Astara: sosial-iqtisadi
inkişaf sahəsində
uğurlar artır
Astara Rayon İcra Hakimiyyətində bu ilin
doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində
görülən işlər və qarşıda duran vəzifələr
müzakirə edilib.
AzərTAc xəbər verir ki, rayonun idarə,
müəssisə və təşkilat rəhbərlərinin,
ərazi icra nümayəndələrinin, bələdiyyə
sədrlərinin və ictimaiyyətin təmsilçilərinin
iştirak etdikləri yığıncaqda hesabat dövründə
rayonda sosial-iqtisadi inkişaf sahəsində bır sıra
uğurların qazanıldığı diqqətə çatdırılıb.
Bildirilib ki,
bu ilin doqquz
ayında rayonda 111,3 milyon manatlıq
məhsul buraxılıb.
Bunun 7,8 faizi sənayenin, 46,7 faizi kənd təsərrüfatının,
1,8 faizi nəqliyyatın,
24,9 faizi xidmət sahələrinin, 18,3 faizi
tikintinin, 0,5 faizi isə rabitənin payına düşür.
Orta hesabla bir nəfərə
düşən ümumi
məhsul buraxılışının
həcmi 1075 manat təşkil edib. Bu dövrdə rayonda 603 yeni iş yeri
açılıb.
Bildirilib ki,
Şuvi və Ojakəran ərazisində
yaradılan yeni çayçılıq təsərrüfatlarında
yetişdirilən 1 milyondan
çox çay dibçəkləri 30 hektar
yeni çay plantasiyaların salınmasına
və yanmış çay kollarının bərpasına sərf olunacaqdır. Rayonda çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı Türkiyədən yeni texnika və avadanlıqlar gətirilib.
Hesabat dövründə
əkin sahələrindən
327 ton buğda, 1,5 ton arpa,
629 ton çəltik, 1299 ton dənli-paxlalı və
830 ton qarğıdalı, 11 min 573 ton kartof, 2 min 753 ton tərəvəz,
8 min 105 ton bostan məhsulu
yığılıb. İri və
xırdabuynuzlu mal-qaranın
sayı 45 min 794 başa
çatdırılıb. Diri çəkidə 2584
ton ət, 15 min ton süd,
2 milyon 956 min ədəd
yumurta istehsal olunub.
Diqqətə çatdırılıb
ki, əvvəllər
olduğu kimi, bu il də rayonda sosial məsələlərin
həllinə diqqət
artırılıb, bır
sıra infrastruktur layihələri həyata keçirilib. Prezident İlham Əliyevinin müvafiq Sərəncamı
ilə 12 min nəfər
əhalinin yaşadığı
və 21 yaşayış
məntəqəsini birləşdirən
Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə
verilib. Ələt-Astara
magistral yolunun rayon ərazisindəki hissəsi,
yerli əhəmiyyətli
Pensər-Qamışovka, Pensər-Şahağacı
yolları asfalt-betonla
təmir edilib, Astara şəhərinin küçələrində 11 min kvadratmetr, Kijəbə qəsəbəsində 1200 kvadratmetr,
Ərçivan qəsəbəsində
1800 kvadratmetr təmir
işləri görülüb.
Siyaku- Şağlazüzə, Siyaku-Marzəsəy
avtomobil yollarında 4
körpü inşa edilib. Şəhərin prospekt və
küçələrində, xiyabanlarda və tikinti-abadlıq işləri
davam etdirilir.
Şəhərin
Xəzər dənizi
sahili boyu 8 hektar ərazisində park-bulvarın tikintisinə başlanılıb. Burada
250 min kubmetrə yaxın
torpaq daşınıb,
sahilboyu 600 metr məsafədə mühafizə
bəndi, gəzinti yeri, istirahət meydanı dəmir-beton konstruksiyası ilə betonlanıb. Hazırda burada 2 ədəd
fəvvarənin tikintisi
aparılır.
Telman kəndində
yeni çay emalı fabrikinin və Züngüləş
kəndində 0,3 meqavat gücü olan “Astara-1” kiçik su elektrik stansiyasının
tikintisi davam etdirilir. Astara şəhərində maliyyə idarəsi üçün yeni ikimərtəbəli müasir
tipli inzibati bina tikilib istifadəyə
verilib.
Yeni dərs ilində Suparibağ kənd
tam orta məktəbi üçün 220, Əzərud və Anboba kənd ibtidai məktəbləri
üçün 80 şagird
yerlik yeni məktəb
binaları tikilib istifadəyə verilib, Sipiyəpard kənd tam
orta məktəbi əsaslı təmir edilib.
Əldə edilən uğurlarla yanaşı, işdə yol verilmiş nöqsanlar da ətraflı
müzakirə edilib. Payız-qış
mövsümünə hazırlıqla əlaqədar rayon paylayıcı elektrik
şəbəkəsinin, qaz istismar sahəsinin, 52 nömrəli yol istismarı və suvarma
sistemləri idarələrinin fəaliyyətlərində
nöqsanların olduğunu diqqətə
çatdırılıb. Motlayataq və Asxanakaran kəndlərində elektrik
təsərrüfatının
yaxşılaşdırılması, Telman
və Züngüləş kəndlərinə təbii
qazın verilməsi ilə bağlı təkliflər də
irəli sürülüb.
Yığıncaqda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
İki
sahil.- 2014.- 17 oktyabr.- S.14.