YAP cəmiyyətimizin avanqardı,
böyük siyasi qüvvəsidir
21 noyabr 1992-ci il
Müstəqil Azərbaycanın
və xalqımızın
taleyində müstəsna
rol oynayan, millətin özünə
inamını, gələcəyə
nikbin baxışını
təmin edən möhtəşəm bir tarixdir.
Ölkəmizdə
ictimai-siyasi sabitliyin gərgin
olduğu, anarxiya və
hərc-mərcliyin tuğyan etdiyi həmin tarixi
dövrdə Azərbaycan vətəndaşlarında gələcəyə
inam bərqərar oldu,
tarixi şəxsiyyət, Ümummilli
Lider Heydər Əliyevin banisi
olduğu, xalqın inandığı və
güvəndiyi bir siyasi
təşkilat - Yeni Azərbaycan partiyası yarandı.
Cəmiyyət
ümümxalq inamına malik olan və ilk
növbədə milli birliyə, vətəndaş
həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə
qadir olan siyasi qüvvəyə ehtiyac
duyurdu. Əslində, 1992-ci il noyabrın 21-də Ulu
Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə belə
bir siyasi təşkilatın yaradılması Azərbaycan
xalqının sosial sifarişi,
cəmiyyətin tələbi idi.
Ötən
əsrin 80-ci illərinin axırlarından başlanan
iqtisadi, siyasi və
hakimiyyət böhranı, həmçinin həmin illərdə
Azərbaycanda rəhbərliyə gətirilən səriştəsiz,
imperiya ağaları qarşısında əyilən,
milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni
təcavüzünün qarşısını almaq, ordu yaratmaq,
xalqı səfərbər etmək, Vətənin təhlükəsizliyini
və əhalinin rifahını təmin etmək əvəzinə
öz hakimiyyətlərini qorumaq uğrunda mübarizə
aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi.
Ölkəni bürüyən total böhran AXC-”Müsavat” cütlüyünün
bacarıqsızlığı və səriştəsizliyi səbəbindən
daha da dərinləşmişdi.
Məhz belə bir ərəfədə
Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin
qarşısını almaq, uçurum qarşısında olan
dövlətimizi xilas etmək məqsədilə
xalqımızın milli maraqlar
ətrafında birləşmiş sağlam
qüvvələri, həmçinin ziyalılar dahi şəxsiyyət Heydər Əliyevə
müraciət etdilər. Beləliklə, 1992-ci
il oktyabrın 24-də ziyalıların
müraciətinə cavab məktubunda Ulu öndər Heydər Əliyevin
yaranmış vəziyyəti dərindən təhlil etməsi
və çıxış yolunu göstərməsi
noyabrın 21-də Naxçıvanda Yeni
Azərbaycan Partiyasının təsis edilməsi zərurətini
reallaşdırdı.
“YENİ,
MÜSTƏQİL AZƏRBAYCAN UĞRUNDA!” ŞÜARI
İLƏ SİYASİ MÜBARİZƏ MEYDANINA ATILAN YAP
ÖTƏN 22 İLDƏ AZƏRBAYCAN
DÖVLƏTÇİLİYİNİN
GÜCLƏNMƏSİNƏ, XALQIMIZIN RİFAH HALININ
YÜKSƏLMƏSİNƏ BÖYÜK TÖHFƏLƏR
VERMİŞDİR.
Yarandığı
gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirilən və uğurla
tətbiq edilən əsas proqram məramı
Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi
bütövlüyünün təmin
edilməsindən, demokratik, hüquqi, dünyəvi
cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü
və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət
olub və partiyamız bu
21 ildə öz məqsədlərinə
uyğun fəaliyyət göstərib. Məhz buna görə də, ümumxalq partiyasına çevrilən, 640
minə yaxın üzvü olan YAP bu müddət ərzində
ölkədə keçirilən prezident,
parlament və bələdiyyə
seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib.
Ulu öndər Heydər Əliyevin hakimiyyətdə
olduğu 1993-2003-cü illər ərzində
Azərbaycan öz dövlət müstəqilliyinin
dönməzliyini təmin edib, sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər qazanıb. Ermənistanın
Azərbaycana qarşı təcavüzünün
qarşısı alınıb, Dağlıq Qarabağ
münaqişəsinin həlli yolunda, diplomatik cəbhədə düşmən
üzərində üstünlük əldə
edilib.
Ulu öndər 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə
yenidən siyasi hakimiyyətə
qayıtdıqdan sonra bu
proses davam etdirildi.
YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi
tarixi və siyasi əsasları
mövcuddur. Məhz bu yanaşmanın doğruluğunu
isbat edən başlıca göstəricilər
qismində partiyanın müxtəlif zaman
kəsiklərində keçirdiyi
qurultayların nəticələri və bütün
ümummilli seçkilərdə əldə
etdiyi parlaq qələbələrdir.
YAP-ın yarandığı vaxtdan etibarən
Azərbaycanda keçirilən bütün
ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər
kəsə bəllidir.
Bu
gün həyatımızın bütün sahələrində böyük uğurların
qazanılmasında YAP-ın yaradıcısı və qurucusu, ulu öndər
Heydər Əliyevin ideyalarına sadiqliyini
öz əməli fəaliyyəti ilə
isbat edən Azərbaycan Prezidenti
cənab İlham Əliyevin xidmətləri
hər birimizdə böyük fərəh hissi
doğurur. Cənab İlham
Əliyevin YAP-ın Sədri kimi xalqla partiyanın sıx birliyinə nail olması da dövlət
başçımızın müdrikliyini
göstərir.
Monolit siyasi qüvvə və güc mərkəzi olan Yeni Azərbaycan Partiyası unikal
qələbələrin qazanılmasında, Azərbaycanın
tərəqqisində cəmiyyətimizin avanqardı, qüdrətli
siyasi qüvvə kimi
bundan sonra da böyük töhfələr
verəcəkdir.
Zahid Rza
İki sahil.- 2014.- 21 noyabr.- S.3.