Əbülfəs Qarayev:
Milli mədəniyyətimizin
inkişaf
yolu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Bakı yenidən
beynəlxalq teatr konfransına ev
sahibliyi edir
Noyabrın 5-də Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan
Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə Dövlət Musiqili Teatrında “Teatr sənətinin multikulturalizm-universal
dəyərlər sistemində yeri” mövzusunda III Bakı
Beynəlxalq Teatr Konfransı öz işinə
başlayıb.
AzərTAc xəbər verir ki, dövlət və
hökumət rəsmilərinin, Milli Məclisin
deputatlarının, ölkəmizdə fəaliyyət
göstərən diplomatik korpus nümayəndələrinin
iştirak etdikləri tədbirdə əvvəlcə birinci və
ikinci Bakı Beynəlxalq Teatr konfranslarından bəhs edən
videomaterial nümayiş olunub.
Beynəlxalq teatr konfransını açan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycan
teatrının inkişaf tarixinin mərhələlərindən,
uğurlarından, beynəlxalq əlaqələrindən, gələcək
vəzifələrindən geniş söz açıb.
Aktual mövzunu əhatə edən III Bakı
Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə
də Azərbaycan mədəni həyatında dəyərli
bir hadisədir və yaradıcı ictimaiyyət tərəfindən
maraqla izlənilir. Bu beynəlxalq tədbir çərçivəsində
dünyanın görkəmli teatr biliciləri
yaradıcılıq uğurlarına nəzər salacaq, təcrübələri
bölüşəcək, səhnə sənətinin
müasir və aktual estetik problemlərini elmi-nəzəri və
yaradıcılıq kontekstində dərindən
araşdıracaqlar.
Nazir vurğulayıb ki, III Bakı Beynəlxalq
Teatr Konfransı Azərbaycan dövlətinin mədəni
inteqrasiya, multikulturalizm, tolerantlıq kimi qlobal dəyərlərin
inkişafına həssas münasibətinin əyani
sübutudur. Beynəlxalq Teatr Konfransı ictimai layihə deyil,
dövlət tədbiri olub, “Azərbaycan teatrı 2009-2019-cu
illərdə” Dövlət Proqramı çərçivəsində
keçirilir.
Konfransa dünyanın 40-dan çox ölkəsindən
teatr tənqidçiləri, teatrın tarixi və nəzəriyyəsini
araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar,
xoreoqraflar və menecerlər toplaşıblar. Bu görkəmli sənət
adamlarının məramı və məqsədi
yaradıcı anlaşma,
qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq çərçivəsində
çağdaş teatrın problemlərinin
həllinə yardımçı olmaq, dünya teatr sənətinin
gələcək inkişaf istiqamətlərini müəyyən etməkdən
ibarətdir.
Hazırda
ölkəmizdə 26 dövlət teatrının, bələdiyyə,
antrepriz və özəl teatrların fəaliyyət
göstərdiyini söyləyən nazir
vurğulayıb ki, son
illər Azərbaycanda yeni teatr
təsisatlarının yaradılmasına xüsusi
diqqət yetirilir. Onların arasında “ÜNS”
yaradıcılıq səhnəsini xüsusi
qeyd etmək olar.
Azərbaycanda
teatr sənətinin yüksəlişinə
xidmət edən mühüm dövlət
sənədlərinin qəbul edilməsi onu
göstərir ki, teatr
sənətinə xalqın gərəkli mənəvi, mədəni
sərvəti prizmasından yanaşma Azərbaycan
Prezidenti İlham
Əliyev tərəfindən
ciddi şəkildə qorunur
və müasir tələblərə uyğun davam etdirilir.
Nazir işğal altında olan qədim Azərbaycan torpaqlarında məhv
edilmiş mədəniyyət abidələri
və ocaqları barədə də məlumat verərək, bu dağıdıcı proseslərin teatr sənətimizdən də yan keçmədiyini vurğulayıb.
Bu
gün Azərbaycanda qaynar
mədəni həyat yaşandığını söyləyən
Ə.Qarayev ölkənin birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın bilavasitə təşəbbüsü və
rəhbərliyi ilə keçirilən beynəlxalq tədbirlərin
Azərbaycanı dünyanın böyük
mədəniyyət mərkəzlərindən
birinə çevirdiyini qeyd
edib. Toplaşdığımız teatr konfransı da belə
tədbirlər sırasındadır.
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşaviri Kamal Abdullayev bildirib ki, III Bakı Beynəlxalq
Teatr Konfransının “Teatr
sənətinin multikulturalizm-universal dəyərlər
sistemində yeri” mövzusuna
həsr olunması son dərəcə simvolik və qanunauyğun
haldır. Bu
gün həqiqətən də Azərbaycan
hər bir ləyaqətli dünya
vətəndaşı üçün multikultural məkana çevrilib
desək yanılmarıq. Azərbaycan bu gün öz multikultural həyatını, təhlükəsizliyini
yaradır və onun prinsiplərini müəyyənləşdirir.
Kamal Adbullayev vurğulayıb
ki, multikulturalizm
anlayışını həm bəşəri, həm də
milli dəyərlərin eyni
vaxtda mövcud
olması kimi səciyyələndirmək
olar. Bunu ən gözəl
və əyani surətdə həyata keçirən məkan
isə teatrdır. Multikultural dəyərlərlə
yaşadığımızı bizə teatr
hiss etdirir.
Azərbaycanda
teatr sənətinin nümayəndələri
ilə sıx dostluq münasibətləri
qurduğunu söyləyən Beynəlxalq
Kukla Teatrları Assosiasiyasının
(UNİMA) baş katibi
Jak Trüdo
vurğulayıb ki, bu,
artıq onun Bakıya üçüncü
səfəridir.
Azərbaycanın
teatr ictimaiyyətinin, UNİMA-nın
müxtəlif ölkələrdəki milli
mərkəzlərinin nümayəndələrinin, tənqidçilərin
bu beynəlxalq konfransda
bir araya gəldiklərini
xüsusi vurğulayan
Jak Trüdo dedi ki, biz
ümumi
çağırışları, həyata keçirə biləcəyimiz layihələri birgə müzakirə
edəcəyik. Şübhəsiz ki, bu beynəlxalq konfrans
zamanı bəşəri dəyərlər kontekstində
müzakirə olunacaq məsələlər
çağdaş teatrın
inkişafı, yenilənməsi baxımından
hamımız üçün faydalı olacaq.
Uşaq və Gənclər Teatrları Beynəlxalq
Assosiasiyasının (ASSİTEJ) prezidenti
xanım İvet Hardi konfransda multikulturalizmlə bağlı zəngin
fikir mübadiləsinin
aparılacağına ümid bəslədiyini
qeyd edərək, müzakirə olunacaq məsələlərin dünya teatr prosesinə
müsbət təsir göstərəcəyini bildirib.
Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının baş katibi Mişel Vais deyib ki,
artıq Bakıya beşinci dəfədir
gəlir. Çox şadam
ki, tənqidçilər assosiasiyanın
Azərbaycanda formalaşmasına dəstəyimi göstərə
bilmişəm.
Təmsil etdiyi təşkilat barədə məlumat verən
qonaq vurğulayıb ki,
Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyası təxminən 63 ölkədə fəaliyyət
göstərir. Şadam ki,
qurumun tədbirlərində Azərbaycan da yaxından iştirak edir.
Müxtəlif ölkədə
nümayəndələrinin olduğunu
söyləyən Beynəlxalq Teatr Rəssamları,
Memarları və Texniki İşçiləri
Təşkilatının prezidenti Luis Yansen bildirib
ki, konfransda rəhbərlik
etdiyi qurumla
bağlı təqdimatları olacaq.
İkinci dəfədir beynəlxalq teatr konfransına qatıldığını
söyləyən Beynəlxalq Teatr Tədqiqatçıları
Federasiyası idarə heyətinin üzvü
Boris Daussa-Pastor deyib ki, Azərbaycanın
həyata keçirdiyi beynəlxalq teatr layihələrində iştirakdan
qürur duyur.
İnanıram ki, bu tədbirlər
birgə layihələrin
reallaşmasına öz töhfəsini
verəcək.
Noyabrın 6-da başa çatacaq III
Bakı Beynəlxalq Teatr Konfransı işini plenar iclaslarla davam etdirib.
İki sahil.- 2014.- 6 noyabr.- S.5.