Azərbaycan dövləti
üçün milli
turizmin inkişafı prioritet məsələdir
Bakıda
keçiriləcək 2015-ci il Birinci Avropa Olimpiya Oyunları
ölkə turizmi üçün yeni sınaq dövrü
olacaq
Təbiəti və iqlimi zəngin ölkəmizdə turizmin səviyyəsinin daha da yüksəldilməsi üçün nələr edilməlidir?
Əgər bir neçə il əvvəllər
turizm fəal istirahətin geniş
yayılmış və ən kütləvi növlərindən
biri hesab edilirdisə,
artıq indi bu sahə
daha qlobal məna kəsb
etməyə başlayıb. Belə ki,
hazırda turizm əsasən iqtisadi inkişaf, zəngin
büdcə mənbəyi hesab olunur. Məsələn, turizmin dünyanın gəlirli sahəsinə
çevrilən ölkələrindən Türkiyə ötən
il turizmdən 35 milyard
dollar qazanmışdı. İspaniya,
Fransa kimi inkişaf etmiş Avropa ölkələrində də turizmdən
gələn gəlir ölkə büdcəsinin təqribən
8-10 faizini formalaşdırır. Hətta
inkişafdan geridə qalan
Afrika ölkələrində də turizmin inkişafı prioritet
sayılır. Xüsusən savannalara, milli qoruqlara təşkil
edilən turizm adrenalin
həvəsli və cibizəngin turistlər üçün
cəlbedici bir məkana çevrilib.
Təbii ki, təbiəti və iqlimi
zəngin Azərbaycanın da milli turizmdən qazanacağı xeyli sahələr mövcuddur.
Məhz bu sahələrin prioritet
təşkil etməsi üçün Prezident İlham
Əliyevin xüsusi diqqət və
qayğısı özünü imzalanan Dövlət proqramlarında göstərir.
Belə ki, son 10 ildə
Prezident İlham
Əliyevin turizmin inkişafına dair imzaladığı bir
neçə Dövlət proqramları mövcuddur.
Xüsusən, turizmin
müxtəlif növlərinin inkişaf
etdirilməsi, həmçinin turizmin
inkişafının yeni mərhələsinə
təkan verəcək “Azərbaycan Respublikasında Turizmin İnkişafına dair
2008-2016-cı illər üçün
Dövlət Proqramı” hazırlanmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının
tələbinə uyğun olaraq “Turizm və rekreasiya zonalarının nümunəvi
Əsasnaməsi” hazırlanmışdır. Ötən illər
ərzində turizmin nümayiş
obyekti kimi istifadə
olunması məqsədəuyğun hesab edilən
bir sıra tarix-mədəniyyət
abidələri bərpa edilmiş və
turistlərin istifadəsinə verilmişdir.
Ölkəmizdə turizm sahəsində çalışan
işçilərin də sayı durmadan
artır. Xüsusən, burada dövlət
sektoru ilə bərabər, özəl sektorun da inkişafı
önəmli bir səviyyəyə
çatıb. İndi Azərbaycanın
bölgələrində ən müasir otel və pansionatların tikintisi
sürətlənib. Qəbələdə,
İsmayıllıda, Qubada, Qusarda, Masallıda, Lənkəranda, Lerikdə,
Şəkidə, Şamaxıda, Balakəndə və digər
rayonlarımızda 4 və 5 ulduzlu otellərin
sayı davamlı olaraq artır. Xüsusən
Qəbələnin turizm imkanları o qədər genişlənibdir ki, hətta burada bəzən
turisistlərin yerləşdirilməsi problemləri
yaranır. Təbii ki, bütün
bunlar müvəqqəti xarakter
daşıyır.
Turizmə dair Şamaxı rayon Mədəniyyət
və Turizm İdarəsindən
aldığımız məlumata görə, 2014-cü ilin 8 ayı ərzində Şamaxıya 58 minədək
turist səfər edib.
Sadə bir hesablamaya
görə, hər bir turist
orta hesabla istirahətinə
200 dollar xərcləsə bu 12 milyon dollara
yaxın vəsait deməkdir. Demək, rayon
büdcəsinin təxminən 10 faizini
turizmlə zənginləşdirmək mümkündür.
Qeyd edək ki, 27 sentyabr hər il Azərbaycanda
“Ümumdünya Turizm
Günü” kimi qeyd olunur. Həmin
gün təşkil olunan
tədbirlər çərçivəsində həmçinin,
hər il müxtəlif mövzularda
- turizm sahəsində mövcud
problemlər və onların həlli yollarının
müzakirəsi, turizm sahəsində xidmət
səviyyəsinin yaxşılaşdırılması, turizm infrastrukturunun
yaradılması və s. mövzusunda “Ümumrespublika
Daxili Turizm
Konfransları” da keçirilir.
Eləcə də bu müddət ərzində
turizm şirkətləri, turist
xidməti obyektlərinin iştirakı ilə Daxili
Turizm Sərgisi də keçirilmişdir.
MDB-də “Soçi qış turizmi”
istisna olmaqla Azərbaycan
qış turizmi yaradan
yeganə ölkədir. Qusar rayonundakı
Dağ-Xizək Qış Turizmi
meydançalarının istifadəyə verilməsi ölkəmizə
ilin hər fəslində turist
axını yaradan özəl bir haldır. Belə ki, əgər iki-üç
il əvvələdək Azərbaycana
turistlər yalnız yaz və yay aylarında maraq
göstərirdilərsə, Qusar
Dağ-Xizək Qış turizmi
yaradılandan sonra ölkəmizə
qış aylarında da turist
səfərləri artmağa
başladı. Xüsusən bu möhtəşəm
turizm məkanında süni
iqlim yaratma mexanizmi, yəni qar
yağdırma işi reallaşandan
sonra buraya maraq daha da
yüksəlib.
Təbii ki, milli turizmin
inkişafı ölkəmizdə prioritet
təşkil edir və bu
sahə üzrə çalışanlara, turizmə sərmayə
yatırmaq istəyənlərə dövlət dəstəyi
də mövcuddur. Mətbuatda gedən informasiyalara görə, son
10 ildə turizmin inkişafı üçün özəl sektora
hərtərəfli- həm maliyyə, həm də digər iqtisadi resurslarla köməklik
edilərək onlara kreditlər və subsidiyalar ayrılıbdır.
Bu yazını yazarkən mən bir neçə vətəndaşla da milli turizmin
inkişafı ilə əlaqədar həmsöhbət oldum. Həmsöhbətim Samir
Həsənov avqust ayında Qəbələ
rayonundakı turizm mərkəzlərində
ailəsi ilə dincəlib. Onun sözlərinə
görə, Qəbələnin əsrarəngiz təbiəti-yaşıl
meşələri, sərin bulaqları, uca
dağları, kiçik çayları, bir sözlə, əsrarəngiz gözəlliyi
onun sağlamlığına və iş ahənginə müsbət təsir edib. Gərgin iş
aylarından sonra belə bir
məkanda dincəlmək ona və ailəsinə
yeni və daha xoş əhval-ruhiyyə gətirib.
Ancaq bununla belə irad və təklifləri də var. Samirin iradı odur ki, burada
otellərdə sıxlıqdır və onların
sayının artması şərtdir. Digər tərəfdən,
qiymətlərdə az da
olsa endirimlər olsa,
xüsusən xarici vətəndaşlara
nisbətən ölkə vətəndaşlarına qiymətlər
də güzəştlər tətbiq edilsə bu, daha münasib
olar.
Digər bir həmsöhbətim isə yay
istirahətini Lerik rayonunda
keçirmiş Vaqif Quliyevdir. İxtisasca
iqtisadçı olan Vaqif
müəllimin sözlərinə görə, Lerik rayonu əsl turizm məkanıdır. Təmiz
havalı, səsdən-küydən, stresli
şəhər həyatından uzaq- təbiətin
qoynunda 10 gün
istirahət etmək əsl səfa çəkməkdir . Amma bununla belə, bu həmsöhbətim də iddia
edir ki, Azərbaycan hələ
də öz turizm
potensialından tam yararlana
bilmir. Axı Lerik,
Yardımlı, Quba, Qusar,
Şamaxı, Qəbələ, Lənkəran, Gədəbəy,
İsmayıllı, Xaçmaz kimi səfalı turzm məkanları
olan yerləri bu
istiqamət üzrə daha da inkişaf etdirmək mümkündür. Bunun üçün insanları daha
çox cəlb edən turizm
əyləncə obyektlərinə, milli
mətbəxin dadlı təamlarına üstünlük
vermək lazımdır. Eyni zamanda, on illərlə kənd
həyatından uzaqlaşmış insanlara,
hətta Avropanın ən böyük
şəhərlərindən gələn turistlərə mənalı
kənd həyatını yaşatmaq
lazımdır. Belə ki, turizm məkanlarında atlarla
gəzinti, Türkiyədəki kimi şar balolnları ilə hava
uçuşları, arxeloji məkanlara ekskursiyalar, yaşı yüzü
keçmiş qocaman insanlarla görüş və
onların həyat tərzləri ilə tanışlıq və
sairə turistlr üçün
əsl yenilik ola bilərdi.
Mən ölkə vətəndaşlarının
milli turizmlə bağlı fikirlərini
də öyrənməyə çalışdım.
Xüsusən, sorğu xarakterli
söhbətlərdə vətəndaşların ölkə
turizmindən yararlanmaq arzularını eşitdim. Təbii ki, bəzi
hallarda insanların maddi
imkanlarının azlığı onların daha
geniş şəkildə istirahət etmələrinə
imkan vermir. Ona görə də həmsöhbət olduğum insanlar turizmlə
bağlı bir bankın yaranmasını
və onların aşağı faizli turizm kreditləri verməsini təklif etdilər.
Təbii ki, bunlar
səmərəli təkliflərdir və reallaşsa
həm ölkə vətəndaşlarının böyük əksəriyyəti istirahətlərini
ölkənin səfalı turizm məkanlarında
keçirmək imkanları qazanarlar, həm
də ölkə büdcəsinə maliyyə vəsaitinin
artımı baş verər.
Hazırda
Prezident İlham
Əliyevin tapşırığı ilə ölkəmizdə
məktəblilərin kütləvi ekskursiya
turları həyata keçirilir. “Ölkəmizi
tanıyaq” adlanan bu
layihədə məktəblilərimiz Azərbaycanın səfalı
yerlərini gəzərək ölkəmiz haqqında ən dolğun məlumatlara malik
olurlar.
Necə deyərlər: Yüz eştiməkdənsə
bir görmək” prinsipinə daha çox önəm verilir.
Qeyd edək ki, Sovet dönəmində də Azərbaycanda turizmin yüksəliş dövrü
olmuşdur. Belə ki,
1983-cü il Azərbaycan Respublikası turizmin inkişafında ən yaddaqalan
il hesab edilir. Həmin il
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olan ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində
Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə
müvafiq qərar qəbul edilmişdir. Bundan sonra
Azərbaycan Respublikası Nazirlər Sovetinin
1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən
Azərbaycan Respublikasında 2000-ci ilə qədər Turizmin inkişaf sxemi qəbul olunmuşdur.
1988-ci ildə Dağlıq Qarabağ muxtar vilayətində və onun
ətrafında baş verən hadisələr
nəticəsində Azərbaycana gələn daxili və xarici turistlərin
axını xeyli azalmışdır. Xankəndi,
Şuşa, Sumqayıt, sonra
isə Bakıda fövqəladə vəziyyətin tətbiqi,
əslində respublikanın bu
regionlarında bir sıra turizm
təşkilatlarının fəaliyyətlərinin
dondurulmasına səbəb oldu. Ermənilər
Azərbaycanlılara qarşı həyata keçirdikləri
düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi
ilə nəticələndi. Respublika
hökumətinin qərarı ilə 1988-ci ilin
dekabrında Ermənistandan qovulmuş azərbaycanlılar
respublikanın turist bazalarında yerləşdirildi.
Ölkə
turizminin inkişaf ediyi indiki dövrdə
artıq Bakıda, Gəncədə, Naxçıvanda və
ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və
hotellər fəaliyyət göstərir və onların
sayı durmadan artır. Belə ki, 2012-ci ildə
Bakıda keçirilən “Avroviziya” beynəlxalq
musiqi yarışmasında, ölkəmizə
gələn onminlərlə turistin otellərdə
yerləşdirilməsi və onların ölkəmizlə
tanışlığı yüksək səviyyədə keçirildi. Eyni zamanda, 2015-ci il
Birinci Avropa Olimpiya Oyunlarının keçiriləcəyi
paytaxtımıza yüz minlərlə turistin gəlişi gözlənilir və
onların qarşılanması, yerləşdirilməsi üçün paytaxtımızda və ətraf
rayonlarda yüzlərlə otel tikilib istiadəyə verilirb. Bu möhtəşəm
yarış ölkə turizmi üçün növbəti sınaq dövrü olacaqdır.
Azərbaycan
hökuməti milli turizmin
lokal çərçivədən
çıxaraq daha da
qloballaşması üçün ötən
dövr ərzində turizm
sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası
Sazişlər çərçivəsində müəyyən
işlər həyata keçirib. Belə ki,
son 5 il ərzində
Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası, Belarus
Respublikası, Qətər Dövləti, Yunanıstan
Respublikası, Qazaxıstan Respublikası, İordaniya
Haşimiyyə Krallığı, Fransa
Respublikası, Tacikistan Respublikası, Misir Ərəb Respublikası və Litva Respublikası arasında turizm
sahəsində əməkdaşlıq haqqında sazişlər
bağlanmışdır. 2002-ci ilin
aprel ayından başlayaraq
hər il “AİTF” Beynəlxalq turizm sərgisi Bakı şəhərində
keçirilir. Bu sərgidə
iştirak edən xarici
ölkələrin turizm şirkətlərinin
sayı ildən-ilə artır.
Eyni zamanda, Azərbaycanın əlverişli
coğrafi mövqeyini
nəzərə alaraq, “İpək Yolu” kimi bir
çox tarixi
yolların ölkəmizin ərazisindən keçməsi
ölkəmizin turizm imkanlarını daha da artırır. İndi qərbdən şərqə, şimaldan cənuba aparan turizm marşrutlarında Azərbaycan da iştirak edir. Qeyd etmək
istərdik, ötən illərdə, İstanbuldan
başlayıb Pekində bitən “İpək Yolunda
Velosiped Turu” layihəsinin,
Rusiyadan başlayıb Hindistanda
bitən “XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə” adlı turizm marşrutu layihələrinin
Azərbaycan ərazisindən keçməsi ölkəmizin mövcud turizm potensialının
beynəlxalq aləmdə təbliğ olunması
baxımından olduqca səmərəlidir.
Sonda qeyd etmək yerinə
düşər ki, ölkəmizin cənnətməkan
guşəsi olan Qarabağın təcavüzkar
Ermənistan tərəfindən işğalı bu gün milli
turizmin inkişafına əngəl olan ciddi bir
maneədir. Hələ bir
neçə illər əvvəl elmi
jurnalların birində oxumuşdum ki, Qarabağın, xüsusən
Şuşanın havası (bu şəhər
dəniz səviyyəsindən 2500 metrədək yüksəkdədir)
təmizliyinə görə, dünyada İsveçin hansısa dağ
rayonlarından sonra ikinci
yeri tutur. Ümumiyyətlə,
Qarabağın, o cümlədən
Şuşanın işğaldan azad edilməsi, eyni zamanda, ölkəmizin yenidən turizm mərkəzinə çevrilməsinə
güclü təkan verəcəkdir. O gün isə uzaqda deyil.
Elçin Zaman
İki sahil.- 2014.- 18 noyabr.- S.22.