Xəyanətin qurbanı
Əzəldən səngərli, qalalı
Şuşanın rəzil
və qorxaq
ermənilər tərəfindən
işğalı tarixin
ironiyasıdırmı?
Bü gün
Şuşanın-əzəldən səngərli qalalı cənnət şəhərimizin
işğalından düz
22 il ötür.
Doğrudan da Şuşa yaranışından
səngəril-qalalı idi.
Hər tərəfi sıldırım
qaylarla əhətə
olunmuş bu möhtəşəm şəhər
insanların məskunlaşmasından
öncə qartallar oylağı, xüsusən
də Çıdır
düzü qalanın
qəhrəmanlıq simvolu
idi. Burada igidlər at yarışdırar,
qələbə döyüşlərinin
təməl planları
işlənib hazırlanardı.
Bu düzdən aşağı baxanda Daşaltı kəndinin evləri bir nöqtə kimi görünürdi. Aşağıdan keçən çayın
səsində bir əsrarəngizlik vardı.
İsa bulağı insanların xoş gününün, növrağının, “Gəlin
Qaya”sı sevginin, ismətin və sədaqətin timsalı idi.
Dəniz səviyyəsindən
2500 metr hündürlükdə
yerləşən Şuşa şəhəri
havasının təmizliyinə
görə, İsveçrənin
bir turizm mərkəzindən sonra ikinci yerdə gəlirdi. Əgər Şuşa işğal
olunmasydı indi nəinki Qafqazın, bütün Avropanın turizm mərkəzinə çevrilmişdi. Buranı florası
da özünə məxsusluğu ilə seçilirdi. Xarıbülbül adlı bitki yalnız Şuşada bitirdi. Bu gülün
üzərində sevgsindən
alışıb-yanan, xar
olan bir sevdalı bülbül gülə çevrilmişdi.
Qalanın
təməlini qoyan Pənahəli xan ondan əvvəl Qarabağda iki qala tikdirmişdi. Birincisi, Ağdamda Şahbulağ, ikincisi isə Əsgəran qalası idi. Hər iki qalanın
müdafiə qabiliyyəti
zəif olduğundan və xanın sərkərdəlik prinsiplərinə
uyğun gəlmədiyindən
o, 1750-ci ildə daha yüksəkdə-Şuşa qalasının
və sonralar şəhərinin əsasını
qoydu.
18-ci əsrin ortalarına
yaxın Azərbacan ərazisində, müstəqil
xanlıqlardövrü başlandıqda
qədim yurd yeri olan Şuşa yeni irkişaf mərhəlsinə
qədəm qoymuşdur.1756-1823-cü illərdə Azərbacanın
qüdrətli xanlıqlarından
olan Qarabağ xanlığının paytaxtı
olan Pənahabad-Şuşa
sürətlə inkişaf
etdi. Şəhər hərbi siyasi
mərkəz olmaqla bərabər, eyni zamanda ticarət ə və mədəniyyət
mərkəzinə çevrildi.
Əhalisi sırf azəri
türklərindən olan
şəhərdə onlarla
məhəllə, hər
məhəllənin öz
məscidi vardı.
Burada məktəblər, mədəniyyət
müəssisələri inkişaf
edərək savadlı
və vətənpərvər
nəslin formalaşmasına
şərait yaratdı.
Şuşa şəhərinin
üç qapısı
vardı: Gəncə,
İrəvan və Ağroğlan qapıları...
Şəhərdəki bütün
məhəllələrin adları
Azərbaycan xalqına
məxsus idi: Çuxur məhəlləsi,
Qurdlar məhəlləsi,
Seyidli məhəlləsi
və sairə... Buradakı 17
məscid, karvansaraylar,
hamamlar, bulaqlar, qalalar, məşhur saraylar, imarətlər şəhərə gözəllik
veriridi. Şuşa, eyni
zamanda, bütün Qafqazın konservatoiriyası
kimi şöhrət qazanmışdı.
Bənzərsiz və
təkrarsız mədəniyyət
beşiyi olan Şuşa və
digər rayonlarımız
Ermənistan ordusu tərəfindən işğaldadır.
Bəs
alınmaz qalaya çevrilən Şuşanın
Ermənistan ordusu tərəfindən işğalı
niyə baş tutdu? Axı 300 ildən artıq böyük sərkərdələrin
hücumunu mərdlik və ləyaqətlə dəf edən Şuşa dünyanın
ən rəzil və qorxaq milləti olan ermənilər tərəfindən
işğal oluna bilməzdi. Bu bəlkə
də tarixin ironiyasıdır. Bu barədə dəfələrlə
yazılıb və müzakirələr aparılıb.
Lakin ümumi bir qənaət belə olubdur: o dövrdəki Azərbaycan
hakimiyyətinin səriştəsizliyi
və ölkəmizdə
hökm sürən hərc-mərclik erməni
ordusunun Şuşaya hücumunun qarşısını
almağa imkan verməyib.
Qeyd
edək ki, bu həmin dövr
idi ki, Azərbaycan
dövləti yenicə
müstəqillik qazanmışdı
və Azərbaycan ordusu qeyri-nizami hərbi birləşmələr
formasında mövcud
idi. Eyni zamanda, ölkənin
ən strateji nazirliyi hesab olunan Müdafiə nazirliyi yenicə yaradılmışdı və
onun rəhbərləri
mütəmadi dəyişilirdi,
həmçinin qeyri-peşakarlardan
formalaşmışdı. Mən hələ o dövrlərdə
yazmışdım ki,
yeni yaradılan nazirlikdə rus-erməni kəşfiyyatı at oynadırdı.
Baş qərargahda hazırlanan əməliyyat planları
dərhal çasuslar
tərəfindən Ermənistana
ötürülürdü.Yəni o dövrdə Bakı-Azərbaycanın
müdafiə nazirliyi
casuslar tərəfindən
Şuşadan və Laçından əvvəl
işğal olunmuşdu.
Xatırlayıram ki,
ermənilər Şuşaya
hücum edəndə
Azərbaycanın qeyrətli
oğlu, Mill Qəhrəman
Şirin Mirzəyev Ağdamdan Əsgərana hücum etdi ki, ermənilər Şuşanın işğalına
göndərdikləri qüvvəni
geriyə onun üzərinə yönəltsinlər.
Həmin
dövrün hərbçiləri
bidirirlər ki, o dövrdə Azərbaycanın
müdafiə nazirilyindən
xüsusi təxribatçı
qrup Şirin Mirzəyevin hərbi hissəsinə gələrək
əsgərlərin geri
çəkilməsini əmr
etmiş və hətta bir neçə azərbaycanlı
hərbçi mühasirəyə
düşərək həlak
olmuşdular.
Əslində,
müharibəni güclü
millət deyil, güclü dövlət zəfərlə başa vurur. O dövrdə Azərbaycan dövləti
zəif idi və üstəgəl ölkədə bir neçə qrupun hakimiyyət davası gedirdi. Torpaqlarımızı qorumalı olan
əsgəri birləşmələr,
müəyyən dairlərin
maraqlarını qoruyurdu.
Təbii
ki, ermənilər yaranan bu münbit
şəraitdən riyakarlıqla
istifadə edərək
torpaqlarımızın işğalını
sürətləndirdilər. Qaradağlı, Meşəli,
Xocalı faciələrinin
ardınca Şuşanın
işğalı bir daha göstərdi ki ölkəyə güclü və qətiyyətli lider rəhbərlik etməlidir.
Məhz buna görə də xalq öz taleyini
daha inanılmış
insana etibar etmək iradəsini ortaya qoydu və
bir müddətdən
sonra Heydər Əliyevə ölkənin
rəhbərliyinə qayıdışla
bağlı təkidli
təkliflər səslənməyə
başladı.Xalq inanırdı
ki, Heydər Əliyev daha bir neçə il əvvəl hakimiyyətə gəlsəydi,
o nizami ordu, güclü dövlət yaratmaqla torpaqlarımızın
işğalına imkan
verməzdi.
Əslində,
bizim dövlətmiz indiki güclü durumu ilə Qarabağı və onun tacı olan Şuşanı işğaldan azad etməyə tam qadirdir. Prezident İlham Əliyevin dediyi kimi: biz mühariəbəni
deyil, döyüşü
uduzmuşuq. Azərbaycan ordusu istənilən
halda işğaldakı
torpaqlarımızı azad
etməyə qadirdir və bu tarixi
missiyanı şərəflə
yerinə yetirəcəkdir.”
Təbii
ki, bu reallığı
anlayan ermənilər
Şuşada tam oturuşa,
məskunlaşa bilmirlər. Onlar anlayırlar ki, gec-tez bu torpaqların
sahibi öz yurdlarına dönəcəklər.
Prezident
İlham Əliyevin Şuşanın işğalının
20 illiyi ilə bağlı sərəncamıda
mühüm siyasi əhəmiyyət daşıyırdı. Bu, daha çox
beynəlxalq təşkilatların
diqqətinin Ermənistanın
işğalına yönədtməklə
ələqəlidir. Qeyd edək
ki, ölkəmizin
BMT-nin Təhlükəsizlik
Şurasının iclaslarına
rəhbərliyi həyata
keçirdiyi bir məqamda Şuşanın
işğalının 20-ci illiyi həm ölkəmizdə, həm
də xaricdə qeyd edilərək işğalçı dövlətə
qarşı ideloji mübarizənin bir vasitəsinə çevrilmişdi.
Bütün
hallarda Qarabağın,
onun tacı olan Şuşanın işğalıgünü uzaqda
deyil. Çünki məhz Şuşada mıxı mismara döndərən ədalətli
zamana, haqqı nahaqqa verməyən Ulu Tanrıya və o torpaqlara Ali Baş komandanı İlham Əliyev olan qüdrətli ordunun əsgər süngüsü ilə azadlığın gələcəyi
gerçəyinə inanırıq.
Elçin Zaman
İki sahil.- 2014.- 8 may.- S.28.