Azərbaycan - UNESCO əməkdaşlığı
dinamik şəkildə
inkişaf etdirilir
BMT-nın
Təhsil, Elm və Mədəniyyət məsələləri
üzrə Təşkilatı - UNESCO öz üzvlərinə
dünya səviyyəli mütəxəssislərin, texniki
yardımların, həmçinin elmi və pedaqoji
kadrların hazırlanması, qlobal elmi layihələrdə
iştirak etmək imkanlarından bəhrələnmək
imkanı verir. Xalqların təhsil, elm və
mədəniyyət sahəsində əməkdaşlığını
genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin
möhkəmlənməsinə xidmət göstərən
UNESCO ilə Azərbaycanın əlaqələri öz tarixinə
görə ölkəmizin BMT-yə qəbul olduğu
dövrdən də əvvəlki illərə təsadüf
edir.
Azərbaycan
Respublikası BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO-ya
1992-ci iyulun 3-də üzv qəbul olunmuşdur. Azərbaycan-UNESCO
ilə əlaqələrinin genişləndirilməsi isə
1993-cü ilin ikinci yarısından- ümummilli lider Heydər
Əliyevin respublikamızda yenidən hakimiyyətə
qayıdışından sonra başlanmışdır.
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının baş müəllimi, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin elm, təhsil və mədəniyyət
şöbəsinin müdiri Aynur Fərmanovanın elmi
araşdırmalarının nəticəsində qələmə
alınmış “Azərbaycan - UNESCO əməkdaşlığı
dinamik şəkildə inkişaf etdirilir” sərlövhəli
analitik yazıda ölkəmizin bu nüfuzlu beynəlxalq
humanitar təşkilata üzv qəbul edilməsindən
ötən 22 ildə qarşılıqlı əlaqələrin
möhkəmləndirilməsi istiqamətində
görülmüş işlərdən ətraflı bəhs
olunur.
AzərTAc həmin
yazını təqdim edir:
-Azərbaycan-UNESCO
əlaqələrinin inkişafında ən mühüm
addım ümummilli liderimiz Heydər Əliyevin Fransa
Respublikasına 1993-cü ilin dekabrın 19-dan 21-dək davam edən
ilk rəsmi səfəri çərçivəsində
UNESCO-nun o vaxtkı baş direktoru Federiko Mayor ilə
görüşü zamanı atılmışdır.
UNESCO-nun
Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət
təhsil, elm və mədəniyyətlə məşğul
olan qurumların fəaliyyətini bu təşkilatın
işi ilə əlaqələndirmək üçün ilk
növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər
həyata keçirməlidir. Ona görə də UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının yaradılması
üçün lazımi addımlar atılmış və
1994-cü il fevralın 21-də ulu öndər Heydər
Əliyev bununla əlaqədar Sərəncam
imzalamışdır. Sərəncama əsasən, Milli
Komissiya Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin nəzdində yaradılmış, Xarici İşlər
Naziri onun sədri təyin edilmiş və eyni zamanda sədrə
Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti
verilmişdir.
Bununla
da Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla
mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq
əlaqələri ölkəmizin milli-mədəni ənənələrə
sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası
üçün əlverişli şərait
yaratmışdır.
Bundan
sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən,
ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən
ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və
daimi katibliyi formalaşdırılmışdır. 2005-ci il
sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNÅSCÎ
ilə Àzərbàycàn Respublikası arasında
qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini
nəzərə alaraq, UNÅSCÎ üzrə Àzərbàycàn
Respublikasının Milli Kîmissiyàsı ilə bağlı əlavə
tədbirlər haqqında Sərəncam
imzalamışdır.
Sərəncama əsasən,
UNÅSCÎ üzrə Àzərbàycàn
Respublikasının Milli Kîmissiyàsının yeni tərkibi
müəyyənləşdirilmişdir.
1994-cü il iyunun 18-də
Budapeştdə UNESCO-nun Avropa regionu komitəsinin VII
sessiyasında Azərbaycan bu komitəyə üzv seçilmişdir.
Beləliklə, Azərbaycan UNESCO-nun Avropa regionu komitəsinə
daxil olan ölkələr tərəfindən irəli
sürülən akademik tanınma konvensiyasına qəbul
edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhsil
və elm sahəsində qazandığı böyük
uğurlarından biri idi.
Ümummilli lider Heydər Əliyevin
Azərbaycan-UNESCO
münasibətlərinin inkişafında rolu
Azərbaycan ilə
UNESCO arasındakı əlaqələrin möhkəmlənməsində
ümummilli lider Heydər Əliyevin bu ixtisaslaşmış
qurumun o vaxtkı baş direktoru Federiko Mayor ilə
görüşləri mühüm əhəmiyyət kəsb
edir. Keçirilən görüşlərdə
Azərbaycanla bağlı təhsil, elm və mədəniyyət
məsələləri müzakirə edilmişdir. 1994-cü
il noyabrın 18-də ümummilli liderimiz Heydər Əliyev və
UNESCO-nun baş direktoru Federiko Mayor tərəfindən Azərbaycan
Respublikası ilə UNESCO arasında əməkdaşlıq
haqqında memorandum imzalanmışdır. Memorandumda
respublikamıza təhsil, mədəniyyət və digər
sahələrdə yardımların göstərilməsi nəzərdə
tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin
mühafizəsi və bərpası sahəsində əməkdaşlıq
məsələləri də öz əksini
tapmışdı.
UNESCO-nun
baş qərargahında dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin 500 illiyinə həsr olunmuş mərasimin
keçirilməsi, həmin tədbirdə Federiko Mayorun şəxsən
iştirakı, nəhayət, baş direktorun 1996-cı ilin noyabrında
Bakıya gəlişi və yubiley mərasimlərində
iştirakı əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycan ilə UNESCO
arasında əməkdaşlığın yüksək səviyyədə
qurulmasını göstərən amillərdəndir. Səfər
zamanı mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq
haqqında saziş də imzalanmışdır.
Bununla
yanaşı, “Mədəni sərvətlərin qanunsuz olaraq
ölkədən aparılması, gətirilməsi və
onların barəsində mülkiyyət hüququnun
başqasına verilməsini qadağan etmək yolları”
haqqında Beynəlxalq Konvensiyanın müddəalarını
əsas götürməklə Azərbaycanın işğal
olunmuş ərazilərindəki
maddi-mədəniyyət abidələrinin qaytarılması,
mühafizəsi və bərpası istiqamətində UNESCO
ilə əməkdaşlıq mühüm əhəmiyyət
kəsb edir.
Məlumdur ki, BMT-nin
ixtisaslaşmış qurumları ilə elm sahəsində əməkdaşlıq
özünü əsasən elmi konfranslarda, simpoziumlarda,
seminarlarda iştirak etməkdə göstərir. Azərbaycan
alimləri müxtəlif məsələlərə həsr
olunmuş konfrans və seminarlarda çıxış etməklə
yanaşı, qlobal problemlərlə bağlı beynəlxalq
məclislərdə də öz sözlərini deyirlər.
Bir sıra elmi toplantıların Bakıda keçirilməsi
isə, Azərbaycan elminin böyük uğurudur. Qeyd etmək
lazımdır ki, bu nüfuzlu qurum dünya şöhrətli
alimlərin elmi irsinin öyrənilməsinə və təbliğinə
də xüsusi diqqət verir. Görkəmli Azərbaycan
alimi, akademik Azad Mirzəcanzadənin elmi-pedaqoji irsi haqqında
UNESCO-nun xətti ilə konfrans keçirilməsi qərarı
hələ 1992-ci ildə qəbul edilmişdi. Bu cür
konfransların keçirilməsi istər Azərbaycan alimlərinin
dünyada tanınmasında, istərsə də respublikada
elmin inkişafında böyük əhəmiyyət rol
oynayır.
Bu mədəni əlaqələr
çərçivəsində sərgilərin,
baxış- müsabiqələrin, fotosərgilərin təşkil
edilməsi səmərəli nəticələr vermişdir. Görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin
əsərlərindən ibarət sərginin BMT-nin
Nyu-Yorkdakı iqamətgahında nümayiş etdirilməsi
respublikamızın təsviri incəsənət sahəsində
qazandığı uğurların beynəlxalq səviyyədə
təsdiqi kimi qiymətləndirilməlidir.
BMT baş katibinin həmin
sərginin açılışında iştirakı Azərbaycan
mədəniyyətinə göstərilən böyük
diqqətdir. UNESCO baş direktorunun kabineti
yanındakı sərgidə dünya incəsənət inciləri
ilə bir sırada Lətif Kərimovun müəllifi
olduğu “Memar Əcəmi” xalçasının
asılması (bu xalça 1983-cü ildə Bakıda UNESCO xətti
ilə keçirilən xalça simpoziumunda o vaxtkı
baş direktor A.Bouya hədiyyə
edilmişdi) Azərbaycan mədəniyyətinə olan diqqətin
nəticəsi idi.
Azərbaycan
UNESCO əməkdaşlığına dair 1996-cı ilin
noyabrında imzalanmış sazişi heç bir
mübaliğəyə yol vermədən təhsil, elm, mədəniyyət
və humanitar sahələrdə əməkdaşlığın
yeni mərhələsinin başlanğıcı hesab etmək
olar. Təsadüfi
deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS
və TEMPUS proqramlarına uyğun şəkildə yenidən
qurulmasına dair iki layihənin reallaşdırılmasına
başlanılmış, 2000-ci il UNESCO tərəfindən
“Böyük İpək yolu - TRASEKA ili” elan olunmuşdu.
Bundan əlavə,
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə UNESCO ilə əlaqələri möhkəmləndirmək
və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin
inkişaf etdirilməsi məqsədilə ölkəmiz UNESCO
çərçivəsində qəbul edilmiş bir sıra
konvensiyalara qoşulmuşdur.
Ümummilli
lider Heydər Əliyev 1997-ci il sentyabrın 3-də UNESCO-nun
baş direktoru Federiko Mayora ünvanladığı məktubda
bu qurumun “İnsanların Sülh Hüququ haqqında Bəyannamə”sinin
qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab
etdiyini və bəyannamə layihəsini dəstəklədiyini
baş direktorun diqqətinə çatdırmışdır. Bununla yanaşı, məktubda Azərbaycan
Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət
kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar
olmasına yönəldəcəyi qeyd edilirdi.
Ümummilli
Liderin məktubunda, xüsusilə Ermənistanın Azərbaycana
hərbi təcavüzü nəticəsində ərazimizin
20 faizinin işğal edilməsinə, 1 milyondan artıq vətəndaşımızın
öz yurdlarından didərgin düşməsinə, mədəni
sərvətlərimizin dağıdılmasına baxmayaraq, Azərbaycan
Respublikasının
sülhsevər siyasət apararaq, ölkədə siyasi
sabitliyə, vətəndaş həmrəyliyinə nail
olduğunu və bu münaqişəni yalnız sülh yolu
ilə həll etmək niyyətində olduğu bildirilirdi.
Azərbaycanın mədəni
və təbii irsinin qorunması məsələsi də
UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən
biridir. Bu baxımdan Bakı şəhərinin tarixi mərkəzi
olan İçərişəhər memarlıq kompleksi 2000-ci
ilin dekabrında UNESCO-nun Dünya İrsi Siyahısına daxil
edilmişdir. Lakin Azərbaycanda baş vermiş
zəlzələ nəticəsində İçərişəhərin
ərazisində yerləşən memarlıq abidələrinə
dəymiş zərər və bununla bağlı bir sıra
problemlərə görə 2003-cü il iyulun 4-də
Dünya İrsi Komitəsinin 27-ci sessiyasında İçərişəhər
kompleksi UNESCO-nun Təhlükə Altında Olan Dünya
irsi Siyahısına salınmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman
və sərəncamlarına uyğun olaraq, İçərişəhərə
dövlət qayğısı artırılmışdır.
UNESCO-nun Dünya İrsi Komitəsinin ekspertlərinin
hesabatlarında Azərbaycan hökuməti tərəfindən
İçərişəhər Qoruğunun mühafizəsi
istiqamətində görülən işlər təqdir
edilmişdir. Nəticədə Dünya Mədəni
İrsi Komitəsinin 2009-cu il iyunun 22-dən 30-dək
İspaniyanın Sevilya şəhərində keçirilən
33-cü sessiyasının qərarına əsasən,
İçərişəhər Kompleksi UNESCO-nun Təhlükə
Altında Olan Dünya irsi Siyahısından
çıxarılmışdır.
UNESCO-nun Dünya
İrsi Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada
keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara
əsasən, Qobustan Dövlət Tarixi Bədii Qoruğu
Dünya İrsi Siyahısına daxil edilmişdir. Azərbaycanın
təbii irsinin qorunması məqsədilə Hirkan meşələrinin
namizədlik sənədləri hazırlanaraq Dünya İrsi
Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə
müvafiq işlər həyata keçirilir.
UNESCO-Azərbaycan
əlaqələrindən təkcə ölkəmizin mədəni
irsi deyil, ayrı-ayrı mədəniyyət və incəsənət
xadimləri də yararlanırlar. 1999-cu ildə Azərbaycanın
muğam ustası Alim Qasımov UNESCO - Beynəlxalq Musiqi
Şurasının birinci mükafatını
qazanmışdır. 2003-cü ilin noyabrın 7-də Azərbaycan muğamı
UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri
elan olunmuşdur. 2008-ci ildə məşhur azərbaycanlı
bəstəkar və pedaqoq Firəngiz Əlizadəyə
UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri
adı verilmişdir. Dünya mədəni irsinə verdiyi
töhfələrə görə, Azərbaycanın xalq rəssamı
Tahir Salahov UNESCO-nun “Pikasso” qızıl medalına layiq
görülmüşdür.
UNESCO-nun
Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin 2009-cu il sentyabr 28 –dən
oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin
Əbu-Dabi şəhərində keçirilən 4-cü
sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan
aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz
bayramı bu nüfuzlu qurumun Qeyri-Maddi Mədəni İrs
üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Azərbaycan-UNESCO
münasibətlərinin yeni mərhələsi
Müasir şəraitdə
Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və
onun genişlənməsində Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın əvəzolunmaz rolu vardır.
Mehriban
xanım Əliyeva 2004-cü ilin sentyabrında ənənəvi
musiqinin, ədəbiyyat və poeziyanın inkişafına
verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin
mübadiləsi sahəsindəki xidmətlərinə və
UNESCO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın
şifahi ənənələr
və musiqi ənənələri sahəsində xoşməramlı
səfiri adına layiq görülmüşdür.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyət,
təhsil və idman sahəsində geniş fəaliyyət
göstərir. Mehriban xanım Əliyeva 1995-ci
ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət
Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət
tədbirləri və konsertlər təşkil etməklə,
ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və
regional səviyyələrdə mühafizəsinin təmin
olunması sahəsində böyük xidmətlər göstərmişdir.
Azərbaycanın ənənəvi klassik musiqisini dünya
miqyasında tanıtmaq məqsədilə Mehriban Əliyeva
xanım Bakıda Beynəlxalq Muğam Mərkəzinin
yaradılması təşəbbüsünü irəli
sürmüşdür.
Ötən illər ərzində
UNESCO çərçivəsində Nəsrəddin Tusinin
anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas
Mirzə Kazımbəyin 200 illik yubileyi, àkàdåmik
Yusif Məmmədəliyåvin, məşhur
xalçaçı-rəssam Lətif Kərimîvun, akademik Musa
Əliyevin, görkəmli yazıçı-pedaqoq Mir Cəlal
Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin
100 illik yubileyləri yüksək səviyyədə qeyd
edilmişdir.
Ümumiyyətlə,
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-UNESCO
münasibətləri ən yüksək inkişaf səviyyəsinə
yüksəlmişdir.
Bununla
yanaşı, Azərbaycan ilə İslam Əməkdaşlıq
Təşkilatının müxtəlif strukturları
arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində
də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Sivilizasiyalararası
dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş
miqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə,
onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin
İslam aləmində görülən işlərə
böyük dəstəyinə görə xanım
Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESCO-nun
xoşməramlı səfiri adına layiq
görülmüşdür. Həmin fəaliyyətin
nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri
sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə
görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı
səfiri adının verilməsi haqqında diplomu təqdim
etmişdir.
Qarşılıqlı
əməkdaşlıq fəaliyyəti nəticəsində
Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq
və nüfuzlu forum, konfrans və seminarlarda dünyanın ən
nüfuzlu elm, mədəniyyət və incəsənət
xadimləri iştirak etmişlər. Bu tədbirlər
sırasında 2008-ci il iyunun 10-11-də Bakıda “Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi”, eləcə
də mədəniyyətlərarası dialoqa dair dörd
möhtəşəm tədbirin keçirilməsi,
xüsusilə 2011-ci il aprelin 7-8-də paytaxtımızda
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun reallaşdırılması, həmçinin
Bakının 2009-cu ildə İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə bağlı qərar da,
İKT ilə əməkdaşlığın bəhrəsi
və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin
nəticəsidir.
Azərbaycan
muğamının, aşıq sənətinin, milli
xalcaçılıq sənətimizin UNESCO tərəfindən
bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə
daxil edilməsi, ədəbiyyat, mədəniyyət korifeylərimizin
dünyaya tanıdılması, onların yubileylərinin bu
nüfuzlu qurum miqyasında
qeyd olunması hamımızda məmnunluq doğurur.
Hələ
2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr
edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində
Parisdə “Azərbaycan: mədəniyyətlərin və
sivilizasiyaların qovşağında” mövzusunda
keçirilmiş tədbirdə çıxış edən
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin
qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni
dialoqa öz töhfəsini verməyə hazır olduğunu
vurğulamışdır. Sonrakı illərdə bu yöndə
əməli addımların atılması, konkret təşəbbüslərin
irəli sürülməsi və ölkəmizdə
keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqləmişdir.
Bütün bu fəaliyyətin
nəticəsində, 2010-cu il iyulun 30-da Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun baş
Direktoru İrina Bokova tərəfindən “Qızıl Motsart”
medalı təqdim olunmuşdur.
2013-cü
il sentyabrın 17-də Parisdə, UNESCO-nun mənzil- qərargahında
TÜRKSOY-un, Azərbaycanın, Qazaxıstanın və
Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin
təşkilatçılığı ilə dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın
mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri
keçirilmişdir. Bu tədbirlərdə
Şərqdə ilk musiqili operettanın müəllifi olan
Üzeyir Hacıbəylinin “Arşın mal alan”ının
beynəlxalq səviyyədə tanındığı, həmçinin
onun bir çox dillərə tərcümə olunduğu və
dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə
nümayiş etdirildiyi haqqında məlumat vermişdir.
Bununla yanaşı, operettanın dünya incəsənətinin
nadir incilərindən olduğu diqqətə
çatdırılmış, zəngin və qədim tarixə
malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi
kimi səciyyələndirilmiş, onun 100 illiyinin UNESCO kimi
nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeyd
olunması ölkəmiz üçün əlamətdar
hadisə kimi dəyərləndirilmişdir.
Azərbaycanın
UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə
2013-cü il iyulun 18-də Parisdə qurumun baş qərargahında
keçirilmiş mərasimdə Azərbaycanın birinci
xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyeva çıxışında qeyd etmişdir ki,
ölkəmiz UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə
sadiqdir: “Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin
inkişafına və müasirləşdirilməsinə
xüsusi diqqət yetirmişik. Biz dərindən
inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə
malik olan ölkə uğurlar əldə edə və
xalqı üçün daha yaxşı həyat keyfiyyətini
təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir
texnologiyaların inkişafına çoxlu sərmayə
yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk
telekommunikasiya peyki olan “Azərspeys-1”in kosmik fəzaya
buraxılması bunun bariz nümunəsidir”.
Mədəni
irsin qorunmasının Azərbaycan hökuməti
üçün prioritet istiqamət olduğunu bildirən
Mehriban xanım Əliyeva muğam, aşıq musiqisi, tar
ifaçılığı, Novruz bayramının UNESCO-nun
qeyri-maddi irs siyahısına daxil edildiyini xatırlatmaqla, eyni
zamanda, Qız qalası, İçərişəhər,
Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu
da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını
diqqətə çatdırmışdır.
Bununla
yanaşı, Azərbaycanın həm də UNESCO ilə mədəniyyətlərarası
dialoq sahəsində əməkdaşlıq etdiyini bildirən
Azərbaycanın birinci xanımı qeyd etmişdir ki, bu
gün beynəlxalq ictimaiyyət ölkəmizi yüksək
dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır və əsrlər
boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri
Azərbaycanda sülh, harmoniya şəraitində
yaşamışlar. UNESCO ilə Azərbaycan
arasında bağlanmış çərçivə
sazişinin də mühüm əhəmiyyət kəsb
etdiyini qeyd edən Mehriban xanım Əliyeva ölkəmizin
UNESCO ilə əməkdaşlığını davam etdirəcəyinə
və mövcud olan böyük potensialı
reallaşdırmaq üçün gələcəkdə əlaqələrimizin
daha da güclənəcəyinə əmin olduğunu
bildirmişdir.
Bu
gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası
dialoqa töhfəsini verir, öz mədəni irsi, dəyərləri
ilə əhatəmizdə olan dünyagörüşlərini,
mədəniyyətləri zənginləşdirir, eyni zamanda,
onların ən mütərəqqi baxışlarını əxz
edir. Azərbaycan öz mədəni
irsi ilə Şərqə nə qədər
bağlıdırsa, intellektual potensialı, elmi-mədəni
yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə
bir o qədər Qərb dünyasına yaxındır.
Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri
ilə yanaşı, həm də mədəniyyətlərarası
ünsiyyət, anlaşma məkanı kimi tanınır.
Biz qloballaşma
prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya
yolunu seçməmişik. Bu yol ikitərəflidir,
çünki dünyaya öz mədəni zənginliyimizi təqdim
və təbliğ etməyi bacarır, dünyanı bizdən
nələrisə öyrənməyə təşviq edə
bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi,
Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin
təmin olunması şərti ilə dünya birliyinə
inteqrasiya etməkdir.
Son illər
mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində
keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin
statistikasına və coğrafiyasına diqqət yetirsək
aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin
böyük əksəriyyəti Azərbaycan tərəfdən
irəli
sürülmüşdür. Ötən müddətdə
atılan əməli addımlar, irəli sürülən
ideya və təşəbbüslər də bunu deməyə
əsas verir. Bu baxımdan ölkə rəhbərliyi,
hökumət qurumları ilə yanaşı, qeyri-dövlət
xətti ilə görülən işləri, ilk növbədə
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüslərini xüsusi qeyd etmək
lazımdır.
Bütün
yuxarıda göstərilənlərə- Azərbaycanın
çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin
inkişafına nəzər saldıqda aydın olur ki,
müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar,
o cümlədən UNESCO tərəfindən dəstəklənən möhtəşəm
tədbirlər respublikamızın beynəlxalq aləmdəki
nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin
tolerantlıq və dialoq məkanı kimi indiyədək
oynadığı tarixi missiyaya təkan vermiş və nəticə
olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal
platformanın əsası qoyulmuşdur.
İki
sahil.- 2014.- 17 may.- S.8; 11.