Sənayeləşdirmə siyasətində yeni mərhələ
Ölkə
başçısının fərmanı ilə
yaradılacaq Sənaye məhəllələri istehsal
prosesinin təşkilində infrastruktur xərclərinin
azaldılmasında, kooperasiya əlaqələrinin gücləndirilməsində,
kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində
mühüm rol oynayacaqdır
Ötən illər ərzində ölkəmizdə qeyri-neft sektorunun əsas istiqaməti kimi sənayenin inkişafına böyük diqqət yetirilmiş, sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Həm iqtisadi, həm də siyasi cəhətdən inkişafla xarakterizə olunan bütün sahələrdə uğurlar qazanılmışdır.
Ölkə
başçısı İlham Əliyev
tərəfindən uğurla aparılan sosial-iqtisadi inkişaf
siyasəti nəticəsində ölkəmizdə
iqtisadiyyatın dinamik inkişafı təmin
olunmuş, unikal
nailiyyətlərə imza
atılmış, sənayeləşmə iqtisadiyyatın əsas
prioritetlərindən birinə çevrilmiş,
Azərbaycan iqtisadi qüdrəti gündən-günə
artan
etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuz
sahibinə çevrilmişdir.
“Azərbaycan
Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə
bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin imzaladağı sərəncam
kənd təsərrüfatı, sənaye, turizm
və insan kapitalının
inkişafı sahəsində gələcək perspektivlərin reallaşması
istiqamətində atılan addımlar üçün
mühüm rol
oynadı.
Prezident İlham Əliyevin bu günlərdə sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında imzaladığı fərman ölkədə
aparılan sənayeləşdirmə siyasətinə böyük töhfələr verəcəkdir.
Fərmana görə sənaye məhəlləsi
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura
malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul
istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.
Ölkə başçısının apardığı
siyasət iqtisadiyyatın hərtərəfli
inkişafının təmin edilməsini, o
cümlədən yüksək texnologiyalar
əsasında sənayenin dinamik
inkişafını və şaxələndirilməsini nəzərdə
tutur. Uğurla həyata keçirilən bu
siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi
inkişafına dair dövlət
proqramları çərçivəsində müxtəlif təyinatlı
yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib,
minlərlə yeni iş
yeri yaradılıb. Ölkədə rəqabətədavamlı
sənaye məhsulları istehsalını daha
da artırmaq məqsədi ilə
hazırda sənaye parklarının yaradılması istiqamətində
iş aparılır.
Təbii ki, sənaye məhəllələrinin
yaradılması regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsində və yerli
ehtiyatlardan səmərəli istifadə
etməklə sənaye sahələrinin inkişaf
etdirilməsində stimullaşdırıcı rol oynayacaqdır. Sənaye məhəllələri
istehsal prosesinin təşkilində
infrastruktur xərclərinin
azaldılması, kooperasiya əlaqələrinin
gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf
etdirilməsi və s. məsələlərin
həlli baxımından böyük əhəmiyyət
kəsb edir.
Sənayeləşmədə
yeni mərhələ olan
sənaye məhəllələrinin yaradılması ilə böyük infrastruktur
layihələri həyata keçiriləcək, yeni iş yerləri
yaradılacaq, regionlarda əhalinin məşğulluq
fəaliyyəti yüksələcəkdir. Onların
fəaliyyəti ilə bağlı müvafiq
ərazilərin yararlı vəziyyətə gətirilməsi,
xarici və daxili infrastrukturun (elektrik və
istilik enerjisi, qaz, su, kanalizasiya,
rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin,
inzibati və digər təyinatlı
obyektlərin) qurulması və sənaye məhəllələrində
sahibkarlıq fəaliyyətinin səmərəli təşkili
ilə bağlı müvafiq tədbirlər
həyata keçiriləcəkdir.
Ölkədə
aparılan islahatların verdiyi nəticələr
yeni perspektivlərin yaranması üçün stimul rolunu oynayır və inkişafı davamlı
etmək üçün yeni
layihələr irəli sürülür.
Bu perspektivlərin də əsas məqsədi
sənayenin modernləşdirilməsi və qeyri-neft
sənayesinin şaxələndirilməsidir. Eləcə
də mövcud təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye
sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin
yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını
təmin edəcək imkanların
formalaşdırılması da
qarşıya qoyulan məqsədlərdəndir.
Qeyri-neft
sektorunda əldə olunmuş
əhəmiyyətli artım, heç
şübhəsiz, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
ölkə iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində reallaşdırılan tədbirlərin məntiqi
nəticəsidir. İqtisadiyyatın bütün
sahələrində olduğu kimi, sənayenin inkişafında da yüksək nailiyyətlər əldə
edilmiş, sənaye məhsulları
istehsalının həcmi artmışdır. Bu da
ölkədə rəqabət qabiliyyətli müasir
sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələrin icrasının davam etdirilməsi stimullaşdırıcı
tədbirlərin məntiqi nəticəsidir. Qeyd etdiyimiz kimi, bu artım özünü həm neft,
həm də qeyri-neft bölməsində
büruzə vermişdir.
Azərbaycanın
yeni neft
strategiyasının uğurla
reallaşdırılması, regionların
inkişafının daha da
sürətləndirilməsi ilə bağlı tədbirlərin
davam etdirilməsi, eləcə də yerli istehsalın
stimullaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər ölkə
iqtisadiyyatının əsasını
təşkil edən sənayeyə daha
yüksək inkişaf perspektivləri
açır.
Zahid Rza
İki sahil.- 2014.- 10 oktyabr.- S.6.