“Cənub dəhlizi”:
Qlobal enerji
təhlükəsizliyinə doğru mühüm addım
Sentyabr ayının 20-də Bakıda “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimi olub. Həmin gün həm də “Əsrin müqaviləsi”nin 20 ili tamam olub. Azərbaycanın paytaxtına təşrif buyurmuş yüksək səviyyəli qonaqlar tədbirdə iştirak ediblər. Onlar “Cənub dəhlizi” layihəsinin strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, onun regional və beynəlxalq əməkdaşlığa verəcəyi faydanı qeyd ediblər. Bundan əlavə, söhbət bütövlükdə qlobal enerji təhlükəsizliyi sisteminin formalaşmasına verilən töhfədən gedir. Bu hadisənin tarixi əhəmiyyətini və faydasını da nəzərə almaq lazımdır.
Enerji strategiyasının
uğurları:
Azərbaycanın regional əməkdaşlıqda rolu
Azərbaycanın enerji siyasətinin səmərəliliyi
danılmazdır. Regional əməkdaşlıq
və təhlükəsizlik sahələrində onun mühüm rol oynadığına da
şübhə yoxdur. Bir-birinin
ardınca həyata keçirilən iri
layihələr Bakının dünya
siyasətindəki mövqeyinin daha da möhkəmlənməsinə
müsbət təsir göstərir. “Cənub qaz
dəhlizi”nin təməlqoyma mərasimi bu
aspektdə bir sıra vacib
məqamları üzə çıxardı.
Sentyabrın 20-də paytaxt Bakıda keçirilən bu tədbirdə bir
sıra ölkələrin rəhbərləri, iri beynəlxalq şirkətlərin nümayəndələri
iştirak ediblər. Azərbaycan
Prezidenti İlham
Əliyev mərasimdə çıxışı zamanı “neft-qaz sahəsində yeni
beynəlxalq komanda formalaşır” deyə,
qeyd edib (bax: Bakıda “Əsrin
müqaviləsi”nin 20 illiyinə və “Cənub qaz dəhlizi”nin təməlinin qoyulmasına həsr
olunmuş təntənəli mərasim keçirilib / AzərTAc, 20 sentyabr
2014).
Bu,
tarixi fikirdir. Çünki müstəqilliyini yeni əldə etmiş
ölkə kimi Azərbaycan enerji sahəsində qlobal
əhəmiyyətli layihə üzrə beynəlxalq
komandanın formalaşmasında prinsipial rol oynayır! 20 il bundan əvvəl “Əsrin müqaviləsi”nin
imzalanmasına ulu öndər Heydər
Əliyevin çox böyük
zəhmət və siyasi iradəsi sayəsində nail
olunmuşdu. Elə o zaman da
Qərbin Azərbaycanla enerji sahəsində
əməkdaşlığının faydalı
olacağına hər kəsi məhz Heydər Əliyev
inandırmışdı. Bu nailiyyət indi yeni bir
iri layihə ətrafında beynəlxalq
komandanın formalaşdırılmasına imkan
verib.
Məsələnin geosiyasi aspekti daha əhəmiyyətlidir. Dünyanın
müxtəlif regionlarında mürəkkəb geosiyasi proseslər gedir. Bir sıra ölkələr öz
müstəqilliklərini qorumaq üçün çox
çətin situasiyalardan
çıxmağa çalışırlar. Belə bir dövrdə Azərbaycan nəinki öz suverenliyini təmin edir, hətta beynəlxalq səviyyədə enerji təhlükəsizliyi sahəsində də
vacib addımlar atır.
Bu kontekstdə Avropa
Komissiyasının sədri J.M.Barrozunun fikri çox ibrətamizdir.
O, deyib: “Bu dəhliz başa çatdıqdan sonra
Qafqazdan Türkiyəyə, Yunanıstan və
Albaniya ərazilərindən keçərək
2000 kilometrlik məsafəni qət edəcək
və Xəzər dənizini Avropa
İttifaqının mərkəzi ilə birləşdirəcək.
Lakin bu layihə
yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün
əsl mənasında, geostrateji bir layihə olacaq” (bax: Joze Manuel Barrozu: “Cənub qaz dəhlizi” XXI əsrin
layihəsi olacaq / AzərTAc, 22 sentyabr 2014).
Avropa İttifaqının məmuru burada lakonik şəkildə
iki mühüm aspekti ifadə edib. Birincisi, “Cənub qaz dəhlizi”
Xəzər dənizi hövzəsi ilə Avropanın mərkəzini
nəqliyyat axını cəhətdən birləşdirəcək.
Asiyadan Avropaya uzanan yol Bakıdan
keçəcək. Bu, Azərbaycanın
bədxahlarının geosiyasi sərsəmliklərinə
verilən tutarlı bir cavabdır. İkincisi, həmin layihənin əhəmiyyəti
yalnız bununla məhdudlaşmır. O,
bütövlükdə enerji təhlükəsizliyi
və geosiyasi yeniləşmə
baxımından XXI əsrin tələblərinə cavab verir!
Məlumdur ki, mütəxəssislər dünyanın yeni geosiyasi
nizamının formalaşmaqda
olmasından danışırlar. Bu, çox ağrılı və özündə
xeyli yenilik ehtiva edən bir prosesdir. İndi enerji faktorunu nə geosiyasətdən,
nə mədəniyyətdən, nə də geoiqtisadiyyatdan
ayırmaq mümkün deyil.
Azərbaycan Prezidenti İlham
Əliyevin bu kontekstdə çox
gözəl fikri vardır. O, “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimindəki
çıxışı zamanı vurğulayıb: “Enerji təhlükəsizliyi əslində hər
bir ölkənin milli
təhlükəsizliyi məsələsidir. Bu
gün enerjini siyasətdən,
iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində biz
hamımız tərəfdaşlarımızla iştirak edəcəyik” (bax:
bax: Bakıda “Əsrin
müqaviləsi”nin 20 illiyinə və “Cənub qaz dəhlizi”nin təməlinin qoyulmasına həsr
olunmuş təntənəli mərasim keçirilib / AzərTAc, 20 sentyabr
2014).
Xəzərdə beynəlxalq əməkdaşlıq:
“Cənub
dəhlizi” ilk nümunə kimi
Hazırkı mərhələdə
Azərbaycanın belə yüksək səviyyədə qlobal təhlükəsizlik sisteminin
formalaşmasında iştirakı strateji
əhəmiyyətli bir məsələdir.
Digər tərəfdən, söhbət tarixdə ilk dəfə olaraq Xəzər
dənizində beynəlxalq əməkdaşlığın
reallaşmasından gedir. Bu
barədə ayrıca fikir bildirən İlham Əliyev həmin prosesin
bütövlükdə dünya üçün əhəmiyyətini dəqiq
ifadə edib.
Məsələ
burasındadır ki, indiyə qədər
Xəzər bir sıra dövlətlər
üçün silahlanma,
öz marağını başqalarına
diqtə etmə, əməkdaşlığa mane
olma məkanı olub.
Azərbaycan bu mənfi tendensiyanı dəyişir.
“Cənub qaz dənizi” layihəsi Qafqazdan tutmuş Avropaya qədər geniş
coğrafi məkanda yerləşən bir neçə dövlətin Xəzərdə
birgə fəaliyyətini təmin edir. Onlar bu kontekstdə silahlanmaya qoyacaqları xərcləri deyil, əldə edəcəkləri mənfəətləri
sadalayırlar. Bakıda keçirilən təməlqoyma mərasimində
çıxış edən hər bir xarici ölkə nümayəndəsi bu barədə danışıb.
Bolqarıstanın prezidenti R.Plevneliev 2019-cu
ildə ölkəsinə ildə 1 milyard
kubmetr qaz nəql ediləcəyindən
bəhs edib. Gürcüstanın baş naziri İ.Qaribaşvili yoxsulluğun
aradan qalxmasında və yeni
iş yerlərinin açılmasında
Azərbaycanın təşəbbüskarı olduğu layihələrin rolundan
danışıb. Yunanıstanın baş
naziri “Cənub qaz dəhlizi”nin
hökumət üçün prioritet məsələ olduğunu
deyib. Türkiyənin energetika
və təbii sərvətlər naziri
T.Yıldız bu layihənin Avropanın qaza olan ehtiyacının
ödənilməsində əsas rol
oynayacağını bildirib (bax: əvvəlki mənbəyə).
Bu fikirlərdən aydın görünür ki, “Cənub
qaz dəhlizi” layihəsi böyük
bir geosiyasi məkanda ciddi tarixi hadisədir. Onun reallaşması ilə Avropanın enerji ilə təchizatında həm yeni mərhələ başlayacaq,
həm də geosiyasi qüvvələr
balansı yeniləşəcəkdir. Başqa
tərəfdən, bu layihə Asiya istiqamətində də yeni
əməkdaşlıq modellərinə təkan verə bilər.
Həmin baxımdan Qazaxıstan və Türkmənistanın
“Cənub dəhlizi”nə qoşulması maraqlı məqamdır.
Bu əsasda Mərkəzi Asiyada
enerji uğrunda
mübarizə yeni məzmun kəsb edə
bilərmi?
Məlumdur ki, Çin həmin regionda çox fəallaşıb.
Pekin əsasən enerji
sahəsində əməkdaşlıq istiqamətində ciddi işlər həyata keçirir.
Lakin Xəzər hövzəsində ilk beynəlxalq əməkdaşlıq
nümunəsi “Cənub dəhlizi”dir. Deməli, kiminsə etiraz etmək üçün
əsası yoxdur. Bu,
Azərbaycanın təşəbbüskarı olduğu layihələrin həm də Asiya dövlətləri üçün
cəlbedici ola biləcəyini
düşünməyə əsas verir.
Azərbaycan enerji strategiyasının çox
vacib bir mərhələsini
uğurla başa
çatdırır. “Əsrin müqaviləsi”nin 20-ci
ildönümündə yeni nəhəng
layihənin təməlqoyma mərasiminə ev
sahibliyi etmək böyük
hadisədir. Bununla Azərbaycanın regional əməkdaşlığın
mərkəzi olmasını Qərb də qəbul etmiş olur. Çünki həmin tədbirdə iştirak edən qonaqların fikirlərində
Azərbaycan-Gürcüstan-Türkiyə xətti ilə
Avropanın enerjiyə olan
ehtiyacının ödəmək şansının əldə
edildiyi açıq ifadə olunub. Burada kənarda qalan yalnız Ermənistandır.
Rəsmi İrəvanın
bu vəziyyətə düşməsi öz günahı ucbatındandır. Bunu sentyabrın 20-də Bakıdakı təməlqoyma
mərasimində iştirak edən
avropalı siyasilər açıq hiss
etdilər. Onlar Azərbaycanın Xəzərdən
tutmuş Avropanın mərkəzinə qədər
böyük bir məkanda
enerji sahəsində tərəfdaş
qazandığını söylədilər. Məsələn,
J.M.Barrozu bu kontekstdə
çox dəqiq fikir
bildirib. Bəs nəyə görə Ermənistan
Azərbaycan kimi əməkdaşlığa
hazır bir ölkə ilə dil tapa bilmir?
Bizcə, “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimindən
sonra bu sual üzərində Qərb daha
dərindən düşünməli olacaq.
Hazırda regionda əməkdaşlığın
perspektivi qarşısında bircə maneə
var ki, bu
da Ermənistanın təcavüzkar siyasətidir.
Buna son qoymağın
zamanı çatıb. Rəsmi İrəvan indi
müxtəlif tədbirlərdə özünün
proseslərdən kənarda qalmasına haqq
qazandırmağa çalışır. Lakin
artıq bu cür
şər-böhtanla hədəfinə çata
bilməz. Dünya əvvəl-axır ədalətli
mövqeyə gəlməlidir. Bakıda təməli qoyulan yeni layihə bu prosesdə əsas təkanverici amillərdən
biridir. Bu həqiqəti
inkar etmək mümkün
deyil.
İki sahil.- 2014.- 1 oktyabr.- S.2.