Sahibkarlığın inkişafı
üçün münasib ölkə
Azərbaycan
Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının
Prezidenti
Məmməd Musayevin www.yap.org.az saytına müsahibəsi
- Məmməd
müəllim, ilk öncə Yeni Azərbaycan
Partiyasının yaranmasının 22-ci ildönümü
münasibətilə ürək sözlərinizi dinləmək
istərdik.
- Xalqımızı,
bütün partiya üzvlərini və təəssübkeşlərini
Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci
ildönümü münasibətilə ürəkdən təbrik
edir, ən xoş arzularımı bildirirəm !
Bildiyiniz
kimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan
tarixinin son dərəcə ağır və keşməkeşli
günlərində, ölkənin ciddi sınaqlara məruz
qaldığı bir dövrdə yaradılaraq Azərbaycanın
mütərəqqi ziyalılarını bir yerə toplamış, onların təşkilatlanmasını
təmin etmişdir.
Ulu Öndərin rəhbərliyi
ilə yaranmış partiya qısa zamanda xalqın inam və
güvənc yerinə cevrildi, sabitliyin və tərəqqinin
təminatcısı rolunda cıxış etdi.
Bu
gün öz sıralarında 640 minə yaxın üzvü
birləşdirən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin
qorunması, dövlətciliyimizin möhkəmləndirilməsi,
iqtisadiyyatımızın və demokratiyanın bərqərar
olunmasında və inkişafnda mühüm rol oynayır.
Yeni Azərbaycan
Partiyasının siyasi proseslərə təsir imkanları
ildən-ilə genişlənir, sıralarına üzv olmaq
istəyənlərin sayı, habelə ideyalarının cəlbedici
gücü ilbəil artır.
Yeni Azərbaycan
Partiyasının sədri Prezident İlham Əliyevin qeyd
etdiyi kimi “Yeni Azərbaycan Partiyasının tarixi ölkəmizin
müstəqillik tarixi ilə üst-üstə
düşür. Partiyanın əsas ideoloji dayaqları
müsstəqillikdir, azərbaycancılıqdır,
müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və
siyasi islahatlardır”.
Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü münasibətilə bütün partiya fəallarını, Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edirəm.
- Azərbaycanda müasir sahibkarlığın formalaşması və inkişafı barədə nə deyərdiniz ?
- Azərbaycanda
müasir milli sahibkarlığın inkişafı bilavasitə
1993-cü ilin ortalarından başlamışdır.
Həmin dövdə
ümümilli lider H.Əliyev demokratik həyat tərzinin diqtə
etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə
sadiq qalaraq Azərbaycanın yeni dövr üçün
prioritetlərini müəyyənləşdirmiş və
ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.
Azərbaycanda
ardıcıl həyata keçirilən islahatlar nəticəsində
bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi
sahədə də uğurlu nəticələr əldə
edilmiş, sahibkarlığın inkişafı istiqamətində
də bir sıra önəmli addımlar atılmış, bu
da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait
yaratmışdır. Son illərdə Azərbaycan
iqtisadiyyatının neft sektorundan
asılılığının azalması, yeni istehsal müəssisələrinin
istifadəyə verilməsi, işsizliyin aradan
qaldırılması və sair sosial yönümlü problemlərin
həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli
dərəcədə bağlıdır.
Bu gün
sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan
dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli
kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə
subsidiyaların ayrılması, bütövlükdə kənd
təsərrüfatını, eləcə də
sahibkarlığı stimullaşdıran Dövlət
Proqramlarının qəbul olunması və onların müvəffəqiyyətlə
icra olunması ölkədə sahibkarlığın
inkişafına münbit şərait yaratmışdır.
- Hazırda respublikamızda sahibkarlığın inkişafı hansı səviyyədədir və konfederasiya prezidenti olaraq bu inkişafdan razısınızmı?
- İlk növbədə
qeyd edək ki, Azərbaycan sahibkarlığın
inkişafı üçün münasib ölkədir.
Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi
diqqət və qayğının fonunda sahibkarlar səmərəli
fəaliyyət göstərmək imkanı əldə ediblər.
Ölkədə
həyata keçirilən iqtisadi siyasət
sahibkarlığın inkişafının sürətləndirililməsinə,
ölkənin sosial - iqtisadi problemlərinin həllində
sahibkarlığın rolunun gücləndirilməsinə, bu
istiqamətdə dövlət qayğısının
artırılmasına və ən əsası mövcud
potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə
qanunvericilik bazasının formalaşdırılması,
bürokratik maneələrin aradan qaldırılması, maliyyə
dəstəyinin göstərilməsi və digər sahələrdə
mühüm əhəmiyyətli addımlar
atılmışdır.
Son 20 il
ərzində ölkədə sahibkarlıq fəaliyyətini
tənzimləyən prosedur və qaydalar xeyli
liberallaşdırılmış, sahibkarlığa dövlət
maliyyə yardımı mexanizmi işə salınmış,
ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv
edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi
müəyyənləşdirilmişdir. Eyni zamanda, respublikada tətbiq olunan vergi
yükü azaldılmışdır.
Prezident
İlham Əliyevin "Sahibkarlığın inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı
sahibkarlığın inkişafına göstərilən
diqqət və qayğının, bu sahəyə verilən
böyük önəmin, özəl bölməyə
dövlət dəstəyi tədbirlərinin ardıcıllığının
göstəricisi, sahibkarlığın inkişafının
yeni mərhələsinin hüquqi əsaslarını
özündə əks etdirən mühüm konseptual sənəddir.
Dövlət
başçısının bu fərmanı Azərbaycanda
biznes mühitinin daha da yaxşılaşdırılması,
onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi
istiqamətində mühüm tədbirlərin həyata
keçirilməsi üçün əsas olmaqla, qarşıdakı
illərdə sahibkarlığın inkişafı üçün geniş
imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş
vəzifələr aidiyyəti dövlət qurumları ilə
birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə
geniş islahatların aparılmasını tələb edir.
Xatırlatmaq
yerinə düşər ki, Prezident İlham Əliyevin daxili
və xarici siyasəti nəticəsində son 10 ildə
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın
bütün sahələrində nailiyyətlər əldə
olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının
müvəffəqiyyətlə icra edilməsi və
2014-2018-ci illəri əhatə edən regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu
respublikamızın hərtərəfli tərəqqisinə
və iqtisadi inkişafına güclü təkan
vermişdir.
Görülmüş
tədbirlərin nəticəsidir ki, 2013-cü ildə ölkə
iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi
28.0 milyard ABŞ dolları olmuş, bundan 17.5 milyardı
daxili, 10.5 milyard dolları isə xarici investorların vəsaiti
olmuşdur.
Müəyyənləşdirilmiş
iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin
inkişafında müstəsna rol oynayır, hətta bir model
olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi
inkişafı baxımından nümunəyə çevrilməkdədir.
İqtisadiyyatın
hərtərəfli inkişafının təmin edilməsi,
o cümlədən yüksək texnologiyalar əsasında sənayenin
dinamik şaxələndirilməsi, ölkədə rəqabətədavamlı
sənaye məhsulları istehsalının daha da
artırılması və regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi,
son illər ərzində aparılan islahatlar, irəli
sürülən mühüm təşəbbüslər əyani
şəkildə ölkənin dinamik inkişafına təkan
vermişdir.
Belə ki, 2014-cü
ilin 9 ayı ərzində ümumdaxili məhsul 2.5, əhalinin
pul gəlirləri 5.4 faiz artmış, qeyri –neft sənayesi 6
faiz çoxalmışdır. İnvestisiyaların məbləği
artmış, ilin əvvəlindən 19 milyard dollar sərmayə
qoyulmuşdur. Regionların sosial iqtisadi
inkişafı dövlət proqramı uğurla icra
olunmuş, proqramın əvvəlindən bugünə qədər
1 milyon 300 min iş yeri açılmış, işsizlik kəskin
formada aşağı düşmüş, sənaye ilində
Azərbaycanda bir çox istehsalat sahələri
açılmış, Sosial proqramlar uğurla icra olunaraq,
doqquz ayda orta əmək haqqı xeyli artmışdır.
Ötən
il sahibkarlığın maliyyə təminatı
yaxşılaşmış, güzəştli kreditlərin
həcmi artmış, Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitləri hesabına 4468 sahibkarlıq subyektinə 275
milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150
milyon manatı və ya təqribən 60 faizi dövlət büdcəsi, 40 faizi isə qayıdan vəsaitlər
hesabına olmuşdur.
Eyni
zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramının icrası davam etdirilmiş,
bu dövrdə kənd təsərrüfatı sahəsində
5,0 faiz artıma nail olunmuş, bu sektora güzəştli
kreditlərin, vergi güzəştlərinin, subsidiyaların
verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət
dəstəyi tədbirləri davam etdirilmişdir. Quşçuluq, heyvandarlıq,
taxılçılıq, üzümçülük təsərrüfatları,
kənd təsərrüfatı məhsullarının
istehsalı, tədarükü, saxlanması, emalı və
satışı kompleksləri, aqroservislər
yaradılmış, su təminatı və meliorativ tədbirlər
görülmüş, bir sıra ərzaq məhsulları
üzrə daxili istehsal artmış, mövsümlə
əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş
və bu sahədə sabitliyə nail olunmuşdur.
Həyata
keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən
təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” inkişaf konsepsiyasında müəyyən
olunan hədəflər bir daha göstərir ki, bütün
sahələri əhatə edən irimiqyaslı tədbirlərin
həyata keçirilməsi
bundan sonra da ölkəmizin davamlı inkişafını,
onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və
xalqımızın sosial –iqtisadi vəziyyətinin davamlı
olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Ölkədə
aparılan sosial – iqtisadi siyasətin strateji məqsədləri
bazar münasuibətlərinə və özünü
inkişaf qabiliyyətinə malik olan sosial yönümlü,
diversifikasiya olunmuş milli iqtisadiyyatın
formalaşdırılması və dünya təcrübəsinə
inteqrasiyanın təmin edilməsidir.
Həmçinin
regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və daha da genişləndirilməsi, ixrac
yönümlü məhsul istehsalının
stimullaşdırılması və sahibakarlıq fəaliyyətinin
artırılması kimi
vacib istiqamətdə də əməli işlər
görülür.
Konfederasiya ölkədə
iş adamlarının maraqlarından cıxış edən
və sahibkarlığın inkişafına dəstək verən
ümumrespublika birliyidir. O, özündə minlərlə
sahibkarlıq subyektini, o cümlədən 60-a qədər
assosiasiya və birlikləri birləşdirir.
Konfederasiya Baş
Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə
önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə
kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar
ittifaqları ilə əməkdaşlıq çərçivəsində
ölkədə əmək münasibətlərinin tənzimlənməsində
fəal iştirak edirik. Eyni zamanda, əmək
hüquqlarının müdafiəsi, əməyin mühafizəsi,
texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti
ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Hazırda Azərbaycanda
biznes mühitinin daha da yaxşılaşdırılması və
ixrac potensialının artırılması məsələlərinə
dövlət başçısı daha çox diqqət yetirir.
Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici
dövlətlərin və beynəlxalq təşkilatların
ölkəmizdə fəaliyyət göstərən diplomatik
nümayəndəlikləri ilə geniş iş
aparılır.
Azərbaycanın
dünya bazarına ixrac olunan məhsullarına böyük
maraq heç kəsə sirr deyil. Ona görə
də ölkədə istehsal edilən məhsulların rəqabət
qabiliyyətinin artırılması və dünya
miqyasında brendə çevrilməsi üçün iri
investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu
istiqamətdə mühüm tədbirlər həyata
keçirilir.
Bu işlərin
görülməsi ücün digər tədbirlərlə
yanaşı işi günün tələbləri səviyyəsində
qurmaq bacarığına malik olan kadrların
hazırlanmasına ehtiyac vardır.
Bunu nəzərə
alaraq, cari ilin oktyabrın 30-da Təhsil Nazirliyində özəl
sektorun inkişaf etdirilməsi ücün yeni kadrların
hazırlanması sahəsində əməkdaşlığın
davam etdirilməsi məqsədilə Azərbaycan Sahibkarlar
Konfederasiyası Təhsil Nazirliyi ilə Anlaşma memorandumu
imzalanmışdır.
Bu ilin oktyabrın 24-də
Naxcıvan Muxtar respublikasında kecirilmiş Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının
3-cü Biznes Forumu və Şura iclası yüksək səviyyədə
kecirilmişdir.
Məlum
olduğu kimi 2009-cü ildə Azərbaycanın Naxcıvan
şəhərində Türkdilli Dövlətlərin
Prezidentləri tərəfindən Əməkdaşlıq
Şurasının təsis edilməsi barədə qərar qəbul
edilmiş və həmin təşkilatın
toplantılarının kecirilməsi artıq ənənə halını
almışdır. Ötən dövr ərzində
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının üzv dölətləri arasında siyasi
və iqtisadi münasibətlərin dərinləşməsi,
Avro-Asya kimi böyük bir məkanda regional əməkdaşlığın
genişlənməsi, birgə reallaşdırılan
transmilli enerji, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı
və digər sahələri əhatə edən böyük
layihələrə, üzv ölkələrin bir –biri ilə
ictimai-siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə
öz töhfələrini verir.
Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının növbəti toplantısında
Türkdilli Dövlətlərin ölkə Prezidentlərinin
qəbul etdiyi qərarların icrasının təmin
olunması məqsədilə daha səmərəli fəaliyyət
göstərmək, ölkələr arasında iqtisadi münasibətlərin
inkişafını stimullaşdıran tədbirlərin
ardıcıl olaraq həyata kecirilməsinin təmin
olunması barədə qərar qəbul olunmuşdur.
Azərbaycan
Sahibkarlar Konfederasiyası 2014-cü ildə İqtisadi
İnkişaf Nazirliyinin təşkilatçılığı
ilə keçirilmiş tədbirlərdə, Sərgilərdə,
Vergilər Nazirliyinin keçirdiyi birgə seminarlarda, Xarici
ölkələrdən gəlmiş iş adamları ilə
görüşlərdə, Azərbaycanın rayonlarında və
iqtisadi zonalarında keçirilmiş tədbirlərdə, səfirliklərdə keçirilmiş qəbulda, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil
etdiyi elmi-praktiki konfranslarda, hüquqi məsələlərin
müzakirəsində, videokonfranslarda, məzun
yarmarkalarında və digər görüşlərdə
yaxından iştirak etmişdir.
Azərbaycan
Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə
alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir,
müasir biliklər təcrübəsindən, modern idarəçilik
üsullarından real şəkildə bəhrələnməyə
çalışır. Əmin olduğumu bildirirəm ki,
bütün bunlar öz real bəhrəsini verəcəkdir.
- Sahibkarlığın inkişafı ilə bağlı əsas problemlər nədir və bu problemlərə daha çox hansı bölgələrdə rast gəlinir?
-
Sahibkarlığın inkişafı ilə əlaqədar ən
mühüm məsələlərdən biri də budur ki,
bütün regionlarda müasir dövrün tələblərinə
uyğun olaraq mövcud potensialdan daha səmərəli istifadə
etməklə qeyri-neft sektorunun davamlı inkişafı,
infrastrukturun daha da yaxşılaşdırılması, müasir texnologiyalar tətbiq
olunmaqla yeni istehsal və emal müəssisələrinin
yaradılması, iqtisadiyyatın ənənəvi sahələrinin
müasir üsullarla inkişafına nail olunması üzrə
kompleks tədbirlər həyata keçirilsin. Təbii ki, bu tədbirlər
davam etdirilir.
Azərbaycan
iqtisadiyyatının neft sektorundan asılılığı
sürətlə aradan qaldırılır və bu proses bu
gün mühüm əhəmiyyət kəsb edir. Ölkədə
kiçik və orta sahibkarlıq mühüm iqtisadi amilə
çevrilir, yeni iş yerləri açılır, gələcəkdə
də bu tendensiya sürətlə
davam etdiriləcək.
Konfederasiya
sahibkarların problemlərini həll edilməsində,
onların maariflənməsində daima maraqlıdır.Amma
regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi
üçün onların təşkilatlanmasına ehtiyac
var.
Bu
gün aqrokimya laboratoriyalarının yenilərinin
yaradılması, kənd təsərrüfatı məhsulları
istehsalçılarına kreditlər verəcək kənd təsərrüfatı
bankının yaradılması, drenaj- kollektır şəbəkələrinin
təkmilləşməsi, tədarük satış-məntəqələrinin
yaradılması, digər
problemlər həlli vacib məsələlərdən
sayılmalıdır.
- Sahibkarlıqla bağlı qanunvericilikdə hansı dəyişikliklərin olmasını məqsədəuyğun hesab edirisniz?
- Son illərdə
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış fərman və sərəncamlar sahibkarlara
dövlət tərəfindən xüsusi diqqət və
qayğı göstərildiyini bir daha sübut edir. Bunun bariz nümunəsi kimi, 28 avqust 2013-cü il
tarixdə ölkə Prezidentinin müvafiq fərmanı ilə
təsdiq edilmiş "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanununu
göstərmək olar.
Hal-hazırda
isə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası Azərbaycan
Respublikasının Rəqabət Məcəlləsinin və
“İşəgötürənlər birlikləri
haqqında” qanun layihələrinin qəbul olunması istiqamətində
əməli iş aparır.
Sahibkarlıq fəaliyyətinin
tənzimlənməsi ilə bağlı yeni dövrün tələblərinə
cavab verən qanunvericilik bazasının yaradılması təbii
ki, zəruri məsələlərdən biridir. Bu sənədlərdə bazar münasibətləri
əsasında iqtisadiyyatın inkişafına şərait
yaradılması, sahibkarlığa hüquqi təminatın
verilməsi, rəqabət mexanizminin formalaşması, həmçinin
rəqabətin qorunması ilə bağlı müddəalar
əksini tapmalıdır.
Sahibkarlığın
inkişafının ən vacib komponentlərindən biri də
sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin
öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin
göstərilməsidir. Bu məqsədlə
ötən il ərzində İqtisadi İnkişaf
Nazirliyinin dəstəyi ilə Respublikada 144 tədbir
kecirilmişdir ki, onlardan 80-i regionlarda yerli iş
adamlarının iştirakı ilə təşkil
edilmiş, sahibkarların və gənc menecerlərin bir qrupu
bilik və bacarıqlarını artırmaq, inkişaf
etmiş ölkələrdə mövcud texnologiya və
işin qurulması mexanizmlrini mənimsəmək məqsədilə
Almaniyada müvafiq müəssisələrdə təcrübə
kecmək ücün göndərilmişlər.
Qeyd etmək
lazımdır ki, hazirda ölkəmizdə 60-a yaxın
dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir.
Bütün bu sənədlərin yeni konsepsiya ilə əsaslı
şəkildə əlaqələndirilməsi əldə
olunan nailiyyətlərin təminatcısına cevriləcəkdir.
Ölkə
sahibkarlarının maarifləndirilməsi sahəsində bir
çox seminar, konfrans və dəyirmi masalar
keçirilmiş, kitabçalar dərc olunaraq sahibkarlara
çatdırılması təmin edilmiş, onların
ölkə daxilində və xaricdə keçirilən biznes
forumlarda iştirak etmələrini imkan daxilində təmin
etməyə çalışmışıq.
Bu məqsədlə
Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyanın orqanı olan “Biznes Həyatı”
jurnalı müntəzəm dərc olunur. Hesab edirik ki, bu
jurnal sahibkarların maarifləndirilməsi istiqamətində
öz sözünü deyəcək, sahibkarların
tribunasına cevriləcəkdir.
Sahibkarların maarifləndirilməsində
Konfederasiyanın yeniləşmiş saytı da mühüm
rol oynayır. Burada sahibkarlıq fəaliyyəti ilə əlaqədar
yeni qəbul olunmuş normativ hüquqi aktlar, töfsiyyələr,
beynəlxalq təcrübənin öyrənilməsi və
digər məlumatlar öz əksini tapır.
Regionlarda
mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və daha da genişləndirilməsinə,
ixrac yönümlü məhsul istehsalının
stimullaşdırılması və sahibkalıq fəaliyyətinin
artırılmasına
xüsusi diqqət verilir.
Ötən ildən
başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi
sahibkarlarla yanaşı, hüquqi şəxslərin də
qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə
edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin
gəlir vergisi üzrə vergi dərəcələri
azaldılmış, sənaye və texnologiyalar parklarına
vergi güzəştləri nəzərdə tutulmuşdur.
Biznes mühitinin
yaxşılaşdırılması məqsədilə vergi
məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi üçün sahibkarlardan daxil olmuş təkliflər
ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim
olunmuşdur. Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq
müqaviləsinə uyğun olaraq vergi xidmət mərkəzlərində
sahibkarlara xidmət işi
yaxşılaşdırılmışdır.
Konfederasiya
sahibkarlığın inkişafı ilə bağlı
qanunvericilik bazasının təkimləşdirilməsi
üzrə dövlət hakimiyyəti orqanlarına təkliflər
verməklə (Əmək məcəlləsinin 211-ci «Əməyin
mühafizəsinin normativ hüquqi tənzimlənməsi və
241-ci “Qadın əməyinin tətbiqi” qadağan olunan iş yerləri və
işlər» maddələrinə edilən dəyişikliklər
barədə) qanun və digər normativ aktların, layihələrinin
hazırlanmasında və icrasında yaxından iştirak
edir.
Konfederasiya
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin
qəbul olunmasının sürətləndirilməsi, Beynəlxalq
Əmək Təşkilatının dəstəyini
almış «İşəgötürənlər birlikləri
haqqında» qanun layihələrinin qəbul olunması
üçün səylər göstərir.
- Məmməd müəllim, Azərbaycan
Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının beynəlxalq əlaqəri
haqqında nə deyə bilərsiniz?
- Azərbaycan
Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının sahibkarlarla,dövlət
orqanları ilə,yerli qurumlarla birgə işi ilə
yanaşı, beynəlxalq qurumlarla o cümlədən Beynəlxalq
işəgötürənlər Təşkilatında, Sənayeçilərin
və Sahibkarların Beynəlxalq Konqresində
üzvlüyü davam
etdirməklə, respublikada fəaliyyət göstərən
bir çox dövlətlərin və Azərbaycanın xaricdəki
səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı
daha da genişləndirilmişdir.
Beynəlxalq əlaqələrimiz
zəngin və çoxşaxəlidir. Azərbaycandakı
xarici ölkə səfirlikləri və Azərbaycanın
xaricdəki səfirlikləri ilə iş, beynəlxalq təşkilatlar
və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq,
beynəlxalq və ölkələr arası ikitərəfli
biznes forum və sərgilərdə iştirak etmək, Azərbaycan
Sahibkarlarını beynəlxalq aləmdə keçirilən
tədbirlərdə təmsil etmək, Konfederasiya üzvlərinin
beynəlxalq sərgi və forumlarda iştirakına
yaxından kömək etmək və sair məsələlər
beynəlxalq əlaqələrimizin əsas ana xəttini təşkil
edir.
Kecən
müddət ətzində konkret olaraq Konfederasiyanın Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Biznes Şurasının, Türkdilli Dövlətlər
Şurasının tədbirlərinə qatılmış,
konfederasiyanın xarici ölkələrdəki yeni nümayəndəliklərinin
yaradılması, mövcud olanlarla əməkdaşlığın
inkişaf etdirilməsi, bir sıra beynəlxalq təşkilatlar,
diplomatik nümayəndəliklər, qeyri-hökumət təşkilatları,
biznes qurumların nümayəndələri ilə
işgüzar əlaqələr inkişaf etdirilmiş,
Konfederasiya “Biznes Konsaltinq” MMC-nin bir sıra xarici biznes
qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması
və birgə biznes görüşlərin təşkili
həyata keçirilmiş, “Beynəlxalq Əlaqələr və
xarici investisiyalı şirkətlər” komissiyasının əsasnaməsi
işlənib hazırlanmış, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili yanında Biznes və İnsan hüquqları
üzrə İşçi Qrupunun iclaslarında Konfederasiya təmsil
olunmuşdur.
Cari ildə
Konfederasiya rəhbərliyi və üzvləri Azərbaycan
–Vyetnam, Macarıstan, Almaniya, Bolqarıstan, Rusiya, Polşa,
Niderland, İspaniya, Çexiya, İran, Qazaxstan, Türkmənistan
Biznes Forumlarında iştirak etmiş və bu tədbirlərdə
perspektiv sahələr müzakirə edilmişdir.
Bu
müddətdə Konfederasiya rəhbərliyi Azərbaycanda fəaliyyət
göstərən Amerika Birləşmiş Ştatları,
Almaniya, İtaliya, Fransa, Mərakeş, Türkiyə, Rusiya və
digər xarici ölkələrin səfirləri ilə
görüşmüş, ölkələr arasında
mövcud əməkdaşlıq imkanlarını müzakirə
edilmişdir.
Konfederasiya
ilə Avropa İnkişaf və Yenidənqurma Bankı
arasında gələcək əməkdaşlıq perspektivlərinin
müzakirəsinə dair görüş keçirilmiş,
Avropa İnkişaf və Yenidənqurma Bankının
Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə dəyirmi
masa təşkil olunmuş, Azərbaycan üzrə Strategiya sənədi müzakirə olunmuşdur.
Ümumiyyətlə
Konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən
Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa
Birliyinin Komissiyaları və təşkilatları ilə,
Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının
Biznes Şurası ilə əməkdaşlığı daha
da genişləndirmişdir.
Azərbaycan Sahibkarlar
Konfederasiyası 2014-cü ildə İqtisadi İnkişaf
Nazirliyinin təşkilatçılığı ilə
keçirilmiş Biznes – Forumlarda, Beynəlxalq Sərgilərdə
və digər beynəlxalq görüşlərdə
yaxından iştirak etmişdir.
Yerli
sahibkarların potensial imkanlarının
reallaşdırılmasına dəstək və biznesin
müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin
genişləndirilməsi məqsədilə 2014-cü il ərzində
ölkə Sahibkarlarının iştirakı ilə Azərbaycanda
200-dən cox, xarici ölkələrdə 40-dan cox biznes forum və konfrans kecirilmiş, eləcə də
qeyri–neft məhsullarının satış bazarlarının
genişləndirilməsi məqsədi ilə Amerika, Avropa,
Yaxın Şərq ölkələrində, Rusiyada
kecirilmiş sərgilərdə Azərbaycan
Sahibkarlarının iştirakı təmin edilmişdir.
Qeyd edim ki, son illər
Konfederasiya dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən 30-dan çox İşəgötürənlər
Təşkilatları və Assosasiyaları ilə Əməkdaşlıq
Müqaviləsi imzalamışdır. Bu müqavilələr
ölkələrimiz arasında biznes əlaqələrinin
genişlənməsi və daha səmərəli nəticə
verməsi istiqamətində mühüm rol oynayır.
Azərbaycan
sahibkarlarının xarici ölkələrə investisiya
yatırması istiqamətində araşdırmalar
aparılmış, bu günədək 50-yə yaxın
ölkə ilə əməkdaşlıq müqaviləsi
imzalanmış və bu sənədlər sayəsində
faydalı əməkdaşlıq imkanları
yaranmışdır.
Beynəlxalq əlaqələrimizin
bundan sonra daha da genişləndirilməsini
planlaşdırırıq. Hesab edirik ki, bu yolla azərbaycan
sahibkarlarının istehsal etdiyi məhsulların dünya
bazarına cıxarılmasını, ölkəyə yeni
texnologiyaların gətirilməsini, investisiya
yatırımının stimullaşdırılmasına nail
olmaq olar.
- Məmməd müəllim, Azərbaycan
Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası ölkəmizdə sahibkarlığin
inkişafı ilə bağlı daha hansı təklifləri
irəli sürmək niyyətindədir?
- Cari
ilin fevral ayında Bakı Biznes Mərkəzində Prezident
İlham Əliyevin sədrliyi ilə kecən "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının yekunlarına həsr olunmuş konfransda
dövlət başcısı qeyd etdi ki, “Əvvəlki
dövrdə başlanmış
və hazırda davam edən layihələr öz bəhrəsini
verir, qeyri-neft potensialımız daha da artır,
Sahibkarlığın inkişafı üçün
bütün imkanlar vardır. Ümumiyyətlə ümumi
daxili məhsulumuz son 8 il ərzində 3 dəfə
artmışdır. Bir daha demək istəyirəm ki,
inkişaf etmiş ölkəyə çevrilmək
üçün biz siyasətimizi davam etdirəcəyik”.
Ölkə
Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan
-2020: gələcəyə baxış” inkişaf
konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin
növbəti illərdə daha da möhkəmlənməsini,
növbəti 10 ildə qeyri neft sektoru hesabına ümumi
daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur. Qarşıda
duran hədəflərə nail olunması ücün Azərbaycan
Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin
görülməsini nəzərdə tutmuşdur.
Nəzərdə
tutulan strateji hədəflərə catmaq ücün konkret
icra mexanizmləri və maliyyə resursları olmaqla
yanaşı əlbəttə ki, peşəkarlıq da tələb
olunur. Ardıcıl olaraq bu amillərə doğru gediş
istənilən məsələni həll etməyə bizə
imkan vərəcəkdir.
Nəzərə
almalıyıq ki, özəl sektor kecən dövr ərzində
artıq dayanıqlı, güclü bir sektora cevrilmiş və
görüləcək tədbirlər nəticəsində
daha da güclənəcək, Azərbaycanın iqtisadi
baxımdan daha da güclü ölkəyə çevirilməsində
öz sözünü
deyəcəkdir.
Ölkə
Prezidenti tərəfindən qəbul edilmiş "2012-2020-ci
illərdə Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı" da kənd təsərrüfatının bir
istiqaməti olan üzümçülük və şərabçılığın
kompleks inkişafına yönəlmiş və sahibkarlar
ücün bu ustiqamətdə
yol acılmişdır.
Haqqında qeyd etmək
istədiyim məsələlərdən biri də
nağdsız ödənişlərin həyata keçirilməsi
ilə bağlıdır. Nağdsız ödənişlərin
inkişafının ümumilikdə ölkə
iqtisadiyyatında xüsusi yeri vardır.
Hazırda bu sahədə
müəyyən işlər görülür. Lakin, hesab edirəm ki, bu gün ticarət, iaşə
və başqa obyektlərdə bu işin təşkili məqsədilə
post terminallar quraşdırılmalı və ödənişlərin
inkişaf etmiş ölkələrdə olduğu kimi plastik
kartlar vasitəsilə aparılması təmin edilməlidir.
Bu həm nağd pul kütləsinə tələbatı
azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə
imkan yaradar, həm də vergidən yayınma hallarının
qarşısını almaqla korrupsiyaya qarşı mübarizə
tədbirlərindən birinə çevrilə bilər.
Bu işdə dövlət
qurumlarının, yerli idarəetmə təşkilatlarının,
ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir.
Biz “Sosial Partnyorluq” və
“İşəgötürənlər birlikləri
haqqında” qanunların qəbul ediməsini və sosial
partnyorluq sistemini tənzimləyən Milli Sosial Şuranın
yaradılmasını mümkün və vaxtı
çatmış məsələ hesab edirik.
2014-cü
ilin noyabrın 11-də Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq
Əmək Təşkilatının birgə təşkilatçılığı,
sosial tərəfdaşların iştirakı ilə “Milli
üçtərəfli sosial dialoq üzrə institisional
strukturun yaradılması” mövzusunda seminar keçirilib. Bu seminarın əsas məqsədi
ölkədə Sosial və İqtisadi məsələlər
üzrə Üçtərəfli Komissiyanın təşkili
sahəsində görüləcək işlərin istiqamətlərini
müəyyən etmək idi.
Məlum olduğu kimi
Azərbaycan Hökuməti, Həmkarlar Konfederasiyası və
Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Baş
Kollektiv Saziş imzalanmış və bu sazişlə tərəflərin
vəzifələri müəyyən edilir. Lakin bu orqanlar arasında
öhdəliklərin daha da uğurlu icrası ücün tərəflər
arasında əlaqəli fəaliyyətin gücləndirilməsi
vacibdir və Üçtərəfli Komissiyanın
yaradılması bunun üçün mühüm vasitə
olacaq. Komissiyanın yaradılmasında əsas
məqsəd ölkədə sosial-iqtisadi siyasətin aparılmasında
razılaşdırılmış ümumi prinsiplərin
müəyyən olunması üçün təkliflər
verilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi
və sosial sabitliyin daha da möhkəmlənməsi
üçün sosial dialoqun inkişafına dəstək
verməkdir.
Sahibkarlığın
inkişafına yaxından dəstək verilməsi məqsədilə
sahə və ərazi assosasiyalarının yaradılması
bizim qarşımızda duran aktual məsələlərdəndir.
Qadın
sahibkarlığın inkişaf etdirilməsi, texniki peşə
təhsilinin daha da yaxşılaşdırılması, ixraca
dəstək verilməsi sahəsində təkliflərimiz
vardır.
Bunula
bağlı ölkədə sahibkarlığı daha da
inkişaf etdirmək üçün xüsusi razılıq
(lisenziya) tələb olunan fəaliyyət növlərinin
yenidən nəzərdən keçirilməsi və
sayının azaldılması, çox illik əkmələrin,
o cümlədən üzüm bağlarının və cay plantasiyalarının
salınması üçün investisiya yönümlü
layihələrin maliyyələşdirilməsinə verilən
kreditlərin güzəştli şərtlərlə
ayrılması məqsədə müvafiq olardı.
Dövlətlə
özəl sektor arasında yeni, çox sağlam münasibətlər
formalaşır. Artıq sahibkarlar bunu yaxşı bilir ki,
dövlət siyasətinin icrası nəticəsində
sahibkarlar üçün yeni imkanlar yaranır. Cənab
prezident yeni müəssisələrin
açılışında iştirak edərək, onlarda
böyük ruh yüksəkliyi yaradır. Bu da gələcəkdə
daha yaxşı işləmək əzmini artırır.
Çalışacağıq
ki, ildə bir günün sahibkarlar günü kimi təsis
edilməsi üçün hökumət qarşısında
təkliflə çıxış edək. Arzu edirik ki,
Ümümmilli Lider Heydər Əliyevin 25 aprel 2002-ci ildə
Sahibkarlarla keçirdiyi görüş gününün
“Sahibkarlar günü” kimi qəbul edilsin. Bundan
irəli gələn tədbirlərin hər il keçirilməsi
təmin olunsun, “İlin ən yaxşı sahibkarı”,
“İlin ən yaxşı sosial layihəsi”, “Ən
yaxşı kollektiv müqavilə”, “Ən yaxşı
sosial-məsuliyyətli müəssisə” və sairə
müsabiqələrinin keçirilməsi təşkil
olunsun. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq
ölkədə özəl sektorun inkişafına dəstək
olacaq yeni təşəbbüslərlə
çıxış edəcəyik.
Təbii ki,
Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı,
müasir dövrün tələbləri ilə
uyğunlaşan iş ahənginə malik olmalıdır.
Ölkəmizdə
biznes mühitinin yaxşılaşdırılması və
sahibkarlığın inkişafı da əsas fəaliyyət
istiqamətlərindəndir, Konfederasiya bununla bağlı
silsilə və ardıcıl tədbirlər həyata
keçirir. Bu, istər qanunvericilik
aktlarının təkmilləşdirilməsi, istər
sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar
təşkilatlar tərəfindən onların həllinə
nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi
işinin daha da dərinləşdirilməsi ilə
bağlıdır.
Biz Azərbaycan
Sahibkarlar Konfederasiyası olaraq cənab Prezident İlham Əliyevin
apardığı iqtisadi siyasəti dəstəkləyir,
ölkənin dinamik inkişafına yönəlmiş
bütün tədbirlərin həyata keçirilməsi
prosesində yaxından iştirak etməklə öz tövhəmizi
verməyə hazırıq.
İki
sahil.- 2014.- 20 noyabr.- S.10; 14.