Bakıda məşhur
fransız rəssamı
Bernar Buffenin fərdi sərgisi açılıb
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə
tanış olub
Sentyabrın 26-da Bakıda, Heydər Əliyev
Mərkəzində məşhur fransız rəssamı
Bernar Buffenin fərdi sərgisinin açılış mərasimi
olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva və Arzu Əliyeva açılış mərasimində
iştirak ediblər.
Mərasimdə çıxış edən
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov
sərgi haqqında məlumat verərək deyib ki, bu gün
növbəti layihəmizi təqdim edirik. Bir neçə ay ərzində
şəhərimizin sakinləri və qonaqları Heydər
Əliyev Mərkəzində görkəmli fransız rəssamı
Bernar Buffenin sərgisi ilə tanış ola bilərlər.
A.Ələkbərov layihənin ərsəyə gəlməsində
böyük zəhməti olan Heydər Əliyev Mərkəzinin
və London Opera Qalereyasının kollektivlərinə dərin
minnətdarlığını bildirdi. O, diqqətə
çatdırdı ki, layihənin ideya müəllifi Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
ƏLİYEVA sərginin açılışında
çıxış edərək dedi:
- Əziz dostlar!
Mən sizin hamınızı Bakıda, Heydər
Əliyev Mərkəzində fransız rəssamı Bernar
Buffenin sərgisinin açılışında görməkdən
çox şadam. Yəqin ki, sizlərdən çoxunuz
artıq onun yaradıcılığı ilə
tanışsınız, lakin çoxunuz da onun haqqında bu
gün ilk dəfə öyrənəcəksiniz. Mən
birinci dəfə Buffenin yaradıcılığı ilə
iki il bundan əvvəl tanış oldum və ilk
baxışdan onun əsərlərinə vuruldum. Mənim
üçün onun əsərləri emosiya, hisslər və
dərinliklə doludur. Hətta onun ən kədərli və
tünd çalarlı əsərləri yenə də
müsbət enerji verir və əhval-ruhiyyəni yüksəldir.
Buffe yaradıcılığı boyu 12 mindən
çox əsər yaradıb. Çox parlaq, dramatik,
maraqlı həyat yaşamasına baxmayaraq, o, demək olar ki,
unudulub. Əminəm ki, bugünkü sərgi vasitəsilə
xeyli insan bu böyük rəssam haqqında məlumat əldə
edə biləcək.
Sərginin açılışında
dünyanın bir çox şəhərlərindən
qonaqların iştirak etdiyini bildirən Leyla Əliyeva dedi:
“Əksəriyyətiniz Azərbaycanda çox olmusunuz, bəzilərinizin
isə ölkəmizə ilk səfəridir. Lakin hər
birinizin ölkəmizin tarixi, mədəniyyəti, təbiəti,
memarlığı haqqında kəşf edəcəyi
çox şey var. Fərqli mədəniyyətlərin, dinlərin,
ənənələrin kombinasiyası hər zaman bizə yeni
yaradıcı ideyalar bəxş edir. Fürsətdən
istifadə edərək mən noyabr ayında Londonda həyata
keçiriləcək növbəti layihəmizin anonsunu vermək
istəyirəm. Həmin sərgidə məşhur rəssamların
əsərləri nümayiş olunacaq”.
Sərginin təşkilatçılarına təşəkkür
edən Heydər Əliyev Fondunun vitse-prezidenti bildirdi: “Zənnimcə,
ən qüdrətli incəsənət bu günün meyllərini
izləmək deyil, səmimi və dərin əsərlər
yaratmaqla zamanın sınağından keçməkdir. Məncə,
Buffe rəssam kimi buna nail olub”.
Sonra London Opera Qalereyasının direktoru
Jan-David Malat çıxış edərək sərginin təşkilində
əməyi olan hər kəsə dərin təşəkkürünü
bildirdi.
Daha sonra tədbir iştirakçıları
sərgi ilə tanış oldular.
Sərgi ilə tanışlıq zamanı məlumat
verildi ki, rəssamın Bakıdakı ilk fərdi sərgisində
43 əsəri nümayiş olunur. Onların sırasında
müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi
soyulmuşlar” silsilələrindən rəsmləri, eyni
zamanda, avtoportretləri yer alıb.
Sərginin təşkili ərəfəsində
Bernar Buffenin əsərlərinin reproduksiyasından ibarət
kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Leyla Əliyeva ön sözdə Bernar Buffenin əsərlərinin
Bakıya gətirilməsindən və dünyanın
istedadlı memarlarından olan Zaha Hadid tərəfindən
layihələndirilən Heydər Əliyev Mərkəzində
sərgilənməsindən məmnunluq hissi keçirdiyini
qeyd edib.
Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki
sərgisi 2015-ci il yanvarın 15-dək davam edəcək.
Bernar Buffe
1928-ci il iyunun 10-da
Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri
ilə məşhurlaşıb. Î, “Fəxri Legion”, “İncəsənət və Ədəbiyyat”
ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Buffe
Muzeyi yaradılıb. Parkinson xəstəliyindən
əziyyət çəkən rəssam 1999-cu ildə 71
yaşında intihar edib.
İki sahil.- 2014.- 27 sentyabr.- S.10.