Beşinci enerji dəhlizi ilə bağlı çağırışlar

 

Aİ-nin Şərqi Aralıq dənizinin təbii qazı perspektivləri

 

Ukrayna böhranı fonunda təchizatın şaxələndirilməsi Rusiyanın qaz inhisarının azaldılmasının zərurəti ittifaq üçün mühüm vəzifəyə çevrilmişdir. Dördüncü enerji dəhlizi hesab olunan Cənub Qaz Dəhlizinin (CQD) buradakı rolu danılmazdır. Lakin CQD vasitəsilə Avropaya nəql ediləcək qazın həcmi nəzərə alınsa, layihənin dönüş yaradacağı ehtimalı olduqca azdır.

 

Mənbə marşrutların şaxələndirilməsi üçün çoxsaylı alternativlər mövcuddur. Şərqi Aralıq dənizinin karbohidrogen ehtiyatları Aİ-nin şaxələndirmə siyasəti üçün növbəti alternativ olub-olmaya da bilər. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, Şərqi Aralıq dənizinin ehtiyatları 3.4 trilyon kubmetrə bərabərdir ki, bu da Aİ-nin təbii qaz tələbatının bir neçə il ödənilməsi deməkdir. Aralıq dənizi hövzəsində yerləşən bütün dövlətlərin (Misir istisna olmaqla) təbii qaza olan tələbatını xarici ölkələr təmin edir.

Cənub-Şərqi Aralıq dənizi hövzəsindəƏrəb baharı’’ndan doğan qeyri-sabit geosiyasi vəziyyət, Misirdə dövlət çevrilişi, Suriyadakı vətəndaş müharibəsi, İraqda İŞİD kimi tanınan radikal islamçılıq faktoru, Türkiyə-İsrail gərginliyi İsrail-Fələstin münaqişəsi regionun enerji mənzərəsinə böyük təsir edib bundan sonra da edəcəkdir.

Gələcək təchizat baxımından Şərqi Aralıq hövzəsinin təbii qazının nəqli üçün kifayət qədər imkanlar var: Ərəb Qaz Şəbəkəsi, Vassilikos məntəqəsində İsrail-Kipr maye qaz zavodu, İsrail ərazisində olan maye qaz zavodu, Leviathan-Ceyhan kəməri, Misirin maye qaz ixrac terminallarından istifadə və Şərqi Aralıq kəməri.

Ərəb Qaz Şəbəkəsi (ƏQŞ) - Misirdən başlayan bu kəmər İordaniya, SuriyaLivan üzərindən keçərək Türkiyəyə qədər uzanır. Lakin təhlükəsizlik baxımından bu kəmər fəaliyyət göstərə bilməz. Misirdəki kütləvi etirazlar zamanı bu kəmər hətta radikallıların hücumuna məruz qalmışdır. Bundan əlavə, Türkiyə bu kəməri öz ərazisində inşası ehtimal olunan Hələb (Suriya) və Kilis (Türkiyə) kəmərləri ilə birləşdirmək niyyətindədir. ƏQŞ-in Türkiyə və Avropaya uzadılması və İraqlın infrastrukturu ilə birləşdirilməsi ilə bağlı razılıq hələ 2008-ci ildə əldə edilmişdir. İştirakçı dövlətlər Türkiyə, İraq, Misir, İordaniya, Suriya və 2005-ci ildən etibarən adıçəkilən dövlətlər arasında inteqrasiyanın təşviqi və vahid qaz bazarının yaradılması məqsədini daşıyan “Avro-Ərəb Məşreq Qaz Bazarı Layihəsi’’-ni dəstəkləyən Avropa İttifaqı olmuşdur.

Şərqi Araqlıq dənizinin dayaz sularında (Aşqelon/Qəzza zolağı) və İsrailin (Tamar/Leviathan) və Kiprin (Aphrodite) ərazi sularındakı yeni yataqların kəşfi regiona enerji şirkətlərini cəlb etmişdir. “Leviathan’’ və “Aphrodite’’ yataqları biri-birinə yaxın yerləşir, bu isə gələcəkdə qazın Kiprin Vassilikos maye qaz zavoduna nəqlini asanlaşdırır. Bu yataqlar həm Kiprİsrailin daxili tələbatını ödəyə, həm də onları təbii qaz ixracatçısına çevirə bilər. Ancaq qazın mayeləşdirilməsi zavodlarının inşası Kipr üçün bahalı təşəbbüs olacaq (təqribən 15-20 milyard ABŞ dolları). Digər tərəfdən, İsrail hələ də Vassilikos maye qaz terminalına sərmayə yatırılması və nəql üçün ondan istifadə edilməsi ilə bağlı marağını rəsmi ifadə etməmişdir. Həmin yataqlarda kəşfiyyat işlərinin aparılması Kip üçün mühüm əhəmiyyət kəsb edir, çünki bununla ölkə sözügedən terminalın tikintisi və təminatı üçün kifayət qədər qaz həcmi əldə edəcəkdir.

Lakin Türkiyə ilə Kipr arasında olan mübahisə vəziyyəti mürəkkəbləşdirir. Türkiyə hesab edir ki, münaqişə həll edilməyənə qədər Kipr hökumətinin adanın təbii ehtiyatlarını təkbaşına istismar edə bilməz. Lakin Türkiyənin müqavimətinə rəğmən, Kipr kəşfiyyatı davam etdirir. Bununla yanaşı, Kipr alternativ olaraq Avropaya qazı Türkiyə üzərindən və Şərqi Aralıq kəməri vasitəsilə Krit adası üzərindən Yunanıstana nəql edə bilər. Enerji sahəsində əməkdaşlıq Türkiyənin Kiprİsrail ilə münasibətlərini yaxşılaşdıra bilər, həmçinin Türkiyəni enerji qovşağına çevirərək ölkənin Aİ ilə münasibətlərində mövqeyini gücləndirər və Avropa İttifaqının tranzit baxımından asılı vəziyyətə salar.

Türkiyə ilə mübahisəli sularda yerləşən yataqlarda qaz kəşfiyyatına dair Kipr və Yunanıstan arasında əldə edilmiş razılığa baxmayaraq, işlərə hələ də başlanılmamışdır. Buna səbəb Türkiyə hərbi gəmilərinin işlərə maneə olmasıdır, çünki sonuncu həmin suları özünün Müstəsna İqtisadi Zonası elan etmişdir. Türkiyənin İsrailKipr ilə olan siyasi problemi onu Şərqi Aralıq dənizinin enerji layihələrindən və qaz kəşfiyyatından kənarda qoymuşdur.

İtaliyanın ENİ və Koreyanın KOGAS şirkətinin “Blok 9’’ adlı yataqda kəşfiyyat işlərinin aparılmasına etiraz olaraq Türkiyənin bir tədqiqat və iki hərbi gəmisinin Kiprin mübahisəli sularına daxil olması nəticəsində Türkiyə-Kipr sülh danışıqları dayandırılmışdır. LakinFamagusta Gazette’’ nəşrinə əsasən, Türkiyə silahlı qüvvələrinin baş komandanlığı Türkiyəyə məxsus hərbi gəminin dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə “Aralıq Qalxanı Əməliyyatı’’ çərçivəsində platformanın doqquz kilometrliyində müşahidə apardığını bəyan etmişdir. Oktyabr ayının əvvəlində Türkiyə Kiprin Müstəsna İqtisadi Zonası hesab olunan sularda seysmik tədqiqatların aparılacağını bildirmişdir. Maykl Ley məqaləsində yazır ki, “Türkiyə dənizdə enerji məsələsini münaqişənin nizamlanması danışıqlarına daxil etmək istəyir’’.

Türkiyənin ENİ şirkəti tərəfindən Kiprin mübahisəli sularında kəşfiyyat işlərinin dayandırılması xəbərdarlığına baxmayaraq, Total, ENİ və KOGAS şirkətləri gələcək illər üçün Kiprin 2, 3, 9, 10 və 11 Bloklarında qazma işləri üçün lisenziyalar almışlar. Bundan dərhal sonra Ankara Samsun-Ceyhan neft kəməri daxil olmaqla ENİ şirkəti ilə bütün layihələri dayandırmışdır. Lakin, ENİ-nin “Cənub axını’’ layihəsinin səhmdarlarından olmasını nəzərə alsaq, bu addımı Moskvanın mövqeyinə qarşı çıxmaq kimi qiymətləndirmək olar.

Türkiyənin münasibətinə baxmayaraq, BMT Kiprin adanın su hövzəsi və quru üzərində tam suverenliyini tanıyır və bu mənada Kipr Misir, Livanİsrail ilə demarkasiya müqavilələrini imzalamışdır. Lakin Türkiyənin etirazları səbəbindən həmin yataqlar istismar edilmir. Türkiyə israr edir ki, adanın təbii sərvətlərdən əhalinin yalnız cənub hissəsi deyil bütün adanın əhalisi (Türk kiprliləri daxil olmaqla) bəhrələnməlidir.

Yunan Kipri hökumətinin həmin sərvətlərin adanın bütün əhalisinə xeyir verəcəyi ilə bağlı zəmanətinə isə Türkiyə inanmır. Kipr ərazisində maye qaz zavoduboru kəmərləri inşası sayəsində regionun enerji qovşağına çevrilmək istəyir. Digər tərəfdən, Türkiyə ilə münasibətlər pisləşdiyi halda Kipr Türkiyəyə axan qazı dayandırmaqla boru kəmərlərində texniki problemlər yarada bilər.

Lakin Misirdə Məhəmməd Mursinin prezident seçilməsindən sonra Misir hökuməti MisirKipr arasında demarkasiya sazişini ləğv etmişdiriki ölkənin dəniz sərhədlərinin yenidən baxılmasına qərar vermişdir. Kipri məyus edən şərtlərdən biri burada üçüncü ölkə kimi Türkiyənin də mövqeyi nəzərə alınmalı idi. Yeni qanuna əsasən, Misirin imzalamadığı Kiprİsrail arasında 2012-ci ilin demarkasiya sazişi, 2013-cü ildə imzalanmış MisirKipr sazişindən üstün tutulmuşdur.

Bununla yanaşı, Eilat, Aşkelon, AşdodHayfa limanlarında yerləşən maye qaz zavodları marşrutların şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İsraildən Kiprə və daha sonra Yunanıstana, oradan isə bağlayıcı kəmərlərlə Balkanlarİtaliyaya uzana biləcək Şərqi Aralıq Qaz Kəmərinin inşası və reallaşdırılması yolunda hələ də texniki və maliyyə məsələləri qalmaqdadır. 2012-ci ildə “Şərqi Aralıq Dənizi Enerji Dəhlizi’’ ilə bağlı İsrail, Kipr və Yunanıstan arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən, Kiprİsrail qazı Yunanıstana nəql edilməsi nəzərə tutulur.

Daha bir alternativ İsraildən (Leviathan) Türkiyəyə (Ceyhan) kəmərin inşasıdır. Lakin, Türkiyə və İsrail arasında mövcud siyasi problem, habelə layihənin olduqca bahalı olması bu planın reallaşdırılmasını çətinləşdirir. Kəmərin LivanSuriya ərazisi və sularından istifadə olunaraq çəkilməsi digər bir variant ola bilər, ancaq bu ölkələrdəki təhlükəsizlik vəziyyəti narahatlıq doğurur. ÇünkiJerusalem Post’’ qəzetinin məlumatına əsasən, Misirdəki kütləvi etirazları zamanı radikallar Sinay kəmərinə hücum etməsi nəticəsində İsrailin qaz təminatı dayandırılmışdır. Məhz bu səbəbdən Leviathan-Ceyhan kəmərinin LivanSuriya üzərindən aparılması təhlükəli seçim ola bilər.

Türkiyə-İsrail münasibətlərində isinişmə ABŞ Prezidenti Barak Obamanın 2013-cü ildə İsrailə səfərindən sonra baş vermişdir. Obamanın təkidi ilə NetanyahuMavi Mərmərə’’ insidentinə görə üzr istəmişdir. Lakin Kipr İsrail-Türkiyə münasibətlərin yaxşılaşmasında maraqlı deyil, çünki bu Kiprin İsrail ilə enerji əməkdaşlığına mane olur. Rəcəb Tayyib Ərdoğanın Türkiyənin prezidenti seçilməsi və Qəzza zolağının son bombardmanından sonra Türkiyə yenidən İsrail ilə təmasları dayandırmışdır.

Türkiyə və ya Kipr ilə əməkdaşlıq arasında seçim İsrail üçün strateji qərardır, çünki Türkiyə istiqamətində kəmərin inşası qiymət, manevr qabiliyyəti və ölkənin coğrafi baxımından AsyaAvropa arasında yerləşməsi səbəbindən olduqca cəlbedici görünür. Karen Ayat yazır ki, “Ola bilsin ki, İsrail seçim etməməyi seçəcək... və həm Türkiyə, həm də Kipr ilə əməkdaşlıq edəcək. Marşrutları şaxələndirərək İsrailbütün yumurtaları bir səbətə yığmayacaq’’. Ancaq bu yalnız mübahisələrin həll edildiyi təqdirdə mümkün olacaqdır.

Türkiyə-İsrail əlaqələrinin yaxşılaşdırılması Rusiya üçün da faydalı ola bilər. Belə olan haldaMavi axın II’’ təbii qaz kəmərinin inşası vasitəsilə İsrailə qazın nəqli üçün münbit şərait yaranacaqdır. Bundan savayı, Rusiya Şərqi Aralıq dənizində kəşfiyyat aparmaq arzusunu bildirmişdir. Bu səbəbdən Rusiya Kipr və Yunanıstan ilə əlaqələri gücləndirmək üçün bu ölkələrin iqtisadiyyatına sərmayə qoyuluşunu, qazla təchizatını (yalnız Yunanıstan) və Türkiyə ilə mübahisədə Kipri dəstəkləməyi nəzərdən keçirir.

RİA Novosti-nin məlumatına əsasən, 2013-cü ildə “Gazprom’’ və “Levant LNG Marketing Corporation’’ arasında Tamar layihəsindən hasil olunacaq İsrail qazının satışına dair 20-illik müqavilə imzalanmışdır. İsrail qazının kiçik həcminə baxmayaraq, Rusiya Aİ ilə münasibətlərdə əlavə üstünlük əldə edərək Avropaya qaz axınına nəzarət etmək istəyir. Öz növbəsində Türkiyənin enerji naziri qeyd etmişdir ki, strateji əməkdaşlığa zidd olaraq Rusiyanın “Gazprom’’ və “Rosneft’’ şirkətləri bu layihələrdə iştirak etməyəcəklər. Rusiya tərəfi də ehtiyatların təsdiq edilməməsi və “Cənub axını’’ layihəsinin Türkiyənin ərazi sularından keçəcəyi səbəbindən bu ölkə ilə münasibətlərin pozulmasının yolverilməzliyini xatırladaraq kəşfiyyat işlərinin olduqca riskli olduğunu qeyd etmişdir.

Müsahibəsində Şərqi Aralıq qazının perspektivi haqqında danışan Sohbet Karbuz bildirmişdir ki, “Gazprom’’ ilə mövcud müqavilələr və Avropaya ixrac olunan qazın həcmi, habelə İsrailKiprin qaz ehtiyatları və hasilata tələb olunan zaman baxımından Şərqi Aralıq qazı Avropa üçün məsələnin həlli demək deyil. Digər bir müsahibəsində S.Karbuz söyləmişdir ki, “Potensial olaraq İsrailKipr Avropaya təqribən Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə təklif edəcəyi həcmə bərabər... lakin daha ucuz qiymətə qaz təklif edə bilər’’.

Aralıq dənizi qazının Aİ üçün vəziyyəti kökündən dəyişmək iqtidarında olub-olmaması mübahisəli mövzudur. Lakin, hətta zəruri infrastrukturun bir hissəsi və hüquqi bazaya malik Cənub Qaz Dəhlizi yalnız 2018-ci ildə tam istismara veriləcəkdir. Bu səbəbdən İsrailKipr qazının Şərqi Aralıq qaz kəməri vasitəsilə və ya maye qaz şəklində Avropaya nəqlini nəzərdə tutan beşinci enerji dəhlizinin reallaşdırılması üçün zaman, kifayət qədər qaz ehtiyatı və münbit siyasi vəziyyət tələb olunur ki, burada ərazi mübahisələri və qeyri-sabitlik maneələr törədir.

İsrailKipr ilə olan gərgin münasibətlər səbəbindən Türkiyə mümkün kəşfiyyat işləri və kəmər layihələrindən kənarda qalmışdır. Ancaq suallardan biri odur ki, İsrailKipr avropalı müştərilərin ödəmək istədiyi qiymətə razı olacaqlarmı? Digər tərəfdən, İsrailKipr İordaniyaOmana da qazın satışını nəzərdən keçirir. Bu dövlətlər eyni zamanda ixraclarını AsiyaAvropa istiqamətində şaxələndirmək iqtidarındadırlarmı? Asiyada maye qazın qiymətinin yüksək olduğundan ABŞ həmin bazarları hədəfləyib və bu da Aralıq qazı üçün rəqabət yaradır. Lakin Cənub Qaz Dəhlizi kimi, Şərqi Aralıq qazı da Avropa üçün Rusiyanın qaz qiyməti və kəmərlər inhisarından azad olmaq deyil, bu inhisarın yalnız azalması deməkdir.

 

İlqar Qurbanov

 

İki sahil.- 2014.- 21 noyabr.- S.31.