Azərbaycan
prinsipial, ardıcıl və müstəqil
xarici siyasət aparır və bundan sonra da
aparacaq
Dövlət
başçısı İlham Əliyev bir daha bu əminliyi
ifadə edir ki, gələcək illərdə ölkəmizin
artan gücü və nüfuzu hesabına beynəlxalq arenada
mövqeyimizi daha da möhkəmləndirəcəyik
Dövlət başçısı İlham Əliyev ötən dövr ərzində ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi uğurlara diqqəti yönəldərək bildirir ki, bu gün ölkəmizin xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir: “Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.”
Təbii ki, uğurlarımızın əsasında müstəqil siyasətin rolu hər zaman önə çəkilir. Əbəs yerə iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas kimi dəyərləndirilmir. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, o ölkə müstəqil siyasət həyata keçirir ki, iqtisadi siyasətində müstəqildir. Azərbaycanın adı bu sırada ön yerdə qeyd olunur. İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu göz qabağındadır. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu gün Azərbaycanın müxtəlif istiqamətləri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi də artan nüfuzundan qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə ölkəmizlə bağlı həqiqətlərin təbliği üçün bu və ya digər xarici ölkələrə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün artıq Azərbaycan ev sahibliyi etdiyi tədbirlər sayəsində bu istəyini gerçəkləşdirir. Bugünlərdə Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumunda dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi, siyasi cəhətdən müstəqil ölkə olduğunu, müstəqil xarici siyasət həyata keçirdiyini faktlar əsasında diqqətə çatdırar bu reallığı da bəyan etmişdir: “Hesab edirəm ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır- həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə.”
Azərbaycanın nüfuzu əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının günbəgün artmasında da özünü göstərir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə iştirakçı ölkələrin və nümayəndələrin say tərkibinə diqqət yetirmək kifayətdir. 60-dan çox ölkədən 500-ə yaxın nümayəndənin qatıldığı IV Bakı Beynəlxalq Humanitar Forumunda bu fikir bir daha qeyd olundu ki, birgə əməkdaşlıq, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir: “Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin.”
Azərbaycan
təşəbbüsçüsü və
iştirakçısı olduğu
biri-birindən əhəmiyyətli layihələrlə həm
iştirakçı, həm də dünya
dövlətlərinin iqtisadi
imkanlarının genişlənməsinə yol
açan Azərbaycan, eyni
zamanda xalqlar, dövlətlər
arasında əlaqələrin inkişafında körpü rolunu
oynayır. Məhz ölkəmizin artan nüfuzu yeganə problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı beynəlxalq birliyin
dəstəyində də özünü
qabarıq şəkildə biruzə verir.
2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilən ölkəmiz
bu reallığı ortaya
qoydu ki, gələcəyinə
inam böyük olmaqla yanaşı, ədalətli, prinsipial mövqeyi dəstəklənir.
Dövlət başçısı İlham
Əliyev bildirir: “Azərbaycan dünyada, beynəlxalq arenada
özünü etibarlı tərəfdaş
və etibarlı dost kimi
təsdiq edə bilmişdir. Təsadüfi
deyildir ki, beynəlxalq
təşkilatlarda Azərbaycana olan rəğbət
göz qabağındadır. Bunun əyani sübutu BMT
Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi
bir hadisə idi. Dünyanın birinci aparıcı
qurumu olan BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz gənc müstəqil
dövlət üçün böyük diplomatik və
siyasi uğurumuzdur.
Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə
qədər böyük yol
keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti
- 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir,
bizə inanmışdır və bilirəm ki,
bu inama görə peşman olmamışdır. Çünki
biz bəyan etdiyimiz kimi, iki il
ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq
hüququ və ədaləti
müdafiə etmişik. Bu
gün də müdafiə edirik və hər zaman
müdafiə edəcəyik.”
Nazirlər Kabinetinin doqquz
ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllində hüquqi bazanın mövcudluğundan geniş
bəhs edən dövlət başçısı İlham Əliyev bildirmişdir
ki, bizim prinsipial mövqeyimiz dəyişməz
olaraq qalır: “Bu mövqe beynəlxalq birlik
tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya
birliyi tərəfindən tanınır və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır... Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik
şurası 4 qətnamə qəbul etmişdir.
Bunlar məsələnin həlli üçün əsas sənədlərdir.
Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul
etmişlər. Yəni hüquqi cəhətdən
bizim mövqeyimiz kifayət
qədər möhkəmdir.”
Məsələnin
həllində sülh variantına üstünlük verən ölkəmiz hərb
yolunun da istisna edilmədiyini ən yüksək tribunalardan bəyan edir. İqtisadi qüdrətini günbəgün
artıran Azərbaycanın hərbi quruculuğuna
yönəltdiyi diqqət və qayğı
davamlılığı ilə diqqət çəkir.
Dövlət başçısı İlham
Əliyev müşavirədə bildirmişdir:
“Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim
kifayət qədər imkanlarımız var.
Ordu quruculuğu Azərbaycanda uğurla
gedir və gedəcəkdir. Üçüncü rübdə təmas xəttində
Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz
layiqli cavab vermişlər.”
Hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin,
sərhədlərinin toxunulmazlığının təmini
üçün güclü
ordusu olmalıdır. Müharibə şəraitində
yaşayan ölkə üçün
bunun nə dərəcədə vacib olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Dövlət
başçısı İlham Əliyev bildirir: “Gələn ilin
büdcəsində əlbəttə ki,
hərbi xərclərə xüsusi diqqət
göstərilməlidir. Mən dəfələrlə
demişəm ki, biz
müharibə şəraitində yaşayırıq,
müharibə bitməyib, davam edir. Sadə olaraq, atəşkəs
rejimi yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə
malik olan silahların
alınması məsələləri öz
həllini tapır və tapmalıdır. Son
illərdə biz bu
sahədə böyük nailiyyətlərə
çatmışıq. Bizim hərbi təlimlərimizdə
və hərbi paradlarda nümayiş
etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat
baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü
ordular sırasındadır və biz bu prosesi
davam etdirməliyik. Müvafiq
göstərişlər verilib. Müqavilələrin
bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki
təchizatı yüksək səviyyədə təşkil
etməliyik.”
Qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həllində beynəlxalq dəstəyin rolu daim önə çəkilir, bu və ya digər təşkilatların reallığı özündə əks etdirən qərar və qətnamələri diqqətə çatdırılır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 1992-ci ildə məsələninin nizamlanmasında vasitəçilik missiyasının yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna həmsədr dövlətlər- Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Dünyanın iri dövlətlərinin bu günə qədər işğalçını adı ilə çağırmaqdan imtina etməsi, buna “problemin həllinə mane ola bilər” adı altında bəraət qazandırmağa çalışmaları ikili siyasətin əsas göstəricisidir ki, bu məsələ rəsmi Bakı tərəfindən daim bəyan edilir. Problemin həllinin bu günədək uzanmasında bu yanaşmanın rolu inkaredilməzdir. İşğalçı adı ilə çağrılmır, amma ədalətli mövqe nümayiş etdirəcəkləri bildirilir. Bunu normal qəbul etmək mümkündürmü? Məhz işğalçı dövlətə bu və ya digər adlar altında maddi və mənəvi dəstəyin göstərilməsinin nəticəsidir ki, daha böyük iddialarla yaşayır, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrası barədə düşünmür.
Dövlət başçısı İlham Əliyev məsələnin həlli istiqamətində göstərilən səylərin fonunda bu əminliyi ifadə etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz.
Azərbaycan müharibə şəraitində yaşasa da, iqtisadi qüdrəti günbəgün artmaqdadır. Bu gün işğalçı Ermənistan heç bir sahədə ölkəmizlə rəqabət aparmaq imkanında deyil: “İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, gücəlr nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızda uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil.” İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistanda iqtisadi durum günbəgün ağırlaşmaqda, kütləvi tərketmələr intensivləşməkdədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi Ermənistanın inkişaf potensialı yoxdur. Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə bu ilin doqquz ayında 80 min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Bu rəqəm il ərzində 100 mini keçəcəkdir. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin maraqlarından irəli gələn Ermənistana “səmimi” münasibətləridir.
Dövlət başçısı çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?!
Uğurlarımızın fonunda qarşıda illər üçün müəyyənləşdirilən hədəflər də diqqətə çatdırılır. Hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməkdir. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir. Bunun üçün bütün imkanların mövcudluğunu bildirdi. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi uğurlu sosial siyasətin həyata keçirilməsinə stimul verir. Azərbaycan artıq özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də uğurlu inkişaf konsepsiyasına əsaslanır. Dövlət başçısı bildirir: “Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı imkan verir ki, biz gələcək planlarımızı da müəyyən edək. Bu planlar ictimaiyyət üçün aydındır, bəllidir. Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramı, konsepsiyası - “2020 konsepsiyası” var və əlbəttə ki, bu layihələrin, infrastruktur layihələrinin icrası imkan verəcək ki, dinamik inkişaf davam etsin.”
Yeganə Əliyeva
İki sahil.
- 2014.- 18 oktyabr.- S.10.