Azərbaycanda kənd
təsərrüfatının
inkişafına davamlı
dövlət dəstəyi
mövcuddur
Milli
Məclisin Aqrar siyasət komitəsinin üzvü Ərəstun
Cavadovun
www.yap.org.az saytına müsahibəsi
- Ərəstun müəllim, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətədavamlı şəkildə inkişaf edir. Ölkəmizdə bu siyasətin uğurlarını hansı amillərlə izah edərdiniz?
- Təbii ki, uğurların əsasında düşünülmüş, uzaqgörən
siyasət dayanır. Bildiyiniz kimi Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra ölkəmizə rəhbərlik
etdiyi müddətdə Azərbaycanın
inkişaf strategiyasını müəyyən
edib. Hazırda Prezident
İlham Əliyev tərəfindən bu strategiya uğurla
həyata keçirilir, həmçinin, müasir dövrün
çağırışlarına uyğun
olaraq daha da inkişaf etdirilir. Təkzibolunmaz reallıqdır ki, bu gün
Azərbaycan sürətlə inkişaf edir və həyatın bütün
sahələrində ciddi dəyişikliklər
müşahidə olunur. Qeyd
etdiyim kimi,
qazanılan nailiyyətlərin əsasında ölkəmizdə
həyata keçirilən uğurlu siyasət
dayanır. Azərbaycanda həyata keçirilən
uğurlu sosial-iqtisadi
siyasət nəticəsində bazar
iqtisadiyyatı üçün səciyyəvi
qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü
təmin olunub, bazar
institutları formalaşdırılıb.
İnzibati-planlı iqtisadi sistemdən liberal bazar
iqtisadiyyatına keçid dövrünü
başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm
qoyub. Yeni inkişaf mərhələsinin
məqsədi, ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları
qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli,
innovasiyayönümlü iqtisadiyyatın
formalaşdırılmasıdır. Bu
isə, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın
modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür.
Prezident İlham Əliyevin Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyadan qaynaqlanan,
reallıqları nəzərə alan məqsədyönlü,
çevik sosial-iqtisadi
siyasəti nəticəsində iqtisadi
çağırışlara dayanıqlılığı
ilə seçilən və ölkəni regionun
həm də iqtisadi liderinə çevirən
milli iqtisadi inkişaf modeli
formalaşıb. Bu modelin
reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem
yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq
cəmiyyətimiz tərəfindən qəbul edilir.
Ölkəmizdə aparılan siyasət, həyata keçirilən
islahatlar, regionların sosial-iqtisadi
inkişafı proqramı inkişaf
dinamikasını daha da
sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf
proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının
miqyası 2003-cü illə müqayisədə dəfələrlə
böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əldə
olunan uğurlar Prezident İlham
Əliyevin rəhbərliyi ilə məntiqi
ardıcıllıqla aparılan islahatlar əsasında
iqtisadiyyatın qlobal
çağırışlara yüksək
dayanıqlılıq nümayiş etdirməsinin,
əhalinin sosial rifahının yüksəlməsinin
və milli təhlükəsizlik
potensialının güclənməsinin əyani sübutudur. Ulu öndər Heydər Əliyev tərəfindən
uzaqgörənliklə müəyyən edilmiş
neft strategiyasının icrası və Azərbaycanın
enerji təhlükəsizliyinin təmin
edilməsi istiqamətində əhəmiyyətli işlər
görülüb.
- Azərbaycanda dövlət səviyyəsində aqrar sahənin inkişafı daim diqqət mərkəzindədir. Son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə dəyərləndirirsiniz?
- Azərbaycanda
iqtisadiyyatın qeyri-neft sektorunda
böyük çəkiyə malik olan kənd təsərrüfatı
sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd
təsərrüfatının xüsusi
çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan
daxili tələbatını əsasən
öz potensialı və imkanları
hesabına ödəyə bilməsi üçün
regionlarda infrastruktur
sahələrinin yaradılması və kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində
mühüm islahatlar
reallaşdırıb və bu proses davam edir.
Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı
neft və tikinti sahələrindən
sonra üçüncü
ən iri sahə olmaqla
iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də
kənd yerlərində yoxsulluğun
azaldılmasına əsaslı təsir edən sektordur.
Ümumiyyətlə,
ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi
istiqamətində mühüm işlər
görülür. Aqrar
sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil
artır. Yeni texnikalar
alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro
xidmət sahələri yaradılır, güzəştli
şərtlərlə gübrə, yanacaq,
lizinqlər verilir. Sahibkarlara
güzəştli şərtlərlə verilən kreditlər
hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul
istehsalının artması yeni emal müəssisələrinin yaradılması
tələbatını ortaya qoyur. Kənd təsərrüfatının
inkişafının rəqəmlərlə ifadəsinə gəldikdə
isə, aqrar sahəyə göstərilən
qayğı və dəstəyin nəticəsində ölkədə
kənd təsərrüfatı məhsullarının
istehsalında artım mövcuddur. Bu il iqlim
şəraitinin yaxşı olmaması, quraqlıq olmasına
baxmayaraq müsbət nəticələr əld
əedilib. Belə ki, bu ilin 9 ayı ərzində
ölkədə 2338.3 min ton
taxıl, 808.9 min ton kartof, 1125.0 min ton tərəvəz, 532.4 min
ton meyvə və giləmeyvə, 439.9 min ton bostan
məhsulları, 106.1 min ton
üzüm, 20.4 min ton pambıq, 404.2 ton
yaşıl çay yarpağı, 2.2 min ton tütün,
29.1 min ton şəkər
çuğunduru toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bostan məhsulları istehsalı 2.9 faiz, üzüm
istehsalı 1.7 faiz, meyvə və giləmeyvə
istehsalı 0.4 faiz artıb. Bu dövrdə
iri buynuzlu
mal-qaranın baş sayı 2721.4 min başa, qoyun və keçilərin baş
sayı isə 8767.5 min başa
çatıb, bu dövrdə 324.9 min ton diri
çəkidə ət, 1416.3 min ton süd, 1164.2 milyon ədəd yumurta,
16.3 min ton yun istehsal edilib.
2013-cü ilin yanvar-sentyabr
aylarına nisbətən ət istehsalı 1.5 faiz, süd istehsalı 3.6
faiz, yumurta
istehsalı 11.6 faiz, yun
istehsalı 1.5 faiz artıb.
Ümumilikdə, kənd
təsərrüfatı istehsalçılarına dövlət
dəstəyi davamlı şəkildə həyata keçirilir. Belə ki, subsidiyaların verilməsi prosesinin
təkmilləşdirilməsi, kənd təsərrüfatında
intensiv metodların tətbiqinin
stimullaşdırılması, sığortalanma mexanizminin
yaxşılaşdırılması, ekoloji
təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının
istehsalının təşviqi, müasir
texnologiyalara əsaslanan iri
təsərrüfatların yaradılması prioritetlər
sırasındadır. Eləcə də, kənd
təsərrüfatı məhsullarının istehsalı və
emalına xüsusi diqqət yetiriləcək,
müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün
artırılması və bu sahədə
yeni müəssisələrin
yaradılması istiqamətində kompleks
tədbirlər həyata keçiriləcək.
- Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- Milli təhlükəsizliyin tərkib hissələrindən
biri olan ərzaq təhlükəsizliyi
müəyyən keyfiyyət standartları çərçivəsində
əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz,
uzunmüddətli və dayanıqlı şəkildə
ödənilməsini təmin edən tədbirlər kompleksidir. Ərzaq təhlükəsizliyinin əsas
elementlərinə hər bir vətəndaşın
keyfiyyətli qidaya fiziki
və iqtisadi çıxış
imkanlarının olması ilə yanaşı, ölkənin
milli ərzaq sisteminin
iqtisadi baxımdan müstəqilliyi, yəni
əsas ərzaq malları üzrə ixracdan
asılı olmaması, etibarlılığı, başqa sözlə, ərzaq məhsullarını
mövsüm, hava
və digər amillərlə bağlı olan
risklərdən qorumaq,
dayanıqlılığını və eləcə də, milli ərzaq sisteminin
istehsalın genişləndirilməsi rejimində
inkişafı daxildir. Dünyada əhalinin sürətlə
artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi
məsələsi daha kəskin şəkildə
özünü büruzə verməkdədir.
Ərzaq təhlükəsizliyi probleminin
kəskin xarakter almasından sonra bu məsələ
istənilən dövlət, o cümlədən,
Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən
birinə çevrilib. Bu
problemin həlli ilk
növbədə yoxsulluğun
azaldılması, ərzaq təminatının və ərzaq
məhsullarından istifadənin səmərəsinin
artırılması ilə bağlıdır. Hazırda
ölkəmizdə makroiqtisadi sabitliyin qorunub
saxlanması, enerji və ekoloji
təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın
diversifikasiyası, kənd təssərrüfatının
inkişafı strategiyası uğurla həyata
keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təmin
olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü
siyasətin əsas istiqamətlərindəndir.
Regionların
sosial-iqtisadi inkişaf
proqramlarından irəli gələn vəzifələrin
yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi,
sahibkarlığın inkişafı, regionlarda
infrastruktur layihələrinin həyata
keçirilməsi kənd təsərrüfatı və ərzaq
məhsullarının istehsalına müsbət təsir edir.
Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı” çərçivəsində görülən
işlər bu sahənin inkişafında
vacib təkan rolunu
oynayıb. Dövlət Proqramında ərzaq məhsullarının
istehsalının artırılması, əhalinin təhlükəsiz
və keyfiyyətli ərzaq məhsulları ilə təmin
edilməsi, ərzaq təminatı sisteminin
institusional inkişafının həyata
keçirilməsi, sahibkarlıq mühitinin
yaxşılaşdırılması və digər istiqamətlərdə
tədbirlərin görülməsi nəzərdə tutulur. Qarşıya qoyulan
vəzifələrin yerinə yetirilməsi üçün
ölkədə səmərəli istehsal
və satış infrastrukturunun
yaradılması, ərzaq məhsullarının keyfiyyətinə
nəzarət sisteminin təkmilləşdirilməsi
sahəsi üzrə də əsaslı islahatlar
reallaşdırılıb.
Ümumiyyətlə,
ölkənin artan inkişaf
göstəriciləri arasında kənd təsərrüfatının
xüsusi çəkisinin olması təsadüfi
deyil. Dövlət ərzağa
olan daxili tələbatını
əsasən öz potensialı və
imkanları hesabına ödəyə bilməsi üçün regionlarda
infrastruktur sahələrinin
yaradılması və kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində
mühüm islahatlar
reallaşdırıb və bu proses davam edir.
Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı
neft və tikinti sahələrindən
sonra üçüncü
ən iri sahə olmaqla
vətəndaşların məşğulluğunun
artırılması baxımından da mühüm əhəmiyyət
daşıyır. Eyni zamanda,
bu sahə kənd yerlərində yoxsulluğun azaldılmasına da əsaslı təsir edir.
- Kənd təsərrüfatının daha da inkişafı ilə bağlı rəqabətədavamlı istehsal sahələri və emal müəssisələri yaradılır. Bütün bunların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Qeyd edim ki,
ərzaq təhlükəsizliyinin təminatı həm də
daxili istehsal və emal sahələrinin inkişafını
sürətləndirməklə yanaşı, rəqabətqabiliyyətli
məhsulların istehsalını stimullaşdırır. Bu, həm də
ölkəmizdə sahibkarlığın inkişafı
istiqamətində görülən işlərin məntiqi nəticəsidir
ki, Azərbaycanda özəl sektor da dinamik
inkişaf edir. İlk növbədə, daxili
bazarın rəqabətqabiliyyətli məhsullarla təminatı
vətəndaşların ölkədə istehsal
olunan ən yüksək keyfiyyətli
ərzaq məhsulları ilə təmin edilməsini şərtləndirir.
Lakin kənd təsərrüfatının,
emal sənayesinin sürətli
inkişafı istehsal edilən məhsulların
keyfiyyət və kəmiyyətcə rəqabət qabiliyyətli
olması və xarici bazarlara
çıxa bilməsini labüdləşdirir. Ona görə də, rəqabətqabiliyyətli
məhsulların istehsalının artırılması ən
vacib prioritetlərdən birinə çevrilib.
Qeyd edim ki,
regionların sosial-iqtisadi inkişafı
çərçiəvsində xeyli sayda istehsal və emal müəssisələri yaradılıb.
Məsələn, çörək zavodları, süd məhsulları istehsal
edən müəssisələri göstərmək olar. Bundan başqa,
heyvandarlıq kompleksiləri, rayonlarda soyuducu anbar kompleksiləri,
üzüm emalı zavodları,
heyvandarlıq-südçülük kompleksləri və s. fəaliyyət göstərir.
Eyni zamanda, dövlət
başçısının tapşırığına əsasən,
taxılçılıq üzrə iri fermer təsərrüfatlarının
yaradılması prosesi də həyata keçirilir. Bu layihə
çərçivəsində həm də taxıl anbarı,
heyvandarlıq kompleksi, bitki
yağları istehsalı zavodu və aqroservisin yaradılması nəzərdə tutulur. Artıq Ağcabədi və Beyləqan
rayonlarında pilot
taxılçılıq təsərrüfatı
yaradılıb. Bu işlər digər
bölgələrdə də həyata keçiriləcək.
- Ərəstun müəllim, ölkəmizdə aqrar sahənin inkişafını təmin edən qanunvericilik bazasının səviyyəsini necə qiymətləndirmək olar?
- Aqrar
sahənin qanunvericilik bazasından
danışarkən, ilk növbədə
Azərbaycanda həyata keçirilən torpaq
islahatını vurğulamaq
lazımdır. Bu islahatlar
da Ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. «Torpaq
islahatı haqqında» qanun qəbul
edildikdən sonra görülən işlər
nəticəsində sovet dövründən
qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsil sahiblərinə - kəndlilərə
verildi. MDB məkanında ilk
olaraq Azərbaycan torpaq
islahatını həyata keçirib və
islahatlar insanların maraqlarına tamamilə
uyğundur.
Qeyd edim ki, Milli Məclisdə indiyə qədər “Aqrar islahatların əsasları haqqında””,
“Meliorasiya və irriqasiya
haqqında””, “Toxumçuluq haqqında””,
“Seleksiya nailiyyətləri haqqında””,
“Damazlıq heyvandarlıq haqqında””, “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi
haqqında””, “Baytarlıq
haqqında”” və “Fitosanitar nəzarəti
haqqında””, «Taxılçılıq haqqında»,
«Balıqçılıq haqqında» və digər qanunlar qəbul edilib.
Yeri gəlmişkən, mən “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin əhəmiyyətini qeyd etmək istəyirəm. Biz hesab edirik ki, bu kooperasiyaların yaradılması kənd təsərrüfatının inkişafını daha da stimullaşdıracaq. Torpaq mülkiyyətçiləri könüllü olaraq birləşib, məhsul istehsal edə və onu bazara çıxara bilərlər. Bunu beynəlxalq təcrübə də təsdiqləyir. Bir sözlə, parlament tərəfindən aqrar sahə ilə bağlı xeyli sayda qanunlar qəbul olunub. Bu qanunlar kənd təsərrüfatının inkişafı üçün ciddi hüquqi bazadır. Haızrki payız sessiyası üçün də komitəmizin iş planında müəyyən məsələlər var. Bu qanun layihələri də məqsədəuyğun vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq.
İki
sahil.- 2014.- 4 noyabr.- S.10.