Nəsimi rayonunun qaz təsərrüfatı qışa hazırdır

 

Rayon ərazisində xeyli qaz xətləri yenilənib

 

Əhalinin təbii qazla fasiləsiz və təhlükəsiz təmin edilməsi “Azəriqaz” İstehsalat Birliyinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Məhz cari ilin 9 ayı ərzində bu istiqamətdə ciddi işlər həyata keçirilib.

 

Onun bir strukturu olan Nəsimi qaz istismar sahəsi də rayon ərazisində qaz təchizatını daha da yaxşılaşdırmaq, qaz təsərrüfatının təhlükəsiz istismarını təmin etmək, qaz itkisinin qarşısını almaq məqsədi ilə 2014 cü ilin 9 ayında xeyli təmir-bərpa işləri həyata keçirib. Sahə rəisi Məcid Kərimli bildirir ki, qaz təsərrüfatında işin günün tələbləri səviyyəsində qurulması, o cümlədən payız-qış mövsümünə ciddi hazırlıq ilin əvvəlindən həyata keçirilən tədbirlərdən, aparılan təmir və xidmət işlərinin keyfiyyətindən asılıdır. Rayonda 9 ay ərzində 3563 ədəd mexaniki qaz sayğacları “Smart -kart” tipli sayğacları ilə əvəz olunmuşdur. Bu dövr ərzində QİS tərəfindən ümumilikdə müxtəlif səbəblərdən 1296 sayda çağırış daxil olmuş və mövcud problemlər yerindəcə mütəxəssislər tərəfindən həll olunaraq aradan qaldırılmışdır. Həmçinin 61721 vətəndaşla maarifləndirmə işləri aparılmış, mənzildaxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işləri göstərilmişdir. Rayonda 8 ədəd MTK tipli yüksək mərtəbəli yaşayış binaları qazla təmin olunmuşdur.

Hazırda Nəsimi QİS üzrə qazdan istifadə edən ümumi abonentlərin sayı 58 322-dir ki, bunlardan 57 259-u əhali abonenti, 1063-ü isə qeyri-əhali abonentidir. Rayon ərazisində 428652 p/m qaz kəmərinə texniki xidmət göstərilir. 2014-cü ilin əvvəlindən ümumi olaraq 6 709 225,58 manat dəyərində, 67 112 119 m3 həcmində təbii qaz satılıb, 6 933 331,70 manat ödəniş aparılıb. Bu, isə satılmış qazın 103,3%-ni təşkil edir. 2014-cü ilin sentyabr ayında isə satılmış təbii qazın yığım faizi 124,60 % təşkil edib.

Rayonun qaz təsərrüfatında aparılan təmir-tikinti işlərindən danışan sahə rəisi dedi ki, daxili imkanlar hesabına müxtəlif ünvanlarda ayrı-ayrılıqda 9 ədəd ŞQTM quraşdırılmışdır. Həmçinin müxtəlif diametrli uzunluğu L-1823 pm polad boru və uzunluğu L-884 pm polietilen boru çəkilmişdir. Bunlardan M.Qardaşları küçəsi 84/86 saylı ünvanda yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə D-40mm uzunluğu L-96m, D-25mm uzunluğu L-36m, A.Qurbanov küçəsi 6 saylı ünvanda yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə D-40mm uzunluğu L-110m, D-25mm uzunluğu L-34m yeni qaz xətləri çəkilmişdir. Eyni zamanda M.Qaşqay küçəsi 8,9,10,11,16,23,30,31,33,37,41 saylı ünvanlarda yerləşən abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə D-40mm uzunluğu L-303m və D-25mm uzunluğu L-56m yeni qaz xətti çəkilmişdir.

Əfəndiyev küçəsi 8, 11, 13, 14, və 17 saylı ünvanlarda yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə D-40mm uzunluğu L-125m, 28 may 16 ünvanında yerləşən 23 saylı orta məktəbin ərazisinin genişləndirilməsi üçün yeni D-57mm uzunluğu L-30m, Fizuli küçəsi 39 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının qaz təchizatının yenidən bərpa edilməsi üçün yeni D-89mm-lik uzunluğu L-89m və D-32mm-lik uzunluğu L-29m qaz xətləri çəkilmişdir. Bir sözlə, rayonun bir çox küçələrində geniş təmir-tikinti işləri aparılmışdır. Rayon ərazisindəki qaz kəmərlərində aşkarlanan qaz sızmalırı “Azəriqaz” Təmir-Tikinti İdarəsi tərəfindən dərhal aradan qaldırılmışdır.

Qazdan təhlükəsiz istifadənin mühüm şərt olduğunu bildirən sahə rəisi deyir ki, bunun üçün QİS-də komissiya yaradılıb. Komissiya yaşayış binalarının mənzillərində və fərdi evlərdə mənzildaxili qaz xətlərinin, məişət qaz cihazlarının təhlükəsiz istismarını mütəmadi yoxlayır və aşkar olunan nöqsanlar qanunamüvafiq şəkildə aradan qaldırılır. Eyni zamanda, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının norma və tələblərinə riayət edilməsi məqsədi ilə əhali arasında maarifləndirmə işləri aparılır. “Azəriqaz” İstehsalat Birliyi tərəfındən hazırlanmış buklet və yaddaş kitabçaları abonentlərə paylanılır. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən yaşayış evlərində, ictimai binalarda və digər obyektlərdə qaz avadanlıqlarına texniki baxış və profilaktiki xidmət işləri ildə 2 dəfə qrafık əsasında keçirilir və abonentlər təlimatlandırılır. Əməyin mühafizəsi ilə əlaqədar texniki təhlükəsizliyə, qaz təhlükəsizliyinə dair ciddi işlər görülüb.

Sahə rəisi M.Kərimli sonda xüsusi vurğuladı ki, sahənin işinin sürətli və səmərəli şəkildə həyata keçirilməsində mühüm şərt ARDNŞ, o cümlədən “Azəriqaz” İB-nin rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıdır. Məhz QİS-lərin vaxtlı-vaxtında mal və materiallarla, avadanlıqlarla təchiz olunması kollektivdə işgüzar mühitin yaranmasına şərait yaradır.

 

Elçin Zaman

 

İki sahil.- 2014.- 5 noyabr.- S.10.