Azərbaycan multikulturalizmin
və sivilizasiyaların tranzitinə
çevrilib
Məlum
olduğu kimi Prezident İlham Əliyevin müvafiq fərmanına
əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılması nəzərdə tutulub. Sənədə əsasən,
Multikulturalizm Mərkəzinin inzibati binası inşa olunacaq,
yeni qurum çevik və işlək mexanizmlər əsasında
ictimai-humanitar misssiyanı yerinə yetirəcək. Mərkəz
sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın
zəngin mədəni-mənəvi irsə və
tolerantlıq ənənələrinin geniş təbliği,
beynəlxalq aləmdə ölkəmizin mühüm humanitar
missiyanın daşıyıcısı kimi
yürütdüyü siyasətə töhfə verəcək.
Etiraf etmək lazımdır ki, Azərbaycan
sivilizasiyaların kəsişdiyi məkanda yerləşən,
mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən
respublikamız sosial-mədəni-humanitar sahələrdə
dünyaya açılan məkandır. Hazırda dünyada
qloballaşmanın yeni təzahürləri dövlətlərin
sıx humanitar birliyində özünü göstərir. Məhz
bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri
hər il dərinləşir, humanitar forumların
keçirilməsi böyük əhəmiyyət kəsb
edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin,
əməkdaşlıq şəbəkəsinin gələcəyi
humanitar inteqrasiyadan, dialoqdan çox asılıdır.
Çünki humanitarizm multikulturalizm deməkdir, başqa
xalqın nümayəndəsinə hörmət, başqa dinə
hörmətdir. Öz dininə hörmət başqa
dinə hörmətdən başlayır. Humanitar
inteqrasiya bütün
xalqları birləşdirir, sülh şəraitində
dostluğa və qardaşlığa doğru meyilləndirir.
İqtisadi inkişafın yeni
mərhələsinə daxil olan Azərbaycan artıq dünyada
zəngin neft-qaz ölkəsi kimi deyil, həm də,
sivilizasiyalararası dialoqa mühüm
töhfə verən, beynəlxalq humanitar
forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə
çevrilən ölkə statusunda qəbul
olunur. Respublikamız bu
gün dünyanın 50-dən artıq
ölkəsinə yanacaq
ehtiyatlarının təchizatçısı kimi
nüfuz sahibi olm aqla yanaşı,
iqtisadiyyatın diversifikasiyası sayəsində potensial sərmayəçi kimi
də diqqəti cəlb edir. Azərbaycan,
həmçinin, regionda sabitləşdirici
faktor rolunda
çıxış edərək bölgəninin təhlükəsizlik
seqmentlərini formalaşdırır.
Azərbaycan
neft ölkəsi kimi inkişaf etsə də, iqtisadi
və sosial həyatın bütün
sahələrindəki dinamika, modernləşdirmə
epoxiyası, yüksək sivilizasiya ənənələrinin
formalaşması və inkişafı, humantiar
aksiyaların ənənə halını alması bu ölkənin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini
göstərir. Azərbaycan dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya
məkanı hesab olunur.
Azərbaycanın Avropa
arenasında özünü həqiqətən
də zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim
etdiyini xatırladır və bildirir ki, ölkədə
nəhəng quruculuq işləri
paytaxtın və bölgələrin simasını dəyişdirib.
Azərbaycan əsil avropa ölkəsi kimi sivilizasiya mərkəzidir,
hər il burada
müxtəlif beynəlxalq forumlar təşkil
olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatların sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz
göstəricisidir.
Hazırda dünyada qloballaşmanın yeni
təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü
göstərir. Məhz bu
baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar
forumların keçirilməsi böyük
əhəmiyyət kəsb edir.Multikulturalizm
ölkələrin qarşılıqlı hörmət və
sıx əməkdaşlıq mühitinin
yaranmasında vacib bir
amilə çevrilib.
Son illərdə Bakıda keçirilən
Beynəlxalq Humantiar Forumlar
da məhz dünya
ölkələrinin əsas müzakirə mövzusu
multikulturalizmlə bağlı olub. Hər
bir ölkə bu formulu gələcək üçün
mühüm bir siyasi-ideoloji xətt sayır, multikulturalizmlə
bağlı yeni
çağırışları ortaya
çıxarıb. Bu gün
Azərbaycanın bütün qitə ölkələri
ilə möhkəm dostluq və əməkdaşlıq
münasibətləri var. Respublikamız
müxtəlif etnosların və millətlərin, fərqli
dinlərə sitayiş edən
insanların tarixən sarsılmaz dostluq və
qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkə kimi formalaşıb. Müxtəlif qitələrin
kəsişməsində yerləşən Azərbaycan həm
də müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu müqəddəs bir torpaqdır. Həm geosiyasi
vəziyyəti, həm də mədəni zənginliyi,
üstəlik formalaşmış və əsrlərin
sınağından çıxmış ənənələri
baxımından respublikamız dünya mədəniyyətlərini
bir araya toplamaq haqqını qazanıb. Ona görə
də, mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş
beynəlxalq səviyyəli tədbirlərin statistikasına və
coğrafiyasına diqqət yetirəndə bu
sahədə təşəbbüslərin böyük
əksəriyyətinin Azərbaycanda
reallaşdırıldığı təsadüfi
olmadığını görmək olar.
Azərbaycan bir dostluq
atmosferası yaratmaqla hamını öz evində humanitar
birgəliyə dəvət edir. Hər bir ölkə üçün
xeyirxah olduğunu nümayiş etdirir. Həmçinin, dünyanın inkişaf
etmiş ölkələrinin rəhbərlərinin
Bakıda bir araya gəlməsi
və qlobal maliyyə böhranı ilə
bağlı qabaqlayıcı sərt tədbirlərin həyata
keçirilməsi barədə öz təkliflərini
irəli sürməsi, dünya
iqtisadiyyatını canlandırmaq barədə paket tədbirlər sssenarisinin
ortaya qoyulması Bakının ən qlobal məsələlərin həll olunduğu ünvana çevrildiyini şərtləndirir.
Respublikamız
hazırda mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən
və uğurla həyata keçirilən
dövlət siyasəti multikulturalizm sahəsində
əsrlərdən bəri toplanmış böyük
tarixi təcrübənin xüsusi
qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə
təbliğinin gücləndirilməsini zəruri edir. Multikulturalizmin həyat
tərzinə çevrildiyi Azərbaycanın
dünyaya tolerantlıq nümunəsi olaraq təqdim olunur. Bu ənənələrin
daha da möhkəmlənməsi,
fundamental bazislər əsasında geniş ictimai platformaya çevrilməsi və multikulturalizmin ictimai-siyasi
fəaliyyət sahəsi kimi koordinasiya olunmuş formada daha geniş
təqdimi məqsədilə yeni qurumun üzərinə mühüm
vəzifələr düşəcək.
Rəşad Bağırov
İki sahil.- 2014.- 24 may.- S.13.