Sənaye potensialının

gücləndirilməsi prioritetdir

 

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2014-cü ilinSənaye ilielan edilməsi qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmaq üçün mühüm tədbirlərin həyata keçirilməsini təmin edəcək

 

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev ötən ilin tarixdə uğurlu il kimi qaldığını bildirərək bu inamı ifadə etdi ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər cari iliuğurla başa vuracağımıza imkan yaradacaq: “Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması-bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.”

Daim vurğulandığı kimi, hər bir ilin konkret sahənin adı ilə bağlanması, o istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsi bir daha bu həqiqəti ortaya qoyur ki, hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir. Müşavirədə dövlət başçısı İlham Əliyev yuxarıda qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün cari ilin “Sənaye ilielan edilməsinin zərurət olduğunu diqqətə çatdırmışdır. Ölkə Prezidentinin 2014-cü ilin “Sənaye ilielan edilməsi haqqında sərəncamında da qeyd edilir ki, ölkə sənayesi yeni inkişaf mərəhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

Ötən il tarixdə “İKT ilikimi qaldı. Hər bir ölkənin gələcək inkişafında yeni texnologiyaların rolunu önə çəkən dövlət başçısı İlham Əliyev bu yeniliklərin bütün sahələrdə öz əksini tapmasının zəruriliyini diqqətə çatdırır. Müasirləşmək, yeniləşmək dövrün əsas tələbinə çevrilib. Yeni yaradılan və yaradılması nəzərdə tutulan müəssisələr bu baxımdan diqqətçəkəndir. Bir vacib məqamı da qeyd edək ki, strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmlərindən bəhs edərkən, peşəkar kadr məsələsi də vacib amil kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyub: “Qarşımızda duran vəzifələri icra etmək üçün ilk növbədə hazırda peşəkar kadrlar lazımdır. Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir.” Qeyd edək ki, son on ildə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da mühüm uğurlar əldə olunub. Belə ki, bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələri yaradılıb, sənaye məhsulu istehsalının həcmi 2,7 dəfə artıb. Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görməsi də bu kimi uğurlarımızın göstəricilərindəndir.

Malik olduğu zəngin təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi qüdrətini və maliyyə imkanlarını artıran Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı baxımından xüsusi diqqət çəkir. Ötən il ümumi iqtisadi artım 6 faiz, qeyri-neft sektoru 9,8 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişafının dövlətimizin siyasətində prioritet məsələ olması beynəlxalq tədbirlərdə də yüksək dəyərləndirilir. Azərbaycanın yeni iqtisadisosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də bu uğurlu siyasətdən qaynaqlanır. Cənab İlham Əliyev ölkənin hərtərəfli inkişafında Bakı və Bakıətrafı qəsəbələrinin, regionların tərəqqisini prioritet məsələ kimi öndə saxlayaraq, təsdiqlədiyi Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələri açıqladı. Qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının, eyni zamanda regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq görülən işlərin nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər bu gün bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə ildə çox sürətlə inkişaf etmişdir. Artıq Bakı və Bakıətrafı qəsəbələrin, eyni zamanda regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatıb, yeni sənədin qəbulu nəzərdə tutulur. Dövlət başçısı İlham Əliyevin hər bir bölgəyə, qəsəbəyə səfəri yeni müəssisələrin istifadəyə verilməsi və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Yeni müəssisələrin açılması yeni yeri deməkdir. Son on ildə bir milyon 200 mindən artıq yeni yerinin açılması da bunun təsdiqidir.

Ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, yeni yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, işsizliyinyoxsulluğun azaldılması əsas vəzifə kimi qeyd olunur.

Müşavirədə bir daha bildirildi ki, cari ildə qarşıda duran bütün vəzifələrin uğurlu icrasına əsas var. İnvestisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması- bütün bu amillər ölkəmizin uğurlu inkişafını təmin edəcək.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 29 noyabr.- S.3.