Bütün bəşəriyyəti düşündürən ən ciddi

problemlərdən biri narkomaniyadır

 

Yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri də narkomaniyadır. BMT-nin hesablamalarına görə dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən buya digər formada istifadə edir. Bu dünya əhalisinin təxminən 4,8%-i deməkdir. Dünyanın sosial bəlasına çevrilmiş narkomaniyanın yayılması və onun fəsadları Azərbaycan cəmiyyətindən də yan keçməmişdir Azərbaycanda isə 28 min nəfərə yaxın narkoman var. Gündəlik informasiyalarda narkomaniyaonun törətdiyi digər problemlərlə tez-tez qarşılaşırıq.

 

Bu gün narkomaniya ilə mübarizədə Azərbaycan dövləti də ciddi şəkildə mübarizə aparsa da, onun yaratdığı problemləri aradan qaldırmağa səy göstərsə də, bu istiqamətdə ölkə QHT-lərinin də dəstəyinə böyük ehtiyac var. Narkomaniya ilə mübarizədə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli aparılması aktualvacib məsələlərdən biridir. Təqdirəlayiq haldır ki, bu gün ölkə QHT-lərin təşəbbüsu ilə narkomaniyaonun törətdikləri xəstəliklərə qarşı bir sıra layihələr həyata keçirilir. Qeyd edək ki, əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işin görülməsini labüd edir. Məlumat üçün bildirək ki, ötən dövrdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram” (2007-2012-ci illər) uğurla həyata keçirilmiş və QHT-lər də bu proqramın həyata keçirilməsində aktiv iştirak etmişlər. Bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunması çox vacibdir.

Cəmiyyətdə “ ölümkimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır, desək, yanılmarıq. Bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyageniş mənada narkotizmdir. Daim vurğulandığı kimi, narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi təbliğat işlərinin genişləndirilməsi prioritet məsələdir.

Azərbaycan Respublikası CM-ninNarkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi” ilə əlaqədar fəslində 7 maddə vardır. Belə cinayətlər mürəkkəb quruluşa malik olduğundan narkomaniya ilə bağlı müxtəlif cinayət tərkiblərini özündə ehtiva edirlər. Qanunvericilik narkotik vasitələrlə bağlı cinayətlərin əsas obyektini vətəndaşların sağlamlığını təmin edən ictimai münasibətləri qeyd edir. Lakin digər ictimai münasibətlərə ziyan dəydiyi üçün təşkilatların normal fəaliyyəti də əlavə obyekt kimi nəzərdə tutulur.

Baxaq görək narkomaniya nədir? Narkomaniya - narkotik maddələrin qəbul edilməsinə pataloji həvəs göstərmək (meyl etmək) kimi anlaşılır. Yunan sözündən olan Narkotikos - donub qalmaq, quruma vəziyyətinə gətirmə mənasını verir.

Cinayət hüquq qanunvericiliyinə görə narkotik vasitələrin qəbulu zamanı və onun təsiri altında olan şəxs hərəkət və ya hərəkətsizliyə yol verdikdə, “anlaqsız” vəziyyətdə olsa belə, məsuliyyətdən azad edilmir. Belə hallarda psixiatrik xəstəxanalarda müəyyən müddət ərzində məcburi müalicə və tibbi xarakterli tədbirlər həyata keçirilir.

Narkomaniya beynəlxalq aləmdə transmilli cinayətlər sırasına daxildirictimai xəstəlikərin ən geniş yayılmış formasıdır. Mənəvi düşkünlük, idealsızlıq, iradəsizlik, maddi çətinlik narkomaniyanın əsas səbəbləri kimi qəbul edilir.

Narkomanlıq bitkilərdən hazırlanmış dərman preparatlarından çox isifadə edildikdə də baş verir. Ona görə də AR CM narkotik maddələri satış məqsədi olmadan onu əldə edən və ya saxlayan, satış məqsədi ilə belə maddələri istehsal edən, daşıyan və satan şəxslərə üç ildən yeddi ilədək müddətə azaqdlıqdan məhrum etməklə cəza müəyyən edir. CM-nin 234-cü maddəsinin sonrakı bəndləri daha ağır - beş ildən on iki ilədək azadlıqdan məhrum etmə və ya əmlakın müsadirə olunması ilə diqqəti cəlb edir. Hesab edirəm ki, CM-nin sanksiyalarında imperativlik varsa da konkretlik olmadığından-məsələn 3 ildən 7 ilədək və ya 5 ildən 10 ilədək və s. cəza tətbiq edilərkən sui - istifadələr üçün dəhliz açılır. Qanun dövlətin adından danışdığı üçün sanksiyalar da konkret olmalıdır. Məsələn: “10 il azadlıqdan məhrum edilsin” əks təqdirdə “ 5 ildən 10 ilədək” prosessual ifadələr cəza tətbiq edilərkən tapdalanır. Çünki qanunvericilikdə məhz nə vaxt 5, 6 və ya 7 il, hansı hallarda 8, 9 və ya 10 il cəza tətbiq etmək mümkündür” suallarına cavab-şərh yoxdur. Qəsdən törədilən bütün cinayətlərdə belə boşluqlar aradan qaldırılarsa, cinayətlərin qarşısını almağa təsir edilə bilər. Bu mənim subyektiv mülahizəmdir.

AR DİN-in Narkotiklərlə Mübarizə üzrə Baş İdarəsinin şəxsi heyəti son illər narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizədə kompleks tədbirlər həyata keçirmişbu , bu gündavam etdirilir.

Nəzərə almalıyıq ki, geosiyasi şərait baxımından Azərbaycan ərazisindən narkotiklərin başqa ölkələrə daşınması üçün tranzit dəhlizi kimi istifadə edilirbunun qarşısını almaq bir sıra obyektiv çətinliklərlə bağlıdır: Əvvəla, Dağlıq Qarabağın və onun ətrafında yerləşən 7 rayonun zəbt edilməsi nəticəsində qonşu dövlət - İran İslam Respublikası ilə 130 kilometrdən çox sərhəd zolağına nəzarət etmək imkanımız yoxdur. Mövcud vəziyyət narkotik vasitələrin, (bitkilərin əkilməsi üçün) bu ərazidən daşınıb başqa dövlətlərə aparılmasına əlverişli şərait yaradır.

Məlumatlı mənbələrə görə işğal olunmuş ərazilərdə narkotik bitkilərin kultivasiyası külli miqdardaçirkli pullar”ın qazanılmasına və həmin pullardan Ermənistanın hərbi mövqelərinin möhkəmləndirilməsində, narkotik vasitələrin tranzitində bəşəri maraq və prinsiplərə zidd məqsədlər üçün istifadə edilir. Həmin ərazilər “nəzarət edilməyən ərazilər” kimi bu günün ən ciddi problemlərindəndir. Belə imkanlar silahların qanunsuz dövriyyəsi üçün, habelə beynəlxalq terrorçu dəstələrin gizli təlim məşqləri üçün də əməliyyat meydanı və poliqon şəraitini yaradır. Beynəlxalq aləmdə sülhün təhlükəsizliyini şübhə altına alır, BMT-nin prinsiplərinə hörmətsizlik edilir, onun qorunmasına vicdansızcasına yanaşılır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə cinayət məsuliyyətinə cəlb edilən vətəndaşlar sırasında qadınların sayının bəzən artımla, bəzən də azalma ilə müşahidə edilməsi də diqqət çəkir. Belə ki, 2006-cı ildə 74, 2007-ci ildə 73, 2008-ci ildə 61, 2009-cu ildə 85, 2010-cu ildə isə 60 nəfər qadını narkomanlıq öz çevrəsinə cəlb etmişdir.Həyata keçirilən tədbirlər nəticəsində qadınlar və yeniyetmə gənclər arasında narkotik vasitələrə aludəçiliyin əhatə dairəsinin genişlənməsinə imkan verilməmişdir. Nəzərə alaq ki, Rusiya Federasiyasının cinayətlərə dair statistikasında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərdə qadınların sayı 45 % təşkil edirsə, Azərbaycanda bu rəqəm təxminən 2 faizdir.

Narkotiklə Mübarizə İdarəsinin son 5 ildəki fəaliyyətinə nəzər salsaq statistikada 13849 aşkar edilmiş cinayət faktı üzrə 359,539 kq heroin, 349,206 kq tiryək, 1425,635 kq həşiş, 1235,146 kq marixuana, 5,013 kq kokainin götürülməsinin şahidi olarıq. Qeyd olunan dövr ərzində 11962 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 2000 tona yaxın narkotik kol yaşıl kütlə halında məhv edilmişdir. Məsuliyyətə cəlb olunanların 21 nəfəri 18 yaşadək, 2836 nəfəri 30 yaşadək olanlar, 9095 nəfəri 30 yaşdan yuxarı olanlar, 341 nəfərini isə zərif cinsdən olanlar - qadınlar, 2819 nəfərini əvvəllər məhkum olunmuş şəxslər, 259 nəfərini xarici vətəndaşlar təşkil edir. 2004-cü ildən başlayaraq baş idarənin bu istiqamətdə aktiv fəaliyyəti davam etməkdədir.

Ümumən Azərbaycanda transmilli cinayətlərin növünə qarşı daciddi mübarizə tədbirləri həyata keçirilir. Əhali arasında hüquqi maarifləndirmə və digər profilaktik işlərin aparılması Dövlət Komissiyasının bu bəla ilə mübarizəyə aid ümummilli proqramın həyata keçirilməsinin davamı kimi qəbul edilməlidir. Burada Milli Təhlükəsizlik Nazirliyininrolu danılmazdır. Yuxarıda qeyd etdiyim kimi narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər dedikdə narkotik vasitələrin, habelə psixotrop maddələrin və onların prekurslarının müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin məcmusu başa düşülür. Belə cinayətlərin əsas obyekti fövqündə əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyəti və konkret fərdin sağlamlığı durur.

Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli qanununun 1-ci maddəsində bu cinayətin predmeti barədə anlayış verilmişdir.

Bu qanunla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə ölkə ərazisində idxalına, ixracına, tranzit üsulla nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursların siyahıları təsdiq edilmişdir.

Məsələnin aktuallığı və qlobal xarakter daşıması narkotik vasitələrin adlarının beynəlxalq hüquqda sadalanan 4 siyahıya daxil edilməsidir. Bu siyahılar 1961-ci il 30 mart tarixliNarkotik vasitələr haqqında vahid konvensiyada öz əksini tapmışdır. Deməli, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətlər beynəlxalq xarakter daşıdığından onların anlayışı və siyahısı beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Azərbaycan Respublikası artıq həmin sənədlərin 3-nü; “Narkotik vasitələr haqqında” 1961-ci il vahid konvensiyanı, “Psixotrop maddələr haqqında” 1971-ci il konvensiyanı və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasını ratifikasiya etmişdir.

Belə cinayətlərə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədilə prekursları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma, narkotik vasitələri və psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, prekursların, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin istehsalı, hazırlanması, emalı, saxlanılması, .... və məhv edilmə qaydalarının bu qaydalara riayət etməli olan şəxslər tərəfindən pozulması halları aid edilir. AR-nın Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2011 -ci ildəki fəaliyyətinə diqqət yetirək: dövriyyədən 557 kq narkotik vasitə, o cümlədən 164,9 kiloqram həşiş, 52,2 kiloqram heroin, 14 kiloqram tiryək, 298,8 kiloqram marixuana götürülmüş, 30 kiloqrama yaxın narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. 400 tona yaxın narkotik tərkibli bitkinin yeri müəyyən edilib yaşıl kütlə şəklində məhv edilmişdir. Faktların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, aşkar edilmiş həmin cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2341 nəfərin 561-ni (24 faiz) gənclər, 62-ni (2,6 faiz) qadınlar, 2175-ni (92, 9 faiz) oxumayanheç yerdə işləməyənlər, 550-ni isə (23,5 faiz) əvvəllər məhkum olunmuş şəxslər təşkil etmişlər. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin səmərəli fəaliyyəti nəticəsində ötən il narkotiklərin qeyri-leqal dövriyyəsi ilə əlaqədar 2636, o cümlədən narkotiklərin satışı və qanunsuz olaraq belə maddələri əldə etmə və ya saxlama ilə bağlı 817 fakt aşkar edilmiş, 131 nəfərdən ibarət olan 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qeyd etdiyimiz təhlildən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi mütəşəkkil cinayətkarlıqla bağlılığı diqqətdən yayınmamış, bu cür şəxslərin kriminal davranışlarına çevik reaksiya verilmişqruplar vaxtında zərərsizləşdirilmişlər.

AR NK-nin yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu da bu istiqamətdə fəaliyyətini gücləndirmiş, il ərzində 1 ton 500 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək məhv edilmişdir.

Narkoşəraitin təhlili və aparılan mübarizənin vəziyyətindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunmuş cinayətlərin dinamikasında artım davam etməkdədir.

Kriminoloqların fikrincə narkotik vasitələrin əldə edilməsi, satışı və qəbulu ilə məşğul olanları tam aşkar etmək imkan xaricində olduğundan, ictimai nəzarətin təşkili və ona reaksiyanın verilməsi, habelə hüquqi maarifləndirmənin təhsil ocaqlarında ardıcıl davamı əhəmiyyət kəsb edir. Tədbirlərin bu sayaq keçirilməsi cəmiyyətin hüquq - mühafizə orqanlarına yaxınlaşması və dəstəyi-töhfəsi olardı.

Bir sözlə, QHT-lərin və media nümayəndələrinin bu istiqamətdə aktiv fəaliyyəti zəruridir. Bir çox hallarda isə bu fəaliyyət vəhdətlik təşkil edir. Çünki birgə fəaliyyət uğuru stimullaşdıran əsas meyarlardan biridir.

 

Səbuhi ABBASOV,

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının

sədri MQF-nin departament rəhbəri

 

İki sahil.- 2014.- 8 noyabr.- S.30.