Azərbaycanın
tolerantlıq
təcrübəsi nümunədir
Ölkəmizin
sürətli inkişafı, dini və milli tolerantlıq
mühiti
bəzi
daxili və xarici qüvvələrin maraqlarına cavab vermir
Ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur.
Ümummilli lider Azərbaycanın
ən başlıca sərvətlərini qeyd
edərkən qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını
bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları xüsusi
vurğulayırdı: “Ərazimizdə yaşayan
azərbaycanlı da, ləzgi də, avar da, kürd də,
talış da, udin də,
kumık da, başqası
da-bütünlükdə hamısı azərbaycanlıdır.
Azərbaycanlı sözü bizi həmişə birləşdirib.”
Bu gün Azərbaycanın
tolerantlıq təcrübəsi digər ölkələrə
nümunə göstərilirsə və öyrənilməsinin
vacibliyi qeyd olunursa, bu dövlətimizin
uğurlu siyasətinin göstəricisidir.
Bu günün
reallıqlarını düzgün dəyərləndirmək
hər zaman keçilən yola nəzər salmağa,
düzgün təhlillər aparmağa böyük zərurət
yaradır.
Məlum
olduğu kimi, ötən
əsrin sonlarında sovetlərin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa
da, çox sürətlə
yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə
olduğu kimi dini dözümlülük
ənənələrinin qorunması üçün
də əsil sınağa
çevrildi. Bəşər
sivilizasiyasının müxtəlif mədəniyyətlərin
qorunması üçün dinlər və
mədəniyytlərarası dialoqun
yaranmasına ehtiyacı artdı. Bu
baxımdan tolerantlıq və dözümlülük
ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. 1993-cü
ildə ümummilli lider
Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı xalqlar
və dinlərarası münasibətlərin müasir
dövrün tələblərinə
uyğunlaşdırılmasında mühüm
rol oynadı. Dövlət-din
münasibətləri modeli çərçivəsində
inkişaf edən Azərbaycanda bütün dini konfesiyalar qanun
qarşısında bərabərdir və eyni
statusa malikdir. Milli Konstitusiyanın
48-ci “Vicdan azadlığı” maddəsində
qeyd olunur ki, hər kəsin dinə münasibətini
müstəqil müəyyənləşdirmək, hər
hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək,
yaxud heç bir dinə etiqad etməmək,
dinə münasibətilə bağlı əqidəsini ifadə
etmək və yaymaq hüququ vardır. 2009-cu ilə keçirilən
ümumxalq səsverməsində
Konstitusiyanın bu maddəsinə belə
bir əlavə də edildi
ki, heç kəs öz dini etiqadını
və əqidəsini ifadə etməyə (nümayiş
etdirməyə), dini mərasimləri
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz. Avropa ilə Asiya
arasında əməkdaşlıq körpüsü
olan və uğurlu
siyasəti ilə daim bu
körpünün möhkəmləndirilməsinə
çalışan Azərbaycanda əsrlər boyu
müxtəlif dinlərin, millətlərin nümayəndələri
bir ailə kimi yaşayırlar.
İnsanın sərbəst yaşayıb
işləməsi üçün bütün azadlıqlarının mövcud olduğu ölkəmizdə
bu proses uğurla davam etdirilir. İslam
Konfransı Təşkilatının üzvü,
çoxmillətli, çoxkonfesiyalı, dünyəvi
dövlət olan Azərbaycanda kilsə, sinaqoq və digər dini məbədlər
mövcuddur.
Ölkəmizin
ev sahibliyi etdiyi dini sammitlərdə,
sivilizasiyalararası dialoqun gücləndirilməsi
məsələlərinə həsr olunmuş
beynəlxalq konfranslarda da
tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək
bildirilir ki, Azərbaycanda
milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə
hörmət meylləri
respublikanın müasirləşməsinə, modernləşməsinə
xidmət göstərir. Prezident İlham Əliyev bildirir ki, milli dəyərlərimizə
sadiq olmalı, qloballaşma
adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər
aşılanmamalıdır. Sovetlər dövründə
xalqımız nə qədər məhrumiyyətlərlə,
çətinliklərlə üzləşsə belə dininə,
mənəvi dəyərlərinə sadiq
qalmışdır. Müstəqillik əldə
etdikdən sonra dini ənənələrimizin
təbliği, islami dəyərlərə
hörmət və ehtiram güclənmişdir.
İslam xalqımıza xoşbəxtlik, inkişaf, mədəniyyət, müqəddəs
dəyərlər bəxş edib. Ümummilli lider Heydər
Əliyev ictimai-siyasi həyatının bütün sahələrində,
o cümlədən dövlət-din
münasibətlərinin sivil prinsiplərinə
uyğun olaraq tənzimlənməsində,
dini etiqad və vicdan azadlığının maneəsiz təminatında,
dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normalarına
çevrilməsində müstəsna xidmətlər
göstərmiş, böyük dövlətçilik
təcrübəsinin təməlini qoymuşdur.
Son on ildə həmin siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərimizin
inkişafı, azərbaycançılıq ideyasının
təbliği istiqamətində mühüm
addımlar atılır. Ölkəmizdə daim
diqqət yetirilən vətəndaş birliyi,
həmrəyliyi, dini, milli məsələlərin həllində əldə
olunmuş uğurlar tarixi sərvətimiz, nailiyyətimizdir. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə
dözümlülük,
qarşılıqlı anlaşma prinsiplərinə
sadiq qalan azərbaycanlılar
hər zaman bütün
millətlərə hörmətlə yanaşırlar.
Ölkəmizdə inkişaf etdirilən
demokratiyanın tələblərinə uyğun
olaraq insanlar üçün sərbəst
düşünmək, istədiyi dinə inanmaq
imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun
tənzimlənir.
Bu
günlərdə Mətbuat Şurasının təşkilatçılığı
ilə keçirilən “Dini etiqad azadlığı, missionerlik
fəaliyyəti və media” mövzusunda konfransda
ölkəmizdə din-dövlət münasibətlərindən,
bu sahədə mövcud
qanunvericilikdən geniş bəhs edilərək,
bir daha bu reallıq qeyd oldundu ki, tolerantlıq mühitindən sui-istifadə
halları mövcuddur və bu kimi məsələlərin
həllində vahid mövqe
ortaya qoyulmalıdır. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov bildirdi ki, dünyanın
müxtəlif ölkələrində din
və milli zəmində baş
verən qarşıdurmalar, münaqişələr, dini konvensiyaların, təriqətlərin,
institutların ayrı-ayrı dövlətlərin idarəçilik
sisteminə təsir göstərmək cəhdləri
din-dövlət münasibətlərini gündəmdə
saxlayır və ictimai müzakirəsini
aktuallaşdırır. “Təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli
inkişafı, ölkədəki sabitlik,
vətəndaş həmrəyliyi, dini və
milli tolerantlıq mühiti
bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi
dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin
hüdudlarından kənarda yaradılan və sistemli
şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və dini təriqətlər Azərbaycana da ayaq açmış və
onlar respublika ərazisində
şəbəkələşməyə cəhd göstərirlər”
söyləyən Ə.Həsənov qeyd
etmişdir ki, bu gün dövlətçilik
maraqlarımıza zidd fəaliyyət
göstərən, əsrlərlə formalaşmış milli mənəvi dəyərlərimizə,
adət-ənənələrimizə, milli
və dini hisslərimizə hörmət
etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif
yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik
etmək istəyənləri, şəbəkələşərək
pozuculuq fəaliyyəti göstərənləri
ifşa etmək, onların əsil
simasını cəmiyyətə tanıtmaq kütləvi
informasiya vasitələrinin
qarşısında duran əsas vəzifələrdən
biridir. Vətəndaşların
müxtəlif yollarla şirnikləndirilməsi,
ələ alınması və müxtəlif şəbəkələrdə
yerləşdirilməsi, cəmiyyətdə radikal
dini ideyaların aşılanması,
insanların təfəkkürünün, dünyagörüşünün
süni yollarla dəyişdirilməsi,
ayrı-ayrı qanunsuz icmaların
yaradılması, fəaliyyətinin istiqamətləndirilməsi,
mövcud ictimai-siyasi sabitliyin pozulması və s
kimi hallar dini radikal təşkilatların
ümumi xarakteristikasını təşkil
edir. Həmin radikal dini qruplar məhz gəncləri
məqsədli fəaliyyətlərinin əsas
oyunçularına çevirməyə cəhd göstərirlər.
Yazının əvvəlində
də qeyd etdiyimiz kimi, ölkəmizdə dini
etiqad azadlığı mövcuddur.
Lakin hansısa dinin təbliği,
insanların təfəkkürünün dəyişdirilməsi
istiqamətində gostərilən cəhdlər yolverilməzdir.
Mətbuatın ictimai fikrə
təsir imkanlarının genişliyini nəzərə
alsaq, bu gün din pərdəsi
altında göstərilən cəhdlərin ölkə üçün nə kimi
problemlər yaratdığını ətraflı şəkildə
təhlil etməyə böyük zərurət
duyulduğunu daha dərindən
dərk etmiş olarıq.
Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin müdiri
Ə.Həsənov çıxışında dövlətimizin
bu kimi cəhdlərin
qarşısının alınması yönümündə
atdığı addımları diqqət çatıraraq bir daha bildirdi
ki, Azərbaycan dövləti müxtəlif
dini təriqətlərin, missioner təşkilatların
antimilli fəaliyyətinə qarşı
qəti barışmaz mövqedədir və onların niyyətləri
heç vaxt nəticə
verə bilməz. Son zamanlar radikal
dini qruplaşmaların fəallaşmasına
ictimaiyyətin sərt münasibəti də bu
reallığı təsdiqlədi ki,
günbəgün güclənən, iqtisadi
qüdrətini artıran, müxtəlif mədəniyyətlərin,
sivilizasiyaların qovuşduğu məkan
kimi beynəlxalq tədbirlərə
ev sahibliyi edən Azərbaycanda
ictimai-siyasi sabitliyi pozmaq qeyri-mümkündür.
Azərbaycan kimi ölkənin vətəndaşı
olmaqdan qürur hissi keçirən hər kəs ölkədə
tolerantlıq mühitindən sui-istifadə edən radikal dini
qruplaşmaların cəhdlərinin əbəs olduğunu bildirir. Xalq-iqtidar birliyinin möhkəmliyi fonunda
bütün bu kimi cəhdlərin qarşısı hər zaman qətiyyətlə alınır.
Yeganə Əliyeva
İki sahil.- 2014.- 13 mart.- S.3.