İlham Əliyev: Ordu quruculuğu Azərbaycanda
uğurla gedir və
gedəcəkdir
Ordu quruculuğunda aparılan islahatların milli təhlükəsizliyimizə xidmət etdiyini “Düşmənin hücumlarının qarşısını qətiyyətlə alan və xeyli canlı qüvvə itirən Ermənistana layiq olduğu dərsi verən Azərbaycan əsgərlərinin mətanəti göstərdi ki, dünya birliyində nüfuzu getdikcə artan, mövqeləri möhkəmlənən, siyasi və diplomatik əlaqələri genişlənən Azərbaycan həm də güclü müdafiə qüdrətinə malikdir” sözləri ilə ifadə edən Ali Baş Komandan vurğulayır ki, biz güclü hərbi potensiala malikik
Nazirlər
Kabinetində keçirilən iclasda cari ilin doqquz
ayının sosial -iqtisadi
inkişafının yekunları, qarşıda duran vəzifələr barədə
açıqlama verən Prezident İlham Əliyev ölkənin müdafiə
qüdrətinin yüksəldilməsi istiqamətində
görülən işlərdən də danışdı:
“Ordu quruculuğu Azərbaycanda
uğurla gedir və
gedəcəkdir. Üçüncü
rübdə təmas xəttində Ermənistan silahlı
qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli
cavab vermişlər. Onlarla
işğalçı məhv edilmişdir.
Onlara böyük
sarsıdıcı zərbə vurulmuşdur.”
Siyasi -iqtisadi inkişaf kontekstində formalaşan ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatlar inkişafın Azərbaycan modelinin əsas prioritetlərindəndir. Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətə qayıdışı ilə ayrı-ayrı qruplara xidmət edən könüllü hərbi dəstələri ləğv etməklə nizami ordu yaradılmasını suverenliyimizin başlıca şərtləri kimi diqqətdə saxlayan ulu öndər bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da önəmli islahatlar apardı. Qısa müddətdə qarşısına qoyduğu məqsədə nail olan ümummilli lider Heydər Əliyev “Azərbaycan bir dövlət kimi möhkəmlənib, Azərbaycan silahlı qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və o, bu gün müstəqil Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur” deməklə bir daha bildirirdi ki, xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha güclü edir. Silahlı Qüvvələr günündə keçirilən hərbi paradlar müdafiə qüdrətimizin yenilməzlik nümunəsi kimi vətəndaşlarımızı sevindirir.
Regionda hərbi və nizami hazırlığı baxımından
seçilən Silahlı Qüvvələrimizin getdikcə
qüdrətləndiyi bir zamanda
Azərbaycan Respublikasının Hərbi Doktrinasının qəbulu
tarixi hadisə olmaqla
müdafiə və təhlükəsizlik tədbirlərini əks
etdirməsi baxımından da əhəmiyyətli
oldu. Təhlükəsizlik sisteminin konseptual əsasını
təşkil edən amilləri ictimaiyyətə
çatdıran, müdafiə siyasətinin məqsəd və
prinsiplərinin dövlət siyasətinə uyğun
müəyyənləşdirilməsi baxımından əhəmiyyətli
sənəd olan doktrinada
ordu quruculuğu sahəsində
aparılan islahatların parametr və
istiqamətləri aydın göstərildi.
Ali Baş Komandanın hər bir əmrini
yerinə yetirməyə daim hazır olduqlarını bildirən
əsgər və zabitlərin peşəkarlığının,
hərbi hazırlığının gücləndirilməsi
üçün həyata keçirlən tədbirlərin
davam etdiriləcəyini bildirən Prezident İlham Əliyevin
qeyd etdiyi kimi müharibə şəraitində yaşayan
respublikamızın Milli Ordusunun Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunan ərazilərimizi
azad etmək üçün imkanlarını artırması
müstəqil Azərbaycanın daxili işidir və bu sahədə
kənardan müdaxilə yolverilməzdir.
Regionda hərbi və nizami hazırlığı baxımından
seçilən Silahlı Qüvvələrimizin qüdrəti
cari ilin iyul-avqust aylarında Ermənistanın təxribat-kəşfiyat
qruplarının təmas xəttində törətdikləri
xəyanət nəticəsində yaranan
hərbi qarşıdurmada bir daha bəlli oldu. Düşmənin hücumlarının
qarşısını qətiyyətlə alan
və xeyli canlı qüvvə itirən
Ermənistana layiq olduğu
dərs verən Azərbaycan əsgərlərinin mətanəti
göstərdi ki, dünya
birliyində nüfuzu getdikcə artan, mövqeləri möhkəmlənən,
siyasi və diplomatik
ələaqələri genişlənən Azərbaycan həm
də güclü müdafiə qüdrətinə
malikdir. “Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib
gəlmişik, döyüş
meydanında da onlara qalib gəlməyə qadirik.
Biz güclü hərbi
potensiala malikik.
Artıq bu, müxtəlif vaxtlarda
nümayiş etdirilib.
Hərbi təlimlərdə və paradlarda
bizim texnikamız nümayiş
etdirilir. Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti,
vətənpərvərliyidir.”
Bölgədə
ən qüdrətli orduya malik
Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə
NATO tərəfindən yaradılmış Şimali
Atlantika Əməkdaşlıq
Şurasına daxil olması, “Sülh naminə tərəfdaşlıq”
proqramına qoşularaq (MDB-də 4-cü ölkə) hərbi təlimlərdə
iştirak etməsi nizami
ordumuzun NATO standartları səviyyədə
hazırlıqlı olmasının göstəricisidir .
Ölkəmizi qurumda ləyaqətlə təmsil
edən hərbçilərimiz təlimlərdə fəal iştirak etməklə hərbi
hazırlığı ilə diqqəti çəkir.
Azərbaycan zabitlərinin beynəlxalq standartlara
cavab verən xidmətlərinin beynəlxalq
hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi
hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın
getdikcə daha da
güclənməsi ölkəmizdə ordu
quruculuğuna göstərilən diqqət
və qayğının ifadəsidir.
Bakıda keçirilən
NATO PA-nın “Cənubi Qafqaz:
Çağırışlar və imkanlar”
mövzusunda 86-cı Rouz-Rout
seminarında da ölkəmizə önəmli
tərəfdaş kimi xüsusi
dəyər verildi. Quruma üzvlüyünün
20-ci ildönümünə təsadüf edən belə tədbirlərin
üçüncü dəfə Azərbaycanda
keçirilməsi mürəkkəb region
olan Cənubi Qafqazda iqtisadi inkişafı ilə bölgədə
liderlik edən ölkəmizə maraqdan irəli gəlir.
Seminarda “Bütün neft və qaz sərmayələrini bir yerə qoysaq Azərbaycan iqtisadi artım möcüzəsi yaratmışdır” kimi sözlərin səslənməsi,
“Azərbaycanın artan siyasi, iqtisadi imkanları sayəsində ordu quruculuğu istiqamətində aparılan islahatlar Alyansın standartlarına uyğunlaşdırılacaq” kimi ifadələr qarşılıqlı inamın ifadəsi olmaqla NATO-Azərbaycan əməkdaşlığının davamlı olacağını göstərir.
Dağlıq Qarabağ münaqişənin istənilən variantda həllinin mümkünlüyünü diqqətə çatdıran Ali Baş Komandanın ordumuzun qüdrətinə inamı böyükdür.
“Münaqişənin
ərazi bütövlüyü prinsipləri
çərçivəsində və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həll olunması məsələsi danışıqlar
prosesində və razılaşdırılmış məsələlərdə
öz əksini tapıb” söyləyən,
müdafiə qüdrətimizin istənilən səviyyədə
olduğunu Ermənistan rəsmilərinin
diqqətinə çatdıran Prezident İlham Əliyev rəsmi İrəvanı qeyri-konstruktiv mövqeyindən əl çəkməyə
çağırmaqla, Azərbaycan əsgərinin döyüş hazırlığının
artdığını da bildirir.
İldən-ilə artan iqtisadi imkanlarından istifadə edərək ordu quruculuğu sahəsində nailiyyətlər qazanan Azərbaycanın uğurlarından ehtiyatlanan ermənipərəst qüvvələrin narahatlığının heç bir əsası olmadığını “ Müdafiə məsələlərini həll etmək Azərbaycanın süveren hüququdur” sözləri ilə bildirən Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgəsində olması əsgərlərin döyüş əhval-ruhiyyəsini artırmaqla xalq- ordu birliyini möhkəmləndirir.
Müdafiə Sənayesi Nazirliyinin, onun bölmələrinin yaradılması da Azərbaycan iqtisadiyyatının güclənməsini göstərən amildir.
Qısa müddətdə
Müdafiə Snayesi Nazirliyinin
hərbi təyinatlı zavod və yerli istehsal birliyinin yaradılması o
deməkdir ki, Azərbaycan Ordusuna
lazım olan əsas təminat daxili istehsal hesabına
formalaşmalıdır. Həmin müəssisələrdə
700 adda hərbi təyinatlı məmulat istehsal olunur. Dövlət
büdcəsindən ordu quruculuğu
və müdafiə məqsədləri üçün
ayrılan vəsaitlər 10 dəfədən çox
artırılmışdır. Azərbaycanda ordu
quruculuğu prosesi daxili imkanlar hesabına həyata
keçirilir.
Özünü müvafiq hərbi avadanlıqlarla təmin edən Müdafiə Sənayesi Nazirliyinin formalaşması, təkmilləşməsi, istehsal etdiyi məhsulların beynəlxalq standartlara cavab verməsi artan müdafiə qüdrətimizin göstəricisidir.
Dövlət başçısı kimi İlham Əliyevin bu sahədəki yeniliklərlə daim maraqlanması, müasir texnologiyalar əsasında müasir silah növlərinin Azərbaycanda hazırlanması üçün maddi və maliyyə bazasının formalaşması istehsal olunan məhsulların çeşid və keyfiyyətini yüksəldəcək. Başlıca tələb və tapşırıq da budur: Silahlı qüvvələrin ehtiyacını ödəyə biləcək həcmdə, beynəlxalq standartlara uyğun məhsul istehsalını artırmaq: “Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda danışıqlar prosesində iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa danışıqlar prosesində mövqeyimiz o qədər güclənər.
Regionda ilk
olaraq “ADEX-2014” beynəlxalq müdafiə
sənayesi sərgisinin Azərbaycanda təşkili ölkəmizdə
siyasi -iqtisadi inkişaf kontekstində formalaşan
ordu quruculuğunun təkmilləşdirilməsi
istiqamətində aparılan və bəhrəsini verən
islahatların uğurudur. Ölkəmizin
müdafiə sənayesinin inkişafını əks etdirən
“ADEX-2014” sərgisinin Bakıda təşkili
bir də ona görə
əhəmiyyətlidir ki, dünya
iqtisadiyyatına inteqrasiyanı əsas prioritet
kimi hədəf seçən Azərbaycanda
bütün sənaye sahələrində
müşahidə olunan inkişaf
ölkəmizin müdafiə qüdrətini möhkəmləndirən
hərbi sənayenin formalaşmasına da
təsirini göstərir.
Dünyanın 34 ölkəsindən
200 şirkət və 22 rəsmi nümayəndənin iştirak etdiyi sərgidə
ölkəmiz 37 müəssisədə istehsal
olunan məhsullarla təmsil olunur. Azərbaycan müdafiə sənayesinin
qısa müddətdə belə inkişaf
etməsi milli müdafiə sahəsində
inkişafın Azərbaycan modelinin təsdiqidir.
Müdafiə Sənayesi Nazirliyinin, onun bölmələrinin yaradılması da Azərbaycan iqtisadiyyatının güclənməsini
göstərən amildir.
“Azərbaycan markası” ilə nümayiş etdirilən avadanlıqlara artan maraq bunu bir daha göstərdi. Dünyanın ən qüdrətli dövlətlərinin təmsil olunduğu sərgilərdə hərbi sənaye sahəsində ilk addımlarını atan Azərbaycanın iştirakının özü iqtisadi, müdafiə qüdrətimizin göstəricisidir.
Hazırda sayı 51 olan istehsal sahələrinə 5 yeni zavodun, 7 istehsal sahəsinin əlavə olunacağı planlaşdırılır.
Dünya hərb sənayesində özünəməxsus yeri olan Türkiyə, Rusiya, Fransa, Çin, İsrail, Cənubi Afrika Respublikasının şirkətlərinin iştirak etdiyi sərgilərdə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan avadanlıqların nümayişi və maraqla qarşılanması təqdir olunası haldır.
Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin sərhədlərini sudan, qurudan, havadan qorumaq , Ermənistan silahlılarının nəzarət etdiyi torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır. Atəşkəs rejiminə əməl etməyən Ermənistanın intensivləşən hərbi müdaxilələrinin qarşısının alınması, düşmənə layiq olduğu cavabın verilməsi də göstərir ki, artıq Azərbaycan ordusu güclənib, qüdrətlənib. Əsgərlərimiz cəbhə bölgələrində fəallıq göstərir. Xüsusilə strateji əhəmiyyətli bölgələrdə müdafiə işinin daha möhkəm, etibarlı təşkili Ermənistanda xof yaradır.
Azərbaycanın müdafiə qüdrətinin yenilməzliyini “Bir daha demək istəyirəm ki, biz beynəlxalq müstəvidə çox böyük nüfuza malikik. Əlbəttə ki, Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizata görə. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm” sözləri ilə ifadə edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər: “Biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir.”
Xuraman İsmayılqızı
İki sahil.
- 2014.- 24 oktyabr.- S. 6.