Qədim və
müasir Naxçıvan
yeni kitab-albomda
Naxçıvan Muxtar Respublikasının (MR)
yaradılmasının 90 illik yubileyinə həsr olunmuş
silsilə tədbirlər, təqdimatlar, sərgilər davam
etməkdədir. Keçirilən tədbirlər bizim bu qədim
diyarı yaxından tanımağımıza, onu yenidən “kəşf”
etməyimizə imkan yaradır. Bu təqdimatların hər
birində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikasının milli dövlətçilik
tariximizin, elmi, ədəbi-mədəni irsimizin
formalaşmasında, zənginləşməsindəki
mühüm rolu xüsusi olaraq diqqətə
çatdırılır.
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən
hazırlanaraq oktyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında təqdim olunan “Naxçıvan Muxtar
Respublikası-90” adlı kitab-albom da bu cəhətdən təqdirəlayiqdir.
AzərTAc xəbər
verir ki, kitab-albom Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyinin keçirilməsi haqqında”
2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasına dair tədbirlər planına əsasən nəşr
olunub.
Hökumət
nümayəndələrinin, Mili Məclisin
deputatlarının, tanınmış elm
və mədəniyyət xadimlərinin iştirak
etdikləri tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Naxçıvanın muxtariyyəti
asanlıqla qazanmadığına, çətin sınaqlardan
keçərək gərgin hərbi-siyasi və diplomatik
mübarizələr nəticəsində əldə etdiyinə
diqqət çəkib.
Vaqif Əliyev deyib:
“Naxçıvanın bugünkü inkişaf səviyyəsinə çatması
ulu öndər Heydər Əliyevin
adı ilə sıx bağlıdır. Ona
görə ki, Naxçıvan Azərbaycan
xalqına dünya şöhrətli
şəxsiyyət, ulu öndər Heydər
Əliyevi bəxş edib. Ulu
Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə
Naxçıvana böyük diqqət
göstərib”.
2018-ci ildə
Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı kimi böyük
bir missiyanı yerinə yetirəcək ki, bu da
qədim diyarın möhtəşəm tədbirlərin keçirildiyi məkanlardan birinə
çevrildiyinə bariz nümunədir.
Naxçıvan
Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar
Əsgərov Prezident İlham
Əliyevin müvafiq Sərəncamı
ilə qeyd olunan
Naxçıvan MR-in 90 illik
yubileyi ilə bağlı silsilə tədbirlərin
bu qədim diyarın tarixinin
öyrənilməsi, müasir
inkişafının təbliği
baxımından mühüm əhəmiyyət
daşıdığını vurğulayaraq
deyib: “Naxçıvan Muxtar
Respublikası-90” adlı kitab-albom bu silsiləyə böyük
töhfədir”.
Şəhərsalma
mədəniyyətinin 5 min il yaşının faktlarla
sübut edildiyi bu qədim oğuz yurdu Naxçıvan bəşəriyyətin
ilkin beşiklərindən hesab olunur deyə, sözə
başlayan Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli söyləyib ki, buradakı tarixi məkanlardan
tapılmış maddi-mədəniyyət nümunələri
hər daşı tarixə çevrilən bu
qədim Azərbaycan torpağının möhtəşəm
keçmişindən xəbər verir.
Naxçıvanda
1200-dən çox tarixi
abidə vardır ki, onlardan
da 100-ü dünya əhəmiyyətlidir
deyən akademikin sözlərinə
görə oxucular yeni
kitab-albomdan bu qədim
diyarla bağlı zəngin məlumatlar əldə
edə biləcəklər.
Ümummilli Liderin hakimiyyətə
yenidən qayıdışı ilə Azərbaycanda, eləcə
də Naxçıvanda həyata keçirilən mühüm layihələrdən söz açan Milli Məclisin aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimov
deyib ki, bu gün Ulu
Öndərin siyasi kursunu
davam etdirən Prezident
İlham Əliyev Azərbaycanı, onun
ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını da
yaşadır və inkişaf etdirir.
Azərbaycan Prezidentinin diqqət və qayğısı
sayəsində Naxçıvan Muxtar
Respublikasının inkişafının 2003-cü ildən
sonrakı dövrü ümummilli
liderimiz Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün daha bir əyani ifadəsidir. Bu
xəttin davam etdirilməsi blokada şəraitində yaşayan
Naxçıvan MR-də dinamik
inkişafı təmin edib.
Minilliklərdən
boylanan Naxçıvanın tarixi və mədəniyyət abidələri,
turizm potensialı, müasir
inkişafı, ecazkar təbiətinin əks
olunduğu yeni nəşrlə
bağlı fikirlərini bölüşən digər natiqlər
bu kitab-albomun xarici dillərə tərcümə olunaraq səfirliklərimizə göndərilməsini
tövsiyə ediblər.
Təqdimat iştirakçıları sonda “Naxçıvan Muxtar Respublikası -90” kitab sərgisi ilə tanış olublar.
İki
sahil.- 2014.- 23 oktyabr.- S.18.