqla istifadə edirlər.
Son illər Bakı şəhərində
və regionlarda yeni sosial və infrastruktur
layihələrin tətbiqi geniş
vüsət almışdır. Belə layihələr
sırasında Milli parkın genişləndirilməsi
və Ağ şəhər layihələri
də vardır. Keçən ilin
may ayının sonlarında Bakı Ağ şəhər layihəsi çərçivəsində
Milli parkın ikinci mərhələsinin
təməlqoyma mərasimində iştirak
edən cənab Prezident az
bir vaxtdan sonra bu ərazilərin
tanınmaz dərəcədə dəyişəcəyini, burada insanların istirahəti üçün hərtərəfli şərait
yaradılacağını diqqətə
çatdırmışdır. Artıq rayonumuzun
bu ərazisində qızğın iş gedir və yaxın
gələcəkdə layihədə nəzərdə tutulan digər tikililərin də
inşasına başlanacaq.
Rayonun ərazisində həyata keçirilən belə böyük layihələrdə rayon İcra Hakimiyyəti
də yaxından iştirak edir və müvafiq sərəncamla
yaradılmış komissiya qısa
müddətdə bu ərazidə yaşayan ailələrə və məcburi
köçkünlərə müvafiq təzminatlar
və birdəfəlik maddi yardımlar ödənilməklə
onların ərazidən köçürülməsini təmin
etmişdir.
Rayon ərazisindəki qəzalı vəziyyətdə
olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin
təminatı da Rayon
İcra Hakimiyyətinin diqqətində olmuşdur. Belə ki, müraciətimiz əsasında Nazirlər
Kabineti müvafiq sərəncamlar
qəbul etmiş və həmin sərəncamlarla
Cavanşir küçəsi 36 və 38
ünvanlardakı iki ədəd 5 mərtəbəli
yataqxana binasında yaşayan
və məskunlaşan 288 ailənin hər birinə birdəfəlik
maddi yardım ödənilməklə
köçürülməsi və hər iki
binanın sökülməsi prosesi başa çatdırılmışdır.
Bakı
Şəhər İcra Hakimiyyəti
başçısının keçən ilki
225 saylı sərəncamının icrası ilə əlaqədar
da rayon İcra Hakimiyyətinin müvafiq
sərəncamıı ilə yaradılan komissiya
rayonun Babək prospekti,
Xəqani Rüstəmov, Süleyman Vəzirov,
Yavər Əliyev küçələrinin əhatəsində
və Nobel prospekti
ilə Xəzər Dənizi arasında yerləşən
yaşayış və qeyri-yaşayış sahələrinin
köçürülməsi işlərinin həyata
keçirilməsinə başlamışdır. Ötən
müddətdə ilkin mərhələdə
sökülməsi nəzərdə tutulan
Turşu küçəsindəki 229
ədəd mənzillərdən və fərdi
yaşayış evlərindən 228-də sakinlərlə
qarşılıqlı razılaşma əsasında əvvəlcədən
təzminat ödənilməklə ərazidən
köçürüldükdən sonra söküntü işləri
aparılmışdır.
“2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və ona edilmiş əlavələrə,
həmçinin digər investisiya
proqramlarına uyğun işlər davam etdirilmişdir. Bu Proqramla rayonda əsaslı
təmiri nəzərdə tutulmuş 28 məktəbdən
21-də əsaslı təmir və tikinti
işləri başa
çatdırılmış, 194 nömrəli məktəbin
binasının inşası, 63 saylı məktəbdə əlavə
tədris korpusunun tikintisi,
48 və 56 saylı məktəblərin və 171
saylı orta məktəbdə yeməkxana
və akt zalının təmiri işləri
aparılır.
Tədris
ilinin başlanması ərəfəsində
Dövlət Proqramı çərçivəsində əsaslı
təmirdən sonra 249 və 138 saylı tam orta məktəblərin
açılış mərasimində cənab Prezident İlham Əliyev iştirak etmiş,
görülən işlərin keyfiyyətindən razı
qalmışdır. Keçən il əsaslı təmir
olunmuş 221 və 165 saylı tam orta məktəblərdə,
həmçinin yenidən inşa olunmuş 55 saylı tam orta məktəbdə, 287 saylı Zəkalar Liseyinin yeni tikilmiş tədris korpusunda
yaradılan şəraitə görədə cənab
Prezidentə minnətdarıq. Dövlət Proqramı ilə
rayonumuzdakı uşaq
bağçaları da əsaslı təmir
olunur. Keçən il
8 və 315 saylı uşaq
bağçalarının əsaslı təmirdən sonra açılışında Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva iştirak
etmişdir.
Vaxtı
ilə uşaq baxçası kimi fəaliyyətə başlamış, sonralar təyinatı dəyişmiş və
yararsız vəziyyətdə olan bina Heydər Əliyev fondu
tərəfindən sökülərək yerində ümumu sahəsi isə 5300 kvm
olan və ən müasir
avadanlıqlarla təchiz olunmuş yeni uşaq bağçası tikilmişdir.
Akademik Zərifə xanım
Əliyevanın adını daşıyan və
respublikamızda analoqu olmayan
bu uşaq
bağçasının açılış mərasimində
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva iştirak
etmişdir. Dövlət Proqramı ilə
rayonumuzdakı 5 səhiyyə müəssisəsi əsaslı
təmir olunmuş, Əhmədli qəsəbəsindəki
14 saylı poliklinika və 2 saylı vərəm
dispanseri isə sökülərək
yerində müasirləri tikilmişdir.
Digər investisiya proqramları ilə də
rayonumuzun səhiyyə müəssisələrinin
əsaslı təmiri aparılmışdır.
Yeni tikilmiş və ya
əsaslı təmir olunmuş bütün təhsil və səhiyyə
müəssisələrinin,uşaq
bağçalarının maddi-texniki
bazaları yaxşılaşdırılmış, bu günkü tələbata
cavab verən ən müasir
avadanlıqlarla,informasiya-kommunikasiya texnologiyaları ilə təchiz
olunmuşdur. Rayonda fəaliyyət göstərən
9 tam orta məktəbin,4
uşaq bağçasının, 1 uşaq evinin və 1
Peşə liseyinin əsaslı təmiri
2014-2016-cı illərin Dövlət Proqramına daxil edilmişdir.
Rayon ərazisində bir
qəsəbə və dörd sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
fəaliyyət göstərir. Həmin nümayəndəliklərdə
keçirilmiş hesabat
yığıncaqlarında da qeyd olunduğu kimi yeni
yaradılmış nümayəndəliklərdə idarəetmənin
ilkin təzahürləri
formalaşmış, ev təsərüfatının
uçotunun aparılması işləri
davam etdirilmiş, ərazilərində
fəaliyyət göstərən idarə, müəssisə
və təşkilatlarla, özəl strukturlarla
əlaqəli fəaliyyətlərinə səy göstərmiş,
onlarla işin səmərəli
təşkilini təmin etmək üçün
operativ idarəetmə mərkəzi
yaradılmışdır. Xətai və Əhmədli bələdiyyələri
ilə birgə fəaliyyət planı əsasında iş aparılmış, bələdiyyələrlə
işin təşkili ilə bağlı əlaqələndirmə
şurasının fəaliyyəti
yaxşılaşdırılmışdır.
Keçən ilin ölkəmizin ictimai-siyasi
həyatının ən mühüm
hadisəsi Azərbaycan Respublikası Prezidentinin
seçkiləri olmuşdur. Azərbaycan
xalqı bu seçkilərdə də ümummilli lider Heydər
Əliyevin siyasi kursunu
layiqincə davam etdirən cənab Prezident İlham
Əliyevin uğurla apardığı real siyasətə,onun gördüyü
real işlərə öz
səsini verdi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev seçkilərdə uğurlu qələbə qazandı.
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsində
də yüksək nəticələrə nail
olunmuşdur. 2013-cü il
də məzunlarımızın 90.24 faizi
ali məktəblərə qəbul üçün sənəd vermiş
və 66.98 faizi yaxşı nəticə
göstərərək ali məktəblərə qəbul olmuşdur.
Ali məktəblərə qəbul
olanların 277 nəfəri 500-650 və 28 nəfər 650-700 bala qədər toplamışlar. Rayonumuzda ali məktəblərə qəbul Bakı
şəhəri üzrə göstəricidən 10,34 faiz yüksək olmuşdur.
98saylı tam orta məktəbin
məzunu Müslümov Osman
Hüseyn oğlu 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 650 baldan
yuxarı bal toplamış məzunlar rayonumuzun 16 məktəbinin yetirmələridirlər.
Tədris ilində 11 məzunumuz məktəbi
qızıl medalla bitirmiş,
məzunlarımızdan 77 nəfəri dünyanın müxtəlif
Universitetlərinə qəbul olmuşlar.
5 məzun tələbəmiz Prezident təqaüdünə
layiq görülmüş,
6 müəllimimiz ilin “Ən yaxşı
müəllim”i, 5 məktəbimiz isə ilin
“Ən yaxşı məktəb”i müsabiqəsinin qalibi olmuşdur. Hesabat
dövründə yüksək nəticələr əldə
edən tələbələrlə və rayonumuzun
bir qrup qabaqcıl pedoqoji işçiləri ilə Rayon İcra Hakimiyyətində
keçirilmiş görüşdə onlara fəxri fərmanlar, digər qiymətli
hədiyyələr verilmişdir.
Keçirilən həmin görüşdə səsləndiyi
kimi təhsil sahəsində də əldə
etdiyimiz bu nailiyyətlər
şübhəsiz ki, bizi
sevindirir və yeni uğurlara ruhlandırır.
Rayondakı mənzil-kommunal
obyektlərinin istismarındakı vəziyyətin
yaxşılaşdırılması da icra olunan layihələr
çərçivəsində həyata keçirilir.
Nobel 5 ünvanda inşa olunmuş modul tipli istilik qazanxanası bu ərazidə 20 ildən artıq müddətdə
istilik almayan 18 çox mərtəbəli binanın istilik təchizatını təmin etmiş, N.Tusi 31 ünvanda müasir tipli yeni istilik
qazanxanasının istismara verilməsi ətrafdakı
obyektlərin və yaşayış binalarının istilik təminatını
yaxşılaşdırmışdır.
İ.İsmayılov,
Şıxlinski və Mehmandarov
küçələrində 8 istilik məntəqəsinin
qazanxanaya çevrilməsi isə
sürüşmə meyilliyinin
müşahidə olunması ilə əlaqədar istilik təminatı
dayandırılmış uşaq
bağçalarının, səhiyyə müəssisəsinin
və 91 yaşayış binasının istilik
sisteminin bərpa olunmasına imkan vermişdir. İstismar müddəti
başa çatmış liftlərin
yeniləri ilə əvəz olunması istiqamətində də
işlər aparılır. Keçən il
693 lift yenisi ilə əvəz
olunmuş, 192 liftdə isə əsaslı
təmir işləri aparılmışdır. Rayonun sanitar təmizliyi də
gündəlik fəaliyyətimizin əsasını təşkil
etmişdir. Mərkəzi
küçə və prospektlərdən küçə
ticarətinin ləğv edilməsi, rayon ərazisində
keçirilən kənd təsərrüfatı məhsullarının
satış yarmarkalarının təşkili daim
nəzarətdə saxlanılmış, burada
sanitar təmizliyə, qiymət
intizamına nəzarət gücləndirilmişdir.
Hesabat dövründə qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına diqqət artırılmış,
Rayon İcra Hakimiyyətinin
nəzdində fəaliyyət göstərən digər
komissiyaların işi də xeyli
yaxşılaşdırılmışdır. Vətəndaşların
yazılı və şifahi şəkildə
təkliflər vermək, ərizə ilə müraciət
etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılaraq,
qanunvericiliklə müəyyən edilmiş
qaydada və müddətlərdə onlara cavab verilməsi təmin
olunmuş, vətəndaşların
mütəmadi qəbulu təşkil edilmiş,
səyyar görüş-qəbullara daha çox üstünlük
verilmişdir. Vətəndaşların
müraciətlərinin təkmilləşdirilməsində elektron müraciətlərin əhəmiyyətini
nəzərə alaraq Rayon
İcra Hakimiyyətinin internet
saytı hesabat dövründə də fəaliyyətini
davam etdirmişdir.
Rayonda sağlam mühitin
yaradılması, vətəndaşların müraciətləri
zamanı süründürməçilik və digər
xoşagəlməz hallara yol
verilməməsi, dövlət qulluqçusunun
etik davranış qaydalarına ciddi riayət etmələri üçün
tədbirlər görülmüş, hər
bir müşavirədə
deyildiyi kimi korrupsiya ilə mübarizə sahəsində effektli mübarizə tədbirləri həyata
keçirilmiş, bütün
rəhbər işçilərə kollektivlərində hər
hansı neqativ halın baş
verməməsi üçün ciddi tapşırıqlar verilmişdir.
Nail Rəhimzadə
İki sahil.- 2014.- 4 mart.- S.12-13.