Yanlış qidalanmanın
törətdiyi güclü fəsadlar
Qida
gündəlik yaşam tərzimizin ayrılmaz bir hissəsidir.
Orqanların müntəzəm və güclü fəaliyyətinin
əsas təminatçılarından olan qidalar gündəlik
yemək rasionumuzda müxtəlif növlərlə
qarşımıza gəlir.
Ancaq hər günkü iş rejiminin
ortasında gözlənilmədən meydana çıxan
problemlər, işlər müntəzəm qidalanmaya bəzi əngəllər
törədir. Ac qalmamaq üçün insanların üz
tutduqları yemək növlərindən olan fastfoodlar
(ayaqüstü yeməklər), qızardılmış
kartoflar, cipslər, müxtəlif bağlamalardakı məmulatlar
yalnış qidalanmanın ən bariz nümunələri
arasındadırlar. İstifadə edərkən bizə həddindən
artıq dadlı gələn bu qidaların əslində
sağlamlığımız üçün açıq təhlükə
olduğunu çox zaman unuduruq. Dünayada aparılan
saysız hesabsız elmi araşdırmaların bir qolunu da əlbəttə
ki, insana sağlamlığı ilə bağlı məsələlər
təşkil edir. Alimlərin fikrincə, insanların həddən
artıq çox piyli və qızardılmış qidadan
istifadə etmələri ölümcül ürək-damar
sistemi xəstəliklərinin əsas səbəbidir.
İnfarkt, insult və başqa ölümcül xəstəliklər
məhz düzgün qidalanmamadan irəli gəlir. Vərdiş
etdiyimiz qidaların orqanizmimizdə zəhərlənmə və
allergik xəstəliklərə yol aça biləcəyini də
yaddan çıxarmaq olmaz.
Əgər hər birimizin dəfələrlə
daddığı və hardasa asılılıq dərəcəsinə
qədər bağladığı qidalara nümunə desək
onlar arasında böyük ehtimal ki, ilk yerlərdən birini
məhz cipslər tutar. Tərkibində bol miqdard karbohidratlar,
yağlar, boyalar və dad əvəzedicilərinin
qarışığı olan cipslərdə bol miqdarda öz
əksini tapır. Hazırlanma texnologiyası üzündən
çipslərdə çoxlu kanseroqen əmələ gəlir,
bu da öz növbəsində, qanda pis xolesterinin artmasına
səbəb olur.
Şirin qazlı sular da zərərli qidalr
arasında özünə yer tapmağı bacarıb. Şəkər,
kimyəvi maddələr və qazın qarışığıdır.
Adətən belə sulara E951 sintetik şəkər əvəzləyicisi
- aspartam qatılır. Çoxlu miqdarda aspartam qəbul etdikdə
maniakal depressiya, təşviş yaranır, qəzəb və
zorakılıq hissləri əmələ gəlir. Ən əsası
isə qazlı şirin su susuzluğu aradan qaldırmır.
Tüpürcək ağızın selikli qişasında qalan
şirin maddələri yuyub apara bilmir. Beləliklə də
ağızda şirinlik hissi qalır və yenidən maye
içmək ehtiyacı yaranır.
Tələsik hazırlanan yeməklər -
dönərlər, qızardılmış kartof, şaurma və
s. də yalnış qidalanmaya yol açır. Çünki
bu məhsullar çox vaxt günlərlə dəyişdirilməyən
yağda hazırlanır. Nəticədə yenə də
konserogenlər peyda olur. Həmişə qəlyanaltılarda əlüstü
hazırlanan yeməklərlə qidalanma kolit, qastrit,
qıcqırma, qəbizlik əmələ gətirir.
Kiçikdən böyüyə demək olar
ki, hər birimizin bəh-bəhlə yediyimiz kolbasalar və
hisə verilmiş məhsulların daxili orqanizmimizdə nələrə
səbəb olduğundan yəqin ki, çoxumuz ya xəbərsizik
ya da ki, fikir vermirik. Belə məhsullarda ətdən çox
ətirləndirici olur. Hisə verilmiş balıq və ət
də tərkibində çoxlu kanserogen olduğu
üçün ziyanlıdır. Bu zərərli maddələr
emal zamanı yaranır. Bundan əlavə,
istehsalçılar getdikcə daha çox genetik cəhətdən
modifikasiya edilmiş məhsullara üstünlük verirlər.
Məsələn, sosiska və kolbasaların 80 faizi transgen
soyadan ibarətdir. Marqarin yağın ən zərərli
növü - transgen piydən ibarətdir. Marqarinlə
hazırlanmış bütün məhsullar - tortlar, pirojnalar
və s. hamısı orqanizm üçün zərərlidir.
Qəhvə, energetiklərin tərkibindəki bir sıra maddələr
də zərərvericilər sırasındadır. Əsəblərini
korlamaq istəməyən yaşlı adam gündə 2-3
fincan qəhvə içə bilər. Çoxlu qəhvə
içməklə baş ağrısı, ürək
döyünməsi və yüksək təzyiqlə üzləşmək
olar. Gənclərin çox sevdiyi energetik içkilərin isə
tərkibi hələ də məlum deyildir. Gün ərzində
dalbadal çoxlu energetik içki qəbul edən adamların
ölməsi faktları qeydə alınmışdır.
Yaydan qışa görülən ehtiyatlar
içərisində öz xüsusi yeri olan bağlanan məhsullar
da yalnış qidalardandır. Bankanı bütün qaydalara
riayət etməklə, steril şəraitdə bağladıqda
duza qoyulmuş xiyar və pomidor təhlükəli olmur.
Əks halda isə həyat üçün çox təhlükəli
zəhərlənmə baş verə bilər.
Xüsusilə balacaların sevdikləri və
daima yemək istədikləri konfetlər onların körpə
bədənlərinə ziyandır. Onların tərkibində
çoxlu kimyəvi maddələr, şəkər, boya və
s. vardır. Bu məhsullar qastritə, diş xəstəliklərinə
səbəb olur. Onlar çoxlu kalori və kimyəvi əlavələrdən,
genetik cəhətdən modifikasiya edilmiş məhsullardan
ibarətdir. Əksər xanımların yeməklərdə
istifadə etməyi xoşladığı mayonezlərin
adına da ziyanlı qidalar arasında rast gəlirik. Mayonez
kanserogen piylərdən ibarətdir, üstəlik də qanda
pis xolesterinin səviyyəsini artırır. Xüsusilə
plastik kütlədən hazırlanmış
qablaşmadakı mayonezi ümumiyyətlə, yemək olmaz.
Sirkə dəyəndə plastikdən zəhərli maddələr
ayrılır.
Sağlamlığımızda əhəmiyyətli
rolu olan daimi və düzgün qidalanma insanın nəinki
fiziologiyasına, eyni zamanda da psixologiyasına mühüm təsir
gösətirir.
Balanssız və düzgün qidalanmamaq
insanın daxili aləmində çaxnaşma yaratmaqla bir
çox psixoloji problemə səbəb olur. Sağlam
düşüncə sahibi olmaq isə nəinki nəbzinin
yüksəlməsinə səbəb olur, həmdə sakitləşməni
təmin edir.
Ekspertlər isə sağlam qidalanmanın
yollarını çox sadə olaraq izah edirlər. Belə
ki, bacardıqca çoxlu tərəvəz yemək,
yağlı, duzlu yeməklərdən, karbohidratlardan, spirtli
içkilərdən uzaq olmaq, həftə ərzində
üç yumurtadan artığını yeməmək,
mümkün olduqca dəniz məhsullarına
üstünlük vermək normal qidalanmanı tənzimləyə
bilər.
Nilufər Mustafaqızı
İki sahil.- 2014.- 13 mart.- S.13.