Narkomaniya cəmiyyətin sosial bəlasıdır

 

XX əsrin bəlalarından sayılan narkomaniya, XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən Fərman, Qanunlar verilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya, sazişlərə qoşulmuşdur.

 

Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli fərmanı, “Narkotik vasitələrin, psixotrop maddələrin və pekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2006-cı ilədək “Ümummilli Proqam” və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin yüksəldilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədi ilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram “ ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Eləcə də, cənab İlham Əliyevin 2005-ci il 28 iyun tarixli fərmanı ilə təsdiq olunmuşNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuşbu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Yasamal rayon icra hakimiyyəti Proqramdan irəli gələn vəzifələrlə əlaqədar özünün 05.09.2007-ci il tarixli sərəncamını qəbul etmiş və tədbirlər planını təsdiqləyərək icrasını davam etdirmişdir.

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” Yasamal rayon komissiyası Azərbaycan Respublikası PrezidentininNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2013-2018-ci illər) təsdiq edilməsi barədə sərəncamını əldə rəhbər tuitaraq illik fəaliyyət planı hazırlanmış, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lərlə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Rayon komissiyası müvafiq strukturlarla birlikdə bu işi daim nəzarətdə saxlamış, kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirərək, narkotik asılılıqda olan şəxslərlə, bu əmələ meyillilərlə məqsədli marrifləndirmə, tibbi tədbirlərin genişləndirilməsinə, narkotiklərin daxil olma yollarının, onun sifarişçilərinin aşkar olunmasına ciddi önəm vermişdir.

Bu vacib vəzifələrin yerinə yetirilməsini daim nəzarətdə saxlayan rayon komissiyası rayonun ali, orta-ixtisas, ümumtəhsil müəssisələrində, mədəniyyət mərkəzlərində yeniyetmə və gənclər arasında hüquq pozuntusunarkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyyəti təşkilatlarla birgə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası mövzusunda bir sıra tədbirlər həyata keçirmişdir.

Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarındaBəşəriyyətin təhlükə mənbəyi narkomaniya”, “Antinarkotizm”, “Narkomaniya nədir”, “Narkomanın aqibəti”,”Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur”, “Özünü qoru”, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir” ,”Kabuslara qarşı”,”Narkomaniyaya yox deyək”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”,”Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə”, mövzusunda konfranslar, rəsm, inşa yazı müsabiqələri, dəyirmi masalar, seminarlar, idman yarışları və turnirləri keçirilmişdir.

Rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə rayonun abadlaşdırılmış nümunəvi məhəllələrində mini futbol meydançaları, sadə idman və əyləncə qurğuları quraşdırılmış, mövcud olanlar isə bərpa edilərək sakinlərin istifadəsinə verilmişdir.

Rayonun müalicə profilaktika müəssisələri, şəhər narkoloji dispanserin Yasamal rayon üzrə bölməsinin əməkdaşları fəaliyyətlərini əsasən narkomaniyanın profilaktikasına və müalicə işinə yönəltmişlər. Narkoloji dispanserin, müalicə profilaktika müəssisələrinin həkimləri, rayon Polis İdarəsi, rayon Gənclər və İdman İdarəsi, Rayon Ağsaqqallar, Agbirçəklər, Əmək və Müharibə, Silahlı Qüvvələr, Hüquq Mühafizə Orqanları Veteranları Şuraları ilə birgə rayonun təhsil ocaqlarında, mədəniyyət mərkəzlərində, idarə və müəssisələrdə narkomaniyaya qarşı mübarizə ilə əlaqədar sanitar-maarif işi aparmışlar.

“Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə üzrə” rayon komissiyası da Azərbaycan Respublikası Cinayət Məcəllləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş icra vərəqələrinin icrası ilə bağlı mmüəyyən işlər görmüşdür.

Komissiya 2014-cü ilin dörd ayı ərzində 1 iclasını keçirmişbu iclaslarda müxtəlif mərkəmə orqanlarından 60 nəfər barədə daxil olan məhkəmə hökmləri üzrə 12,395 qram heroin, 0,751 qram tiryək, 483qram qurudulmuş marixuana, 19,35 qram həşiş qətranı kimi narkotik vasitələri yandırılma vasitəsilə məhv etmiş, məhvetmə aktları tərtib olunaraq aidiyyəti orqanlara göndərilmişdir. Külli miqdarda olan narkotik vasitələrin məhvi ilə əlaqədar isə Dövlət Komissiyasının işçi qrupuna müraciət olunmuşdur.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları bütövlükdə narkomaniyayanarkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən müsbət nəticələr əldə etmişlər. Narkomaniya ilə bağlı 97cinayət faktı aşkar edilmişdir ki, onlardan 22 fakt narkotik vasitələrin satışı ilə bağlı olmuşdur.

Yasamal rayon Polis İdarəsi bu müddət ərzində narkomanlığın yayılması və qarşısının alınması istiqamətində qabaqlayıcı profilaktik tədbirlər görmüşdür. Narkotik xassəli bitkilərin əkilməsi, açıq yabanı halında yayılması və narkotik maddələrin hazırlanmasının qarşısının alınması məqsədilə ərazi polis bölməsinin əməkdaşları ilə inzibati ərazidə əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin müvafiq profilaktikikompleks əməliyyat tədbirləri həyata keçirilmiş, bu növ cinayətlərdə şübhəli olan şəxslər barəsində müvafiq uçot qeydiyyat işləri aparılmışdır. Onların cinayət əməllərinin ifşa olunaraq, cinayət başında yaxalanması həyata keçirilərək istintaq orqanlarına təhvil verilməsi təmin olunmuşdur.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həbs edilmiş cinayətkarlardan 9 kq. 796,51 qram narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bunlardanmarixuana” 7 kq, 79,24 qram, “tiryək” 7,957 qram, “heroin” 1kq.928,781 qram olmuşdur.

Yasamal rayon komissiyaları rayon əhalisi, xüsusilə gənclər yeniyetmələr arasında narkomanlıqla bağlı maarifləndirmə işlərinin səmərəliliyinin artırılması, dünyəvi bəlaya çevrilən narkomanlığın yayılmasının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi məlum proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində əməli praktiki tədbirlərimiz davam edir.

 

Sevil Əliyeva,

Yasamal rayonu Narkomanlığa Narkotik Vasitələrin

Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə

üzrə komissiyanın sədri

 

İki sahil.- 2014.- 20 may.- S.31.