Xətai Rayon İcra Hakimiyyətində
hesabat yığıncağı keçirildi
Xətai Rayon
İcra Hakimiyyətində (RİH)
2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifəllərə
həsr edilmiş hesabat
yığıncağı keçirildi. YAP Xətai rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun, rayonun
müxtəlif idarə və müəssisə rəhbərlərinin
iştirak etdiyi tədbirdə,
əvvəlcə ulu öndər Heydər
Əliyevin büstü özünə tər
çiçək dəstələri düzüldü,
Onun əziz xatirəsi yad edildi.
Hesabat məruzəsi ilə
çıxış edən Xətai Rayon
İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov
bildirdi ki, ölkəmizdə
davam edən inkişaf
tendensiyası Bakı şəhərinin aparıcı
rayonlarından birinə çevrilmiş
Xətai rayonunun sosial-iqtisadi
inkişafında özünü göstərib,
iqtisadi göstəricilər yüksək
olub. İlin əvvəlindən rayon iqtisadiyyatının əsasını təşkil
edən sənaye dinamik inkişaf
edib, 931 milyon 290.6 min manatlıq, yəni keçən ilin eyni dövrü
ilə müqayisədə 5,4 faiz çox sənaye məhsulu istehsal
edilib. İstehlak və
xidmət bazarlarında əhaliyə 1 milyard
56 milyon 725,5 min
manatlıq və ya keçən ilin eyni dövrü
ilə müqayisədə 12,3 faiz çox geniş çeşidli istehlak
malları satılıb və pullu xidmət
göstərilib. Pərakəndə əmtəə
dövriyyəsi 12,6 faiz, pullu
xidmətlərin həcmi isə 11,3 faiz
çoxalıb.
Ölkəmizdə
sahibkarlığın inkişaf etdirilməsi
üçün hüquqi
bazanın möhkəmləndirilməsi, dövlət tərəfindən
hərtərəfli dəstəyin verilməsi Prezident
İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas
istiqamətlərindəndir. Xətai rayonunda sahibkarlığın dəstəklənməsi
və inkişafı rayon rəhbərliyinin
başlıca məqsədlərindən biri
olub, onlara
yaradılmış şəraitin nəticəsində hesabat dövründə 3527 yeni
iş yeri, 2003-cü ilin oktyabrından bu ilin 1 oktyabrınadək 36773 yeni
iş yeri
yaradılıb ki, bunun
da 36567-si daimi iş yerləridir. Hesabat dövrü
ərzində rayon Məşğulluq Mərkəzinə
müraciət etmiş 837 nəfərdən
823 nəfəri iş axtaran
vətəndaş kimi qeydiyyatdan
keçib, “Ərazi Məşğulluq
Proqramı”na əsasən müraciət edən vətəndaşların
379 nəfəri daimi işlə təmin olunub.
R.Məmmədov qeyd etdi ki, pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması, məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar barədə məlumatların emalı üçün tədbirlər görülüb və bu vacib məsələlər diqqətdə saxlanılıb. Hesabat dövrü ərzində rayon ƏSMM-nə ÜSY-la bağlı daxil olmuş 2131 ailənin müraciətinə baxılıb və 1679 ailəyə ÜSY təyin edilib, 190 ailəyə ÜSY verilməsindən imtina edilib. ÜSY təyin edilmiş ailələrin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 1073 ailə, başqa sözlə 39,0 faiz az olub.Ailələrdə adambaşına düşən ÜSY-ın məbləği 37,31 manat, hər bir ailə üzrə orta aylıq məbləğ 141,67 manat təşkil edib.
Xətai
RİH başçısının sözlərinə
görə, ölkə Prezidentinin həyata
keçirdiyi düzgün,
uzaqgörən, uğurlu sosial-iqtisadi
siyasətin və uğurla icra olunan layihələrin
real nəticəsidir ki,
Bakı şəhəri və eləcə də
respublikamızın regionları inkişaf
edərək son illərdə öz simasını tam dəyişib.
Bu dəyişiklik bizim
rayonumuzda da əhəmiyyətli
dərəcədə olub və inkişaf prosesi bu gün də uğurla davam etdirilir. İlin 9 ayı ərzində
aparılan abadlaşma və yenidən qurma işlərinin həcmi xeyli
yüksəlib. Bakı Ağ
şəhər layihəsinin inşası sürətlə
aparılıb, Boks Federasiyasının İdman Kompleksinin tikintisi davam etdirilib, Fransız məktəbinin tikintisi başa
çatdırılıb, Yeni Ağ şəhər bulvar
kompleksində işlər sürətləndirilib, Nobel prospektində yeraltı keçidin
və Xəqani Rüstəmov küçəsinin Babək
prospekti ilə birləşdirilməsi məqsədi
ilə yeni yolun
tikintisinə başlanıb. Rayon İcra Hakimiyyətinin inzibati
binasının əsaslı təmiri də icra
olunan layihələr
sırasındadır. Estetik görünüşü, iş
şəraiti müasir tələblərə
uyğun gəlmədiyindən bina bütövlüklə yenidən qurulub, iş otaqları, akt, konfrans və
müşavirə zalları, yeməkxana müasir
standartlar səviyyəsində yenilənib.
Bildirildi ki, rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması qarşıda duran mühüm məsələlərdəndir. Bu məsələlərin əhəmiyyəti nəzərə alınaraq rayonda yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanılıb. Cari ilin əvvəlindən həyata keçirilməyə başlanan 2-ci və 3-cü yaşıllaşdırma proqramlarına uyğun olaraq Azadlıq prospekti-Hava Limanı istiqamətində Nobel prospekti boyunca yolun hər iki istiqamətində yaşıllaşdırma işləri başa çatdırılıb. Rayonda yolların təmiri və tikintisi də daim diqqətdə olub. Gəncə prospektində hərəkətin təhlükəsizliyi baxımından bu prospektin yolu ikitərəfli olmaqla yenidən qurulur və prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunur. Hesabat dövründə Xocalı prospektində yeraltı bütün kommunikasiya xətləri yenilənib və prospekt bütövlükldə yenidən qurulub.
Rayonun sosial-iqtisadi
həyatında son illər müşahidə
olunan sürətli inkişaf
2014-cü ilin 9 ayında da
saxlanılaraq həm sosial, həm də iqtisadi sahələrdə yeni
nailiyyətlərin qazanılması ilə müşahidə
olunub. “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilib.
Dövlət Proqramı, eləcə də son illərdə reallaşdırılan digər
proqramlar və layihələr respublikamızın
bütün regionları kimi
Xətai rayonunun sosial-iqtisadi
inkişafının daha da
sürətlənməsi və hesabat
dövründə bir sıra sahələrdə
olduğu kimi təhsil,
səhiyyə və mədəniyyət sahələrində
də yüksək göstəricilərin əldə
olunması ilə nəticələnib.
Dövlət Proqramına uyğun
hesabat dövründə 194 nömrəli məktəbin yenidən
inşası, 48 və 56 saylı orta məktəblərin əsaslı
təmiri, 63 nömrəli məktəbin əlavə tədris
korpusunun tikintisi, 171 saylı orta məktəbdə yeməkxana
və akt zalının, 116 saylı orta məktəbdə isə
istilik sisteminin təmiri işləri başa
çatdırılaraq istifadəyə verilib. Təmir
işləri bitmiş 181, 200, 202, 205, 223,
236, 250 və 316 saylı uşaq
bağçaları fəaliyyətə başlayıb, 170,
186, 207 və 243 saylı uşaq
bağçalarında isə təmir işləri davam etdirilir.
Bu tədris
ilində 2549 nəfər buraxılış
imtahanlarını müvəffəqiyyətlə verərək
attestat alıb. Məzunların 2365 nəfəri
ali məktəblərə qəbul üçün sənəd verib
və 1637 nəfəri müvəffəq nəticə
göstərərək ali məktəblərə
qəbul olub. Ali məktəblərə
qəbul olanların 194 nəfəri 500-600, 80 nəfər
600-650, 41 nəfər 650-700 bala qədər
toplayıb. Rayon üzrə ali məktəblərə qəbul 69.21 faiz olub. 2 nəfər isə
ən yüksək bal (700) toplayaraq Azərbaycan Diplomatik
Akademiyasına daxil olub.
R.Məmmədov onu da əlavə etdi ki, hesabat dövründə yeni yaradılmış sahə inzibati dairə üzrə nümayəndəliklər fəaliyyətini davam etdirib, nümayəndəliklər tərəfindən vətəndaşların qəbulu təşkil edilib. Sahə inzibati nümayəndəlikləri ilə işin səmərəli təşkilini təmin etmək üçün Operativ İdarəetmə Mərkəzi yaradılıb. Bununla yanaşı, 9 ay ərzində vətəndaşların 2310 ərizəsi araşdırılıb, müxtəlif təşkilatlardan daxil olmuş 1011 məktuba baxılıb.
Nail Rəhimzadə
İki sahil.
- 2014.- 18 oktyabr.- S. 18.