Neft Daşlarının 65 illik
yubileyi
təntənəli şəkildə qeyd edildi
Noyabrın
7-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev “Neft
Daşları”nın 65 illiyi münasibəti ilə
keçirilən tədbirlər çərçivəsində
əfsanəvi neft şəhərçiyinə səfər
etmişdir.
ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edərək, Ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş və abidənin önünə əklil qoymuşlar. Sonra “Neft Daşları” yatağını kəşf etmiş əfsanəvi neftçi-geoloq Ağaqurban Əliyevin xatirəsi yad edilmiş, onun büstü önünə çiçək dəstələri qoyulmuşdur. Nümayəndə heyəti 1957-ci il noyabrın 20-də Xəzəri fəth edərkən həlak olmuş neftçilərin və Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhid neftçilərin abidələrini də ziyarət etmiş, şanlı tariximizdə əbədi yer almış qəhrəmanların xatirəsini ehtiramla yad etmişdir.
ARDNŞ rəhbərliyi
“Neft daşları” Qaz-Separasiya
Məntəqəsi ilə “28 May” NQÇİ-nin Lay Təzyiqinin
Saxlanılması Sexi arasında yeni tikilmiş
estakadanın açılışında iştirak
etmişdir. Bildirilmişdir
ki, uzunluğu 1515 metr olan estakadanın tikintisi 2010-cu ilin iyul ayında başlanmış və bu ilin noyabrında başa çatdırılmışdır. Tikinti işləri “Neftqaztikinti”
tresti tərəfindən
aparılmışdır. Yeni estakada vasitəsilə “28 May”
NQÇİ-nin SKS-2 sıxıcı kompressor stansiyasına və Neftin
İlkin Hazırlanması və Nəqli
sahəsinə neft və qaz
xətləri gedir.
Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin
digər nümayəndələri “Neft
Daşları”nın 65 illiyinə hərs olunmuş
təntənəli tədbirdə iştirak
etmişlər. Əvvəlcə noyabrın 6-da “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft
və Qazçıxarma İdarəsinin ərazisində baş
vermiş bədbəxt hadisə zamanı
həlak olan şəxslərin xatirəsi
1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan
“Azneft” İB-nin baş direktoru
Daşqın İsgəndərov “Neft
Daşları”nın inkişaf yolu haqqında ətraflı məlumat vermiş, yatağın kəşf
olunması, işlənilməsi tarixindən
danışmış, əsası Ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni neft strategiyası
çərçivəsində qazanılmış nailiyyətlərdən
söz açmışdır. Bu nailiyyətlərdə ARDNŞ-nin
və “Azneft” İB-nin
rolu qeyd edilmişdir. “Neft
Daşları”nda hasilatın artırılması və stabilləşdirilməsi,
infrastrukturun yenilənməsi istiqamətində
görülən işlər, Birliyin
qarşısında duran vəzifələr
barədə məlumat verilmişdir.
ARDNŞ-nin kadr, rejim
və informasiya texnologiyaları üzrə
vitse-prezidenti Xalik Məmmədov
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti
işçilərinin təltif edilməsi haqqında 6 noyabr 2014-cü il tarixli Sərəncamı ilə tədbir
iştirakçılarını tanış etmişdir.
ARDNŞ-nin prezidenti Rövnəq
Abdullayev tədbirdə geniş
nitq söyləmişdir. Rövnəq
Abdullayev 65 il əvvəl
dünya neft sənayesinin
tarixində ilk dəfə olaraq
dəniz akvatoriyalarında neft
hasilatına başlanılmasının əsasının məhz
Azərbaycanda - “Neft Daşları”
yatağının kəşfi ilə qoyulmasının böyük qürur hissi verdiyini qeyd etmiş, neftçiləri
və bütün xalqımızı bu əlamətdar gün
münasibəti ilə təbrik etmiş,
onlara yeni-yeni uğurlar arzulamışdır. ARDNŞ prezidenti fədakar neftçilərimizin
əməyinin dövlətimiz tərəfindən yüksək
qiymətləndirildiyini vurğulamış, neft-qaz
sənayesinin inkişafını, neftçilərimizin fəaliyyətini
daim diqqət mərkəzində
saxladığına görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirmişdir. Qeyd olunmuşdur
ki, Azərbaycan neft-qaz
sənayesinin, “Neft Daşları”nın
inkişafının uzun bir
dövrü xalqımızın ümummilli lideri Heydər
Əliyevin adı ilə sıx bağlıdır. 40 il əvvəl, Neft
Daşlarının 25 illik yubileyində Ulu öndərin neftçilər
qarşısında qoyduğu vəzifələr və istiqamətlər müstəqil
Azərbaycanın iqtisadi qüdrətinin
möhkəmlənməsi üçün
müstəsna əhəmiyyət kəsb edən “Günəşli”,
“Çıraq”, “Azəri” və digər yataqların kəşfi
ilə nəticələndi. Ulu
öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, “Yeni neft
strategiyasının maddi və elmi təməli də məhz Neft
Daşları ilə qoyulmuşdur”. “Neft Daşları”nın işlənilməsinin
perspektivlərinın hələ də böyük
olduğunu qeyd edən
Rövnəq Abdullayev möhtərəm Prezidentimiz İlham
Əliyev cənablarının dediyi kimi, bu yatağın bundan sonra da
uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə
ləyaqətlə xidmət edəcəyini
vurğulamışdır. Sonda ARDNŞ prezidenti bütün Azərbaycan
xalqını əlamətdar yubiley
münasibəti ilə təbrik etmiş,
Xəzərin qəhrəman fatehlərinə daha
böyük uğurlar
arzulamışdır.
Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr
2014-cü il tarixli Sərəncamı
ilə “Əməkdar mühəndis” fəxri adı verilmiş Daşqın İsgəndərova,
“Şöhrət” ordeni ilə təltif edilmiş Zabit Əhmədova,
“Tərəqqi” medalı ilə təltif edilmiş
Alik İslamov, Balaəmi
Cəfərov, Tacəddin
Məcidov və başqalarına, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr
2014-cü il tarixli Sərəncamı
ilə “Şöhrət” ordeni ilə təltif
edilmiş Elmira Ramazanovaya yüksək dövlət
mükafatlarını təqdim etmişdir.
ARDNŞ
prezidentinin müvafiq əmri
ilə “Neft Daşları”nın 65 illiyi münasibəti ilə əlaqədar “Azneft” İB, Geofizika və
Geologiya İdarəsi, Kompleks
Qazma İşləri Tresti,
“Neftqaztikinti” tresti, Nəqliyyat
İdarəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə bir
qrup işçiyə ARDNŞ-nin fəxri
fərmanları təqdim olunmuşdur.
ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi
üzrə birinci vitse-prezidenti
akademik Xoşbəxt Yusifzadə təltif
olunanları təbrik etmiş, neft-qaz sənayesi işçilərinin əməyinə
verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə
minnətdarlığını bildirmişdir. O, Azərbaycanın dinamik inkişafında Ulu
öndər Heydər Əliyev tərəfindən işlənib
hazırlanmış qalibiyyətli neft
strategiyasının müstəsna rol
oynadığını, qəhrəman neftçilərimizin bu strategiyanın uğurla
həyata keçirilməsinə misilsiz
töhfə verdiklərini qeyd etmişdir. Xoşbəxt Yusifzadə “Neft Daşları” ilə bağlı xatirələrini
bölüşmüş, bu yatağın işlənilməsinə
ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini
bildirmişdir. Qeyd olunmuşdur ki, “Neft Daşları” yatağı hələ uzun müddət ölkədə neft hasilatının dayağı olacaqdır.
Təltif
olunan neftçilər adından
çıxış edən Zabit Əhmədov
və Əhəd Abuyev, “Azneft”
İstehsalat Birliyinin baş direktoru
Daşqın İsgəndərov əməklərinə verilən
qiymətə görə ölkə rəhbərliyinə
minnətdarlıqlarını bildirmiş,
“Neft Daşları” yatağının
potensialından daha geniş
istifadə ediləcəyini,
neftçilərin yatağın işlənməsi istiqamətində
daha əzmlə
çalışacaqlarını, qarşıya qoyulan vəzifələri layiqincə və
vaxtında yerinə yetirəcəklərini bildirmişlər.
Nail
Rəhimzadə
İki
sahil.- 2014.- 8 noyabr.- S.16-17.