Tarın kəşf edilməsi

 

Londonda Azərbaycan musiqi gecəsi

 

Butaİncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda ikinci BeynəlxalqButaAzərbaycan İncəsənəti Festivalı çərçivəsindəTarın kəşf edilməsiadlı konsert keçirilib.

Londonun məşhurMərkəzi Vestminstersalonunda təşkil edilən gecədə diasporumuzun təmsilçiləri, yerli xarici ictimaiyyətin nümayəndələri daxil olmaqla xeyli sayda sənətsevər iştirak edib.

Butaİncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev dünyada Azərbaycan mədəniyyətinin, musiqisinin incəsənətinin özünəməxsus yeri olduğunu diqqətə çatdırıb.

Milli musiqi alətimiz olan tarın tarixindən bəhs edən N.Piriyev, onun geniş səs diapazonuna zəngin ifaçılıq imkanlarına malik alət olduğunu bildirib. Milli musiqi ifaçılığında həm solo, həm müşayiətçi alət kimi istifadə edilir. Muğam sənətində tar aparıcı alətdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu alətdən geniş istifadə olunur.

Azərbaycan musiqi sənətinin, beynəlxalq ictimaiyyət tərəfindən çox sevildiyini qeyd edən, N. Priyev tarix, mədəniyyət incəsənətimizi yaxından tanımaq istəyənləri ölkəmizi ziyarət etməyə çağırıb.

Daha sonra konsertdə azərbaycanlı sənətkarlar-Aslan Növrəsli, Munis Şərifov, Nurlan Növrəsli,Tərlan Növrəsli, Vüqar Şərifzadə, Çingiz Mustafayev başqa musiqiçilərin ifasında tarın müşaiyəti iləŞurmuğamı, Azərbaycan xalq mahnıları digər təsnif muğamlarımız səsləndirilib.

Konsertdə milli musiqi alətimiz tar ilə müasir musiqi alətlərinin vəhdəti dinləyicilərdə böyük maraq doğurub.

Gecənin ikinci hissəsində Britaninayın məşhur “Royal Philharmonic Orchestra”sının ifasındaBayatı Şiraz”, “Sarı Gəlin digər Azərbaycan xalq musiqisi numunələri, həmçinin Antonio Vivaldi kimi məşhur bəstəkarların repertuarlarından musiqilər səsləndirilib.

 

İki sahil.- 2014.- 29 noyabr.- S.14.