Narkomaniya genofonda

vurulan ən böyük zərbədir

 

Bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyageniş anlamda narkotizmdir.

 

Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi müasir dövrümüzdə də aktualdır və eyni zamanda, insan orqanizminə, səhhətə, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran, ən çirkin, ən ikrahedici vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi qədim zamanlarda da ən xoşagəlməz vərdiş kimi qəbul edilmişdir.

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.

Son illər respublikamızda da narkotik vasitələrə və psixotrop maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı xeyli artırmışlar.

Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

Narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib və ən acınacaqlısı budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Yaddan çıxartmamalıyıq ki, narkomanlıq QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Narkotiklərlə bağlı cinayətlərin latentliyi, bu növ hüquq pozmalarının rəsmi qeydiyyatdan kənarda qalma faizi olduqca yüksəkdir və əgər respublikada yalnız elə rəsmi qeydiyyatda 28.000-ə yaxın narkoman varsa, deməli, bu barədə ciddi düşünməyin vaxtı çatmışdır.

Narkomaniyanın gənc nəslin arasında yayılma səbəblərindən birinarkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında məlumatsızlıqdır. Gənclərin narkomaniyaya qurşanması çox vaxt ətraf mühitin təsirindən olur. Narkomaniya barədə heç bir məlumatı olmayan gənclər bu bəlanın təsiri altına düşür, bu bəla ilə tanışlıq sonra aludəçilik səviyyəsində alışqanlığa gətirib çıxarır.

Cəmiyyət narkoman gənclərin timsalında işgörmə qabiliyyəti yüksək olan bir nəsli itirir. Narkomanlığın nəsilartırma qabiliyyətinə necə mənfi təsir göstərdiyi bilinən faktdır. Bu da genofonduna vurulan ən böyük zərbədir.

Gənclər arasında narkomanlığın profilaktikası sahəsində işin müasir və təsiredici səviyyədə qurulması, əhalinin bütün təbəqələri arasında narkotik vasitələrin qəbuluna meyilliliyin azaldılması, gənclərin vacibdüzgün qərarların qəbul edilməsinə yönəltmək məqsədilə təsirli işin aparılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Əvvəllər bu sahədə keçirilən tədbirlər yalnız seminar və mühazirə xarakterli olurdusa, son illər keçirilən tədbirlərin müasir və təsiredici səviyyədə qurulmasına üstünlük verilir. Belə ki, “Sağlam ailə cəmiyyətin təməlidir” mövzusunda, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə - mənəviyyatın xilası deməkdir” mövzusunda təşviqat kampaniyalarını, “Zərərli vərdişlərə “Yox!” deyək”, “Gənclər zərərli vərdişlərə qarşı birləşir” devizi altında mədəni-kütləvi aksiyaları, “Gənclər sağlam həyat tərzinə səs verirdevizi altında diceylərin milli müsabiqələrini, gənc jurnalistlər arasında sağlam həyat tərzi aşılayan məqalələr üzrə ümumrespublika müsabiqəsini, plakat müsabiqəsini, videoçarxlar müsabiqəsini, teatr tamaşalarını, sağlamlıq festivallarını, telemarafonları göstərmək olar. Gənclər siyasətinin bu istiqaməti üzrə son 7 ildə 190-a yaxın tədbir həyata keçirilmişdir ki, bu tədbirlərdən faydalananların sayı on minlərlə gənc olmuşdur. Eyni zamanda Nazirlik tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədilə elan edilən müsabiqələrdə gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması ilə bağlı layihələrə hər zaman önəm verilmişdir. Sağlam həyat tərzi ilə bağlı tədbirlərin həyata keçirilməsində Gənclər və İdman Nazirliyi BMT-nin Uşaq Fondu, BMT-nin Əhali Fondu, Qlobal Fond kimi beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq etmişdir.

Bu günün gəncliyi sabah ölkənin gələciyidir. Cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genofonduna ağır zərbə vuran narkomaniya, QİÇS, alkoqollu içkilər, siqaretçəkməyə qarşı mübarizə Azərbaycan dövlətinin ümumi siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir. Odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli, 982 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nda gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil öz əksini tapmışdır.

Zərərli vərdişlərin və xüsusilə narkomaniyanın profilaktikasında ən yaxşı vasitə - onların asudə vaxtının təşkilidir və idmanın burda əhəmiyyəti hamıya məlumdur. Bu gün gənclərimizin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə ölkə başçımız cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın bütün bölgələrində olimpiya idman kompleksləri inşa olunur, idman zalları və meydançaları təmir olunur, bunlarla yanaşı bəzi rayonlarda gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilir.

“Gənclər evləri”nə gənclərin geniş şəkildə cəlb edilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün yerli gənclər və idman idarələri tərəfindən lazımi işlər həyata keçirilmişdir.

Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi, Olimpiya Komplekslərinin bu işdə rolunun artırılması məqsədilə Nazirlik tərəfindən respublikanın rayon və şəhərlərində maarifləndirici xarakterli tədbirlər keçirilmişdir.

Sağlam həyat tərzinin gənclər arasında təbliğinin yenidaha təsirli metodlar vasitəsilə həyata keçirmək məqsədilə “Həyatla oyun” adlı tamaşanın ali məktəblərfə, rayon və şəhərlərdə nümayişi təşkil edilmişdir ki, buda ictimaiyyət tərəfindən hədsiz maraqla qarşılanmışdır.

Narkomaniya ilə mübarizənin ən yaxşı metodikası - profilaktikadır. Çünki dünya praktikası göstərir ki, narkomanların yalnız 2-3 faizini müalicə etmək mümkün olurbu xəstəliyin qarşısının almaq daha asandır, nəyinki gücü və vəsaitləri müalicəyə sərf etmək.

 

Nərmin Bağırova,

Gənclər və İdman Nazirliyi Sosial proqramlar

sektorunun müdiri

 

İki sahil.- 2014.- 29 mart.- S.21.