Çin Yaxın Şərqdə:

“səssiz və təmkinli” siyasət

 

Pekin xarici siyasətini getdikcə daha da fəallaşdırır. Onun dünyanın müxtəlif regionlarına təsir imkanları genişlənir. Yaxın Şərq bu aspektdə daha çox maraq doğurur. Çin həmin məkanda çoxvektorlu siyasət yeridir. Mütəxəssislər onun xüsusi məzmun kəsb etdiyini deyirlər. Bu siyasətin əsas məqamları prizmasından Pekinin geosiyasi strategiyasının bir sıra əhəmiyyətli cəhətlərini müəyyənləşdirmək olar. Burada həmin istiqamətdə müşahidə edilən yeni çalarlar böyük maraq doğurur.

 

Dörd modernləşmə”:

yeni diplomatiyaya keçid

 

Çin dünyanı təkcə təəccübləndirmir, həm də düşündürür. Pekinin yürütdüyü siyasətin mahiyyətinə varılmağa çalışılır. Bu proses keçən əsrin 70-ci illərində “dörd modernləşmə” adlanan və əsasən, iqtisadi inkişafın yeni modelini nəzərdə tutan proqramın hazırlanması ilə başlayıb. Çin qarşısına qoyduğu yeni geosiyasi, iqtisadi, siyasi, hərbi və mədəni məqsədlərə çatmaq üçün diplomatiyasını da yeniləşdirməli idi.

Mütəxəssislər onu “təmkin diplomatiyası” adlandırırlar. Həmin diplomatiyanın məzmunu Çin mədəni-siyasi ənənəsindən qaynaqlanır. Əsas hədəfi belədir: “Fəaliyyət göstərilən regionda öz geosiyasi təsir dairəsini genişləndirməklə, həmin məkandan kənarda yerləşən dövlətlərin oradakı geosiyasi təsir dairəsini məhdudlaşdırmaq”.

Bunun üçün əsas prinsip heç bir dövlətin daxili işinə qarışmamaq və regiona təsir edən ölkələrə mane olmamaqdan ibarətdir. Ekspertlər obrazlı olaraq bu diplomatiyanı “səssiz və yumşaq” siyasət kimi xarakterizə edirlər (bax: Eyüp Ersoy. Çin Dış Politikasında Ortadoğu: Temkin Diplomasisi Üzerine Bir İnceleme / Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK), “Uluslararası Hukuk ve Politika”, 2012, Cild: 8, Sayı: 31, s. 37-55). Çin xarici siyasətində bu xətt tam gücü ilə XX əsrin 90-cı illərindən özünü göstərməyə başlayıb. Bunun səbəbi isə ölkənin böyük enerji idxalçısına çevrilməsi olub. Pekin öz tələbatını ödəmək üçün əvvəllər elə də maraq göstərmədiyi regionlarla sıx əlaqə qurmağa başladı.

Həmin sırada Çinin diqqətini Yaxın Şərq daha çox çəkdi. Bu regionun dövlətləri ilə diplomatik münasibətlər 1956-cı ildən Misirlə əlaqələrin qurulmasından başlayır. Sonra Suriya, Yəmən və İraq gəlir. Ayrıca, Səudiyyə Ərəbistanı Misirdən sonra Çinin əhəmiyyət verdiyi digər ölkədir. Pekin üçün Liviya xüsusi yer tuturdu. Müəmmar Qəddafi devriləndən sonra Çinin bu ölkəyə qoyduğu 18,5 milyard dollar sərmayə batdı. Ekspertlər Pekinin bundan “dərs aldığını” vurğulayırlar (bax: Serqey Luzənin. Politika Kitaə na Blijnem Vostoke: “nakormitğ volkov i soxranitğ oveü” / Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDBMİ(U)-nin portalı, 17 dekabr 2012).

Çinin Yaxın Şərqdə İsrail faktoruna yanaşması da maraqlıdır. Bu ölkə ilə diplomatik əlaqələri Pekin 1992-ci ildə qurub. Eyni zamanda, o, Fələstinlə də yaxın əməkdaşlıq edib. BMT-də fələstinliləri müdafiə edib. Buna baxmayaraq, Çin İsraillə hərbi sahədə də əlaqələr yaradıb. Yalnız Vaşinqtonun ciddi müdaxiləsindən sonra bu prosesin inkişafı bir qədər ləngidi (bax: Eyüp Ersoy. Göstərilən əsəri, s. 48). 2000-2006-cı illərdə isə ümumiyyətlə, Təl-Əviv Pekin qarşısında silah satışı ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi.

Çinin ərəb ölkələri, İran və Türkiyə ilə enerjiiqtisadi əlaqələri isə daha uğurla inkişaf etməkdədir. 2007-ci ildə Çin enerjiyə olan tələbatının 38,7%-ni Yaxın Şərq ölkələrinin hesabına ödəyirdisə, bu rəqəm 2010-cu ildə 47% olub. 2012-ci ildə isə 30%-ə düşüb. Lakin həmin ildə Çinin 18 ərəb ölkəsi ilə ticarət dövriyyəsi 200 milyard dollar təşkil edib (bax: Eyüp Ersoy. Göstərilən əsəri, s. 46).

Yuxarıda baxılan kontekstdə Çin-İran münasibətlərini ayrıca qeyd etmək gərəkdir. Çin 2007-2009-cu illər arasında İranla 3,76 milyard dollar həcmində neft-qaz müqaviləsi imzalayıb. Hazırda bu ölkə enerjiyə olan ehtiyacının 14%-ə qədərini İrandan ödəyir. ÇininCheryavtomobil şirkəti özünün ilk xarici nümayəndəliyini İranda açmışdır. Hazırda iki ölkə arasında enerji sahəsində əməkdaşlıq genişlənib. Pekin Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Tehranla əlaqələrini inkişaf etdirir. Doğrudur, bu ilin fevralında ABŞ-ın dövlət katibi Con Kerri Çinə səfəri zamanı Pekinin İran nüvə proqramı məsələsinə münasibətini konstruktiv hesab etdiyini demişdi. Ancaq o, eyni zamanda, Çin-İran münasibətlərinin tərzini dəyişməyin vaxtının çatdığını da vurğulamışdı.

 

Yaxın Şərqdə strateji rəqabət:

Pekin “səssizliyini” pozurmu?

 

Ekspertlərin fikrincə, Pekin bu tövsiyəni qulaqardına vurub. ÇünkiÇinin İrana dəstəyi ABŞ və Çinin Yaxın Şərqdəki strateji rəqabətinin mühüm elementidir” (bax: Nikolay Bobkin. İran i Kitay: v osnove drujestvennıx otnoşeniy praqmatizm / “Novoe Vostoçnoe Obozrenie”, 21 fevral 2014).

Çinin Yaxın Şərq siyasətinin maraqlı bir aspektini hərbi sahə təşkil edir. Bu istiqamətdə Pekin daha çox İsrail və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir. Son illər İraq, Suriya və Qətərlə də əlaqələr genişlənib. Türkiyənin Çindən yeni raketlər almağı nəzərdə tutan müqavilə imzalaması unudulmamalıdır. NATO buna etiraz etsə də, Ankara fikrindən dönmür.

Bütün bunlar Çinin Yaxın Şərq siyasətinin əsas məqamlarını ifadə edir. Burada ilk növbədə, Pekinin həmin regiona, ümumiyyətlə, Qərbi AsiyaŞimali Afrika kontekstində yanaşmasını qeyd etmək lazımdır. Burada əsas məqsəd ölkənin iqtisadi inkişafı ilə geosiyasi maraqlarını daha geniş məkanda sistemli surətdə təmin etməkdən ibarətdir. Çin əvvəlcə iqtisadi və hərbi sahəyə üstünlük verib. Son illər isə sosial-mədəni istiqamətə diqqətini artırıb. Dil və mədəniyyətin yayılmasında Pekinin uğurlar əldə etdiyi etiraf olunur.

Ümumilikdə Çinin Yaxın Şərq siyasəti “təmkinli”dir, ancaq “təşkiledici” deyil (bax: Eyüp Ersoy. Göstərilən əsəri, s. 53). Yəni Pekin həmin regionda geosiyasi proseslərin ümumi istiqamətini müəyyənləşdirmir. O, hələlik mövcud şərait daxilində yerli dövlətlərin daxili işlərinə qarışmamaqla “tərəfsiz tərəf” olmağa çalışır. Lakin bölgədə getdikcə yeni vəziyyət yaranır və Pekin xarici siyasətində çətinliklər hiss edir. Mütəxəssislər ABŞ, RusiyaÇinin Yaxın Şərq siyasətində fərqli cəhətlərin məhz bu müstəvidə olduğunu vurğulayırlar.

ABŞ-ın müdafiə naziri Çak Heygel Vaşinqtonun Yaxın Şərq siyasətinin mahiyyətinin “proseslərin gedişatının formalaşdırılmasından” ibarət olduğunu deyib (bax: Nataşa Mozqovaə. SŞA, Kitay, Rossiə - tri raznıx vzqləda na Blijniy Vostok / “Qolos Ameriki”, 10 may 2013). Amerika regionun ümumi geosiyasi mənzərəsini müəyyənləşdirməyə çalışır. Bununla o, bütövlükdə vəziyyətin dəyişmə dinamikasını nəzarətdə saxlamaq məqsədi ilə hərəkət edir.

Ekspertlərin fikrincə, bundan fərqli olaraq, Rusiyanın həmin regiondakı siyasəti ziddiyyətlidir. Məsələn, Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun Yaxın Şərq münaqişələrinin təhlili Mərkəzinin direktoru Aleksandr Şumilin hesab edir ki, “...xüsusilə İran və Suriya məsələsində Moskva çətin başa düşülən addımlar atır. Deyək ki, bir tərəfdən İranla iqtisadiyyat, enerji və s. sahələrdə əməkdaşlıqda maraqlıdır, digər tərəfdən isə bu ölkənin nüvə silahına malik olmasını istəmir. İsraillə münasibətlərdə də eyni vəziyyət hökm sürür. Moskva bu ölkə ilə viza rejimini ləğv edir və eyni zamanda, BMT-də onun əleyhinə səs verir” (bax: əvvəlki mənbəyə).

Pekin Universitetinin professoru Vu Binqbinq Çinin ABŞ və Rusiyadan fərqli olaraq Yaxın Şərqdə heç bir prosesə təsir etmək fikrində olmadığını deyir (bax: əvvəlki mənbəyə). Bununla yanaşı, Pekin BMT-də Suriyanı müdafiə edir, İranla enerji sahəsində əməkdaşlığı inkişaf etdirir və Fələstini müdafiəyə qalxır. Bunlara paralel olaraq, həmin regionun böyük dövlətləri ilə bütün sahələrdə əlaqələri genişləndirməyə cəhd edir. Belə çıxır ki, sözdə gizlətməsinə baxmayaraq, Çin Yaxın Şərqdə öz geosiyasi maraqlarını getdikcə daha çox müdafiə etməyə çalışır. Bunun konkret səbəbi vardır.

Məsələ ondan ibarətdir ki, ABŞ son illər Çinigeosiyasi mühasirəyəalmaq istiqamətində fəaliyyət göstərir. Bu prosesdə Yaxın Şərq xüsusi yer tutur. Təsadüfi deyil ki, Vaşinqton həmin bölgənin Çinlə əməkdaşlıq edən ölkələrinin hər birinə təzyiq edir. Regiondakı münaqişələrin coğrafiyasına baxanda bunu görmək mümkündür. Belə bir şəraitdə Çinin xarici siyasətinin Yaxın Şərqdə dərəcədəsəssiz, yumşaq təmkinliolacağını proqnozlaşdırmaq çətindir.

 

İki sahil.- 2014.- 18 mart.- S.21.