Narkomanlığa qarşı
mübarizə günün tələbidir
Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin 24.07.2013-cü il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekusorlarının qanunsuz
dövriyyəsi və narkomanlığın yayılması
ilə mübarizə üzrə 2013-2018-ci illər Dövlət
Proqramı”ndan irəli gələn
vəzifələin yerinə yetirilməsi üçün
Yevlax rayonu üzrə tədbirlər planı tərtib
edilmiş, bu istiqamətdə görüləcək işlər
müəyyənləşdirilmiş və rayon ərazisində
narkotik vasitələrin əldə olunması və əkilməsi
istifadəsinə habelə həkim təyinatı olmadan
narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekusorlarının qəbul edilməsinə, əldə
edilərək saxalanılmasına və satmaqla yayılmasına
qarşı mübarizəni gücləndirmək məqsədi
ilə əvvəlki illərdə olduğu kimi 2014-cü ilin
ötən dövrü ərzində müəyyən
işlər görülmüşdür.
Son 10 ay ərzində narkotiklərlə
mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində 40 cinayət faktı
aşkar edilmişdir ki, onlardan 11-i qanunsuz olaarq narkotik vasitələrin
satışı, 26 fakt qanunsuz olaraq narkotik vasitələri
saxlama və 3 fakt qanunsuz olaraq narkotik tərkibli bitkilərin əklib-becərilməsi
olmuşdur. Göstərilən
faktlar üzrə 53,974 qram
narkotik vasitə olan heroin və 1 kloqram 503,76 qram narkotik vasitə qurudulmuş marixuana və
11,32 qram narkotik vasitə
olan tiryək aşkar
edilərək maddi sübut
kimi götürülərək
dövriyyədən çıxarılmışdır. 24 nəfər
cinayət 1 nəfər
isə inzibati məsuliyyətə cəlb
edilmişdir. “XAŞ-XAŞ
2014” şərti adlı kompleks əməliyyat-axtarış
və profilaktiki tədbirlər
planının icrası ilə əlaqədar olaraq
rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 11 ton
185 kq təşkil edən 116998 ədəd
tərkibində narkotik maddələr olan çətənə (kannabis)
kolları aşkar olunaraq
məhv edilmişdir.
2013-cü
il ərzində rayon ərazisində
narkotiklərlə mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində 35 cinayət faktı aşkar edilmişdir ki, onlardan 11-i qanunsuz olaraq narkotik vasitələrin satışı 23 fakt qanunsuz olaraq
narkotik saxlama və 5 fakt isə qanunsuz olaraq narkotik tərkibli
bitkilərin əkib-becərilməsi faktı olmuşdur. Göstərilən faktlar
üzrə 10,333 qram narkotik
maddə olan heroin və
1,394 qram narkotik vasitə
qurudulmuş marixuana aşkar edilərək maddi
sübut kimi
götürülərək dövriyyədən
çıxarılmışdır. 24 nəfər cinayət
məsuliyyətinə cəlb edilmişdir.
“XAŞ-XAŞ
2013” şərti adlı kompleks əməliyyat-axtarış
və profilaktiki tədbirlər
planının icrası ilə əlaqədar olaraq
2013-cü il ərzində rayon
ərazisində yabanı halda bitmiş ümumi çəkisi
11 ton 175 kq təşkil
edən 119876 ədə tərkibində narkotik
maddələr olan çətənə
(kannabis) kolları aşkar
olunaraq tərəfimizdən məhv edilmişdir.
Göründüyü kimi görülmüş
tədbirlər və keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə
2014-cü ilin müvafiq
dövrü ərzində 5 cinayət
faktı artıq aşkar etmiş
və dövriyyədən daha çox narkotik vasitələr çıxarılmışdır.
Rayon ərazisində narkotik vasitələrin,
psixotrop dərmanların qanunsuz
yayılması və həkim təyinatı olmadan
narkotik maddələrin qəbulu ilə məşğul
olan şəxslərlə mübarizəni
gücləndirmək məqsədi ilə rayon
ərazisində yerləşən təşkilatlarda, təhsil
ocaqlarında görüşlər keçirilmiş,
gənclər və
yeniyetmələr arasında narkomaniyanın insan
üçün “Ağ
ölüm” olmasının mənfi
fasadları barədə “Narkomaniyasız gələcək”, “Narkomaniya əsrin bəlasıdır” adlı
məruzələrlə çıxışlar edilmişdir. Belə görüşlər
zamanı əyaniliyi təmin etmək üçün
video çarxlardan, plakatlardan istifadə olunmuşdur.
Həmçinin kütləvi informasiya
vasitələrində o cümlədən
yerli “Kür” qəzetində
narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizə sahəsində əldə edilmiş uğurlar, mövcud çatışmamazlıqlar
işıqlandıırlmışdır.
Narkomanlıqla
bağlı hüquqpozmalara meyilli olan yetkinlik
yaşına çatmayanların və gənclərin
yaşayış yerləri, işlədiyi və təhsil
aldığı inzibati ərazilər
üzrə polis orqanlarının yerli icra Hakimiyyəti, bələdiyyə,
təhsil işçiləri, əmək kollektivləri və
müvafiq komissiyalarla
əlaqələri gücləndirilmiş,
bu istiqamətdə tədbirlər
hazırlanıb həyata keçirilmiş
və belə tədbirlər mütəmadi olaraq
davam etdirilir.
Yevlax rayon Polis
şöbəsi və şəhər poliklinikasında 372 nəfər
dispanser, 176 nəfər isə profilaktiki (narkoloji kabinetdə
nəzarətdə olan) qeydiyyatdadır.
Narkomaniya kimi ağır xəstəliyə
düçar olanların müalicəsi
və cəmiyyətə inteqrasiya
olunması üçün bütün vasitələrdən istifadə
etməyə çalışırıq. Hazırda 6 nəfər
belə xəstə göndəriş əsasında narkoloji dispanserdə müalicə olunur ki, onlardan
da 3 nəfəri könüllü
müraciət edənlərdir.
Həkim
təyinatı olmadan narkotik
vasitələrin qəbul etdiklərinə görə dispanser və profilaktiki qeydiyyatda olan narkomanlarla əlaqədar və əvvəllər
məhkum olunmuşlarla müntəzəm
olaraq profilaktiki tədbirlər
aparılmış və hazırda onlardan
cinayət törətməyə meyilli
olanlarının hərəkətləri əməliyyat yolu
ilə izlənilməsi davam etdirilir. Narkomanlığa qarşı
mübarizəyə vətəndaşların aktiv
cəlb olunması üçün Şəhər
İcra Hakimiyyətində fəaliyyət
göstərən komissiyanın etimat telefonu yaradılmışdır.
Narkotiklərlə
mübarizə sahəsində görülmüş
işlərlə yanaşı bir sıra
nöqsanlar da mövcuddur. Beləki, rayon
ərazisində narkotik tərkibli dərmanların
həkim təyinatı olmadan
ayrı-ayrı şəxslər tərfindən
satılması barədə məlumatlar daxil
olmasına baxmayaraq hələlik həmin
şəxslərin ifşa edilməsi mümkün olunmamışdır. Bu istiqamətdə
əməliyyat mövqeləri yaradılmış və həmçinin
reydlər keçirilmiş, əlaqəda
olan məxfi əməkdaşlar təlimatlandırılmış
və bu istiqamətdə gələcəkdə
mübət nəticə əldə edilməsi üçün məqsədyönlü tədbirlər
həyata keçiriləcəkdir.
Narkotik vasitələrin və onların
prekusorlarının qanunsuz dövrüyyəsinə
qarşı aparılan mübarizə daim
diqqət mərkəzindədir və bu
istiqamətdə tədbirlərimiz davam etdirilir.
Qənimət Qaraşov,
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini,
Narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə Komissiyasının sədri
İki
sahil.- 2014.- 22 noyabr.- S.30.