“Sənayedə qaynaq istehsalı üzrə
yeni texnologiyalar və materiallar”
ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində bu mövzuda seminar keçirildi
Martın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində “Sənayedə qaynaq istehsalı üzrə yeni texnologiyalar və materiallar” mövzusunda seminar keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə, Almaniya, İngiltərə və Rusiya mütəxəssisləri iştirak edirdilər.
Mərasimdə
çıxış edən ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov
bildirdi ki, Azərbaycan
neftin hələ kustar
üsulla
çıxarıldığı zamanlardan
neft diyarı kimi
tanınıb, sonradan Bakı neftçilərinin
sənayedə tətbiq etdikləri mütərəqqi yeniliklər
dünya praktikasında geniş
yayılıb. Neftin ilk dəfə sənaye üsulu
ilə çıxarılması, emal
olunması, tankerlərlə, dəmir yolu
ilə, boru kəmərləri ilə nəql
edilməsi, sahildə, açıq dənizdə, Xəzərin
dərinsulu hissələrində neft
yataqlarının kəşfiyyatına və istismarına Azərbaycanda
başlanılıb.
X.Məmmədovun
sözlərinə görə, neft-qaz sənayesi
Azərbaycanın bugünkü yüksəlişində,
müstəqil dövlətimizin transformasiyası proseslərində
böyük rol
oynayıb: “Ümummilli lider
Heydər Əliyev ötən əsrin sonlarında müstəqilliyini
yeni qazanmış respublikanın enerji strategiyasını işləyib hazırladı və xaricdən, daxildən
göstərilən siyasi, iqtisadi
təzyiqlərə, hərbi təcavüzə baxmayaraq 1994-cü ildə transmilli
neft şirkətləri ilə “Əsrin
müqavilə”sinin imzalanmasına nail oldu. Xəzər dənizi
hövzəsinin enerji ehtiyatlarını ilk dəfə olaraq bütün dünyaya
açdı, bununla da
dünyanın enerji xəritəsini dəyişmiş
həmin strategiya çərçivəsində
regional və qlobal əhəmiyyətli
iri neft-qaz layihələri
həyata keçirildi. Ötən ilin sonlarında isə Prezident cənab İlham
Əliyevin rəhbərliyi altında Avropa
Birliyi ilə 5 il ərzində
davam etmiş
danışıqlar prosesi uğurla
nəticələndi və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz”
yatağının işlənilməsinin 2-ci mərhələsi
üzrə yekun investisiya
qərarı imzalandı. Möhtərəm Prezidentimiz bu müqaviləni
“XXI əsrin müqaviləsi” adlandırıb.”
X.Məmmədov
bildirdi ki, Bakı
davamlı inkişaf yolunda
sürətli templərlə irəliyə doğru
addımlayan Azərbaycanın yeni
simasını əks etdirir: “Ölkəmizdə
neft gəlirləri xalqın rifahı
naminə, iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorundan
asılılığın azaldılması, qeyri-neft
sektorunun genişləndirilməsi və inkişafı naminə effektiv istifadə olunur. Neft kapitalı insan
kapitalına çevrilir. Həyat səviyyəsi
gün-gündən yüksəlir, XXI əsrin
çağırışlarına cavab
verməyə qadir olan
yeni gənc nəsil yetişir.
Azərbaycan enerji resursları ilə zəngin
bir ölkədir. Hazırda
respublikamızın təsdiqlənmiş və
proqnozlaşdırılan neft-qaz
ehtiyatları ümumilikdə 10 mlrd. ton şərti yanacaq həcmində
qiymətləndirilir. Bu sərvətlər
hələ 100 il də bizə kifayət
edəcək. Azərbaycanın neft-qaz sənayesini
qarşıda daha böyük
perspektivlər gözləyir və bu sənaye
ölkənin ümumi yüksəlişinə
bundan sonra da ləyaqətlə xidmət göstərəcək.
Maşınqayırma və inşaat sahələri
ilə birlikdə neft-qaz sənayesinin
inkişafında da
qaynaqçıların mühüm rolu var.”
ARDNŞ-in vitse-prezidenti qeyd etdi ki,
hazırda ARDNŞ-in müxtəlif struktur bölmələrində 2000-dən çox qaynaqçı
çalışır: “Onların əksəriyyəti
peşə bacarıqlarına uyğun olaraq sertifikatlaşdırılıb. Qaynaq texnikasının sürətlə
yayıldığı müasir dövrdə
mütəxəssis hazırlığı və ixtisas artırılması Şirkətimiz üçün xüsusi
aktuallıq kəsb edir. Yeni qaynaq
avadanlıqlarının istehsalatda tətbiqi,
müasir texnologiyaların mənimsənilməsi
qarşımızda duran əsas vəzifələrdən
biridir. Şirkətimizdə
qaynaqçıların praktiki
sınağı, attestasiyası və
sertifikatlaşdırılması işləri Təlim, Tədris
və Sertifikatlaşdırma İdarəsi tərəfindən
aparılır. Müəssisələrin
sifarişlərinə və tətbiq edilən standartların
şərtlərinə uyğun olaraq, ayrı-ayrı diametrli
borular və müxtəlif markalı poladlar üzrə qaynaq
prosedurlarının hazırlanması ilə məşğul
olan bu İdarə TS
EN 17024 “Personal
sertifikatlaşdırılmasını həyata keçirən
müəssisələr üçün
ümumi kriteriyalar”
beynəlxalq standartının EN 287-1 “Qaynaqçıların
bacarıqlılıq sınağı” üzrə sertifikatlara layiq görülüb. Hazırda idarədə 7
müxtəlif metod üzrə
qaynaqçıların sertifikatlaşdırılması həyata
keçirilir və attestasiyadan
müvəffəqiyyətlə keçən
qaynaqçılara SOCAR və ya beynəlxalq
TÜRKAK loqolu sertifikatlar
təqdim olunur. Eyni zamanda
qaynaq tikişlərinin keyfiyyəti də
burada yoxlanılır və müvafiq rəylər verilir.
İdarə tərəfindən təşkil olunmuş
müvafiq kursları müvəffəqiyyətlə
başa vurmuş 26
mühəndisimiz “Qaynaq inspektoru”
sertifikatına layiq görülüb.
2012 və 2013-cü illərdə şirkətimizin müxtəlif
təşkilatlarının sifarişi əsasında
2800-dən çox qaynaqçının
peşə bacarığı yoxlanılmış və məqbul
nəticə göstərən 1584 nəfərə müvafiq sertifikatlar təqdim
edilib.”
X.Məmmədov
əlavə etdi ki,
idarənin Qobustan Regional
Təlim Mərkəzinin nəzdində qaynaq
mərkəzi yaradılıb, beynəlxalq standartlara
cavab verən müasir
qaynaq aparatları və müxtəlif təyinatlı
dəzgahlarla, 32 nəfər qaynaqçının paralel surətdə çalışmasına
imkan verən kabinələrlə təchiz olunub: “Mərkəzdə virtual
proqram təminatı əsasında qurulmuş 3D tipli simulyasiya avadanlıqlarından ibarət qaynaq simulyasiyası otağı da fəaliyyət göstərir. Bu ilin peşə tədrisi
proqramında 48 qaynaqçının hazırlanması nəzərdə
tutulur. ARDNŞ-in digər struktur bölmələrində,
o cümlədən “Neftqaztikinti”
Trestində və Heydər Əliyev adına Bakı Dərin
Özüllər Zavodunda da
qaynaq mərkəzləri yaradılıb.
Şirkətimizdə xüsusi diqqət
yetirilən sahələrdən biri də
sualtı qaynaq texnologiyasının
inkişafı, sualtı qaynaq əməliyyatlarını
həyata keçirən dalğıcların hazırlanmasıdır.
Bu məqsədlə,
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Ukrayna Milli Elmlər
Akademiyasının Paton adına Elektrik Qaynağı İnstitutu
və Böyük Britaniyanın TWI
şirkəti ilə sıx əməkdaşlıq edir və yeniliklərin tətbiqi istiqamətində
qabaqcıl qurumların praktikasını öyrənir. Müasir dövrdə qabaqcıl təcrübələri
mənimsəmədən uğur qazanmaq mümkün deyil. Bu məqsədlə
toplaşdığımız seminar mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir.”
Tədbirdə
çıxış edən Böyük
Britaniyanın TWI şirkətinin Azərbaycan üzrə meneceri Kərim Şakuri,
Bakı Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov,
Ukraynanın Paton adına Qaynaq
İnstitutu və Qaynaq
Avadanlıqları Zavodunun Azərbaycandakı
nümayəndəsi Qoşqar Əsədov,
Türkiyənin 9 Eylül Universitetinin
doktoru
Süleyman Karadeniz
seminarın əhəmiyyətini bildirdilər.
Sonda seminar
iştirakçıları Qobustan Regional Təlim Mərkəzinin qaynaq emalatxanası və qaynaq
simulyasiya otağı ilə tanış oldular. Qonaqlara məlumat verildi ki,
emalatxanada beynəlxalq standartlara
cavab verən ən müasir
qaynaq aparatları, müxtəlif təyinatlı
dəzgahlar, simulyasiya otağında isə
3D tipli qaynaq
avadanlıqları quraşdırılıb və eyni vaxtda 40 nəfərin
çalışa bilməsi üçün
şərait yaradılıb.
Nail Rəhimzadə,
Vüsal
Cahanov (foto)
İki sahil.- 2014.- 19 mart.- S.7.