Əflatun Amaşov: Mətbuat Şurası

ölkə jurnalistikasının modelidir

 

“Bizim elə yaşımızdır ki, gərək, axırda deyəcəyimiz sözü əvvəldə dilimizə gətirməyək”

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi

 

- Son zamanlar Mətbuat Şurasından narazılıq bildirənlər daha qabarıq gözə çarpır. Sizcə, niyə belədir?

- Narazılar da var, razılıq edənlər daha çoxdur. Görünür, son zamanlar birincilər bir balaca aktivləşiblər. Məsələnin nədən qaynaqlandığını da bilirik. Müəyyən mənada təbii, qarşılayırıq. Bu, öz yerində, ancaq narazılar gərək, ilk növbədə vaxtilə Mətbuat Şurasının hansı məqsədlə yaradıldığını düşünsünlər. Qurumun missiyasının nədən ibarət olduğunun fərqinə varsınlar. Nəzərə alsınlar ki, dünyada Mətbuat Şurası bir institut kimi cəmiyyətlə media arasındakı münasibətlərin tənzimlənməsini həyata keçirir. Mövcud xüsusda vətəndaş qruplarının media ilə şikayətlərinin peşə prinsipləri müstəvisində baxılaraq qiymətləndirilməsi vurğulanmalıdır. Bu fəaliyyət missiyası hər ölkə üçün eynidir. Fərqi yoxdur, İsveç, İsveçrə, Norveç, Ukrayna ya Almaniya olsun, prinsiplər dəyişməzdir.

Redaksiyaların, jurnalistlərin hüquqlarının bilavasitə qorunması ilə jurnalist təşkilatları məşğul olurlar. Məsələn, vaxtilə «RUH» Jurnalistləri Müdafiə Komitəsi «Yeni Nəsil» Jurnalistlər Birliyi bu işi uğurla həyata keçirirdi. Ölkəmizdən kənara baxsaq, hazırda Rusiya Jurnalistlər İttifaqı media sahəsində baş verən elə bir hadisə yoxdur ki, ona reaksiya verməsin. Yəni, jurnalist hüquqları ilə əlaqədar fəaliyyəti belə qurumlar tənzimləyirlər. Azərbaycanda da 70-dən artıq jurnalist təşkilatı var. Tam əksəriyyəti müəyyən qrantlar, ianələr hesabına ayaqdadırlar. Mətbuat Şurası etməlidir ki, onlar nəsə baş verəndə qınlarına çəkilməsinlər?

Mətbuat Şurası yaranışından geniş spektrli qurum kimi qarşılandı gözləntilərə uyğun apardı. Bunun üçün bir növ, sosial sifariş yarandı. Qurum öz missiyası ilə yanaşı, jurnalistikanın ümumi inkişafı ilə əlaqədar məsələlərin həllinə girişdi. Deyək ki, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı dövlət dəstəyi konsepsiyasının hazırlanmasında, eləcə sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasında yaxından iştirak etdi. Ümumən müxtəlif təşəbbüslər irəli sürdü. Treninqlər, seminarlar düzənləməklə jurnalist peşəkarlığının artırılmasına töhfə verdi. Hazırda ölkədə media miqyasında baş verən elə bir hadisə yoxdur ki, Şura ona reaksiya verməsin.

- Maraqlıdır ki, narazılar da bu reaksiyanın olmadığını vurğulayırlar

- «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi nəzərdə tutulursa, onu deyim ki, Mətbuat Şurası ilk gündən məsələni diqqət mərkəzində saxlayıb. Müəyyən qurumlarla intensiv şəkildə əlaqə yaradıb. İstintaqın gedişi ilə bağlı bəzi məqamlar dəqiqləşdirildikdən sonra aprelin 28-də Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb. Sənəddə jurnalist həbsinin söz ifadə azadlığı kontekstində dəyərləndirilmə ehtimalının böyüklüyünü vurğulamışıq buna görə məsələyə həssas yanaşılmasının vacibliyini önə çəkilib. Allah Raufun qapısını açsın.

Mirqədirova qarşı irəli sürülən ittiham çox ağırdır. Vətənə xəyanət maddəsilə açılıb. Əlbəttə, ümumən barəsində belə bir ittiham irəli sürülən şəxsin jurnalist olmasını istəməzdik. Mətbuat Şurasının prinsipial mövqeyi belədir. Araşdırmalar gedir. Məktubumuzda istintaqın obyektiv aparılmasının bu barədə cəmiyyətin məlumatlandırılmasının zəruriliyini əsaslandırılıb. İnanıram ki, məsələ barədə qanun çərçivəsində ölçü götürüləcək.

- Elçin Şıxlının narazılığında «Ayna-Zerkalo» qəzetinin həftəliyə keçməsi məsələsilə maraqlanmamağınız da əsas motivi təşkil edir. Bununla əlaqədar deyərdiniz?

- Bütün bunlar, o cümlədən Elçin bəyin Mətbuat Şurasına ərizəsi ölkədə olmadığım vaxta təsadüf edib. Onun dindirilməsi ilə bağlı xəbəri kənarda eşitmişəm. Şəxsən özünə telefon açmışam, vəziyyətlə maraqlanmışam.

O ki qaldı qəzetin reklam sıxıntısına, reklam bazarının zəifliyi ümumən Azərbaycan mətbuatının bəlasıdır. Məsələ Mətbuat Şurasını ciddi şəkildə narahat edir. Bununla bağlı ölkə rəhbərliyinə müvafiq təkliflərimizi ünvanlamışıq. Amma «Ayna-Zerkalo» qəzetinin reklamları həmişə digər kütləvi informasiya vasitələrinə nisbətən daha çox olub. Satış göstəricilərinin yüksəkliyi öz yerində. Məncə, qəzet gündəlik nəşr kimi KİVDF-dən ayrılan vəsaitin satışdan gələn gəlirin hesabına fəaliyyətini davam etdirə bilərdi. Əlbəttə, bu məsələdə qərar verən Elçin Şıxlıdır. Hər bir halda problemin tezliklə yoluna qoyulacağına inanırıq.

- Elçin Şıxlı «Ayna-Zerkalo» qəzetinin etiraz əlaməti olaraq Mətbuat Şurasının sıralarını tərk etdiyini bildirib.

- Qəzetin Mətbuat Şurasını tərk etməsinə dair qərarı, xüsusən bu qərarın ictimailəşməsi məni xeyli məyus etdi. Düşünürəm ki, danışıb bir çox şeyləri yoluna qoymaq olardı. Görünür, Elçin bəyin incikliyinin miqyasının böyüklüyü imkan verməyib ki, xaricdən qayıtmağımı gözləsin. Onu anlayıram. Hardasa haqq da qazandırıram. Uman yerdən küsərlər - belə deyim. Bu, əsasən bizim bir-birimizdən ummaq haqqımızdan qaynaqlanır. Mətbuat Şurasının yaradılmasında inkişafında Elçin bəyin xidmətləri danılmazdır. Düşünürəm ki, görüşüb bir çox məqamları yoluna qoyacağıq. «Ayna-Zerkalo»nun da Şuranın sıralarına tərk etməsinə ehtiyac qalmayacaq. Bu məsələni hansısa fərqli münasibətlər müstəvisinə daşımaq istəyənlər rahat olsunlar. Onu da deyim ki, təsisçi nəşrin Şuradan çıxmaq məsələsinə qurultay qiymət verməlidir. Qurultaya isə hələ çox var.

- Yeri gəlmişkən, «Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev mediaya açıqlamasında narazılığını ifadə edib

- Məndən yoxsa, Mətbuat Şurasından?

- Elə bir önəmi varmı?

- Təbii ki, var. Mətbuat Şurası ölkə jurnalistikasının modelidir. Media ailəsinin mərkəzindədir. Ailədə isə hər cür şəxsə rast gəlmək mümkündür. Mehman bəyin narazılığının motivi aydındır. Bir dost, fərd, jurnalist kimi həmişə onun yanındayam. Mən edim ki, Mehman Əliyev siyasətçi olmaq istəyir? Hətta iddiası da kifayət qədər yüksəkdir. Hələ lap öncədən seçim edilməliydi - ya jurnalistika, ya siyasət. Seçim etməyin vaxtı isə keçmiş kimi görünür.

- Ya jurnalistika, ya siyasət. İndiki dövrdə belə qoyuluşa duyulan ehtiyac bu qədərmi aktualdır?

- Bilirsiniz, bir çox məsələlərdən söz açmaq mümkündür. Ancaq jurnalistika hər bir halda böyük qüvvədir. Böyüklük peşənin mahiyyətindən qaynaqlanır. Elə bilirəm ki, jurnalistikada vicdanlı olan adam daha vicdanlıdır. Vicdansızın da vicdansızlığı üzdə olur. Jurnalistikanın inkişaf dinamikasını şərtləndirən başlıca xüsusiyyət isə tənqiddir. O varsa, inkişaf var. O olmalıdır ki, inkişaf olsun. Bizlər mütərəqqi ictimaiyyət olaraq inkişafa can atırıq. Bu inkişafın fövqündə dayanan Azərbaycan dövlətidir.

Tənqid üzərində qurulan spekulyasiyaları da yaxşı görürük, bu meyllərin mənfi tərəflərini . Həmin meyllər qədər demokratiya ab-havasına köklənsə , mahiyyətindən yaxşı xəbərdarıq. Ona görə düşünməli, ətrafımıza baxmalıyıq. Əsasən Ukraynada baş verən olaylara nəzər salmalıyıq. Bizm toplum olaraq siyasi kataklizmalar yaşamağa haqqımız yoxdur. Mövcud anlamda jurnalistikanın hərc-mərcilik üçün alət edilməsinə qarşı çıxmalıyıq. Son dərəcə həssas davranmalıyıq. Həssas davranışımız da düşünürəm ki, əsl vətənpərvərlik nümunəsidir.

- Söhbətimizdə bir çox məsələlərə toxundunuz. Fikirlərinizlə nikbinlik üçün müəyyən əsaslar da yaratdınız. Son olaraq haqqında bəhs etdiyiniz məsələlərlə əlaqədar deyərdiniz?

- Doğru qeyd etdiniz ki, bir çox cəhətlərdən söz açdıq. Əslində deyilənlərə əlavə ediləcək nəsə yoxdur. Amma bir məqamı vurğulamağı vacib sayıram. Bizim elə yaşımızdır ki, gərək, axırda deyəcəyimiz sözü əvvəldə dilimizə gətirməyək. Hamıya bunu tövsiyə edirəm. Qalan məsələlər düzələndir.

 

İki sahil.- 2014.- 23 may.- S.14.