Balakən rayonu abadlaşır inkişaf edir

 

Rayon sakinlərinin sosial-məişət firavanlığı təmin olunur

 

Son bir neçə ildə müasir infrastrukturların yaradılması, paytaxtın və eləcə də regionların sosial iqtisadi inkişafının sürətləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən 20-dən çox Dövlət proqramları imzalanıb. Onların bir çoxu artıq uğurla icra olunub və yüksək nəticələr mövcuddur. Bu gün belə bir inkişaf tendensiyası Balakən rayonunda da mövcuddur.

 

Əslində, bu rayonun davamlı abadlaşması, inkişaf etməsi bir həyat tərzinə çevrilmişdir. Xüsusən rayon rəhbərliyinin işgüzarlığı və ciddiliyi qədər də onun sosiallığı da daim diqqət çəkir. Bir mətbuat işçisi kimi mənim daim izlədiyim informasiyalar arasında rayon rəhbərliyinin sosial məsələlərə mühüm diqqət yetirməsi və bu istiqamətdə səmərəli, maarifləndirici tədbirlər keçirməsidir. Elə məhz bu səbəbdəndir ki, baləkənlilər, xüsusən də gənclər təşəbbüskarlıqları və sosial-siyasi fəallıqları ilə daim fərqlənirlər.

Balakən rayonun iqtisadi inkişafı davamlıdır. Burada sənayenin və kənd təsərrüfatının inkişafı üçün sözün həqiqi mənasında geniş imkanlar yaradılıb. Xüsusən kənd tsərrüfatı sahəsindəki inkişafın bir faktı da ötən dövrdə rayonun əkin sahələrinin ümumilikdə 2,7 % artırılmasıdır. Nəticədə təsərrüfatlarda 21,8 min ton tərəvəz, 7,1 min ton kartof, 21,2 min ton qarğıdalı, 631 ton lobya, 3,2 min ton bostan, 9,8 min ton meyvə istehsal olunmuşdur. Meyvəçiliyin inkişaf etdirilməsi və yeni intensiv bağların salınmasına diqqət artırılmışdır. Əvvəlki illərdə salınmış 176 ha intensiv meyvə bağlarına qulluq göstərilmiş və məhsul istehsalının artırılması üçün əlavə tədbirlər həyata keçirilmişdir.

Ötən dövrdə bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, iri və xırda buynuzlu mal-qaranın baş sayında və heyvandarlıq məhsullarının istehsalında əvvəlki ilin müvafiq dövrünə nisbətən artım müşahidə olunmuşdur. Heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı damazlıq işlərinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət artırılmışdır. Bütövlükdə 2014-cü ilin 9 ayında aqrar sahədən 48,6 milyon manatlıq gəlir əldə edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 701 min manat çoxdur. İstehsal olunan məhsulun 59,4 faizi bitkiçilik, 40,6 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

“Azəryemsənaye” MMC-də heyvandarlıqda və quşçuluqda istifadə olunan qüvvəli yem məhsullarının istehsalı təşkil olunmuş, müəssisədə son 9 ayda 792 ton qüvvəli yem istehsal edilərək fermerlərə satılmışdır. Eyni zamanda, müəssisənin Qazbinə kəndində yaradılmış fermasında ətlik heyvandarlığın inkişaf etdirilməsi istiqamətində tədbirlər görülmüşdür. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi tədbirləri çərçivəsində 9 ay ərzində 2137 nəfər istehsalçıya 218724 manat yardım ödənilmişdir. Rayonun fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında fəal iştirak etmişbu yarmarkalarda 78 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilmişdir. Təbii ki. bu yazdıqlarımız quru rəqəmlər deyil, hər birinin arxasında bir insan əməyi, bir insan fədakarlığı vardır.

Rayon ərazisində abadlıq - quruculuq və yaşıllaşdırma işləri də davamlı olaraq aparılır. Bu mənada Katex-Balakən magistral yolunun kənarlarında, şəhərin küçə və parklarında 10 mindən çox həmişəyaşıl ağacın və bəzək kollarının əkilməsi təmin edilmişdir. 2014-cü ilin doqquz ayında rayon ərazisində tikinti, təmir və quruculuq işləri sürət və keyfiyyətlə aparılmışdır. Prezident İlham Əliyevin 2013-cü ilin avqust ayında imzaladığı Sərəncama əsasən tikintisi üçün vəsait ayrılmış Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunda işə başlanılmış və yolun 16,2 km-lik hissəsində işlər başa çatdırılmışdır. Şəhərin Rafiq Səmədov küçəsində yerləşən bağ abadlaşdırılaraq yenidən qurulmuşburada Soyqırım qurbanlarının xatirəsinə abidə kompleksi tikilmiş, “Veteranlar bağı” salınmış, küçələrdə yol nişanları daha müasirləri ilə əvəz edilmişdir. Şəhərdə 20 kommunal binanın dam örtüyü dəyişdirilmiş, 16 binanın isə fasad hissələri mişar daşı və dekorativ daşlarla üzlənmişdir. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsi, “Şəhidlər xiyabanı” yenidən qurulmuş, şəhərin Heydər Əliyev və Atatürk prospektlərində, Nəriman Nərimanov, Rafiq Səmədov, Məhəmməd Əsədov, Əli Ansuxski küçələrində və Soyqırım bağında 10100 kvadrat metr tamet plitə, 2755 poqonmetr bardür düzülmüş, 2271 kvadrat metr küçə divarı dekorativ daşlarla üzlənmiş, 170 yeni işıq dirəyi basdırılmışdır. Balakənçay körpüsünün kənarı yeni üslubda yaşıllaşdırılmışdır. Qabaqçöl qəsəbəsinin mərkəzində yerləşən park abadlaşdırılmış, ərazi işıqlandırılmışdır. Hazırda Qullar kəndinin ərazisində və Heydər Əliyev prospektində yol kənarlarının abadlaşdırılması işləri davam etdirilir.

Məktəb tikintisi sahəsində 280 yerlik Talalar 2 saylı kənd tam orta məktəbinin inşası başa çatdırılmış və bina yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. Rayonun Qaysa kəndində 20 yerlik, Şərif kəndində 35 yerlik körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Şəhərdə və Şambul kəndində yeni uşaq bağçalarının tikintisi, Sarıbulaq kəndində uşaq bağçasının əsaslı təmiri, Rayon Polis şöbəsinin inzibati binasının tikintisi davam edir. Yerli büdcə vəsaitləri hesabına Katex 1 saylı, Kortala və Beretbinə kənd tam orta məktəblərində, şəhər 2 və 4 saylı uşaq bağçalarında, uşaq texniki yaradıcılıq mərkəzində, Katexkombinat sənətkarlar evində, Qaysa və Hənifə kənd həkim məntəqələrində təmir işləri aparılmışdır. Respublikarayon əhəmiyyətli avtomobil yollarına xidmət göstərilmiş, asfalt-beton qarışığı və çınqıl materialı ilə təmir işləri aparılmış, şəhərin 11 küçəsində 14400 kvadratmetr sahə asfaltlaşdırılmışdır. Yerli bələdiyyələrin vəsaiti hesabına 3,4 km kəndarası yollara asfalt tökülmüş, ilin sonunadək kəndlərdə daha 3 km məsafədə yolun asfaltlaşdırılması nəzərdə tutulur. Ötən dövr ərzində bələdiyyələr tərəfindən 60,8 km uzunluğunda kəndarası yollara qum-çınqıl döşənmiş, 10,2 km uzunluğunda su kanalları və arxlar təmir edilmiş, 2,5 km uzunluğunda yeni içməli su xətləri çəkilmiş, 11 su keçidi təmir edilmiş, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Bu ilin 9 ayında ümumi sahəsi 3740 m2 olan 34 fərdi yaşayış evi, ümumi sahəsi 1510 m2 olan 15 ədəd xidmət və sahibkarlıq obyektləri tikilərək istifadəyə verilmişdir. Əhalinin təhlükəsizliyi tədbirləri çərçivəsində 2014-cü ilin 9 ayında Mazımçay sistemində 180 p/m, İnterçay sistemində 405 p/m, Balakənçay sistemində 185 p/m, Katexçay sistemində 100 p/m uzunluğunda daş-beton bənd tikilmiş, Balakən çay sistemində daş-beton bəndlərdə 600 kubmetr həcmində təmir işləri aparılmışdır. Çaylarda 7,4 km, kanallarda isə 25 km məsafədə məcra təmizləmə işləri görülmüşdür. İçməli su ilə təminatın yaxşılaşdırılması sahəsində su anbarları, magistral və şəhər su xətləri təmir olunmuş, şəhərin Ə. AnsuxskiNizami küçələrində yerləşən 3 yaşayış binasının sukanalizasiya xətləri yenilənmiş, kanalizasiya baxış quyuları tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən rayonda qazılması nəzərdə tutulan 10 artezian quyusundan 8-i qazılaraq istifadəyə verilmişdir. Poşbinə kəndində qazılan subartezian quyusu texniki səbəblərdən hələlik istifadəyə verilməmiş, Katex kəndində sonuncu artezian quyusunun qazılmasına başlanılmışdır. Sarıbulaq kəndində mövcud su quyusundan istifadə etməklə 3 km məsafədə su şəbəkəsi qurulmuşdur. Əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 82,0 faiz, içməli suyun dəyəri 83,0 faiz, qazın dəyəri 98,9 faiz ödənilmişdir. Qış mövsümünə hazırlıqla əlaqədar şəhər əhalisinə və müəssisələrə istilik xidməti göstərən qazanxanalarda, magistral və məhəllədaxili istilik xətlərində təmir və yoxlama işləri aparılmış, zəruri avadanlıqlar gətirilərək quraşdırılmışdır. Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Meşəşambul kəndində 256 nömrə tutumlu yeni elektron telefon stansiyası quraşdırılmış, xətt şəbəkəsi qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir. Ə. Ansuxski küçəsində 400 metr kabel yer altına köçürülmüş, R. Səmədov küçəsində 700 metr məsafədə hava rabitə xətləri yenisi ilə əvəz olunmuş, kəndlərdə 1700 metr məsafədə kabel təmir olunmuşdur. Bununla belə, müvafiq xidmət təşkilatı tərəfindən rabitə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması, yeni texnologiyaların tətbiqi, internet xidmətinin göstərilməsindəki nöqsanların aradan qaldırılması, yaşayış məntəqələrinin tam telefonlaşdırılması istiqamətində təsirli tədbirlər görülməlidir.

Rayonda təhsilin keyfiyyətinin artırlmasını aşağadakı rəqəmlərdən də görmək olar. Belə ki, bu ilin məzunlarından 5 nəfər məktəbi qızıl medalla bitirmişonlara xüsusi nümunəli attestat verilmişdir. 2014-cü ildə tam orta məktəb pilləsini bitirənlərdən 385 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmiş, onlardan 224 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 8 nəfər 600-dən, 23 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Qəbul imtahanlarında Liseyin, Nizami adına şəhər 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Gərəkli, Qullar kənd 1saylı, Qaravəli, Katex kənd 1 saylı, Kortala, Yeni Şərif, Meşəşambul, Poştbinə kənd 1 saylı, Bedağar kənd orta məktəblərinin məzunları daha yüksək nəticə göstərmişlər. Təhsilin vacib komponentlərindən birinə çevrilmiş informasiyakommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı xeyli görülmüşdür. Ümumtəhsil məktəblərində hər 19 nəfər şagirdə 1 komputer düşür. 11 məktəbdə 226 komputer sürətli internet şəbəkəsinə qoşulmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı ilə əlaqədar 2014-cü il üçün Balakən “Azərbaycanın Folklor Paytaxtı” elan edilmişdir. Bu münasibətlə illik tədbirlər planı işlənib hazırlanmış, tədbirlər planına uyğun olaraq sentyabr ayının 25-26-da “Balakən Payızı” FolklorTurizm Festivalı keçirilmişdir. Festivalda qonşu Dağıstan və Gürcüstan Respublikalarının, eyni zamanda, respublikamızın 6 rayonunun folklor kollektivləri iştirak etmişlər. Festivalın bağlanışında iştirak edən folklor kollektivlərinə Balakən rayon İcra Hakimiyyətinin diplom və hədiyyələri təqdim edilmişdir. Rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı dönüş yaranmış, idmanın 8 növü üzrə 32 rayon birinciliyiturniri keçirilmişdir. Keçirilən rayon səviyyəli turnirlərdə 5000 idmançı iştirak etmişdir.

Ötən dövr ərzində 32 respublika səviyyəli çempionat, birincilik və turnirdə 316 idmançının iştirakı təmin edilmişdir. Həmin yarışlarda idmançılarımız 6 dəfə I yeri, 6 dəfə II yeri və 7 dəfə III yeri tutmuşlar. Müxtəlif səviyyəli beynəlxalq yarışlarda idmançılarımızdan Hacımurad Çopsiyev, Hacımurad Bağmanov, Rasul Çunayev, Oluxan Musayevİqbal Hacızadə yüksək nəticələr göstərmiş, bayrağımızı əzəmətlə dalğalandırmışlar.

Qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev sakinlərlə yerlərdə görüşü icra aparatı ilə vətəndaşlar arasındakı etimadı və inamı artırmışdır. Belə ki, bu ilin doqquz ayında rayon icra hakimiyyətinin başçısı tərəfindən kənd və qəsəbələrdə müntəzəm olaraq səyyar qəbullar keçirilmişdir. Keçirilən 30 səyyar qəbul-görüşlərdə 3585 nəfər əhali iştirak etmiş, 165 nəfər vətəndaş qəbul edilmiş, 167 təklif qeydə alınmışdır. Verilmiş təkliflərin 65,3 %-i icra olunmuş, digər təkliflərin icrasının təmin olunması istiqamətində təşkilati tədbirlər davam etdirilir.

Hazırda rayonda abadlıq işləri davam etdirilir, şəhərin Rafiq Səmədov küçəsində 1250 kvadrat metr sahə tamet daşlarla üzlənilir, şəhərin Heydər Əliyev prospektində, Qullar və Qazbinə kəndlərində yol kənarları abadlaşdırılır, divarlar dekorativ daşlarla üzlənilir. Heydər Əliyev Fondunun hesabına şəhərdə inşa olunan 100 yerlik uşaq bağçasının tikintisi ilin sonunadək başa çatdırılacaqdır. Kəndlərdə tikilən digər iki bağça yaxın günlərdə istifadəyə veriləcəkdir. “Sənaye ili” tədbirləri çərçivəsində “Azəryemsənaye” MMC-nin soyuducu anbar kompleksinin genişləndirilməsi, orada meyvəqurutma və konserv istehsalı üzrə sənaye xəttinin açılması, heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, “BalacansMMC-nin konserv sexində isə İtaliya istehsalı olan müasir şüşə qablardan istifadə etməklə yeni konserv çeşidlərinin istehsal olunması nəzərdə tutulur.

Sonda: şəxsi qənaətimə görə, rayonun abadlaşması, sakinlərin sosial-məişət rahatlığının təmin olunması rayon rəhbərliyinin işgüzarlığından, onun təşkilatçılığından və dövlətə, onun rəhbərinə sədaqətindən qaynaqlanır. Eyni zamanda, məmurun vətən qarşısında məsullyət və vicdan borcu da daim öndə olanda bu işlərin rəvanlığı daimi olur. Bu mənada mən Balakən rayonunda gedən böyük abadlıq və quruculuq işlərinin genişliyini və səmərəliliyini, eyni zamanda, rayon rəhbərliyinin şəxsi işgüzarlığında görürəm. Çünki Prezident İlham Əliyevin ölkə vətəndaşlarına diqqət və qayğısının rayonlarda yüksək səviyyədə təzahür tapmasında məhz yerli məmurların bacarığı mühüm rol oynayır. Bütün bunlara rəğmən demək olar ki, balakənlilər ölkəmizin gələcəyinə, Prezident İlham Əliyevin siyasi kursuna sədaqətlidirlər və onun timsalında ölkəmizin bundan sonra da inkişafına əmindirlər.

 

Elçin Zaman

 

İki sahil.- 2014.- 8 noyabr.- S.20; 28.