“ARDNŞ- gənclərlə bağlı layihələr, təhsil

karyera imkanları, qarşıda duran vəzifələr

 

Noyabrın 21-də “Neftqazelmitədqiqatlayihəİnstitutunda “ARDNŞ- gənclərlə bağlı layihələr, təhsil karyera imkanları, qarşıda duran vəzifələrmövzusunda görüş keçirilmişdir.

Tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev başda olmaqla şirkət rəhbərliyinin nümayəndələri, Təhsili Nazirliyinin, Gənclər İdman Nazirliyinin yüksək vəzifəli təmsilçiləri, ölkəmizdəki ali təhsil müəssisələrinin rəhbərləri, eləcə Şirkətin Təqaüd Proqramları çərçivəsində xaricdə Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr, habelə bu proqramlar çərçivəsində şirkətin idarə müəssisələrində işə qəbul olunmuş gənc mütəxəssislər iştirak etmişlər.

ARDNŞ prezidenti Rövnəq Abdullayev çıxış edərək görüşün əlamətdar günə - Yeni Azərbaycan Partiyasının yaradılması gününə təsadüf etdiyini bildirmiş, tədbir iştirakçılarını təbrik etmişdir. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışmış, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs etmişdir. Ölkəmizdə davamlı olaraq həyata keçirilən gənclər siyasətindən danışan Rövnəq Abdullayev gənc nəslin ictmai fəallığının artırılması, onun enerji potensialından daha effektiv istifadə edilməsi, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində yaradılmış imkanlardan söz açmış, qeyd etmişdir ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrəDövlət Proqramları qəbul olunmuş, 2013-cü ildə Gənclər Fondu yaradılmış, Gənclər üçün Prezident Mükafatı təsis edilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq mötəbər idman intellektual turnirlərdə gənclərin əldə etdikləri uğurları yüksək qiymətləndirən ARDNŞ-nin prezidenti enerji ehtiyatlarından əldə olunan gəlirlərin insan kapitalının inkişafına yönəltməklə Azərbaycanın davamlı inkişafının təmin olunduğunu vurğulamış, bu mənada Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələri yüksək dəyərləndirmişdir. Qarşıdakı illərdə Şirkətin həyata keçirəcəyi başlıca layihələrdən danışan ARDNŞ-nin prezidenti həmin layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu söyləmişdir. Bildirilmişdir ki, Şirkət fəhlə kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atıb. Bu gün neft sənayesi üçün lazım olan fəhlə kadrlarının 80 %-i Şirkətin Təlim, Tədris Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən 5 təlim-tədris mərkəzində hazırlanır. İndiyədək bu mərkəzlərdə 41 min müdavim ixtisasartırma, ikinci peşəyə yiyələnmə, yenidən hazırlanma kurslarına cəlb olunmuş, 1055 gənc isə peşə hazırlığı keçərək, SOCAR-ın müxtəlif müəssisələrində işlə təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ARDNŞ- ehtiyac duyulan ixtisaslar üzrə azərbaycanlı gənclərin xarici ölkə universitetlərində təhsilinin təşkil olunmasına 2006-cı ildən başlanılmışdır. İndiyədək 250 gəncin Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilmiş, onların 199 nəfəri təhsilini bitirib Vətənə qayıtmış SOCAR-da işlə təmin olunmuşdur.

Şirkət prezidenti Azərbaycanda fəaliyyət göstərən ali məktəb tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ təqaüdlərinin gənclər arasında xüsusi populyarlıq qazandığını qeyd etmişdir. İndiyədək keçirilmiş 17 seçim müsabiqəsində Azərbaycan universitetlərinin 13 mindən artıq əlaçı tələbəsi iştirak etmiş, onlardan 1681 tələbə SOCAR təqaüdünə layiq görülmüşdür. Rövnəq Abdullayev bildirmişdir ki, 2009-cu ildən etibarən təhsilini təqaüdçü kimi başa vuran məzunlarla yanaşı təqaüd müsabiqələrində fərqlənənlərə işə qəbul zamanı üstünlük verilir. İndiyədək 161 nəfər bu yolla işə qəbul olunmuşdur. Vurğulanmışdır ki, Şirkət üzrə kadrların keyfiyyət tərkibində müsbət dəyişikliklər baş vermiş, qısa müddət ərzində işçilərin ümumi sayında gənclərin xüsusi çəkisi yüksəlmişdir. 2014-cü ildə həm SOCAR-ın struktur bölmələrinin idarəetmə aparatında, həm Baş ofisdə çalışan gənclərin xüsusi çəkisi 2005-ci illə müqayisədə təxminən 2 dəfə artmışdır. Gənclər bu gün Şirkətin Baş ofisində ümumi işçilərin 23 %-ni, 35 yaşına qədər olan əməkdaşlar isə 43,7 %-ni təşkil edir.

İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli gənclər arasında görülmüş işlər haqqında statistikanı açıqlamışdır. Tədbirdə ARDNŞ-nin həyata keçirdiyi kadr hazırlığı proqramları haqqında qısa film nümayiş etdirilmiş, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, universitet rektorları, YAP Gənclər təşkilatının sədri Seymur Orucov çıxış etmişlər. Görüş iştirakçıları gənclərə göstərilən diqqət qayğıya görə minnətdarlıqlarını bildirmiş, neft-qaz sənayesinin inkişaf perspektivləri haqda fikirlərini söyləmiş, onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Sonra “SOCAR Yay Məktəbi 2014” layihəsində 1-ci yeri qazanan qalib komandanın üzvlərinə sertifikatlar ARDNŞ-nin təqaüdünə birinci dəfə layiq görülmüş tələbələrə plastik bank kartları təqdim olunmuşdur.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 22 noyabr.- S.6; 16-18.