Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir

 

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günüdür!

 

Ulu öndər Heydər Əliyev dühası, zəkası, siyasəti, təcrübəsi ilə dövlət müstəqilliyini əbədiləşdirdi

 

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Müstəqilliyin əbədiliyi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

...Hələ Naxçıvanda Ali Məclisin sədri olarkən xalqın illərdən bəri arzusunda olduğu azadlığın əvəzedilməz nailiyyət olduğunu müdrikliyi və dövlətçilik təcrübəsi ilə dərk edən ulu öndər Heydər Əliyev tarixi xidmətləri ilə müstəqilliyimizin əbədiliyinin qarantı missiyasını gerçəkləşdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarını bərpa etdi. Dünya Azərbaycanlılarının həmrəylik günü təsis olundu. Muxtar respublikada ilk dəfə həyata keçirdiyi özəlləşdirmə siyasətini Azərbaycanın bütün bölgələrində tətbiq edən Heydər Əliyev inkişaf strategiyasının bazar iqtisadiyyatı yolu ilə mümkünlüyünü həyata keçirdiyi islahatları ilə təsdiqlədi. Bununla da planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin ilk cığırlarını açaraq Azərbaycanın dünyaya inteqrasiyasını gerçəkləşdirdi.

Müstəqilliyimizin təhlükə altında olduğu o ağır illərdə ulu öndərin fədakarlığını, xalqın azadlığı naminə üzərinə götürdüyü öhdəliyə məsuliyyət və vətəndaş yanğısı ilə yanaşdığını xatırlayan Prezident İlham Əliyev vurğulayır ki, yaxın tarixdə baş verən hadisələr Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılıb: “ Ulu öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçüntarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet, sosialist”” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür.”

Müstəqil, tarazlı, cəsarətli siyasət yeridərək ÖZÜNÜN qeyd etdiyi kimi ömrünü Azərbaycan xalqının gələcəyinə həsr etdi. İlk addım kimi Azərbaycanda sabitlik, nizami ordu yaradan, müstəqilliyin əbədiliyini təmin edən, daxili çəkişmələrə, hakmiyyət uğrunda mübarizələrə son qoyan Heydər Əliyev ərazi bütövlüyümüzün təminatı üçünmisilsiz xidmətlər göstərərək atəşkəs barədə müqavilə imzaladı. Heydər Əliyevin dünya siyasətçiləri arasında artan şəxsi nüfuzunun nəticəsində “Əsrin müqaviləsi” imzalandı. BTC, BTƏ neft-qaz kəmərlərinin davamı olan TANAP, TAP, “Cənub” qaz dəhlizi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının məntiqi nəticəsi, Prezident İlham Əliyev qətiyyətinin ifadəsidir.

Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.” Ümummilli lider Heydər Əliyevin müdrikliklə söylədiyi bu sözlər artıq reallaşıb. “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” söyləyən ulu öndər vurğulayırdı ki, hər bir qurtuluşun əsasını milli azadlıq təşkil edir. Ümummilli lider Heydər Əliyev “Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləməklə hər bir xalqın suverenliyinin onun tarixi qələbəsi olduğunu müdrikliyi ilə təsdiqlədi.

3 oktyabr 1993-cü ildə xalqın etimadı ilə prezident seçilən ulu öndər Heydər Əliyev andiçmə mərasimində taleyüklü problemlərlə əhatə olunan Azərbaycanın əbədi qarantı olacağını inamla bildirərək vurğulayırdı ki, dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu, dövlət atributlarını yaratmaqinkişaf etdirməklə vətəndaşların rifahının yaxşılaşdırılmasını fəaliyyətinin əsas prinsipləri kimi diqqətdə saxlayacaq. Ulu öndər, müdrik siyasətçi yaxşı bilirdi ki, dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə nail olmaq üçün ilk növbədə müstəqilliyin əbədiliyi təmin olunmalıdır.

Tarix göstərdi ki, qarşıya qoyulan vəzifələrə nail olmaq üçün yorulmadan çalışan, siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadiintellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizisiyaların dialoq bölgəsinə çevrilmişdir.

Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçünmilli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət- ənənələrimizdin ayrıla bilmərik və imtina edə bilmərik” söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyətinin bütün dövrlərində əsas dayağı kimi xalqa arxalanırdı. Ulu öndərin mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək.

Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadiintellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizisiyaların dialoq bölgəsinə çevrilmişdir.

Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa bu yalnız ulu öndər Heydər Əliyevin, ONUN layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Həyatın mənası insanın çox, yaxud az yaşamasından ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyni müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.

Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli yol, siyasi irsi onun əbədiyaşar LİDER adını qazandığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir: “Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək.”

 

Xuraman İsmayılqızı

 

İki sahil. - 2014.- 18 oktyabr.- S.9.