Ulduzqapılarını açdı

 

2001-ci ildəUlduzşokolad fabrikinin fəaliyyətə başlaması respublika iqtisadiyyatında qənnadı yeyinti sahəsinin inkişafına güclü təkan verib

 

DünənUlduzŞokolad Fabrikində mətbuat nümayəndələri üçünAçıq Qapıgünü elan edildi. Əvvəlcə media nümayəndələri üçün fabrikin konfrans zalında təqdimat keçirildi.

 

Təqdimat mərasimindəVeysəloğluŞirkətlər Qrupunun Maliyyə İnkişaf işləri üzrə müşaviri İlqar Nuri qeyd etdi ki, fabrikin əsas məqsədi yerli xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli geniş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu qorumaq artırmaq, fəaliyyət sahəsini yerli beynəlxalq qanunvericiliyin tələbləri, Keyfiyyət İdarəetmə Qida Təhlükəsizliyi Sistemlərinə uyğun olaraq qurmaq Halal Qida qanunlarına riayət edərək, istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməkdir. İ.Nuri hal-hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışdığını bildirərək yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin saylarının bir neçə dəfə artmasına şərait yaradacaq. İşçilərin şəraiti barədə məlumat verilərkən İ.Nuri onu da əlavə etdi ki, fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin vaxtı çay isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyətinin bilik bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar seminarlar təşkil olunur.

Təqdimat mərasimində fabrikin direktoru Vüsal Şərifov rəhbərlik etdiyi istehsal müəssisəsi barədə ətraflı məlumat verərək bildirdi ki, 2001-ci ildəUlduzşokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı yeyinti sahəsinin inkişafına güclü təkan verib. Onun sözlərinə görə, fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirib. V.Şərifov qeyd etdi ki, “Ulduzşokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevilib. Məhsullara olan tələbat hər gün artırdı. Fabrik yerli bazara yeni bir ad “Ulduzşokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər möhkəmləndirdi. Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb oldu. Fabrik ilk məhsulu olan, tez bir zamanda istehlakçılar tərəfindən sevilərək qəbul edilənUlduzşokoladlarından bu günkü müxtəlif rəngarəng çeşidli məhsullarına qədər böyük inkişaf yolu keçib.Ulduzfabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olanRitm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - Topnut markalı Draje Cırtdan, Freş, Alpinmilk, Villi markalı Karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirib. Fabrikdə istehsal olunan müxtəlif çeşidli şokolad məhsulları Azərbaycanın bütün bölgələrinə yayılıb böyük istehlakçı kütləsinin rəğbətini qazanıb. İnkişafdakı dinamikliyi möhkəmləndirmək, ixrac potensialını daha da genişləndirmək məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirmə siyasəti bu gün davam etdirilir.” V.Şərifov fabrikin inkişaf edərək ölkə hüdudlarından kənarda da tanınmağa istehlakçı auditoriyasını genişləndirməyə nail olduğunu dilə gətirib. Fabrikin rəhbəri onu da bildirdi ki, ötən illərdə fabrikin ixrac potensialı daha da artırılaraq Rusiya Federasiyasının Moskva, Sankt Peterburq, Ufa, Mahaçkala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belorus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanılıb.

Fabrikin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Lalə Eminova hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən müəssisədə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırıldığını söylədi. Qeyd etdi ki, fabrikdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsiUlduzşokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Onun sözlərinə görə, istehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənib fabrikdə yeni müasir avadanlıqlar quraşdırılıb. L.Eminova vurğuladı ki, tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern şəraiti qurulub. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqram daha artıqdır. Əldə olunan uğurlar kollektivi daha məsuliyyətlə çalışmağa, texnoloji yeniliklərin tətbiqini daim diqqət mərkəzində saxlamağa sövq edir. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir müəssisə kimiUlduzşokolad karamel fabriki bu gün öz araşdırmalarını davam etdirərək işini günün tələbləri səviyyəsində qurmağa çalışır.”

Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə başqaları da çıxış edərək, istehsal müəssisəsində yaradılan şərait, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdilər.

Təqdimat mərasimindən sonra jurnalistlər istehsal prosesi ilə yaxından tanış oldular. Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə, müasir texnologiyaların istehsalata tətbiqi, eləcə müştəri məmnuniyyətiUlduz”un əsas fəaliyyət hədəflərindəndir. Fabrik işçilərin müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir.

Media nümayəndələri fabrikin işçilərinin gündəlik istifadə etdiyi yeməkxanada nahar etdikdən sonraAçıq Qapıgünü sona çatdı.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2014.- 1 oktyabr.- S.13.