ARDNŞ-də insan resurslarının idarə edilməsi
sahəsində görülən işlər və
qarşıda duran
vəzifələrə həsr olunmuş geniş
müşavirə
Oktyabrın
22-də ARDNŞ-nin Baş ofisində insan resurslarının
idarə edilməsi sahəsində görülən işlər
və qarşıda duran vəzifələrə həsr
olunmuş geniş müşavirə keçirilmişdir.
Tədbirdə Şirkətin vitse-prezidentləri,
idarə və müəssisələrin rəhbərləri,
eləcə də kadr xidmətlərinin məsul
işçiləri iştirak etmişlər. Tədbiri
giriş sözü ilə açan ARDNŞ-nin
birinci-vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Şirkətin
strukturunun təkmilləşdirilməsi, apardığı
kadr siyasəti, bu məqsədlə yaradılmış
İnsan Resurslar Departamentinin fəaliyyətindən
danışmış, kadr seçiminin obyektiv və şəffaf
aparıldığını diqqətə
çatdırmış, bu sahədə mövcud problemlərin
aradan qaldırılması istiqamətində zəruri tədbirlərin
həyata keçirilməsinin vacibliyini
vurğulamışdır.
Təqdimatla çıxış edən
İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli insan
resurslarının idarə edilməsinin əsasları barədə
ətraflı məlumat vermiş, ARDNŞ-nin kadr siyasətindən
danışmışdır. Bildirilmişdir ki, hazırda
Departament qarşısında duran əsas məqsəd tələb
olunan vakant yerlər üzrə savadlı, səriştəli
və peşəkar kadrların seçilməsi, bu prosesin ədalətli
və şəffaf keçirilməsidir. İnsan
resurslarının idarə edilməsi müəssisə
daxilində insan resurslarının planlanması, bunun
üçün lazımi iş analizlərinin və öhdəliklərin
müəyyənləşdirilməsi, insan
resurslarının seçilməsi üçün iş
elanlarının verilməsi, iş üçün müraciət
edənlərin qəbul edilməsi, görüşlərin aparılması,
işə uyğunlaşma, təhsil və inkişaf işləri,
uğur və iş qabiliyyətinin ölçülməsi,
vəzifədə yüksəlmə, iş dəyişdirmə,
işdən çıxarılma, işi qiymətləndirmə,
əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər,
tibbi xidmət və başqa oxşar işləri koordinə
edir. ARDNŞ-nin insan resurslarının səmərəli idarə
edilməsi, o cümlədən kadrların seçilməsi,
hazırlanması, işə qəbulu, karyera yüksəlişinin
planlaşdırılması, peşəkarlıq səviyyəsinin
artırılması, habelə bununla əlaqədar digər
işlərin görülməsi istiqamətində bir
sıra tədbirlər həyata keçirilmiş, müvafiq
standartlar və digər daxili normativ sənədlər qəbul
edilmişdir. A. Bəkirli qeyd olunan normativ sənədlərin
tələblərindən irəli gələrək ARDNŞ
üzrə həyata keçirilmiş işə qəbul,
başqa işə keçirilmə, təlim ehtiyaclarının
müəyyənləşdirilməsi, həmçinin insan
resurslarının daha səmərəli idarə edilməsi
ilə bağlı qarşıda duran vəzifələr
haqqında geniş söz açmışdır. O, qeyd
etmişdir ki, son bir ildə 3433 nəfər ARDNŞ-nin idarə
və müəssisələrinə işə qəbul
olunmuşdur ki, bunun da 2962 nəfəri yerli strukturlar, 471 nəfəri
isə İnsan Resursları Departamenti tərəfindən həyata
keçirilmişdir. İşçilərin yerdəyişməsi
ilə bağlı isə son bir ildə 31630 əməliyyat
icra olunmuşdur. Bu əməliyyatların 218-i Departament tərəfindən
həyata keçirilmişdir. Həmin dövrdə 104 nəfər
üzrə aparılmış yerdəyişmə əməliyyatı
qanunvericiliyə zidd olduğu üçün pozuntu kimi qiymətləndirilmişdir.
Tədbirdə çıxış edən
Şirkət rəhbərliyinin nümayəndələri, eləcə
də yerli struktur təşkilatların təmsilçiləri
kadr siyasəti çərçivəsində
çoxsaylı işlərin həyata keçirilməsinə
baxmayaraq, insan resurslarının idarə edilməsi ilə
bağlı proseslərin daim təkmilləşdirilməsinə
ehtiyac olduğunu bildirmiş, bu mənada keçirilən
müşavirənin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Sonda mövcud problemlərin aradan qaldırılması
yolları müzakirə edilmiş, təkliflər dinlənilmişdir.
Nail
Rəhimzadə
İki
sahil.- 2014.- 23 oktyabr.- S.4.