“Azəriqaz”da ciddi
təhlükəsizlik
təbirləri həyata keçirilir
Noyabr
ayında “təhlükəsizlik aylığı” elan
edilmiş və “Müştəri məmnuniyyəti”
Beynəlxalq
Standartı üzrə təlim-seminarı təşkil
olunmuşdur
ARDNŞ
-nin “Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində
aparılan geniş miqyaslı qazlaşma, mövcud qaz şəbəkələrinin
əsaslı təmiri və yenidənqurma işləri ilə
yanaşı işçilərin əmək şəraitinin
yaxşılaşdırılması və
sağlamlığının qorunması, idarəetmə
strukturunun təkmilləşdirilməsi, işçilərin
bilik səviyyələrinin artırılması,
istehlakçıların təhlükəsiz və
etibarlı qaydada təbii qazla təhciz olunması və beynəlxalq
standartların tətbiqi istiqamətində
aparıdığı önəmli işləri 2014-cü
ildə də davam etdirmişdir.
İB-in baş direktorunun Əməyin
mühafizəsi üzrə müavini Ruslan Əliyev bildirdiyinə
görə, Birliyin tabeli təşkilatları
üçün yeni inzibati binaların və köməkçi
tikililərin inşası cari ildə də davam etdirilmiş,
işçilər “ARDNŞ-in işçilərinə
xüsusi geyim və fərdi mühafizə vasitələrinin
pulsuz verilməsi Normaları”na əsasən xüsusi geyim və
fərdi mühafizə vasitələri ilə tam təmin
olunmuşlar. Bundan əlavə istehsalat prosesi zamanı təhlükəsiz
əmək şəraitinin yaradılması və ətraf
mühitə olan təsirin minimuma endirilməsi sahəsində
mühüm işlər görülmüş və nəticədə
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin
dəstəyi ilə Birlik Türk Standartları İnstitutu tərəfindən
OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi
idarəetmə sistemi”, ISO 14001 “Ətraf mühitin idarə
edilməsi sistemi” və ISO 9001 “Keyfiyyəti İdarəetmə
Sistemi”nin standartları üzrə sertifikatlara layıq
görülmüşdür. Hazırda “Azəriqaz”
İstehsalat Birliyində İdarəetmə aparatının,
region və şəhər qaz istismar sahələrinin
birbaşa istehlakçılarla işləyən struktur
bölmə rəhbərlərinin və baş mütəxəssislərin
iştirakı ilə Türk Standartları İnstitutu tərəfindən
TS EN ISO 10002 “Müştəri məmnuniyyəti” Beynəlxalq
Standartı üzrə təlim-seminarı təşkil
edilmişdir. Belə ki, standartın tətbiqi nəticəsində
Birlik istehlakçıların şikayətlərinin dinlənilməsində,
cavablandırılmasında, analiz edilməsində və sonda
müştəri məmnuniyyətinin qazanılmasında daha
geniş imkanlara nail olacağıq. Həmçinin bu
standartın tətbiq olunması bizə imkan verəcək ki,
istehlakçı şikayətlərinə vaxtında, qərəzsiz
və obyektiv yanaşaraq həll edək və şikayətləin
sayını minimuma endirək. Birlik tərəfindən
2014-cü il üçün tərtib olunmuş siyahı əsasında
zərərli və təhlükəli istehsalat sahələrində
çalışan işçilərin dövri tibbi
müayinədən keçirilməsi işləri başa
çatdırılmışdır.
Ruslan Əliyevin sözlərinə görə,
istehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz
qaydada təmin olunması və müştəri məmnuniyyətinin
qazanılması, istismar işlərinin ölkə ərazisində
qüvvədə olan norma və qaydalara uyğun olaraq icra
olunması, təbii qazla əlaqədar baş verə biləcək
qəza və bədbəxt hadisələrin
qarşısının alınması üçün həyata
keçirilən qabaqlayıcı tədbirlərin keyfiyyətinin
artırılması istiqamətində Birlikdə mövcud
idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə
bir sıra struktur dəyişikləri
aparılmışdır. Bu işlərdən biri də Abşeron
rayonu və Bakı şəhərindəki
istehlakçılara Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq
edilmiş “Qazdan istifadə qaydaları”nda
qazpaylayıcının üzərinə düşən vəzifələrin
vaxtında və yüksək peşəkarlıqla yerinə
yetirilməsi üçün Birliyin idarəetmə
aparatında Qaz kəmərlərinə və cihazlarına
texniki xidmət sahəsi yaradılmasıdır. Yeni sahə tərəfindən
əsasnaməyə əsasən xidmət göstərilən
ərazidə yaşayış evlərində olan məişət-qaz
cihazlarının sayı və növlərinin qeydiyyatı
aparılmalı, müəyyən edilmiş qaydada və
müddətdə tərtib olunmuş qrafiklərə
uyğun olaraq mənzildaxili qaz avadanlıqlarına texniki
baxış işləri yerinə yetirilməlidir. Əməkdaşları
yalnız mühəndis-texniki işçilərdən ibarət
olan sahənin fəaliyyət göstərdiyi ilk günlərdən
aparılan texniki baxış işlərinin keyfiyyət
göstəricilərinin yüksək olması qarşıda
qoyulmuş vəzifələrin öhdəsindən layiqincə
gəlinməsinə əminlik yaradır.Yaxın müddətdə
qeyd edilən sahənin işçi personalla tam təmin
olunması və istehlakçılara göstərilən
texniki xidmət işlərinin tərtib olunmuş qrafiklər
əsasında plana uyğun şəkildə yerinə yetirilməsi
təmin olunacaqdır.
Birlikdə idarəetmənin təkmilləşdirilməsi
məqsədilə həyata keçirilən tədbirlərdən
biri də xarici qaz kəmərləri və onlar üzərindəki
avadanlıqlarda olan sızmaların ləğv edilməsi və
təmiri işlərinin operativ qaydada yerinə yetirilməsinin
təmin olunması üçün Təmir Tikinti idarəsində
Qəza təmir bərpa sahəsinin yaradılmasıdır.
Lazımi avadanlıq, xüsusi texnika və nəqliyyat vasitələri
ilə tam təmin olunmuş bu sahə günün istənilən
vaxtında baş vermiş qəzaların vaxtında ləğv
edilməsi və xarici qaz kəmərlərində təxirəsalınmadan
həyata keçirilməsi tələb edilən təmir
işlərinin yerinə yetirilməsinə imkan
yaratmışdır. Həyata keçirilən tədbirlərdəndigəri
də yeraltı və yerüstü xarici qaz kəmərləri
və onlar üzərində olan avadanlıqlarda baş
vermiş qaz sızmalarının vaxtında aşkar
olunması üçün qaz sızmalarının aşkar
olunması üçün müasir qazanalizedici cihazlarla təchiz
edilmiş nəqliyyat vasitələrinə və mobil
qazanalizatorlara malik olan xüsusi ixtisaslaşmış SENTRA
MMC-nin tərkibində yaradılmış “Təmiz Qaz” xidməti
ilə müqavilənin bağlanmasıdır. “Təmiz Qaz”
xidmətinin fəaliyyət göstərdiyi qısa müddət
ərzində ən cüzi qaz sızmaları barədə
vaxtaşırı olaraq məlumatların verilməsi bu sahədə
baş verə biləcək arzuolunmaz hadisələrin
qarşısının vaxtında alınmasına imkan verir.
Hazırda istehlakçıların “Azəriqaz”
İB-ə olan ehtimadının artırılması və
müştəri məmnuniyyətinin qazanılması məqsədilə
104 qaz qəza xidməti və 185 qaynar xəttində
“Callcenter” adlı xidmətin yaradılması istiqamətində
intensiv işlər aparılır. Yaxın günlərdə
bu işlərin başa çatması
istehlakçıların lazımi məlumatların qeyd edilən
telefonlar vasitəsi ilə daha etibarlı və operativ şəkildə
Birliyə verməsinə imkan yaradacaqdır ki, bu da öz
növbəsində işlərin günün tələbləri
səviyyəsində qurulmasına şərait
yaradacaqdır. Təbii qazın istifadəsi ilə əlaqədar
baş verə biləcək arzuolunmaz hadisələrin
qarşısının alınması ilə bağlı həyata
keçirilən tədbirlərdən biri də
yaşayış evlərində və ictimai binalarda daxili qaz
avadanlıqlarına texniki baxış və profilaktik xidmət
işlərinin vaxtında və yüksək keçirilməsidir.
Məhz bunu nəzərə alaraq sentyabr ayından
başlayaraq Abşeron yarımadasında yerləşən
qaz istismar sahələrinin baş mühəndislərinin, rəis
müavinlərinin, texniki istismar şöbələrinin və
yaşayış yerlərində qaz xətlərinə və
məişət qaz cihazlarına nəzarət xidmətlərinin
rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik
texnikası üzrə mühəndislərin və Birliyin
idarəetmə aparatının aidiyyəti əməkdaşlarının
iştirakı ilə geniş iclas keçirilmiş və bu
sahə birlik rəhbərliyinin ciddi nəzarətinə
götürülmüşdür. Belə ki, Birliyin idarəetmə
aparatının aidiyyəti şöbələrinin mütəxəssisləri
tərəfindən yerlərdə texniki baxış və
profilaktik xidmət işlərinin yerinə yetirilmə vəziyyətinin
mütəmadi olaraq araşdırılması və aşkar
edilmiş çatışmazlıqların dərhal aradan
qaldırılması təmin olunmuşdur.
Bundan əlavə təbii qazla əlaqədar
baş verə biləcək hadisələrin
qarşısının alınmasında
istehlakçıların maarifləndirilməsinin və
abonentlər tərəfindən təhlükəsizlik
qydalarına riayət olunması xüsusi əhəmiyyət
kəsb edir. Məhz bunu nəzərə alaraq cari lin noyabr
ayı təhlükəsizlik aylığı elan edilmiş və
onun lazımi səviyyədə keçirilməsi
üçün Tədbirlər Planı
hazırlanmışdır. Tədbirlər planına uyğun
olaraq istehlakçıların növbənkənar təlimatlarılmasına
və maarifləndirmə məqsədilə çap
olunmuş 1 milyon ədəd qazdan istifadə qaydarını əks
etdirən bukletlərin paylanılmasına
başlanılmış, QİS-lərdə mühəndis
texniki işçilərdən ibarət növbətçilik
təşkil olunmuş və gücləndirilmiş iş
rejiminə keçirilmişdir.
R.Əliyev qeyd etdi ki, “Azəriqaz” İB-nin
müvafiq əmri əsasında Birliyin idarəetmə
aparatının mühəndis texniki işçilərinin
biliklərinin yoxlanılması məqsədilə müəyyən
hazırlıq işləri görülmüş, imtahan
sualları tərtib və təsdiq edilərək aidiyyəti
struktur bölmələrə
çatdırılmışdır. Test
qaydasında keçirilmiş bu imtahanlarda plan üzrə nəzərdə tutulmuş işçi
personalın biliyi
yoxlanılmışdır. Hazırda imtahan
zamanı biliyi qeyri-kafi
qiymətləndirilmiş və müəyyən səbəblərdən
imtahanlarda iştirak
etməmiş və tabeli təşkilatların
aidiyyəti işçilərin biliklərinin
yoxlanılması üçün yenidən
imtahanlar keçiriləcəkdir.
Sonda R. Əliyev bildirdi ki,
Birliyin kollektivi
ölkə prezidenti İlham
Əliyev cənablarının yaşayış məntəqələrinin
qazlaşdırılması barədə
tapşırığının layiqincə icra
olunması, istehlakçıların təhlükəsiz və
etibarlı qaydada təbii qazla
təchiz olunması ilə bağlı üzərinə
düşən vəzifələrin
yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da var
qüvvəsi ilə çalışacaqdır.
Elçin Zaman
İki sahil.- 2014.- 20 noyabr.- S.12.