Azərbaycanlılarla tatarlar iki qardaş xalqdır

 

Bizi ümumi türk mədəniyyəti və dili, dini adət-ənənələrin oxşarlığı birləşdirir

 

Azərbaycanın sürətli iqtisadi inkişafı bölgə üçün bir nümunədir

 

Müsahibimiz Tatarıstan Respublikasının Azərbaycandakı

daimi nümayəndəsi Alfred Firdausoviç Zakirovdur

 

-Alfred Firdausoviç, Azərbaycan və Tatarıstan arasında hansı iqtisadi və mədəni əlaqələr mövcuddur?

-Tatarıstan və Azərbaycanın onilliklərdir davam edən möhkəm dostluq əlaqələri vardır. İki ölkə arasındakı qarşılıqlı əlaqələrin əsasında 1996-cı ildə prezidentlər Heydər Əliyev və Mintimerom Şaymiyev tərəfindən imzalanmış iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə dayanır. 1992-ci ildən bəri ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Azərbaycanda Tatarıstanın daimi nümayəndəliyi öz fəaliyyətinə başladı. Tatarıstan-Azərbaycan münasibətlərinin yüksək statusu iki ölkə arasındakı mehriban əlaqələrin səviyyəsi ilə təsdiqlənir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kazana ilk səfəri, MDB dövlət başçılarının sammiti çərçivəsində 2005-ci ildə baş tutub. 2011-ci ilin mart ayında Azərbaycan Prezidentinin dəvəti ilə Tatarıstan prezidenti cənab Rüstəm Minnixanov Azərbaycana səfər edib. Elə həmin ilin iyun ayında isə cənab İlham Əliyev Kazana ikinci səfərini edib. İki ölkə arasında rəhbərlik, parlament və bələdiyyələr səviyyəsində davamlı əlaqələr mövcuddur. Azərbaycan və Tatarıstan respublikaları arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komisssiya da fəaliyyət göstərir. Onilliklərlə iki respublika arasında ticarət-iqtisadi əməkdaşlıq dinamik olaraq inkişaf edir. Birgə layihələrin sayı artır, azərbaycanlı və tatarıstanlı sahibkarlar, biznes birlikləri təmsilçiləri arasında qarşılıqlı əlaqələrin və dəstəyin inkişafı üçün işlər aparılır.

Həmçinin mədəni və humanitar əlaqələr səmərəli inkişaf edir. 2008-ci ilin oktyabr ayında Azərbaycan Respublikasında Tatarıstan Respublikasının mədəniyyət günləri, 2009-cu ilin iyul ayında isə Tatarıstanda Azərbaycan Respublikasının mədəniyyət günləri keçirilib. Universitetlərarası münasibətlər çox güclü inkişaf edib. Azərbaycan hökumətinin və Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinin dəstəyi ilə respublikadaTuqantel”, “Yaşılek”, “Tatarıstan” kimi tatar ictimai təşkilatları fəaliyyət göstərir. Hər il Azərbaycanda tatarların milli bayramı olanSabuntay” və digər mədəni tədbirlər keçirilir.

-Tatarıstandan Azərbaycana hansı sahələrdə investisiya yatırılır? Eyni zamanda Tatarıstanda bizim hansı sərmayələr mövcuddur?

-Hazırda Tatarstan rəhbərliyinin təşəbbüskarlığı ilə respublikamızda sərmayələşdirmə və biznesin təşkili üçün səmərəli şərait yaradılıb. Belə ki, Tatarıstanda, Rusiyada regional əhəmiyyət kəsb edən xüsusi sənayetipli iqtisadi zonaAlabuqa” fəaliyyətə başlayıb. 2000-dən çox İT şirkətinin yerləşdirildiyi iki İT-parkı yaradılıb və start-uplar üçün əlverişli şərtlər tərtib edilib. Böyük şirkətləri və mütəxəssisləri cəlb etmək üçün beynəlxalq səviyyəli infrastruktura malik, yüksək texnologiyalı “ağıllı” “İnnopolis” və “Smart Siti Kazan” şəhərlərinin irimiqyaslı layihələri reallaşdırılır. Azərbaycan Respublikası ilə ikitərəfli əməkdaşlığa gəldikdə isə Tatarıstan və Azərbaycan arasında sərmayələşdirmə istiqamətində müsbət tendesiya hökm sürür. Hal-hazırda perspektivli sərmayə layihələri üzərində işlənilir. Buna görə də tərəflər arasında davamlı əlaqələr müşahidə olunur. Belə ki, hər iki respublikanın müəssisələrinin nümayəndələrinin danışıqlar üçün bir-birinə səfəri, keçirilən tenderlərdə, sərgilərdə və tədbirlərdə iştirakı davam edir. Noyabrda Bakıda İqtisadiyyat və sənaye nazirliyi tərəfindən keçiriləcək və Azərbaycanda tikiləcək neftqazkimya kompleksinin tikinti işləri ilə bağlı 2-ci forum, “21-ci əsrin sənaye siyasətinin əsas trendləri, müasir yanaşma və təcrübə” beynəlxalq” konfransında Tatarıstan müəssisələrinin nümayəndələrinin də iştirakı gözlənilir. Əminəm ki, belə böyük və irimiqyaslı tədbirlərdə iştirak ikitərəfli əlaqələrin inkişafında əsas stimul rolunu oynayır.

-Sizin Azərbaycanın bugünki iqtisadi inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Azərbaycanda yaşayaraq və işləyərək, sizin dövlətin sürətli iqtisadi inkişafını hiss etməmək mümkün deyil. Bu gün Azərbaycan Zaqafqaziya regionunun lideridir, dövlətlərarası əməkdaşlığın fəal üzvüdür. Bütün respublikada müasir müəssisələr yaradılır, əhalinin maddi təminatı hiss olunacaq dərəcədə yüksəlir, yol infrastrukturu, sosial infrastruktur gündən-günə yaxşılaşır. Ölkənin, əsasən də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən paytaxt Bakı şəhərinin görünüşü müsbətə doğru dəyişilir. 2015-ci ildə Bakıda böyük idman hadisəsi-Birinci Avropa Oyunları keçiriləcəkdir. Hazırda biz bütün ölkənin buna necə hazırlaşdığını müşahidə edirik: yeni idman obyektləri tikilir, idmanturizm sahəsində çoxlu hazırlıq işləri həyata keçirilir. Şübhəsiz ki, bu tədbir daha böyük müsbət dəyişikliklərə səbəb olacaq, respublikanın inkişafının bütün istiqamətlərinə əlverişli təsir göstərəcək. Belə böyük idman tədbirlərinin keçirilməsindən əldə edilən səmərəli təcrübəni biz öz üzərimizdə də hiss etmişik. 2013-cü ildə Kazanda 27-ci Dünya Yay Universiadası keçirildi. Bu tədbir sözügedən tələbə oyunlarının keçirildiyi dövr ərzində ən böyük və ən uğurlusu hesab edildi. Bundan əlavə, 2018-ci ildə Tatarıstanın paytaxtında su idman növləri üzrə dünya çempionatı keçiriləcək, 2018- ci ildə isə Kazan futbol üzrə dünya çempionatını qəbul edəcək Rusiyanın mundial qarşılaşmalarına ev sahibliyi edəcək şəhərlərindən biri seçilib.

-Ölkəmizdə özünüzü necə hiss edirsiniz?

-Tatarlar və azərbaycanlılar iki qardaş xalqdır. Bizi qədimdən bəri ümumi türk mədəniyyəti və dili, dini adət-ənənələrin oxşarlığı birləşdirir. Ona görə də Azərbaycanda işləyərkən mən özümü heçyad hiss etmirəm, əksinə mənə öz azərbaycanlı həmkarlarımla ümumi dil tapmaq çox asandır və bu mənə professional fəaliyyətimdə çox kömək olur. Bundan əlavə, azərbaycanlıların qonaqpərvərliyini və ürəyiaçıqlılığını qeyd etməyə bilmərəm. Bütün xoş adət-ənənələrin təəsüflər olsun ki, unudularaq tarixə düşdüyü indiki qloballaşma dövründə, Azərbaycanda müşahidə etdiyim böyüklərə hörmət, valideynə hörmətlə yanaşma, qadına ailənin qoruyucusu kimi xüsusi hörmət bəsləmə və s. kimi əxlaq prinsipləri insanı sevindirməyə bilməz.

-Bu yay harada istirahət etdiniz? Azərbaycanın təbiəti xoşunuza gəldimi?

-Təəsüf ki, ölkədən kənarda yaşayanda insanın öz doğmaları yaxınları ilə vaxt keçirməsinə nadir hallarda imkanı olur. Bu səbəbdən məzuniyyətimi adətən vətəndə, Tatarıstanda keçirməyə çalışıram. Buna baxmayaraq, əminliklə deyə bilərəm ki, Azərbaycanda istirahət üçün çox gözəl şərait var. İşlədiyim dövrdə mən Azərbaycanın bir çox rayonlarında olmuşam yerli təbiətin qədər gözəl rəngarəng olduğuna heyran qalmışam. Ölkə ərazisində doqquz iqlim mövcuddur. Azərbaycanda bir neçə saatlıq maşınla gəzinti zamanı pəncərədən görünən peyzaj dəfələrlə dəyişir. Dövlətinizin turizm sahəsinin inkişafına ildən-ilə daha çox səy göstərməsi sevindirici haldır: ölkədə yeni istirahət obyektləri turizm kompleksləri, rekreativ zonalar, dünya brendi olan dəbli otellər açılır, tarixi memarlıq abidələri restavrasiya olunur eyni zamanda Azərbaycan təbiətinin qorunub saxlanılmasına böyük diqqət göstərilir. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram respublikalarımız arasında bundan sonra da səmərəli əməkdaşlığın davam edəcəyinə ümid edirəm.

 

Elçin Zaman

 

İki sahil.- 2014.- 5 noyabr.- S.11.