Xilaskar
10
oktyabr 1993-cü ildə xalqın yüksək etimadını
qazanaraq prezident kimi and içən ümummilli lider Heydər
Əliyevin Azərbaycanla bağlı ideyaları
reallaşıb
Heydər
Əliyev şəxsiyyəti:
Liderlik
fəlsəfəsi, dahilik simvolu
İnsanın yaraşığı
müdriklik, müdrikliyin yaraşığı təmkinlilik,
təmkinliliyin yaraşığı cəsarət, cəsarətin
yaraşığı yumşaqlıqdır. Bütün bu
keyfiyyətləri özündə birləşdirən şəxsiyyətləri
dahi adlandırırlar. Dahilər haqqında əlavə olaraq
deyirlər ki, müdrik olmaq kifayət deyil, ondan istifadə etməyi
bacarmaq lazımdır. Bütün bu keyfiyyətləri şəxsiyyətində
formalaşdıran Heydər Əliyev dahi olmaqla canından
artıq sevdiyi xalqına layiq liderlik məsuliyyətini də
dərin zəkası, siyasi təcrübəsi, elmi,
düşüncəsi ilə yerinə yetirmişdir. Liderlər
vətənini böyük və kiçikliyinə görə
sevmirlər, vətəni özününkü olduğu
üçün qoruyurlar.
Hər xalqın salnaməsi, tarixi yetirdiyi
böyük şəxsiyyətlərinin, liderlərinin,
dövlət xadimlərinin adı, siyasi fəaliyyəti ,
xalqı, milləti naminə gördüyü işlərlə
bağlıdır. Azərbaycan xalqının ümummilli
lideri adını müstəqilliyini, süverenliyini qorumaqla,
ölkəmizin inkişaf yolunu düzgün istiqamətləndirməklə,
xalqa bələdçilik etməklə qazanan Heydər
Əliyev Azərbaycan tarixində özünəməxsus
müdrikliyi ilə seçilir.
Azərbaycana rəhbərlik
etdiyi hər iki
dövrdə ictimai tərəqqi və
azadlıq ideyalarının qələbəsi uğrunda
mübarizliyi ilə ümumxalq
məhəbbəti qazanan Heydər
Əliyev dəyanəti, qətiyyəti ilə seçilmiş, siyasət aləmində,
dövlətçilik tarixində qalib lider obrazını yaratmış, örnək,
nümunə olmuşdur.
...1993-cü
ilin may-iyununda
hökumət böhranının son dərəcə
kəskinləşməsi ilə ölkədə vətəndaş
müharibəsinin baş verməsi və
müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə
gətirilməsi tələbi ilə ayağa
qalxdı. Azərbaycanın
ozamankı səbatsız rəhbərləri Heydər
Əliyev fenomeni qarşısında
acizliklərini hiss etsələr də
xalqın tələbi ilə ONU rəsmən Bakıya dəvət
etdilər. Heydər Əliyev 1993-cü il
iyunun 15-də Azərbaycan Ali
Sovetinin sədri seçildi.
Həmin gün Azərbaycan tarixinə, Qurtuluş günü kimi yazıldı. İyulun
24-də isə Milli Məclisin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə
başladı.
1993-cü
il oktyabrın 3-də milyonların
etimadı nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. (1998-ci il
oktyabrın 11-də xalqın yüksək fəallığı
şəraitində keçirilən seçkilərdə səslərin
76,1 faizini toplayaraq, qələbəsini
təkrarlayaraq yenidən dövlət başçısı səlahiyyətlərini
qazandı.)
10 oktyabr 1993-cü ildə, Azərbaycan
xalqının həyatının ən mürəkkəb
dövründə, XX əsrin sonunda dünyada baş verən köklü dəyişikliklərin baş verdiyi siyasi proseslərdən yaranan
qlobal problemlərin artdığı bir zamanda üzərinə
götürdüyü məsuliyyətin
ağırlığından çəkinməyərək bütün həyatını xalqının
etimadını doğrultmaq üçün sərf edəcəyini bildirən
Heydər Əliyev Azərbaycan bayrağını öpüb and içərkən
ilk növbədə Azərbaycan
xalqının ağlına, zəkasına, qüdrətinə
inandığını bildirir: “Azərbaycan xalqının mənə bəslədiyi
ümidlər məni bu vəzifəni
üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün
əlimdən gələni əsirgəməyəcəyəm.”
Andiçmə
mərasimində verdiyi vədləri həmişə
olduğu kimi
xalqına sədaqəti ilə doğruldan,
“Mən ömrümün qalan
hissəsini də xalqıma həsr edəcəyəm”
söyləyən Heydər Əliyev bu
andına daim sadiq qalaraq, “Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam”
söyləməklə də vətəninə xalqına
bağlılığını ifadə etdi.
Heydər
Əliyev sovetlər dövründə Azərbaycana rəhbərlik
edəndə ölkəmiz iqtisadi və mədəni
tənəzzül dövrünü
yaşayırdı. Heydər Əliyevin gəlişi ilə cəmiyyət
həyatının bütün sahələrində
sürətli yüksəliş, milli ruhun
inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlanmışdı.
1993-cü
ildə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi bacarığı, müdrikliyi
ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən,
ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin
məqsədini, qayəsini öz
varlığında, özünün güclü şəxsiyyətində təzahür
etdirərək, doğma
xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər
edib onun qəlbində
sabaha inam hissi yaratmağı bacardı. Dünya
siyasət meydanında cərəyan edən proseslərə təsir
imkanları böyük olan
Heydər Əliyev həmişə öz
sözü, öz
çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanmış,
bitməz-tükənməz enerjisi xalqı
yaradıcılıq uğurlarına
ruhlandırmışdır.
Olduqca mürəkkəb bir dövrdə
xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev ən
bacarıqlı siyasi xadimlərin edə
bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş,
müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və
XXI əsrlərin
tanınmış siyasi xadimləri
sırasında həmişəlik öz layiqli yerini tutmuşdur.
Təbiətin
ona bəxş etdiyi nadir keyfiyyətləri, azərbaycançılıq
fəlsəfəsinə, milli ideologiya və təfəkkürü ilə
Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin
bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının
həmrəyli üçün möhkəm
zəmin yaratmışdır.
Bu
ideyalar Azərbaycan xalqının ümummilli problemləri ilə sıx
bağlı olub milli ruhun, milli
özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə
qayıtması, müstəqil dövlətçilik
ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmış, milli ruhun yüksəlişini təmin etmiş, xalqımızın qəlbində
illərdən bəri həllini gözləyən milli dövlətçilik ideyasının gələcəkdə
böyük hərəkətverici
qüvvəyə çevrilməsi üçün
münbit zəmin yaratmışdı.
Bazar iqtisadiyyatı yolu ilə dünya
birliyinə
inteqrasiya Azərbaycanın
inkişaf
strategiyasıdır
“Azərbaycan Respublikasının ağır
böhran vəziyyətindən çıxması
üçün sosial-iqtisadi sahədə böyük işlər
görülməlidir” söyləyən, iqtisadiyyatı
bütövlükdə dərin və uzunmüddətli
böhran mərhələsində olan respublikanı
yaranmış ağır vəziyyətdən qurtarmaq
üçün çıxış yolu tapan, iqtisadi
inkişafın prinsipial, konseptual yanaşma yollarını
müəyyənləşdirən Heydər Əliyev
bildirirdi ki, millətin siyasi müstəqilliyinin
özülünü onun iqtisadi cəhətdən
azadlığı şərtləndirir.
Azərbaycanın dövlət suverenliyi və
iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin
sistemli olaraq genişlənməsi ilə bağlıdır. Təcrübə
göstərir ki, Azərbaycanın dünya iqtisadiyyatına
daha dərindən inteqrasiyası əsası 1970-1980-ci illərdə
Heydər Əliyev tərəfindən qoyulmuş təmələ,
siyasətə əsaslanır.
Heydər
Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni
həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma
və prinsiplərə uyğun müstəqil
dövlət quruculuğu prosesi
başlandı.
Azərbaycanın
bazar iqtisadiyyatı yolu
ilə irəliləməsini başlıca amil
hesab edən ulu
öndər iqtisadi islahatlar
həyata keçirdi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata
keçirilməsini prioritet kimi qarşıya qoydu. Ordu quruculuğunu daim
diqqətdə saxladı. Ölkə daxilində
yaranmış nisbi sabitlikdən və
beynəlxalq aləmdə ölkəmizə artan
inam və maraqdan
istifadə edərək, 1994-cü ilin
sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin
imzalanması və onun gerçəkləşdirilməsi
Heydər Əliyev tərəfindən işlənib hazırlanmış
və müstəqil Azərbaycanın iqtisadi
inkişaf konsepsiyasını təşkil
edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür.
Müharibə şəraitində
yaşayan Azərbaycanda dünyanın ən
iri şirkətlərini maraqlandıran
belə möhtəşəm müqavilənin bağlanması
düşünülmüş siyasətin,
Heydər Əliyev qətiyyətinin, düşüncəsinin,
uzaqgörənliyinin məntiqi nəticəsi idi.
Hələ o illərdə
erməni lobbisi tərəfindən ideoloji blokadaya salınan
Azərbaycan haqqında həqiqətləri dünya
birliyinə çatdırmaqla gələcək iqtisadi əməkdaşlığın əsasını
qoyan Heydər Əliyev ilk
növbədə dövlətçilik mənafelərini,
xalqın maraqlarını düşünürdü.
Heydər
Əliyev siyasətinə daim sadiq qalan, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarını tətbiq etməklə respublikanın bütün bölgələrinin tərəqqisinə
nail olan Prezident İlham
Əliyevin söylədiyi kimi ulu öndərin irsi, siyasi məktəbi bir
neçə onillər üçün
önəmli və faydalıdır.
Bu siyasətin
nəticəsidir ki, qısa müddətdə
ÜDM 3dəfə artan, dövlət
büdcəsi 26 , valyuta ehtiyatları 54 milyard dollara
çatdırılan, yoxsulluq səviyyəsi
49 faizdən, 5,2 faizə, əhalinin məşğulluq səviyyəsi
5 faizə endirilən Azərbaycan artıq xarici
investisiyaya ehtiyacı olan
ölkə deyil, digər dövlətlərə
sərmayə qoymaq imkanı olan qüdrətli respublikadır.
Demokratik inkişaf,
milli
birlik, vətəndaş həmrəyliyi
Andiçmə
zamanı söylədiyi nitqində Azərbaycanın
yalnız demokratik dəyərələrə
sadiq qalacağını bildirən ulu öndər xalqının bu
yolla irəliləyəcəyini əminliklə
ifadə etdi. Sonrakı illərdə Prezident İlham Əliyevin
bu istiqamətdə həyata keçiridiyi islahatlar, gördüyü işlər sübut
etdi ki, ulu öndərin məktəbi Azərbaycanı
daha böyük
nailiyyətlərə çatdıracaq.
Heydər
Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində
Azərbaycan xalqının taleyi ilə pərdəarxası
oyunlara, siyasi anarxiya və ekstremist hallara son qoyulmuş,
ölkədə cinayətkarlığın
qarşısı alınmış, bütün
qanunsuz silahlı dəstələr ləğv olunmuş, mütəşəkkil
ordu yaradılmış,
bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması təmin olunmuşdur. Azərbaycan
dövlətçiliyinin mövcudluğuna
böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi
cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti
sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.
Azərbaycanda dövlətçiliyin
möhkəmlənməsi və demokratik
prinsiplərin bərqərar olması, hüquqi,
dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə
həyata keçirilməsi Heydər Əliyevin tarixi xidmətləridir. Müstəqillik, azərbaycançılıq,
dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər
Heydər Əliyev fenomeninin adı ilə
bağlıdır.
Heydər Əliyev demokratik, hüquqi dövlət
quruculuğu istiqamətində davamlı
siyasət yeridərək, ölkədə insan
hüquq və azadlıqlarının
başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin
yaratmışdır. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı
dövlətləri və beynəlxalq təşkilatları
ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi
perspektivlərə əsaslanan xətlə inkişaf
etdirildi. ONUN fəal
diplomatiyasının, xarici siyasətinin əsasını
sülh, beynəlxalq hüquq
normalarına, sərhədlərin bütövlüyünə
və toxunulmazlığına, dövlətlərinə ərazi
bütövlüyünə hörmət və
qarşılıqlı surətdə faydalı əməkdaşlıq
prinsipləri təşkil edirdi
Bəlkə də o dövrdə çoxlarına bu prioritetlər o qədər
də aydın deyildi. Lakin illər sonra ulu öndərin
müəyyənləşdirdiyi , Prezident
İlham Əliyevin davam
etdirdiyi siyasət nəticəsində ümummilli lider Heydər
Əliyevin ideyaları reallaşdı. Azərbaycan hazırda
dünyanın ən nüfuzlu təşkilatların
etibarlı üzvü kimi
qarşılıqlı əməkdaşlıq prinsiplərinə
sadiqliyini əməli fəaliyyəti
ilə doğruldur. Respublikamız tolerant ölkə kimi diqqət
çəkməklə sivilizasiyalararası dialoq
məkanı kimi də tanınır. Ulu öndərin adını daşıyan Fondun layihələri beynəlxalq səviyyədə
dəstəklənir. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzvlüyünə qəbulu, təşkilatın
sessiyalarına sədrlik etmək səlahiyyətlərini
yerinə yetirməsi uzaqgörən müdrikliyin
təntənəsidir. Çoxpartiyalılıq prinsipini dəstəkləməklə ölkədə
söz, mətbuat azadlığını
təmin edən, plüralizmin vacibliyini qeyd edən Heydər
Əliyevin müstəqil mətbuatın inkişafında
göstərdiyi xidmətlər də əvəzsizdir.
Ümummilli lider Heydər
Əliyevin yaratdığı Yeni Azərbaycan
Partiyasının yeritdiyi siyasət milyonlar tərəfindən dəstəklənir.
Azərbaycanda həqiqi demokratiyanın inkişafı üçün daha geniş imkanlar yaranıb.
Seçki sistemləri təkmilləşdirilib.
İnkişaf etmiş
Azərbaycanın hər bir vətəndaşının
taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu
müdrik siyasət Prezident
İlham Əliyevin dövlətçilik
fəaliyyətində yeni keyfiyyətlə
davam etdirilir. Türk dünyasının birliyi
naminə tarixi xidmətlər göstərən
ulu öndərin ideyaları bu gün daha
geniş mənada davam
etdirilir. Türk dünyasının birliyi naminə
çalışan Mustafa Kamal
Atatürk kimi dahi ilə ulu öndərə
eyni səviyyədə məhəbbət
və hörmət bəsləyən bütün
türk xalqları inamla
bildirirlər ki, Heydər Əliyev türkçülük ideyalarının tərənnumçüsüdür.
Ulu öndər daim yaşayan müasirimiz,
müstəqil Azərbaycan dövlətinin qurucusu,
milli dövlətçiliyimizin əsasını
qoyan dahi, böyük dövlət xadimi,
müdrik insandır.
Tariximizə
yazılan o ağır illərdə məşəqqətlər
içərisində qalan insanların ulu öndərin xidmətlərini yüksək
dəyərləndirməsini milyonların dahi
şəxsiyyətə məhəbbətinin təzahürü
adlandıran Prezident İlham
Əliyevin bildirdiyi kimi
ümummilli lider Heydər
Əliyevin qətiyyəti sayəsində Azərbaycan xalqı müstəqilliyini
qoruya bildi: “ Məhz ona görə ki, müstəqilliyin
bünövrəsi 1990-cı illərin əvvəllərində
Naxçıvanda qoyulmuşdur. Məhz ona görə ki, 1993-cü ildə Azərbaycan
xalqının xahişi ilə Ulu Öndər Naxçıvandan Bakıya getmiş və orada Azərbaycanı
böyük bəlalardan, vətəndaş
müharibəsindən qurtarmış və Azərbaycana sabitlik gətirmişdir. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik,
sürətli inkişaf dövrü
yaşanır və müstəqilliyimizin banisi
Heydər Əliyevin bu uğurlarda
rolu əvəzsizdir.” Qədirbilən Azərbaycan
xalqı bu gün də
Prezident İlham
Əliyevin davam etdirdiyi
siyasəti dəstəkləməklə ulu
öndərin ideyalarına sadiqliyini, əbədiyaşarılığını
sübut edir.
Haqlı olaraq deyilir ki, nə qədər ki,
müstəqil Azərbaycan dövləti var,
Azərbaycan xalqı var, Heydər
Əliyev ürəklərdə yaşayacaqdır.
Xuraman
İsmayılqızı
İki sahil.- 2014.- 10 oktyabr.- S.4.