Naxçıvan şəhərində
kompleks
quruculuq işləri aparılır
Şəhərsalma prinsiplərinə uyğun qurulan qədim Naxçıvan bu gün tarixilik, millilik və müasirliyin vəhdətində daha füsunkar görünür. Muxtar respublika paytaxtında hər il yeni yaşayış binaları tikilir, park və xiyabanlar salınır, şəhər infrastrukturu tamamilə yeniləşdirilir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın da bu baxımdan mühüm əhəmiyyəti var. Proqrama əsasən, bu il şəhərin Əliabad qəsəbəsində kompleks quruculuq tədbirləri həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov Əliabad qəsəbəsinə
gəlib, aparılan quruculuq işləri
ilə maraqlanıb.
Naxçıvan
Şəhər İcra Hakimiyyətinin
başçısı Vüqar Səfərov
məlumat verib ki, qəsəbənin
müxtəlif məhəllə və küçələrində
geniş abadlıq işləri görülüb, yol kənarlarına
bardürlər düzülüb, səkilər
salınıb. 6,6 kilometr uzunluğunda mərkəzi
və məhəllələrarası avtomobil
yollarına asfalt örtük
çəkilib. Həmçinin elektrik,
rabitə və işıqlandırma sistemləri yenidən qurulub, 4,5 kilometr elektrik, 750 metr yeraltı
rabitə xətti çəkilib. 860 metr
yüksək gərginlikli elektrik verilişi xətləri yeraltı kabellərlə
əvəz edilib, yeni
işıqlandırma dirəkləri basdırılıb.
Əcəmi
Naxçıvani küçəsində yerləşən 9
ictimai yaşayış binasında da əsaslı təmir işləri
aparılıb. 4 və 5 mərtəbədən ibarət olan binaların hər birində elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri
yenilənib, mərkəzləşmiş antena
sistemi quraşdırılıb, lazımi kommunal-məişət
şəraiti yaradılıb. Binaların
fasadı yenilənib, dam örtüyü,
giriş qapıları və pəncərələri
dəyişdirilib, dəhlizlər təmir olunub.
İctimai yaşayış
binalarının həyətində də abadlıq işləri
görülüb, açıq istirahət
köşkləri və uşaq əyləncə
meydançaları yaradılıb, yeni
qazanxana tikilib.
Abadlıq-quruculuq tədbirləri
çərçivəsində Əliabad qəsəbəsindəki
fərdi yaşayış binalarının fasadı da təmir olunub,
yararsız dam örtükləri yenisi ilə əvəz edilib.
Həmçinin Azərbaycanın ərazi bütövlüyü
uğrunda şəhid olmuş
qəsəbə sakinlərinin xatirəsinə
ucaldılmış abidənin ətrafı da
abadlaşdırılıb.
Ali Məclisin Sədri ərazidə
yaşıllaşdırma tədbirlərinin görülməsi
və Naxçıvan şəhərində quruculuq
tədbirlərinin bundan sonra
da davam etdirilməsi
barədə tapşırıqlar verib.
Naxçıvan şəhərindəki Xatirə
Muzeyi
yeni binada fəaliyyət göstərəcəkdir
Muxtar respublikada milli və mədəni irsin
qorunub saxlandığı, təbliğ və
nümayiş olunduğu
muzeylərin yaradılmasına, onların fəaliyyətinin günün tələbləri səviyyəsində
qurulmasına xüsusi diqqət yetirilir. Bu sahədə
görülən işlərin tərkib hissəsi olaraq hazırda Naxçıvan şəhərində
Xatirə Muzeyi üçün
yeni bina inşa olunur.
Oktyabrın 9-da
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif
Talıbov Xatirə Muzeyinin yeni binasına baxıb.
Məlumat verilib ki, xüsusi
memarlıq üslubunda tikilən bina iki mərtəbədən
ibarətdir. Birinci mərtəbədə
muzey əməkdaşları üçün iş
otaqları tikilib, ikinci
mərtəbədə isə geniş ekspozisiya zalı yaradılıb. Binada əsas tikinti işləri
başa çatdırılıb, bütün lazımi kommunikasiya
xətləri çəkilib. Hazırda tamamlanma
işləri aparılır.
Muzey binasının əhəmiyyətini
artıran mühüm amillərdən biri də onun Şəhidlər
xiyabanı yaxınlığında yerləşməsidir. Azərbaycanın suverenliyi və
ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak
olmuş naxçıvanlıların
xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin
fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə
edən materiallar, eyni
zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə
aid kitablar mühafizə
və nümayiş etdiriləcəkdir.
Ali Məclisin Sədri muzeydə
eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək
yerləşdirilməsi və binada tikinti işlərinin keyfiyyətlə başa çatdırılması barədə
müvafiq tapşırıqlar verib.
İki sahil.- 2014.- 10 oktyabr.- S.10.