Azərbaycan ilə
Macarıstan arasında
qarşılıqlı
etimada əsaslanan əməkdaşlıq
mövcuddur
Bu gün Azərbaycan
özünün sürətli
inkişaf dövrünü
yaşayır. Ölkə rəhbərliyinin həyata keçirdiyi gələcəyə hesablanmış
düzgün siyasi kurs nəticəsində
region və dünya dövlətləri ilə
qarşılıqlı faydalı
münasibətlər qurulur.
Bu münasibətlərin qurulmasında Azərbaycandan
çox, qarşı
tərəflər maraq
göstərir. Çünki neft-qaz ölkəsi olan Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzu ölkəmizi dünyanın diqqət mərkəzinə çevirir.
Artıq
Azərbaycan Avropanın
etibarlı tərəfdaşına
çevrilib. Ölkəmizin enerji sahəsində həyata keçirdiyi qlobal layihələr bu reallığı şərtləndirən əsas
amillərdən biridir.
Bu günlərdə Macarıstanda
səfərdə olan
Prezident İlham Əliyev, Azərbaycan-Macarıstan,
Azərbaycan-Avropa İttifaqı
arasındakı əlaqələrin
inkişafına toxunub:
“Biz bu əlaqələrin
inkişafına böyük
nikbinliklə baxırıq.
Əminəm ki, gələcəkdə
bu əlaqələr daha da sürətlə
inkişaf edəcək.
Bu gün imzalanan
sazişlər də əslində bizim niyyətimizi göstərir.
Onu göstərir ki, bizim əlaqələrimiz
çoxşaxəlidir, müxtəlif
sahələri-iqtisadi, siyasi,
humanitar sahələri
əhatə edir.
Əlbəttə ki, bu sazişlərin arasında
strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl
bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla
nəticələnəcəyini təmin edəcəkdir.
Deyə bilərəm ki, strateji tərəfdaşlıq
haqqında Bəyannamə
gələcəkdə Avropa
İttifaqı ilə
Azərbaycan arasında
mümkün olan sazişlər üçün
də gözəl zəmindir. Çünki bu sənəddə
əməkdaşlığımızın
bütün istiqamətləri
öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə
çatmaq üçün
siyasi əlaqələr
prioritet xarakter daşıyır. Bu əlaqələr çox
müsbətdir, gözəldir.”
Dövlət başçısı
enerji məsələlərinə
də diqqət yetirib: “Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında-2018-2019-cu illərdə
nəql ediləcəkdir.
Burada əlbəttə, əlaqələndirmə
işləri yüksək
səviyyədə aparılmalıdır.
Həm ikitərəfli formatda, eyni zamanda, Avropa
İttifaqı ilə
Azərbaycan arasındakı
məsələlər də
öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi
olacaqdır. Bizim üçün
isə Avropa bazarı ən əlverişli bazardır.
Yəni,
burada bizim maraqlarımız birləşir.
Eyni zamanda, tranzit, istehlakçı ölkələrin
və Azərbaycanın
maraqları da burada üst-üstə düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli
formatında danışıqlara
başlamaq qərarına
gəldik. Əminəm ki, bu danışıqların
gözəl nəticələri
olacaqdır. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə
maksimum dərəcədə
nəql edilsin. Əlbəttə, burada böyük
investisiyadan söhbət
gedir. Bu investisiyanın böyük
hissəsini Azərbaycan
öz üzərinə
götürüb. “Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır.”
Macarıstanın Baş
naziri Viktor Orban isə ölkələrimiz
arasında bənzərliklərdən
danışıb: “Biz Azərbaycanı
çox dəyərli
bir tərəfdaş
kimi qiymətləndiririk.
Çünki Azərbaycan Avropa
və Asiya arasında böyük bir körpüdür.
Azərbaycan enerji resurslarından
səmərəli istifadə
yolu ilə iqtisadiyyatının digər
sahələrini də
uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş
bir ölkədir.
Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin Prezidenti böyük işlər görür.”
Viktor Orban əlavə
edib ki, xüsusi əhəmiyyət
verilən sahələrdən
biri enerjidir: “Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir.
Bu sahədə bir çox müzakirələr aparılır,
amma zənnimcə, konkret işlər görən ölkələr
azdır. Bu sahədə
Azərbaycan nümunə
ola bilər.”
Prezident İlham
Əliyevin Macarıstana
səfərini şərh
edən YAP Siyasi Şurasının üzvü,
partiyanın İqtisadi
məsələlər komissiyasının
sədr müavini Aydın Hüseynovun sözlərinə görə,
Azərbaycan-Macarıstan əlaqələri
geniş coğrafi şaxə alaraq daha dərin məna və məzmun kəsb etməkdədir: “Son illərdə
ölkələr arasında
birgə hörmət
və səmimi qarşılıqlı etimada
əsaslanan siyasi-iqtisadi
əməkdaşlıq dövlət
başçılarının qarşılıqlı səfərləri
çərçivəsində daha da möhkəmlənib.
Prezident İlham Əliyevin Macarıstana növbəti
səfəri isə güclü siyasi dialoqun və strateji əməkdaşlığın
daha da möhkəmlənməsinə
zəmin yaradır.
Eyni zamanda, iqtisadi sahədə də münasibətlərin inkişafına,
ticarət dövriyyəsinin
artmasına və sosial-iqtisadi-humanitar sahələrdə
yeni əməkdaşlığın
yaranması üçün
yaxşı perspektivlərə
yol açır.”
A.Hüseynov qeyd
etdi ki, ölkələr arasında
imzalanmış Strateji
tərəfdaşlıq haqqında
Birgə Bəyannamə
və digər mühüm iqtisadi, siyasi və humanitar məzmunlu sənədlər ikitərəfli
əməkdaşlığın daha da möhkəmlənməsi
üçün yaxşı
hüquqi baza yaratmış olur: “Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, strateji tərəfdaşlıq haqqında
Bəyannamə gələcəkdə
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlər üçün
də gözəl zəmindir. Həmçinin,
ötən dövrdə
tərəflər arasında
iqtisadi əməkdaşlıq,
sərmayələrin təşviqi
və qarşılıqlı
qorunması, ikiqat vergiqoyma və imzalanmış digər sənədlər iqtisadiyyatın
və humanitar sahələrin müxtəlif
istiqamətləri, o cümlədən
İKT, turizm, təhsil,
nəqliyyat, səhiyyə,
gənclər və idman, elm və innovasiya sahəsində əlaqələrə əla
fürsət yaradır.”
A.Hüseynov bildirdi
ki, Avropa İttifaqının strateji
enerji layihələrində
mühüm yer alan rəsmi
Budapeşt Azərbaycanın
təşəbbüskarlığı və qətiyyəti sayəsində hazırda mühüm həlledici mərhələyə qədəm
qoymuş “Cənub” qaz dəhlizində iştirak edən tərəfdaşlardan biridir.
Azərbaycan qazının uzunmüddətli
Avropaya nəqlinin nəzərdə tutan yeni enerji marşrutuna
Macarıstanın da qoşulması iki ölkə arasında strateji əlaqələrin
daha da möhkəmlənməsi
və uzunömürlü
olması üçün
güclü zəmin yaradır. Macarıstanın Baş naziri
Viktor Orbanın vurğuladığı
kimi “Cənub” qaz dəhlizi layihəsi Macarıstan və ümumilikdə Avropa İttifaqı üçün çox vacib əhəmiyyətə
malikdir. Rəsmi Budapeşt
regionda baş verən son prosesləri nəzərə alaraq özünün enerji və karbohidrogen ehtiyatları ilə təmin olunmasında Azərbaycandan etibarlı tərəfdaş olmayacağını
yaxşı anlayır
və ikitərəfli
enerji əməkdaşlığını
yüksək qiymətləndirir.
Azərbaycan qazının Avropaya
nəql edilməsi regionda enerji təhlükəsizliyinin güclənməsinə
möhkəm baza yaradacaq.”
Azərbaycan
hökuməti və Macarıstan hökuməti
arasında İqtisadi
Əməkdaşlıq üzrə
Birgə Komissiyanın
öz fəaliyyətini
genişləndirməsi də
ölkələrimiz arasında
əlaqələrin inkişafına
səbəb olmaqdadır. İki ölkə arasında artıq ənənə halını almış birgə biznes-forumların
keçirilməsi Azərbaycan
və Macarıstan şirkətlərinin investisiya
layihələrində iştirakının
genişlənməsinə, qarşılıqlı sərmayə
qoyuluşlarının artmasına
mühüm töhfə
verir. 2013-cü ildə ölkələrimiz
arasında ticarət dövriyyəsinin həcmi
40 faizə yaxın artıb və bu rəqəmin cari ildə daha da yüksələcəyi
gözlənilir. Ölkələr arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi,
yeni müəssisələrin
yaradılması, innovativ
yeniliklərin qarşılıqlı
mübadiləsi, regionun
inkişafına töhfə
verən iqtisadi təşəbbüslərin dəstəklənməsi
baxımındam mühüm
əhəmiyyət kəsb
edir.
Nail Rəhimzadə
İki sahil.- 2014.- 14 noyabr.- S.3.